|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditinə başlanılıb
|
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2009-cu il üzrə maliyyə hesabatlarının auditinə başlanılıb. Bu barədə qəzetimizə məlumat verən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ötən ildən başlayaraq fondun maliyyə hesabatlarının beynəlxalq audit şirkəti tərəfindən qiymətləndirilməsi həyata keçirilir. Hazırda qurumun maliyyə hesabatlarının auditi "Baker Tilly Audit Azerbaiyan" beynəlxalq audit şirkəti tərəfindən aparılır. Nazirlikdən vurğulanıb ki, Sahibkarlığa Kömək Milli Fondunun illik maliyyə hesabatlarının beynəlxalq auditinin keçirilməsi fondun fəaliyyətində, eləcə də maliyyə vəsaitlərinin istifadəsində şəffaflığı və səmərəliliyi artırır. Bununla yanaşı, xarici maliyyə bazarından fonda əlavə resurs cəlb edilməsinə yeni imkanlar açır.
|
Oxumaq
26.01.10
|
| |
|
|
İqtisadi İnkişaf Nazirliyi 2 qrant müqaviləsi qeydə alıb
|
|
İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2009-cu il ərzində 2 kommersiya hüquqi şəxsin 2 qrant müqaviləsi (qərarı) qeydiyyata alınıb. Bu proses "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"na müvafiq olaraq kommersiya hüquqi şəxslərin müraciətləri əsasında həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, qrant müqavilələri üzrə alınmış vəsaitin ümumi məbləği 125 min ABŞ dolları təşkil edib. Alınmış vəsaitlər qeyri-bank kredit təşkilatının virtual xüsusi şəbəkə - intranet sisteminin yaradılmasının təmin edilməsi, dil və mədəniyyəti Azərbaycan dilində öyrənmək üçün materialların ana dilinə yüksək keyfiyyətli tərcüməsi və nəşrinin dəstəklənməsinə yönəldilib.
|
Oxumaq
26.01.10
|
| |
|
|
Satışa çıxarılan qeyri-yaşayış sahələri artıb
|
Ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib
Ötən ay ərzində Bakı şəhəri üzrə bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 2,6 faiz artıb. Buna baxmayaraq, tələbin və buna müvafiq olaraq qiymətlərin azalması ekspozisiya müddətinin artımına təsir göstərməyib. Ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Birliyin araşdırmalarına görə, ay ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında nisbi qiymət dəyişməsi baş verib. Satış qiymətlərində 0,3 faiz, icarə qiymətlərində isə 0,7 faiz azalma qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m. qeyri-yaşayış sahəsinin orta qiyməti təklif üzrə noyabrda qeydə alınan 2998 ABŞ dollarından 2990 dollara enib. Təhlillərə əsasən, qiymət azalması ötən rüblə müqayisədə 0,2 faiz təşkil edib. Qiymətlər əvvəlki ilin müvafiq dövründə qeydə alınmış nəticədən 10,9 faiz aşağı enib. Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə bütün zonalarda müvafiq olaraq 0,1 faiz, 0,3 faiz, 0,6 faiz, 0,9 faiz qiymət azalması müşahidə edilib.
|
Oxumaq
26.01.10
|
| |
|
|
Bakıda mənzillərin orta qiyməti 112650 dollar olub
|
Təklif portfelində yeni tikililərin payı artıb
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi təkrar mənzil bazarı üzrə araşdırmalarını yekunlaşdırıb. Birliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, 2009-cu ilin dekabr ayı ərzində təkrar bazar üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə azalma qeydə alınıb və bu - 0,6 faiz olub. Ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən artıb. Təklifin artımı ilə paralel mənzillərin qiymət dinamikası da azalma ilə yadda qalıb. Araşdırmalar göstərir ki, təklif üzrə artım ümumi təklif portfelində yeni tikililərin payının artmasına təsir göstərib. Ümumi portfeldə onların payı 59,2 faizə çatıb: "Təkrar bazardakı yeni tikililərin sayı ötən ayla müqayisədə 3,5 faiz artıb. Aparılan araşdırmalara əsasən, dekabrda təklif 2,8 faiz artıb. Nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7000-i ötüb. Bazarda təklifin artımı ilə yanaşı, orta qiymət də 3,7 faiz azalıb. İpoteka kreditləşməsinin təsiri nəticəsində əmlakın bu növü üzrə likvid dəyər sabit qalsa da, risk dərəcəsi hələ də yüksək olaraq qalıb".
|
Oxumaq
26.01.10
|
| |
|
|
Ən zəngin idman klublarının adı açıqlanıb
|
Məşhur "Forbes" yurnalı dünya idmanının ən zəngin klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ABŞ-ın iqtisadi-maliyyə yurnalında dərc olunan reytinq cədvələ əvvəlki tək İngiltərənin "Mançester Yunayted" klubu başçılıq edir. Onun büdcəsi 1 mlrd. 296 mln. avrodur. İlk onluqda transferlərə böyük pullar xərcləyən cəmi üç futbol klubu var. Onlardan Madridin "Real" (938 mln. avro) və Londonun "Arsenal" (831 mln. avro) klubu siyahıda müvafiq olaraq 6-cı və 7-ci yerləri tutur. "Mançester Yunayted"in ən yaxın izləyicisi olan ABŞ-ın "Dallas Kovboys" futbol klubunun 1 mlrd. 144 mln. avroluq büdcəsi var. Qeyd edək ki, ilk onluqda Amerika futbolu klublarının sayı 6-dır. Siyahıya düşən beysbol klubu da ABŞ-ı təmsil edir.
|
Oxumaq
26.01.10
|
| |
|
|
"Simurq"un ilk transferləri
|
Zaqatalanın "Simurq" klubu heyətinə 3 futbolçu qatıb. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, qış hazırlıq prosesini Gürcüstanda keçirən Zaqatala təmsilçisi ilk transferlərini rəsmiləşdirib. Belə ki, "Simurq" 3 futbolçu ilə müqavilə imzalayıb. Yeni transferlərdən serbiyalı yarımmüdafiəçi Nenad Beqoviçin son komandası İsrailin "Aşdod" klubu olub. Ukraynalı müdafiəçi Andrey Raspopov Belarusun "Qranit", mərkəz müdafiəçisi serbiyalı Draqan Perisic isə Ukraynanın "Metallurq" (Zaporoyye) klubundan ölkəmizə gəlib. Qeyd edək ki, "Simurq"un tarixi ərzində komandada serb futbolçu çıxış etməyib.
|
Oxumaq
26.01.10
|
| |
|
|
Trapattoni türklərdən 3,2 milyon avro tələb edib
|
Tanınmış italyan mütəxəssis Covanni Trapattoni Türkiyə milli komandasının baş məşqçisi olmaq üçün şərtlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 71 yaşlı çalışdırıcı Türkiyə Futbol Federasiyasından (TFF) onunla əməkdaşlıq müqabilində böyük bir sərvət istəyib. Trapattoni "ay-ulduzlular"ın sükanı arxasına keçmən üçün bir ilinə özünə 3,2 milyon avro, üç əcnəbi köməkçisinə 800 min avro məvacib istəyib. Təcrübəli mütəxəssis milli komandanın başında olduğu müddətdə beşulduzlu hoteldə qalmağı, limuzin avtomobil, səfər üçün özəl təyyarə, limitsiz kredit kartı, istədiyi anda İtaliyaya getmək üçün 1-ci dərəcəli təyyarə bileti və İsveçrədəki menecerlik firmasına ödənəcək 10 faiz komisyon haqqını TFF-nin qarşısında şərt qoyub. Qeyd edək ki, Trapattoninin namizədliyi artıq xeyli müddət səslənsə də, o, təklif aldığını inkar etmişdi. Ancaq italyan işbirliyində olduğu İsveçrə menecerlik firmasına sonradan təkliflərini hazırlayıb. Həmin menecerlik firması da TFF rəhbərliyi ilə görüş təyin etmək və şərtləri bildirmək üçün İsveçrədə yaşayan qadın türk vəkilə səlahiyyət verməyə hazırlaşır.
|
Oxumaq
26.01.10
|
| |
|
|
Vaqifin komandası uğursuzluq zolağında
|
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın "Tvente" klubu uğursuzluq zolağına düşüb. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi ölkə çempionatında növbəti xal itkisinə məruz qalıb. Erediviziyanın 19-cu turunda "Qroningen" klubunun qonağı olan Stiv Maklarenin yetirmələri meydanı qolsuz heç-heçə ilə tərk edib - 0:0. Ötən tur "Utrext"lə səfər matçında da eyni hesaba üzülən "Tvente" ardıcıl ikinci dəfə xal itirməklə liderlə xal fərqinin yaranması ilə barışmalı olub. 19 turdan sonra hesabında 49 xal olan Vaqifin komandası lider PSV-dən 2 xal geri qalır. Üçüncü pillədə qərarlaşan "Ayaks"ı 7 xal qabaqlayan "Tvente" növbəti matçını yanvarın 31-də keçirəcək. V.Cavadovun komanda yoldaşları "Roda"nı sınağa çəkəcək. Qeyd edək ki, yanvarın əvvəlində "Tvente" ilə müqavilə bağlayan V.Cavadov hələ yeni klubunda debüt etməyib.
|
Oxumaq
26.01.10
|
| |
|
|
Yaya Ture və Droqba Anqolanı tərk edir
|
Afrika millətlər kubokunun ilk yarımfinalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Anqolada keçirilən turnirin 1/4 final mərhələsini qələbə ilə başa vuran Qana və Əlcəzair yığmaları finalın bir addımlığınadək irəliləyib. Meydan sahibləri ilə qarşılaşan qanalılar Qyan Asamoanın vurduğu yeganə qolla məğlub edib. Digər qarşılaşma isə çempionatın əsas favoriti sayılan Kot-d'ivuarın məğlubiyyəti ilə əlamətdar olub. Yaya Ture və Didye Droqba başda olmaqla ulduzlar toplusuna malik yığma Əlcəzairlə görüşdə "triller"in iştirakçısı olub. Belə ki, matçın əsas vaxtının sonuna 1 dəqiqə qalmış, hesab 1:1 olarkən Abdulkader Keyta Kot-d'ivuar yığmasını irəli çıxarıb. Çoxları Türkiyənin "Qalatasaray" klubunda çıxış edən futbolçunun artıq oyunun taleyini həll etdiyini düşünüb. Lakin əlcəzairlilər matça əlavə olunan ikinci dəqiqədə bərabərlik qoluna imza atıb. Əlavə vaxtın ikinci dəqiqəsində isə Keytanın komandası daha bir qol buraxaraq məğlub olub - 2:3.
|
Oxumaq
26.01.10
|
| |
|
|
Rusların 5 illik həsrəti bitdi
|
"Birlik kuboku" "Rubin"in oldu
Rusiyanın "Rubin" klubu "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" turnirinin yeni qalibi olub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Kazan təmsilçinin əvəzedici komandası finalda Qazaxıstanın "Aktobe" klubunu böyük hesabla məğlub edib - 5:2. Görüşün həlledici anı "Aktobe"nin liderlərindən olan Uluqbəy Asanbayevin 60-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulması olub. "Rubin" məhz bundan iki qol vuraraq inamlı qələbə qazanıb. Bununla da ölkəmizi turnirdə təmsil edən "Bakı" klubu ilə bir qrupda yer alan, onu 1/4 finala çıxmağa qoymayan "Aktobe" ardıcıl ikinci il finalda büdrəyib. Qazaxıstan çempionu ötən il Moldovanın "Şerif" klubuna oyun sonrası penaltilər seriyasında yenildiyi üçün kuboku qazana bilməmişdi.
|
Oxumaq
26.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|