Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 27.1.2010
Səhifələr : # « 1 2 3 4 » #
Oğurlanmış şəxsə görə 1 milyon istəyən adam oğruları "ilişib"
Vadim Quliyev və Nikolay Limberq girovu azad etmək müqabilində pulu alarkən yaxalanıb

Paytaxt sakinini girov götürən şəxslər tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakinləri Vadim Quliyev və Nikolay Limberq saxlanılıb. Belə ki, V.Quliyev və N.Limberq qabaqcadan əlbir olaraq Bakı şəhər sakini, 25 yaşlı Timur Əliyevi girov götürüb. T.Əliyevin valideynlərinə qaytarılması müqabilində 1 milyon manat verilməsini tələb ediblər. Girovun atası Sərdar Əliyev cinayətkarlara 1 ədəd "Mitsubishi Payero", 1 ədəd "VAZ-2107" markalı avtomaşınlarını, 33 min manat nəqd pul və 4160 manat dəyərində qızıl-zinət əşyaları verdikdən sonra Timur azad edilib. Hadisə barədə əməliyyat məlumatı əldə edən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "isti izlər"lə əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə cinayətkarlar - V.Quliyev, N.Limberq və R.Hacıyev Nəsimi rayonu ərazisindəki "Nəsimi" bazarının yaxınlığında S.Əliyevdən əlavə olaraq 30.000 dollar alarkən əməliyyat qrupu tərəfindən yaxalanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
27.01.10  
 
Dələduzluqda ittiham olunan ata və oğulun məhkəməsi başa çatıb
Hidayət Məmmədov 10 il 6 ay, onun oğlu Elvin Məmmədov isə 9 il 6 ay azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə özünü Nazirlər Kabinetinin şöbə müdiri kimi təqdim edən şəxsə və onun oğluna hökm oxunub. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) və 178.3.3-cü (əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən dələduzluq etmə) maddələri ilə təqsirli biliniblər.
Oxumaq
27.01.10  
 
MTN ali məktəbə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsləri yaxalayıb
Saxlanılan Hacıəli Abbasov və Mirzə Quliyev özlərini vəzifəli şəxs kimi təqdim edibmiş

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, özünü dövlət hakimiyyət strukturlarının vəzifəli əməkdaşı kimi qələmə verərək, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanıb. MTN-nin ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, Bakı şəhər sakinləri - 1954-cü il təvəllüdlü Abbasov Hacıəli Hacıqulu oğlu və 1963-cü il təvəllüdlü Quliyev Mirzə Yusif oğlu cinayət əlaqəsinə girərək, özlərini özbaşına vəzifəli şəxs kimi təqdim edib qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər, yəni aldatma yolu ilə özgəsinin külli miqdarda əmlakını ələ keçiriblər.
Oxumaq
27.01.10  
 
Yol qəzaları artıb
Bu dəfə qəzalarda üç nəfər həyatını itirib

Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Suraxanı rayonu A.Rzayev küçəsində Bakı şəhər sakini Nizami Məmmədov "Daewoo" markalı avtomaşını idarə edərkən Suraxanı qəsəbə sakini Fərid Xanverdiyevi vurub. Nəticədə ağır xəsarət alan F.Xanverdiyev xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, F.Xanverdiyevin həyatını xilas etmək mükün olmayıb.
Suraxanı rayonu Nəqliyyat küçəsində müəyyən edilməmiş avtomaşınla Suraxanı qəsəbə sakini İsmayıl Hüseynov vurulub. Nəticədə İ.Hüseynov hadisə yerində dünyasını dəyişib. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oxumaq
27.01.10  
 
İqtisadiyyatın diversifikasiyası ilə bağlı sənəd hazırlanır
Artıq bu ilin ortalarında Azərbaycanda iqtisadiyyatın diversifikasiyası ilə bağlı xüsusi sənəd təsdiqlənə bilər. "APA-Economics"in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyi İqtisadi siyasət analizi və proqnozlar Departamentinin direktoru Ədalət Muradov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən sözügedən sənəd üzərində iş aparılır: "Bu ilin iyun ayında işlərin başa çatdırılacağı və sənədin dövlət başçısına təqdim olunacağı gözlənilir. Sənəd təsdiqləndikdən sonra artıq strategiyanın icrasına başlanacaq".
A.Muradov onu da qeyd edib ki, yeni strategiya planı əsasən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun, o cümlədən qeyri-neft məhsullarının ixracının inkişaf etdirilməsini nəzərdə tutur.
Oxumaq
27.01.10  
 
Neft Fondunun gəlirlərinin proqnozları üstələcəyi gözlənilir
2010-cu il yanvar ayının 1-nə fondun aktivləri 11 966,5 mln. manat təşkil edib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2010-cu ildə gəlirləri proqnozlardan artıq ola bilər. "APA-Economics"in məlumatına görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Qeyd edək ki, 2010-cu il üçün ARDNF-in büdcəsinin gəlirləri 5 963 126,7 min manat, xərcləri 5 428 431,2 min manat məbləğində təsdiqlənib. Beləliklə, cari ildə Fondun gəlirlərinin təxminən 91%-nin xərclənməsi nəzərdə tutulub. Lakin Ş.Mövsümovun fikrincə, Fondun büdcəsində neftin qiyməti yalnız 45 dollar səviyyəsində götürüldüyünə görə, xərclər tam yerinə yetirməklə yığımlar daha yüksək ola bilər. "Bildiyiniz kimi, ötən ilin büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulub, lakin Fondun gəlirlərində neftin ortalama qiyməti 56 dollar təşkil edib.
Oxumaq
27.01.10  
 
Azərbaycan Dövlət Neft Fondunun loqosu hazırlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun loqosu hazırlanıb. "APA-Economics" xəbər verdiyi kimi, dünən loqonu KİV nümayəndələrinə təqdim edən Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, loqoda Neft Fondunun fəaliyyətinin tərkib hissəsi olan Azərbaycanın sərvətlərinin gələcək nəsillər üçün saxlanmasını özündə simvolizə edən əlində qiymətli obyekt tutan insan təsvir edilib. "İnsanın əlləri iki "buta" şəklində təsvir edilib ki, bu da milli çalarları əks etdirir. Əllərin arasındakı məsafə bir növ özündə "hər şeyi görən gözü" simvolizə edir. Baxışlar qurulmasında Neft Fondunun fəal iştirak etdiyi ölkənin və xalqın böyük gələcəyinə yönəlib" - deyə Ş.Mövsümov vurğulayıb. Ş.Mövsümov əlavə edib ki, eyni zamanda, bu baxış təsvir edilmiş fiqurun öz daxilinə yönəlib: "Əllərin arasındakı kürə insanın ürəyini təsvir edir ki, bu da Neft Fondunun şəffaf fəaliyyətinin simvoludur".
Oxumaq
27.01.10  
 
Ferraranın qovulacağı tarix müəyyənləşdi
Çiro Ferraranın İtaliyanın "Yuventus" klubunun baş məşqçi postundan qovulacağı tarix müəyyənləşib. Apasport.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 43 yaşlı çalışdırıcı bu həftəsonu istefaya göndəriləcək.
Rəhbərlik bununla bağlı qərarı klubun sahibləri ilə görüşdə qəbul edib. Ferrara vəzifəsindən azad olunana qədər isə komandanı son olaraq cümə axşamı "İnter"lə ölkə kuboku uğrunda çətin oyuna çıxaracaq. Baş məşqçi həmin görüşdəki nəticədən asılı olmayaraq postundan kənarlaşdırılacaq. Ferraranın yerinə əsas namizəd Rusiya yığmasının holland baş məşqçisi Qus Hiddink sayılır.
Qeyd edək ki, son vaxtlar uğursuz çıxış edən "Yuventus"da baş məşqçi dəyişikliyi axırıncı turda evdə "Roma"ya məğlubiyyətdən (1:2) sonra dəqiqləşib.
Oxumaq
27.01.10  
 
"Qalatasaray" Premyer Liqadan daha bir futbolçu aldı
Türkiyənin "Qalatasaray" klubu İngiltərə Premyer Liqasından daha bir futbolçu alıb. Apasport.az saytının məlumatına görə, "Cim Bom" "Everton"dan avstraliyalı Lukas Nil, "Mançester Siti"dən braziliyalı Yonun ardınca "Tottenhem"dən meksikalı Covanni Dos Santosun keçidinin həll edib.
İstanbullular Yo kimi 20 yaşlı hücumçunun da icarəsini razılaşdırıb. Müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Milli komandasının da üzvü olan Dos Santos 2008-ci ilin yayında "Barselona"ya böyük ümidlərlə transfer olunsa da, Premyer Liqada özünü göstərə bilməyib. Nəticədə gənc futbolçu ötən mövsümü İngiltərənin digər klubu "İpsviç"də icarə əsasında keçirib. Covanni yaxın günlərdə Türkiyəyə gələrək, bütün formallıqları rəsmiləşdirəcək.
Oxumaq
27.01.10  
 
Anatoli Ponomaryov TRT ekranlarında
Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov bu gün yeni klubunda debüt edəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi yaxınlarda transfer olduğu Türkiyənin birinci liqa təmsilçisi "Orduspor"un heyətində Türkiyə Kubokunda "siftə" edəcək.
Ordu şəhərinin təmsilçisi səfərdə güclü rəqib olan "Trabzonspor" klubunun qonağı olacaq. Son iki oyunda transfer vərəqəsi gəlmədiyi üçün kənarda qalan A.Ponomaryovda artıq belə problem qalmayıb. Futbolçumuzun bu gün əsas heyətdə meydana çıxacağı gözlənilir. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq Qara dəniz derbisi TRT-3 kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, "Trabzonspor"u tanınmış türkiyəli mütəxəssis Şenol Günəş çalışdırır. Maraqlıdır ki, Ş.Günəş Türkiyə milli komandasının baş məşqçisi olduğu vaxt Anatolinin atası - İqor Ponomaryova rəqib olub. Ponomaryovun çalışdırdığı yığmamız 2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyəyə Bakıda 0:1, İstanbulda 0:3 hesabı ilə uduzub.
Oxumaq
27.01.10  
 
Səhifələr : # « 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •