Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 23.1.2010
Səhifələr : # « 1 2 3
Prezident Endi İnqlisi qəbul edib
Dünən prezident İlham Əliyev bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul edib. bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlis ilk dəfə 15 il bundan əvvəl Bakıya gəldiyini və ötən dövr ərzində çox böyük inkişafın şahidi olduğunu vurğuladı. "Əsrin müqaviləsi"nin imzalanmasından artıq 15 il ötdüyünü bildirən qonaq bu müddətdə ölkəmizdə qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu və böyük uğurlar qazanıldığını dedi. Endi İnqlis bp şirkətinin ölkəmizlə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.
Ötən il "Əsrin müqaviləsi"nin 15 illiyi münasibətilə mərasimlər keçirildiyini qeyd edən dövlət başçısı əldə olunan bütün bu nailiyyətlərin əsasında uğurlu eneryi siyasətinin dayandığını dedi. Prezident İlham Əliyev bildirdi ki, əgər 15 il əvvəl başlanan eneryi siyasəti həyata keçirilməsəydi, iqtisadiyyatımızın şaxələndirilməsi və sosial proqramların həyata keçirilməsi mümkün olmazdı. bp şirkəti ilə əməkdaşlığa toxunan dövlət başçısı energetika sahəsində uğurlu əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. /AzərTAc/
Oxumaq
23.01.10  
 
Seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb
Seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıblar. Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynovun APA-ya verdiyi məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bu prosesə yanvarın əvvəlindən start verilib. Hazırda məntəqə seçki komissiyaları yerli icra hakimiyyəti orqanları, pasport qeydiyyatı idarələri ilə birlikdə seçici siyahılarını dəqiqləşdirirlər. Sonrakı mərhələdə seçici siyahıları dairə seçki komissiyaları tərəfindən ümumiləşdirilərək Mərkəzi Seçki Komissiyasına təhvil veriləcək. May ayında isə MSK nəticələri ümumiləşdirərək seçicilərin sayını ictimaiyyətə açıqlayacaq və seçici siyahıları qurumun rəsmi internet səhifəsinə yerləşdiriləcək.
Qeyd edək ki, 2009-cu ildə ölkə üzrə seçicilərin sayı 4 milyon 893 min 69 nəfər olub.
Oxumaq
23.01.10  
 
Tomas Qoltzun sənədli filmi mükafata layiq görülüb
Məşhur amerikalı yurnalist Tomas Qoltzın çəkdiyi "Muğam Montanada" sənədli filmi Syerra-Nevada kinofestivalının mükafatına layiq görülüb. T.Qoltz APA-nın Vaşinqton müxbirinə bildirib ki, fevralın 26-da Kaliforniyanın Mammoth Lakes istirahət şəhərciyinin dəbdəbəli Westin Monache Resort otelində 2010-cu il mükafatlarının təqdimatı və film yaradıcılarının iştirakı ilə nahar keçiriləcək.
T.Qoltz xatırladıb ki, əvvəllər onun filmi Kaliforniyada hər il keçirilən Yosemite Beynəlxalq Film Festivalında qısametraylı filmlər nominasiyasında El Capitan mükafatına layiq görülüb.
15 dəqiqəlik sənədli film "Qədim Şərq" qrupunun Montana ştatı boyunca musiqili səyahətindən bəhs edir. Qrup ştatın şərqində Billings şəhərində Rocky Mountain kollecində, cənub-şərqi Bozeman şəhərində Montana Dövlət Universitetində, Yellowstone River-dəki Livingston kitabxanasında və ştatın qərbində Missula şəhərində Montana Universitetində konsertlər verib.
Oxumaq
23.01.10  
 
"Qalatasaray" transferlərdən doymur
"Cim-Bom" bu dəfə Yonu heyətinə qatdı

"Qalatasaray" transferlərdən doymur. Bu günlərdə "Everton"un avstraliyalı müdafiəçisi Lukas Heyli heyətinə qatan "Cim-Bom" elə həmin komandadan daha bir hay-küylü transferi rəsmiləşdirib. Belə ki, braziliyalı forvard Yo ikinci dövrədə meydana məhz "sarı-qırmızılı" forma altında çıxacaq. İstanbulluar qaradərili forvardı altı aylıq icarəyə götürüb. Qeyd edək ki, "sambaçı" hər qələbəyə körə verilən mükafatları və digər gəlirləri də nəzərə almaqla bu müddətdə 1,2 milyon avro qazanacaq. Onu da xatırladaq ki, Yo müqavilə ilə "Mançester Siti"yə məxsusdur. "Qalatasaray" bu komandaya isə 750 min avro ödəyib. Komanda Yonun çıxışından razı qalsa və onun transfer hüququnu əlinə keçirmək istəsə, "şəhərlilər"ə daha 7,5 milyon avro ödəməli olacaq. Artıq srağagün axşam saatlarında İstanbula gələn forvard hava limanında fanatlar tərəfindən atəşli qarşılanıb.
Oxumaq
23.01.10  
 
Səhifələr : # « 1 2 3
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •