Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 26.1.2010
Səhifələr : # « 1 2 3 4 5
Lenmarker Azərbaycana iki günlük səfər edəcək
ATƏT Parlament Assambleyasının Gürcüstandakı münaqişələr və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker martın əvvəllərində regiona səfər edəcək. Bu barədə APA-ya açıqlama verən Qoran Lenmarker Azərbaycanda martın 6-7-də səfərdə olacağını bildirib. O, səfər zamanı Azərbaycan rəsmiləri, o cümlədən prezident, Milli Məclisin spikeri və xarici işlər naziri ilə görüşməyi planlaşdırır.
Xatırladaq ki, Qoran Lenmarkerin regiona səfəri yanvar ayına planlaşdırılsa da, Ukraynada keçirilən prezident seçkiləri ilə əlaqədar Cənubi Qafqaz bölgəsinə səfər ATƏT Parlament Assambleyasının qış sessiyasından sonraya kimi təxirə salınmışdı. ATƏT PA-nın qış sessiyası fevralın 18-19-da Vyanada keçiriləcək.
Q.Lenmarker qeyd edib ki, sessiya çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşməyi planlaşdırır. O, azərbaycanlı parlamentarlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
Oxumaq
26.01.10  
 
Lenmarker: "Yazda Qarabağ münaqişəsi ilə bağlı razılaşma əldə edilə bilər"
"Bu ilin yazında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşma əldə edilə bilər". APA-nın xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker deyib. Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşünə toxunan Q.Lenmarker ümid etdiyini bildirib ki, tərəflər danışıqların sonunda ortaq məxrəcə gələ biləcək: "Razılaşmanın imzalanması üçün daha çox görüş keçirmək lazım gələcək. Lakin biz bu gün müşahidə edirik ki, tərəflər getdikcə daha çox bir-birinə yaxınlaşır və münaqişənin həllinə dair razılaşma bu ilin yazında mümkün ola bilər".
Oxumaq
26.01.10  
 
Bu il yeni alüminium zavodu açılacaq
"Azəralüminium" ASC-nin fəaliyyəti müvəqqəti olaraq konservasiya edilir. "APA-Economics"in bildirdiyinə görə, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov məlumat verib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin tapşırığı əsasında alüminium sənayesinin inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, Gəncə şəhərində 110 min ton istehsal gücünə malik yeni alüminium zavodunun tikintisi aparılır. "Zavodun 50 min ton istehsal gücünə malik birinci korpusu cari ilin sonuna qədər istifadəyə veriləcək. Zavodun ikinci korpusu isə 2011-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır" - deyə komitə sədri vurğulayıb.
Qeyd edək ki, hazırda dünya bazarında alüminiumun satış qiyməti 2300 dollar/ton civarındadır.
Oxumaq
26.01.10  
 
"109"-da yeni sistemin tətbiqi planlaşdırılır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin "109" məlumat xidmətində yeni sistemin tətbiqi planlaşdırılır. "APA-Economics"in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: "Bildiyiniz kimi, "109" xidməti zərərlə işləyən bir xidmətdir, çünki günün bir hissəsi ərzində ödənişsiz xidmət göstərir. Xidmətin rentabelliyini artırmaq üçün nazirlik bu sahədə "Dilmanc" sistemini tətbiq etməyi təklif edib". Nazirin sözlərinə görə, bu xidmətin avtomatik şəkildə işləməsini təmin etmək məqsədi ilə "Dilmanc" Azərbaycan-ingilis tərcümə sisteminin nitqin tərcüməsi modulunun tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda bu xidmətin təqdim edilməsi ilə 120 işçi məşğuldur. Xidmətin illik gəliri 452 min manat olduğu halda, xərcləri 850 min manatdan artıqdır. Avtomatik cavablandırma sisteminin tətbiqi ilə xərclərin azaldılması nəzərdə tutulur.
Oxumaq
26.01.10  
 
Mobil rabitə tariflərinin endirilməsi üçün kifayət qədər imkan var
Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının xidmət tariflərini endirmək üçün kifayət qədər imkanı var. "APA-Economics"in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yurnalistlərə verdiyi açıqlamada bildirib: "Hazırda "Azerfon" şirkətinin təqdim etdiyi tariflər kifayət qədər aşağıdır, lakin digər operatorların da endirim istiqamətində addım atmağa imkanları var". Nazirin sözlərinə görə, hazırda Azərbaycanda hər 100 nəfərə 85 mobil telefon aparatı düşür. Bu, bazarın artıq tam təchiz edildiyinin göstəricisidir və yeni bir operatorun bazara daxil olmasına ehtiyac yoxdur. "Hesab edirik ki, mövcud üç mobil operator öz fəaliyyətini genişləndirsə və göstərdiyi xidmətləri modernləşdirsə daha yaxşı olar" - deyə Ə.Abbasov vurğulayıb.
Oxumaq
26.01.10  
 
Sabit telefon xidmətlərinin tarifləri endiriləcək
Azərbaycanda sabit telefon infrastrukturu inkişaf etmiş ölkələr səviyyəsindədir. "APA-Economics"in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yurnalistlərə verdiyi açıqlamada bildirib: "Azərbaycanda istənilən kənd yüksək sürətli internet xidməti və telefon rabitəsi ilə təmin edilib. Lakin apardığımız monitorinq göstərir ki, bu sahənin tarif siyasətində müəyyən dəyişikliklər həyata keçirilməlidir. Artıq nazirlik qiymətlərin aşağı salınması ilə bağlı təkliflər hazırlayıb".
Nazir qeyd edib ki, bu tariflərin tətbiqi nəticəsində sabit telefon şəbəkəsi genişlənəcək və istehlakçılara yeni telefon xidmətləri təqdim ediləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda sabit telefon şəbəkəsinin ümumi tutumu 1 562 113 nömrə təşkil edir və 2009-cu ildə şəbəkənin genişləndirilməsi məqsədi ilə 57 202 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilib.
Oxumaq
26.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •