Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 




 
 
 
Xəbərlər / 26.1.2010
Səhifələr : 1 2 3 4 5 » #
1 mlrd. dollarlıq plan
Kərzayi "Taliban"ı zərərsizləşdirməyin oriyinal yolunu tapıb

Əfqanıstan prezidenti Həmid Kərzayi "Taliban"ı zərərsizləşdirməyin oriyinal yolunu tapıb. O bəyan edib ki, yaraqlıları tabe etdirməklə bağlı xüsusi plan hazırlayıb. Amma planın həyata keçirilməsində Qərbin maliyyə dəstəyinə böyük ehtiyac duyulur. Hesablamalara görə, bunun üçün Kabula 1 mlrd. dollar pul gərəkdir. Əfqanıstan prezidenti özünün yeni təşəbbüsünü yanvarın 28-də Londonda BMT himayəsi altında ölkəsi ilə bağlı keçiriləcək beynəlxalq konfransda daha geniş formada açıqlayacağını bəyan edib. Çox güman ki, beynəlxalq birlik tədbirdə H.Kərzayinin planını dəstəkləyəcək. "Biz bilirik ki, nəyin bahasına olursa-olsun sülhə nail olmalıyıq" - deyə H.Kərzayi BBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, silahı yerə qoyan hər bir "Taliban" üzvünə iş, dövlətin dəstəyi və öz doğma yerlərində yaşamaq imkanı yaradılacaq. O əlavə edib ki, ABŞ və Böyük Britaniya qarşıdan gələn beynəlxalq konfrans zamanı onun sülh planını dəstəkləyəcəklər. Planı Yaponiya da dəstəkləyib.
Oxumaq
26.01.10  
 
Kamran yenə od püskürdü
"Adam belə şeylərdən iyrənir"

Azərbaycan yığmasının və "Xəzər-Lənkəran" klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi

- Komandanın məşqlərində iştirak etməməyin nə ilə bağlıdır?

- Zədəm var. Antalyada toplanışının ikinci günü zədələndim. Həkimin məsləhəti ilə hələlik zədəmi sağaltmaqla məşğulam. İnşallah, Allahın köməyi ilə hər şey yaxşı olar.

- Qış fasiləsində xarici kluba keçmək məsələsi ilə bağlı son vəziyyət necədir?

- Mənim "Xəzər-Lənkəran"la müqaviləm var. Sizi necə başa salım, ortaq məxrəcə gələ bilmədik.
Oxumaq
26.01.10  
 
Ermənistanda demoqrafik böhran bir qədər də dərinləşəcək
İş dalınca xaricə üz tutan ermənilərin sayı əvvəlki kimi çox olacaq

İqtisadi böhran və maliyyə çətinlikləri ilə üz-üzə qalan Ermənistan il başlayan kimi yenidən dilənmə siyasətinə başlayıb. Bu dəfə də Moskvaya pənah aparan ermənilər 2010-cu ildə Rusiyadan 120 mln. dollar almaq istəyi ilə çıxış ediblər. Ölkənin maliyyə naziri Tiqran Davtyan "Armeniya todey"ə bildirib ki, ən azı 100 mln. dollar həcmində əmtəə krediti almaq üçün müraciət ediblər. "Hazırda danışıqlar aparılır və kreditin verilməsi şərtləri dəqiqləşdirilir. Hesab edirəm ki, yaxın vaxtlarda müsbət irəliləyiş qeydə alınacaq" - deyə nazir bildirib. Ermənilər ayrılacaq pulu cilalama sahəsinə yönəltmək niyyətindədirlər. Bu sahə vaxtilə Ermənistan iqtisadiyyatında aparıcı rol oynayıb. İxrac strukturunda onun payı 40 faizədək olub.
Ümumiyyətlə, 2009-cu ildə sosial-iqtisadi sahədə tənəzzülü sürətlənən Ermənistanın qarşıdakı dövr ərzində daha böyük çətinliklərlə üzləşəcəyi vurğulanır. Əhalinin yaşayış səviyyəsinin bir qədər də pisləşəcəyi proqnozlaşdırılır. Erməni ekspertlərinin böyük əksəriyyəti belə hesab edir ki, bu il ərzində ölkə iqtisadiyyatının geriləməsi davam edəcək. Buna əsas səbəb yaranan problemlərin həlli istiqamətində lazımi resursların yoxluğu, həmçinin hökumətin müvafiq proqramlara malik olmamasıdır. Bu isə hakimiyyətə qarşı sosial narazılığı bir qədər də gücləndirəcək.
Oxumaq
26.01.10  
 
Soçidə prezidentlərin üçtərəfli görüşü keçirilib
Rusiya XİN başçısı ümumi anlaşma yarandığını deyir

Dünən Soçi şəhərində "Krasnaya polyana" qəbul evində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. Ermənistan mətbuatının məlumatına görə, görüş iki saat yarım davam edib. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış edərək danışıqların yekunu ilə bağlı məlumat verib. XİN başçısı prezidentlərin ötən il keçirilən formatda danışıqları davam etdirdiyini, bu dialoqun Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri qane edən sülh yolu ilə nizamlanması variantının axtarışına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini möhkəmləndirdiyini bildirib: "Danışıqlar çox səmərəli oldu, tərəflər həmsədrlərin təqdim etdiyi konkret təklifləri nəzərdən keçirdilər. Ümumi anlaşma var və bütün bunlar sənədlərin preambula hissəsində təsdiqini tapıb. Tərəflər belə bir sənədin mövcudluğunu müsbət qiymətləndiriblər, çünki bu, danışıqları abstrakt formada deyil, konkret formullar əsasında aparmağa imkan verir. Bugünkü danışıqların ən mühüm nəticəsi ondan ibarət oldu ki, tərəflər razılaşdırılmayan məsələlərlə bağlı öz formullarını hazırlayacaq və sonra bu formullar sənədə daxil ediləcək. Tərəflər çox açıq söhbət etdilər, əminik ki, bu, həmsədrlərə gələcək işlərində yardımçı olacaq. Danışıqlar səmərəli oldu və prezidentlər dialoq prosesini davam etdirməyi razılaşdırdılar". Nazir sənədin və ya onun preambulasının detallarını dəqiqləşdirməkdən imtina edib. "Bu, tərəflərin danışıq predmetidir" - deyə o deyib.
Oxumaq
26.01.10  
 
"Haiti üçün ümid"
Dünya zəlzələdən sonra dağılmış ölkənin bərpası üçün həmrəylik nümayiş etdirir

Haiti prezidenti Rene Preval ölkəsində humanitar yardımın və qida məhsullarının sürətlə paylanması üçün BMT himayəsi altında "qırmızı dəbilqəlilər" bölmələri yaradılmasını təklif edib. Haiti liderinin fikrincə, BMT-nin "qırmızı dəbilqəlilər"i təbii fəlakətdən zərər çəkmiş bölgələrdə fəaliyyət göstərmək üçün xüsusi təlim keçməlidirlər. Onun sözlərinə görə, hazırkı "mavi dəbilqəlilər" sülhü qoruma üzrə vəzifələri yerinə yetirdikləri üçün fövqəladə şəraitlərdə fəaliyyət göstərə bilmirlər.
Artıq Haiti hökuməti dağıdıcı zəlzələdən sonra aparılan xilasetmə və axtarış əməliyyatlarını sona çatdırıb. Bu məlumatı BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi yayıb. Məlumatda deyilir ki, beynəlxalq axtarış və xilasetmə qruplarının səyi nəticəsində dağıntılar altından bu günədək 132 insan sağ-salamat çıxarılıb. 7 ballıq zəlzələdən 10 gün sonra Haitinin paytaxtı Port-o-Prensidə 84 yaşlı qadın və 22 yaşlı oğlan dağıntılar altından sağ çıxarılıb.
Oxumaq
26.01.10  
 
Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycanla bağlı tədqiqatlara diqqəti artırıb
"Ötən il Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda 85 elmi-tədqiqat işi tamamlanıb". Bu barədə institutun direktoru, millət vəkili Gövhər Baxşəliyeva məlumat verdi. Onun sözlərinə görə, 2009-cu ildə institutda yüksək səviyyədə işlər yerinə yetirilib, böyük uğurlar əldə edilərək Azərbaycan şərqşünaslıq elminin inkişafına və dünya elminə inteqrasiyasına samballı töhfələr verilib. Direktor ötən il institutda müasir Türkiyənin iqtisadiyyatı və xarici iqtisadi siyasəti mövzusu çərçivəsində çapa hazırlanmış "Türkiyə. Tarixi-iqtisadi oçerklər" kitabını xüsusi vurğuladı: "Bu sahədə görülmüş işlərdən "Türkiyənin xarici iqtisadi siyasətində MDB respublikaları" adlı elmi-tədqiqat işini də qeyd etməyə dəyər. Əsası böyük alimimiz, akademik Ziya Bünyadov tərəfindən qoyulan məşhur Osmanlı vergi dəftərlərinin tədqiqi, tərcüməsi və nəşri davam etdirilir.
Oxumaq
26.01.10  
 
Qalaktikada Azərbaycanın adı ilə bağlı 11 göy cismi var
Hazırda qalaktikada Azərbaycanın adı ilə bağlı 11 göy cismi var. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan astronomlarının qazandığı uğurlar nəticəsində Beynəlxalq Astronomiya İttifaqı 8 kiçik planetə Azərbaycanla bağlı ("Nizami Gəncəvi", "Nəsrəddin Tusi", "Hüseyn Cavid", "Müslim Maqomayev", "Azərbaycan", "Şamaxı Astrofizika Rəsədxanası", "Sorin" (Azərbaycanda çalışmış rus alimi), "Əyyub Quliyev") adlar verilib. Həmçinin Marsda və Ayda üç krater ŞAR əməkdaşlarının adı ilə adlandırılıb.
Oxumaq
26.01.10  
 
15 mindən çox insan "donuz qripi"nə qarşı peyvənd olunub
Azərbaycanda 15 mindən çox vətəndaş A/H1N1 virusuna qarşı peyvənd edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Sanitar-epidemioloyi nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. O bildirib ki, son bir həftədə Bakıda 13 mindən çox adam, başqa sözlə, peyvənd vurulacaq kontingentin 30 faizi "donuz qripi"nə qarşı peyvənd edilib. Ümumilikdə paytaxtda peyvənd vurulacaq şəxslərin sayı 42 minə yaxındır. V.Qasımov deyib ki, peyvəndləmə kampaniyası Sumqayıt və Abşeronu da əhatə edib. Ölkənin digər bölgələrində isə peyvəndləmə dünəndən başlayıb.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı Azərbaycana "donuz qripi"nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
Oxumaq
26.01.10  
 
Opera Teatrında "Qu gölü" baleti oynanılıb
Ötən həftə Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçirilib. Bir çox xarici şirkətlərin, səfirlik və diplomatik nümayəndəliklərin əməkdaşlarınını iştirak etdiyi tamaşada baş rolları Marinski adına Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Rusiyanın Əməkdar artistləri, balet artistlərinin çoxsaylı beynəlxalq müsabiqələrinin laureatları Anastasiya Koleqova və Danil Korfuntsev ifa ediblər. Teatrın balet truppasının artistləri və Xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərliyi altında simfonik orkestr də tamaşada yüksək səviyyədə çıxış ediblər.
Oxumaq
26.01.10  
 
Ebru Gündəş Güneli məhkəməyə verir
Sevgilisi Rza Zərrabı isə evindən qovub

Günellə azərbaycanlı iş adamı Rza Zərrab arasında insident davam edir. R.Zərrabın Günel haqqında türk mətbuatına verdiyi geniş müsahibəsi sənətçinin imicini alt-üst edib.
Xatırladaq ki, 8 il sevgili kimi yaşayan cütlük ayrılandan sonra Rza Zərrabın türkiyəli sənətçi Ebru Gündeşlə ailə həyatı qurduğu və bu kimi xəbərlər dəfələrlə mətbuatda işıqlandırılıb. Lakin Rza ilə Günelin türkürpədici açıqlamaları işə Ebrunu da qarışdırıb. Daha doğrusu, o, Rza Zərrabı birlikdə yaşadığı evdən qovub. Məlumat üçün bildirək ki, Rza Zərrab müsahibəsində Günelin onu şərlədiyini, xəyanət etdiyini bildirib. Ebrunu isə ideal qadın obrazında göstərməklə, onun gələcək övladının anası olmasını arzulayıb. Təhqirlərə göz yummayan Günel isə açıqlamaları ilə Rzanın iddialarını rədd edib və bunun davamı olaraq ortaya real faktlar qoyub.
Oxumaq
26.01.10  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: