Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 




 
 
 
Xəbərlər / 26.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Ramazanov qol vurdu
Zaur Ramazanov Yevlaxın "Karvan" klubuna qayıdışını qolla qeyd edib. Apasport.az saytının məlumatına görə, "Qarabağ"dan icarəyə götürülən 34 yaşlı hücumçu birinci divizionda çıxış edən İmişlinin "MKT-Araz" klubu ilə yoxlama oyununda fərqlənib.
Unibank Premyer Liqasına hazırlığını Yevlaxda davam etdirən "Karvan"ın rəqibini darmadağın etdiyi (6:0) görüşdə yeni transferləri fərqlənib. Belə ki, "İnter"dən icarəyə götürülən Xaqani Məmmədov poker edib. Oyunda daha bir qolun müəllifi isə "Xəzər-Lənkəran"dan alınan sabiq kapitan Emin Quliyev olub.
Qeyd edək ki, Zaur "Karvan"ın debüt mövsümündə (2004/05) milli çempionatımızın bombardiri olub. Xaqani isə "İnter" çempion olduğu mövsümdə (2007/08) bu uğura imza atıb.
Oxumaq
26.01.10  
 
Separatçı reyimi yaşatmaq bəhanələri
Qondarma quruma ayrılan qrantların əsl təyinatını gizlətmək mümkünsüzdür

Ötən yazılarımızda da qeyd etmişdik ki, ABŞ Ermənistandan sonra Dağlıq Qarabağa birbaşa yardım edən ikinci dövlətdir. 1998-ci ildən bəri ABŞ Konqresi humanitar yardım alan dövlətlər sırasına Dağlıq Qarabağı da əlavə edib (Konqresin Araşdırma Xidməti, "1999-cu il üçün maliyyə ayrılması: xarici əməliyyatlar, maliyyə ixracı və müvafiq proqramlar", Konqres Kitabxanası, 2 noyabr 1998-ci il). Maraqlısı budur ki, ABŞ-dan ayrılan maliyyəni USAİD (Beynəlxalq İnkişaf Agentliyi) idarə edir (ABŞ hökumət rəsmisinin Böhran Qrupunun əməkdaşına müsahibəsindən, 2005-ci il, may ayı). Bunu sübut etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, USAİD-in Konqres qarşısında hesabatını oxumaq kifayətdir: "2004-cü ildə ABŞ Dağlıq Qarabağa 23.274.992 dollar vəsait ayıracağını elan etsə də, faktiki olaraq 17.831.608 dollar xərclədi". Bu, USAİD-in həyata keçirdiyi layihələrin dəqiq rəqəmlərlə hesabatından bir bənddir. Hesabat 11 fevral 2005-ci ildə açıqlanıb. Yuxarıda qeyd etdiyimiz Amerika rəsmisinin sözlərinə görə, həmin maliyyə "Ermənistana Yardım Fondu", "Uşaqları qoruyaq" (Save the Children) və digər təşkilatlara ayrılır.
Oxumaq
26.01.10  
 
HİV infeksiyası ilə mübarizə yolları dəyişir
Yeni qanun daha çox profilaktika və dövlət təminatlarını nəzərdə tutur

"İmmunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi parlamentin yaz sessiyasında ikinci və üçüncü oxunuşlarda müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsinin HİV-ə yoluxmuş xəstələrin müalicəsində və profilaktikasında xüsusi rol oynayacağı gözlənilir.
Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, HİV-ə dünyanın münasibətini iki mərhələyə bölmək olar: "Birinci mərhələ HİV virusunun aşkar olunduğu 1981-ci ildən ötən əsrin sonuna qədər olan dövrü, ikinci mərhələ isə ötən əsrin sonlarından bugünkü günümüzə qədər olan dövrü əhatə edir. HİV virusu ilk dəfə ortaya çıxanda böyük vahimə ilə qarşılandı. Belə bir fikir də var idi ki, HİV bəşəriyyətin sonunu gətirən bir xəstəlik ola bilər. O zaman HİV-ə qarşı belə bir xof var idi". Komitə sədrinin müavini bildirib ki, buna səbəb ilk dövrlərdə insanlarda HİV virusu ilə bağlı dəqiq məlumatların olmaması olub.
Oxumaq
26.01.10  
 
600-ə yaxın müəssisə və obyektdə qanunsuz tikili halları aşkarlanıb
Qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı 170-ə yaxın fakt üzrə məhkəmədə iddia qaldırılıb

Ötən gün Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2009-cu ilin yekunlarına dair kollegiya keçirilib. Bu barədə qəzetimizə komitənin mətbuat xidmətindən məlumat verilib. Komitə sədri Kərəm Həsənovun sözlərinə görə, 2009-cu ildə dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20-yə yaxın normativ hüquqi xarakterli sənəd layihəsi hazırlanıb.
Oxumaq
26.01.10  
 
Aralıq dənizi üzərində aviaqəza
85 sərnişin və 7 heyət üzvü olan təyyarədən xəbər yoxdur

"Ethiopian Airlines" aviakompaniyasına məxsus sərnişin təyyarəsi dünən səhər qəzaya uğrayıb. Göyərtəsində 85 sərnişin və 7 heyət üzvü olan təyyarə Aralıq dənizinə düşüb. "Boinq 737-800" təyyarəsi Beyrut aeroportunda havaya qalxdıqdan 5 dəqiqə sonra radarlardan itib. Ətraf rayonların sakinləri yanan təyyarənin dənizə düşdüyünü gördüklərini deyiblər. Artıq təyyarənin düşdüyü yer müəyyən edilib. Təyyarənin qalıqları Livan sahili yaxınlığındakı Naame kəndində 3 km cənubda tapılıb. İlkin versiyaya görə, qəzaya pis hava şəraiti səbəb olub. Təyyarənin göyərtəsindəki 85 sərnişindən 54-ü Livan vətəndaşı, 22 nəfəri efiopiyalı, livanlı, iraqlı, Livan mənşəli iraqlı, rusiyalı, kanadalıdır. Qeyd edək ki, sərnişinlərdən biri Fransanın Livandakı səfirinin həyat yoldaşı olub. Artıq təyyarənin qəzaya uğramasının təyin olunduğu yerdə axtarma və xilasetmə işlərinə başlanılıb. Hələ ki, kiminsə sağ qalması barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, "Ethiopian Airlines" aviaşirkəti mütamadi olaraq Beyrut və Efipiyanın paytaxtı Əddis-Əbabə arasında reyslər həyata keçirir.
Oxumaq
26.01.10  
 
Deputatlar ABŞ-da görüşlər keçirirlər
Milli Məclisin ABŞ-da səfərdə olan üzvləri Kolorado ştatında görüşlər keçiriblər. Görüşlərdə iştirak edən millət vəkili Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, ABŞ səfərləri çərçivəsində Koloradoda yerli Konqresin rəhbəri və senatorlarla görüş keçiriblər. Görüşlərdə amerikalılara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb: "Biz Azərbaycan həqiqətlərini çatdıranda qarşı tərəfin bunu çox yüksək səviyyədə qəbul etdiyini gördük".
Oxumaq
26.01.10  
 
ARDNŞ-də müşavirə keçirilib
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) "Azəriqaz"ın balansında olan ölçü qovşaqlarında quraşdırılmış elektron sərfölçmə cihazlarının şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) mərkəzləşdirilmiş informasiya şəbəkəsinə qoşulması, həmin qovşaq və cihazların qüvvədə olan normativ-texniki tələblərə uyğun yenidən qurulması məsələlərinə həsr olunmuş müşavirə keçirilib. ARDNŞ-dan APA-Economics"ə verilən məlumata görə, müşavirədə ARDNŞ rəhbərliyinin və şirkətin müvafiq idarələrinin nümayəndələri iştirak ediblər. "Azəriqaz" İB-nin balansında olan ölçü qovşaqlarındakı vəziyyət haqda müşavirə iştirakçılarına məlumat verilərək bildirilib ki, hazırkı vəziyyətdə mərkəzləşdirilmiş ölçmə və nəzarət sistemi olmadığından, Birliyin istismarındakı qaz təchizatı və nəql təsərrüfatı (magistral qaz kəmərləri, başlıca qazpaylayıcı qurğular və s.) haqda zəruri məlumatların operativ şəkildə əldə olunması çətinlik törədir. Lakin buna baxmayaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək "Məsafədən operativ ölçmə və nəzarət sistemi"nə qoşulmaqla bu problemin həllinə nail olmaq mümkündür. İTRİ-nin mütəxəssisləri qeyd ediblər ki, hazırda işlənib hazırlanmış proqram təminatı əsasında "Azneft" İstehsalat Birliyi, Qaz İxracı İdarəsi, müştərək müəssisələr və əməliyyat şirkətlərində istifadə edilən qaz sayğacları vasitəsilə ölçü qovşaqlarından keçən qaz həcmlərinə məsafədən effektiv nəzarət həyata keçirilir.
Oxumaq
26.01.10  
 
Bakı şəhəri Qaz İstismarı İdarəsi yeni qaz xətləri çəkib
"Azəriqaz" İstehsalat Birliyinin Bakı şəhəri Qaz İstismarı İdarəsi yeni qaz xətləri çəkib. "Azəriqaz"dan APA-Economics"ə verilən məlumata görə, əhalinin texnoloyi reyimə uyğun təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatında istehlakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu günlərdə "Azərtikintiservis" ASC-nin 1 N-li İxtisaslaşmış Təmir Tikinti İdarəsi, 16 saylı Təmir Tikinti İdarəsi, eləcə də "TQ-V" Tikinti İdarəsi tərəfindən Zabrat Qazpaylayıcı Stansiyasından Xalçaçılıq kombinatına qədər uzanan qaz kəmərində, Kürdəxanı qəsəbəsindəki 530 mm-lik orta təzyiqli qaz kəmərindən yeni yaşayış massivinə çəkilib istismara yararsız qaz xətlərində, eləcə də həyətlərdən keçən orta təzyiqli qaz xətlərinin 1600 metrlik hissəsində yenidənqurma işləri aparılıb.
Oxumaq
26.01.10  
 
Mövlud Çavuşoğlu AŞ PA prezidenti seçilib
Dünən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk plenar iclasında qurumun prezidenti postuna seçkilər keçirilib. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, bu vəzifəyə Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Mövlud Çavuşoğlu seçilib. Plenar iclasda eyni zamanda qurumun vitse-prezidenti və komitə sədrləri postlarına da seçkilər keçirilib.
Oxumaq
26.01.10  
 
AŞ PA prezidenti Qarabağ münaqişəsinin həllində güc yolunu tamamilə istisna edir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puç mandatının sona çatması ilə əlaqədar Strasburqda mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun xəbərinə görə, AŞ PA prezidenti 2 illik fəaliyyəti zamanı baş verən önəmli hadisələrə toxunub və bu dövr ərzində AŞ PA-nın oynadığı roldan danışıb.
Luis Maria de Puç ötən dövr ərzində ən əsas problem kimi Gürcüstanla Rusiya arasındakı münaqişəni göstərib. O, bu problem ətrafında qurumda bir neçə dəfə qızğın müzakirələr aparıldığını xatırladıb və AŞ PA-nın bu iki dövləti yaxınlaşdırmaq üçün çox cəhd göstərdiyini, xüsusi işçi qrup yaradıldığının bildirib.
Oxumaq
26.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: