Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 




 
 
 
Xəbərlər / 26.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib
Oxucular "Yol"u oxumaqla yanaşı, onu dinləyə də biləcəklər

Elxan Xanəlizadənin "Yol" adlı romanının təqdimatı keçirilib. "Ali & Nino" kitab evində keçirilən təqdimat mərasimində gənc yazarın eyni adlı romanının audio versiyası da iştirakçılara təqdim edilib. Tədbiri açan yazarın dostu Emin Musəvi bildirib ki, dövrü mətbuatda zaman-zaman çıxışlar edən Elxan Xanəlizadə həm də müxtəlif illərdə ispan dilindən tərcümələr edib. Onun növbəti yaradıcılıq işi həm kitab həvəskarları, həm də əsəri qulağı ilə dinləmək istəyənlər üçün bir töhfədir.
Oxumaq
26.01.10  
 
Qətl törədən şəxsin məhkəməsi başa çatıb
Rəşan İsrafilov 15 il müddətinə azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Rusiya Federasiyası vətəndaşı Rəşan İsrafilov cavab verib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə (120.2.4), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə (120.2.9), quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə (120.2.11), zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmək (181.3.3) maddələri ilə ittiham olunub.
Oxumaq
26.01.10  
 
Televizora baxmaq uğrunda dava
Sabirabadda qardaş qardaşını bu səbəbdən qətlə yetirib

Sabirabad rayonununda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə rayonun Əsədli kəndi ərazisində baş verib. Kənd sakini Fərzəliyev Sahib Telman oğlu kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı isə müəyyən edilib ki, onu qardaşı, Fərzəliyev Mərifət Telman oğlu televizora baxmaq üstündə yaranmış mübahisə zəminində bıçaqlayıb. S.Fərzəliyevin qardaşı tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib və qətldə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fərzəliyev həbs edilib. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.
Oxumaq
26.01.10  
 
Toqquşan avtomobil sonradan ağaca çırpılıb
Yol qəzası üç nəfərin həyatına son qoyub

Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Qax rayonunun Qoragan kəndi ərazisində Şəki şəhər sakini Rövşən İsmayılovun idarə etdiyi "VAZ-21074" markalı və Marsan kənd sakini Asim Mustafayevin idarə etdiyi "Moskviç-2141" markalı avtomaşınlar toqquşub. Sonradan R.İsmayılov idarəetməni itirərək onu yolun kənarındakı ağaca vurub. Nəticədə R.İsmayılov və sərnişinləri - anası Nabat, həmyerliləri Nigar Allahverdiyeva və Ruslan Tanrıverdizadə hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Bayram Tanrıverdizadə isə xəstəxanaya yerləşdirilib.
Əzizbəyov rayonu Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Elnur Qurbanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən 35-40 yaşlı qadını vurub. Nəticədə ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
26.01.10  
 
Maştağada iki yanğın
5 nəfər xəsarət alıb

Sabunçu rayonu Maştağa qəsəbəsində iki yanğın hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Maştağa qəsəbəsi H.Heybətov küçəsində yaşayan Sona Hüseynovaya məxsus, ümumi sahəsi 10 kvm. olan mətbəxdə yanğın baş verib. Nəticədə bütövlükdə mətbəxin yanar konstruksiyaları yanıb. S.Hüseynova və onun qonşusu Fəridə Hadıyeva isə yanıq xəsarətləri alıb.
Sabunçu rayonunun Maştağa qəsəbəsi Zərdabi küçəsi, ev 10-da qaz sızmasından baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlı uşaq, biri isə orta yaşlı kişidir. Xəsarət alan Kamal Rzayev 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Xəsarət alan Nizami Rzayev və onun qızı - Zeynəb Rzayeva Nərimanov rayon 5 saylı kliniki xəstəxasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
26.01.10  
 
Narkotik satışının qarşısı alınıb
Vətəndaşlardan 24 kiloqrama yaxın narkotik götürülüb

Hüquq-mühafizə orqanları vətəndaşlardan külli miqdarda narkotik vasitə götürüb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Biləsuvar RPŞ və rayon Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 17 kiloqrama yaxın narkotik vasitə götürülüb. Bərdə rayon sakinləri Cəlil Cabbarovdan və Ruslan İbrahimovdan külli miqdarda - 14 kiloqram 895,1 qram narkotik vasitə olan həşiş və 2 kiloqram 11,3 qram heroin götürülüb.
Oxumaq
26.01.10  
 
Bir gündə 38 cinayət
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 38 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 20-i "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 1 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 22 nəfər saxlanılıb.
Oxumaq
26.01.10  
 
Dələduz qadına hökm oxunub
Fatma Talıbova 7 il müddətinə azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə saxta sənədlər hazırlamaqda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Bakı şəhər sakini Fatma Talıbova cavab verib. F.Talıbova Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə) maddəsi ilə ittiham olunub.
İttihama görə, F.Talıbova sənədləri saxtalaşdırmaqda və vətəndaşların etibarını qazanaraq dələduzluq etməkdə təqsirləndirilir. Uzun müddət axtarışda olan F.Talıbova Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşları tərəfindən 2009-cu ilin fevralında həbs edilib. Məhkəmənin hökmü ilə F.Talıbova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
26.01.10  
 
Qohumlarını qətlə yetirən qardaşların cəzası
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mail Bayramovun sədrliyi ilə qətl hadisəsi törətməkdə ittiham olunan şəxslərə hökm oxunub. Məhkəmə qarşısında Afər və Azər Məmmədov qardaşları cavab verib. İttihama görə, hadisə 2009-cu il iyulun 24-də baş verib. Quba rayon Zərqova kənd sakinləri Afər və Azər Məmmədov qardaşları Vəlvələ kənd sakini - qohumları Bəhram Tarverdiyevi münaqişə zəminində qətlə yetiriblər. Qardaşlar ruhi xəstəlikdən əziyyət çəkən B.Tarverdiyevi balta ilə qətlə yetiriblər. Məhkəmənin hökmü ilə Afər 14 il, Azər isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
26.01.10  
 
Bacısını qətlə yetirən paytaxt sakininin məhkəməsi başlayıb
Ağır Cinayətlərə Dair İşər üzrə Məhkəmədə hakim Mail Bayramovun sədrliyi ilə bacısını qətlə yetirməkdə təqsirli bilinən paytaxt sakininin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Bakı şəhər sakini Elşən Mətləb oğlu Hüseynov cavab verib. E.Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, 2009-cu ilin iyununda Qaradağ rayonu Qızıldaş qəsəbə sakini İradə Hüseynova bıçaqlanıb. Bir neçə ağır bıçaq zərbəsi alan İ.Hüseynova aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. İ.Hüseynovanı qətlə yetirən qardaşı E.Hüseynov könüllü olaraq polisə təslim olub. İş üzrə məhkəmə baxışı fevralın 1-də keçiriləcək.
Oxumaq
26.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: