Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 




 
 
 
Xəbərlər / 23.1.2010
Səhifələr : 1 2 3 » #
"Təzyiq olmadan Ermənistanı mövqeyindən çəkindirmək bir qədər çətindir"
Əli Həsənov: "Vasitəçilik edən dövlətlər münaqişə tərəflərini incik salmamağa çalışırlar"

Məlum olduğu kimi, dünən Bakıda Humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu işə başlayıb. Forumun işində iştirak edən Prezident Administrasiyasının ictimai- siyasi şöbəsinin müdiri Əli Həsənov yurnalistlərin müxtəlif mövzuları əhatə edən suallarını cavablandırıb:

- Humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya forumu çox müvəffəqiyyətlə keçir. Tədbirə Rusiyanın ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, yazıçılar, elm-təhsil sektorunu təmsil edənlər qatılıblar. Azərbaycan tərəfindən də ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm, mədəniyyət, incəsənət xadimləri forumun işində iştirak edirlər. Forumda Rusiya-Azərbaycan əlaqələrinin elm, mədəniyyət, kütləvi informasiya vasitələri üzrə inkişafı məsələləri müzakirə olunur. Nəzərə alsaq ki, forumun işində Azərbaycanın və Rusiyanın bütün aparıcı KİV-lərinin rəhbərləri və ya onların nümayəndələri iştirak edir, deməli, biz qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq. Hər iki ölkənin ictimaiyyətini əlaqələrin mövcud durumu və gələcəyi ilə bağlı vəziyyətlə tanış edə biləcəyik. Fikrimcə, bu forum çox əhəmiyyətlidir. Azərbaycanda ilin əvvəlində belə bir ciddi forumun keçirilməsi həm bizim üçün, həm də Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir.
Oxumaq
23.01.10  
 
Türkiyədə ordu-hökumət qarşıdurması
Konstitusiya Məhkəməsi parlamentin qəbul etdiyi qanunu geri qaytarıb

Türkiyədə hərbi elita ilə hakimiyyət arasında onilliklər boyu davam edən gərginlik səngimək bilmir. Hərbi çevrilişlər, ordu-hökumət qarşıdurması bu ölkənin həyatında mütəmadi baş verən hala çevrilib. Ölkə tarixində son əlli ildə hərbçilər dörd seçkili hökuməti devirib. Son illər isə bu gərginlik "Ergenekon" məsələsində özünü daha qabarıq göstərməyə başlayıb. Ordu-hökumət qarşıdurması son günlər daha da qızışıb. Belə ki, hökumət hərbçilərin mülki məhkəmələrdə mühakimə olunmasını nəzərdə tutan qanun qəbul edib. Konstitusiya Məhkəməsi isə ötən gün bu qanunu rədd edib. Qanun parlamentdə yekdilliklə qəbul edildikdən sonra əksər ekspertlər tərəfindən "vətəndaş inqilabı" kimi qiymətləndirilmişdi. Avropa İttifaqına üzvlüyün tələblərindən biri olan bu qanun hərbçilərin milli təhlükəsizliyə qarşı cinayətləri, Konstitusiyanın onlar tərəfindən pozulması və hökumətin hərbi yolla devrilməsi təqdirində hərbçilərin işinə mülki məhkəmələrdə baxılmasına imkan açmalı idi.
Yeri gəlmişkən, bu günlərdə bir qrup ordu mənsubunun hakim Ədalət və İnkişaf Partiyasını devirəcəyi ilə bağlı Ərdoğan hökumətinə yaxın "Tərəf" qəzetində məqalə dərc edilib.
Oxumaq
23.01.10  
 
Adamiya "Qarabağ"la yarım illik müqavilə imzalayacaq
"İndiki vəziyyətdə Azərbaycana qayıtmaq optimal variant idi"

"Mən artıq Antalyada - "Qarabağ"ın təlim-məşq toplanışındayam. Bura gəlişim gözlənilməz alındı. Mənə zəng edən klubun nümayəndələri dəvət göndərdilər. Fikirləşəndən sonra müsbət cavab verdim". Apasport.az saytının məlumatına görə, bu fikirləri 5 ildir Azərbaycanda çıxış edən Georgi Adamiya deyib.
"Bakı" ilə yollarını ayırdıqdan sonra klub axtarışında olan 29 yaşlı gürcü hücumçu Ağdamın "Qarabağ" klubunun sıralarında yer alıb. G.Adamiya son vaxtlar əlində konkret təkliflərin olmadığını gizlətməyib: "Agentim hansısa xarici klubla danışsa da, məsələ müqavilə bağlamağa gəlib çıxmadı. Vaxt daralırdı və risk etmədim. Üstəlik, Azərbaycana - mənim üçün çox dəyərli olan ölkəyə qayıtmağı təklif etdilər. İndiki vəziyyətdə bura qayıtmaq daha optimal variant idi, nəinki digər ölkədə komanda axtarmaq".
G.Adamiyanın keçidində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun böyük rolu olub. Hər halda, Georgi onunla "Neftçi"də həm birgə oynayıb, Azərbaycan çempionu olub, həm də komandada rəhbərliyi altında çıxış edib: "Bu səbəbdən heç bir çətinlik hiss etmirəm. Kollektiv məni isti qarşıladı.
Oxumaq
23.01.10  
 
Humanitar əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu işə başlayıb
Məqsəd iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirməkdir

Dünən Beynəlxalq Muğam Mərkəzində Humanitar əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu işə başladı. Forumda Rusiyanın tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, bir sıra nüfuzlu KİV-lərin nümayəndələri iştirak edirdilər.
Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbirdə Rusiyanın xeyli sayda məşhur simalarının olduğunu xatırlatdı və qeyd etdi ki, forum çərçivəsində aparılacaq müzakirələr Azərbaycan və Rusiya xalqlarının və dövlətlərinin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
PA rəhbəri dedi ki, tədbirin məqsədi iki ölkə arasında humanitar sahədə əməkdaşlığı daha da dərinləşdirməkdir. O, ümid etdiyi bildirdi ki, forumun nəticəsi olaraq yeni layihələrin həyata keçirilməsinə başlanacaq.
R.Mehdiyev forumun təşkili ilə bağlı Azərbaycan və Rusiyanın Prezident administrasiyalarına xüsusi minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu cür forumun keçirilməsi iki ölkə başçısı - İlham Əliyev və Dmitri Medvedyevin sayəsində mümkün olub.
Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən R.Mehdiyev Azərbaycanda rus dilinə yüksək diqqət ayrıldığını xatırlatdı. O, Rusiyanın tanınmış şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq 1,5 milyon tirayla çap edilməsini Azərbaycanda rus mədəniyyətinə böyük marağın sübutu olduğunu qeyd etdi.
Oxumaq
23.01.10  
 
Həmsədrlər birgə bəyanat yayıblar
Münaqişənin əsas prinsipləri tezliklə razılaşdırılmalıdır

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunu ilə bağlı birgə bəyanat yayıblar. ATƏT-in rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub ki, həmsədrlər yanvarın 20-də Yerevanda Ermənistan prezidenti Sery Sarkisyanla görüşüblər: "Həmsədrlər öz ölkələrinin prezidentlərinin 2009-cu ilin iyulunda Akvilldə verdikləri göstərişlərə uyğun olaraq dekabrda Azərbaycana səfərləri zamanı prezident İlham Əliyevə təqdim etdikləri Madrid sənədinin yenilənmiş variantına dair baza prinsiplərinə son redaktələrini Sery Sarkisyana təqdim ediblər". Bəyanatda o da vurğulanıb ki, yanvarın 21-də həmsədrlər Bakıda prezident İlham Əliyevlə görüşüblər. Həmsədrlərlə müzakirələr zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Həmsədrlər daha sonra Qazaxıstan hökuməti ilə ATƏT-ə sədrliklə bağlı məsləhətləşmələr aparmaq üçün Astanaya səfər ediblər. Bəyanatın sonunda qeyd edilib ki, məsləhətləşmələrdən sonra həmsədrlər Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi edəcəyi Soçiyə gedəcəklər.
Oxumaq
23.01.10  
 
Türkiyənin tekstil şirkətləri Azərbaycanda işlərini genişləndirir
"Istanbul Fashion Show" sərgisi keçiriləcək

Gələn həftə Heydər Əliyev adına İdman Konsert Kompleksində "Meridyen" Beynəlxalq Sərgi şirkəti və OTİAD (Osmanbəy Türk İş Adamları Dərnəyi) dünya şöhrətli brendlər və yüksək keyfiyyəti ilə seçilən geyim markalarından ibarət sərgi təşkil edəcək. Sərgidə dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş olunacaq. Yanvarın 28-dən 30-a qədər davam edəcək "Istanbul Fashion Show" adlı sərgidə Türkiyənin ən məşhur tekstil şirkətlərinin məhsulu olan qadın, kişi, uşaq geyimləri, ayaqqabılar, müxtəlif aksesuarlar və s. sərgilənəcək.
Dünən "Park Inn" otelində "Istanbul Fashion Show" sərgisinə həsr olunan mətbuat konfransında media nümayəndələrinə sərginin əsas məqsədi, azərbaycanlı iş adamları ilə qurmaq istədikləri əməkdaşlıq və iş birlikləri barədə ətraflı məlumat verildi.
Oxumaq
23.01.10  
 
Keçən il 52 aptekin fəaliyyəti dayandırılıb
Ötən il Azərbaycanda 52 aptekin fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib. Onun sözlərinə görə, ötən il 654 aptekə baxış keçirilib. Fəaliyyətini könüllü dayandırmaq istəməyən 40 aptekə qarşı İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə 300-500 manat cərimə sanksiyaları tətbiq edilib. P.Əzizbəyov bildirib ki, mərkəzin fəaliyyətə başladığı 2007-ci ilin iyul ayından indiyədək Azərbaycanda 353 aptekin fəaliyyəti dayandırılıb.
Ötən il apteklərdən 11005 qutu yararlılıq sertifikatı olmayan dərman vasitələri götürülüb. Onların hamısı məhv edilib.
Oxumaq
23.01.10  
 
"Eurovision" rəqs müsabiqəsi təxirə düşdü
Müsabiqənin növbəti tarixi bəlli deyil

Azərbaycanda keçirilməsi nəzərdə tutulan "Eurovision" rəqs müsabiqəsi qeyri-müəyyən vaxta kimi təxirə düşüb. Bu barədə Avropa Yayımları Birliyinin nümayəndəsi Svante Stokselius mətbuat konfransı zamanı bildirib. Hələlik fasilənin ən azı 2 il olacağı ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, sayca üçüncü olan müsabiqə Bakıda keçirilməli idi. Əvvəlcə müsabiqə 2009-cu ilin payızına nəzərdə tutulsa da, sonradan iştirakçıların çatışmaması səbəbindən onu təxirə salmışdılar.
Qeyd edək ki, ilk iki müsabiqə London və Qlazqoda keçirilib. Şərtlərə görə, hər ölkəni bir peşəkar və bir qeyri-peşəkar cütlük təqdim edir. Hər nömrənin vaxtı 2 dəqiqədən çox olmamalıdır və milli xarakteri özündə cəmləşdirməlidir.
Oxumaq
23.01.10  
 
Alim Qasımovun albom təqdimatı keçiriləcək
Xanəndənin xarici səfəri konsert proqramı ilə də yadda qalacaq

Azərbaycanda verəcəyi geniş konsert proqramını hazırlayan Xalq artisti Alim Qasımov hələ də bunun tarixini dəqiqləşdirməkdə tərəddüd edir. Bir sıra səfərlərin olduğunu nəzərə alan xanəndə Bakı konsertinə xüsusi hazırlaşdığını bildirdi. Səfərdən söz düşmüşkən isə öyrəndik ki, muğam ustadı yaxın günlərdə Nyu-Yorka gedəcək. Onun məlumatına görə, iki günlük konsert proqramı ilə çıxış edəcək. Öyrəndik ki, Nyu-Yorka səfər həm konsert, həm də yeni albomun təqdimatı məqsədi daşıyır: "Bir müddətdir mənim Nyu-Yorkda albomum hazırlanır. Bu işi oranın bir qrup musiqiçisi həyata keçirir. Təklifi bir il öncə almışdım. Razılaşmadan sonra orada alboma sığacaq qədər muğam, xalq mahnıları və təsniflər lentə yazıldı. Həmin musiqiçilər onu topluya köçürmək və digər tələb olunan işlər üzərində çalışıblar. Nəzərə alınıb ki, konsertimdən sonra albomun satışını həyata keçirək".
Oxumaq
23.01.10  
 
"Aşağı səviyyəli pyeslərlə özümüzü aldatmamalıyıq"
Telman Adıgözəlov həm də müasir səhnə effekti arzulayır

"Aktyor yeganə peşə adamıdır ki, onun maddi sərvəti, neməti olmur. Onun dava-savaşı yalnız yaradıcılıqla bağlı məsələlərin təmin olunmasıdır. Bunu görməyəndə, daxildən bir üsyan qalxır" - deyən Xalq artisti Telman Adıgözəlov narahatlıqlarını dilə gətirdi. O, teatrın və aktyorun ehtiyaclarının nədən ibarət olduğundan danışdı.
"Şikayət edirik ki, ömrümüz gedir, niyə tamaşalarda oynamırıq. Əbülfəs Qarayev və Elçin Əfəndiyevin dəvəti ilə teatrın 17 aktyoru ilə görüş keçirildi. Orada teatrın problemlərindən danışıldı. Bizim istədiyimiz mürəkkəb halları soruşdular. Biz də bunları müzakirə etdik, teatrdakı bəzi narazılıqlardan danışdıq. Dedik ki, gözəl bir bina istifadəyə veriləndən sonra ona uyğun da yaradıcılıq nümayiş etdirmək lazımdır. Bina adi daşdır, onu insanların məhəbbəti ilə doldurmaq lazımdır".
Oxumaq
23.01.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: