|
|
Səhifələr : # « 1 2 3 » #
|
Torpaqların bazar qiymətləri real dəyərlərindən çox bahadır
|
Atatürk prospektində torpağın bir sotu 200 000 dollardır
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu torpaq bazarı üzrə növbəti araşdırmalarını başa çatdırıb. Qurumun mətbuat xidmətindən qəzetimizə bildirilib ki, 2009-cu ilin dekabr ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Dekabr ayında da köhnə yaşayış evlərinin sökülməsi zəif olub. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə doğru - üçüncü və dördüncü zonalar üzrə genişlənməkdə davam edib. Buna baxmayaraq, tikintinin tempinin azalması tendensiyası bir qədər də dərinləşib. Dekabr ayında bazara ümumilikdə 817,3 ha torpaq sahəsi təklif olunub. Bu torpaqların 76,9 faizini boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib: "Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası dekabr ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub. Bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib".
|
Oxumaq
23.01.10
|
| |
|
|
Avtomobillərin likvidlik əmsalı son 3 ildə ən aşağı həddə düşüb
|
Satış mərkəzlərinə müraciət edənlərin sayı azalıb
Təkrar avtomobil bazarında mövsüm üçün xarakterik olmayan passivlik yaranıb. Aparılan monitorinqin nəticələrinə görə, ötən ayın ilk ongünlüyündə avtomobillərin qiymətinə təsir göstərməyən nisbi aktivlik müşahidə edilib. Bu, bağlanan əqdlərin dinamikasına və qiymətlərə təsir göstərməyib. Buna baxmayaraq, dekabrın ikinci ongünlüyündən sonra bazarda dinamika aşağı düşməyə başlayıb və bu tendensiya ayın sonlarına qədər davam edib. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Araşdırmalar göstərir ki, dekabrda noyabr ayı ilə müqayisədə təklif azalıb. Təklifin azalmasına baxmayaraq, tələb də aşağı düşüb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına təsir göstərib və bu göstərici -2,3 faiz təşkil edib.
|
Oxumaq
23.01.10
|
| |
|
|
Səlim Müslümov 100 yaşı tamam olan əmək pensiyaçısı ilə görüşüb
|
|
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 100 yaşı tamam olan, 1910-cu il təvəllüdlü əmək pensiyaçısı Qasımov Qaraş Savalan oğlunu qəbul edib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, ömrünün 100-cü ilini yaşayan Q.Qasımova can sağlığı diləyən S.Müslümov onu ad günü münasibətilə təbrik edib. DSMF sədri Azərbaycanda əhalinin sosial müdafiəsinin iqtisadi inkişafın əsas məqsədi kimi müəyyənləşdirilməsindən də söz açıb. Q.Qasımovun əmək fəaliyyəti dövründə respublika sənayesinin inkişafına xüsusi xidmətlər göstərdiyini vurğulayan S.Müslümov onun ömrünün bu yaşında da ictimai fəallığının gənc nəsil üçün bir nümunə olduğunu bildirib.
|
Oxumaq
23.01.10
|
| |
|
|
Türkmənistanla danışıqların potensialı tükənməyib
|
Xələf Xələfovun sözlərinə görə, razılaşmaya gəlməyə ümid var
Yaxın vaxtlarda İran nümayəndə heyəti Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Azərbaycana səfər edəcək. Bu barədə yurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verdi. Onun sözlərinə görə, bu barədə qərar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfəri çərçivəsində qəbul olunub. Nazir müavini bildirdi ki, Tehranda keçirilən görüşlərdə Xəzərin hüquqi statusu ilə bağlı məsələ ayrıca müzakirə edilib. Danışıqlarda həm ikitərəfli, həm də beştərəfli görüşlərin davam etdirilməsi ilə bağlı qərar qəbul olunub: "Danışıqlarda hər hansı yeni aspektlərin meydana çıxması barədə fikir bildirmək çox çətindir. Müəyyən məsələlər var ki, onlarla bağlı mövqeləri yaxınlaşdırmaq mümkün olub. Amma müəyyən məsələlər də var ki, fikir ayrılıqları hələ də davam edir". Nazir müavini Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Türkmənistanla da müzakirələrin davam etdiyini bildirdi. Onun sözlərinə görə, bir müddət öncə Türkmənistan fikir ayrılıqlarını Beynəlxalq Arbitray vasitəsilə həll etmək fikrinə düşsə də, bunun üçün rəsmi müraciət etməyib. Buna görə də Azərbaycan Türkmənistanla danışıqları davam etdirir. X.Xələfov dedi ki, Azərbaycanla Türkmənistan arasında fikir ayrılığı Xəzərdəki mübahisəli neft yataqları ilə bağlı deyil, delimitasiyanın prinsipləri ilə əlaqədardır.
|
Oxumaq
23.01.10
|
| |
|
|
Litvada qalmaqal
|
Naziri işdən çıxarıb, nazir müavinini həbs etdilər
Litvanın xarici işlər naziri ölkəsinin ABŞ kəşfiyyatı üçün gizli həbsxanalar saxlaması barədə iddialarla bağlı prezidentlə arasında yaranan gərginliklə əlaqədar istefa verib. Nazir Viqaudas Usakas və prezident Daliya Qribauskayte parlamentin apardığı təhqiqatın Mərkəzi Kəşfiyyat İdarəsinin "Əl-Qaidə" şübhəlilərini saxlamaq üçün Litvada gizli məhbəslər yaratması qənaətinə gəldikdən sonra toqquşublar. Lakin təhqiqat həmin obyektlərdə məhbusların saxlanmasını sübuta yetirməyib. Prezidentlə xarici işlər naziri arasında toqquşmanın başqa mənbəyi qonşu Belarus və onun avtoritar lideri ilə münasibətlər olub. V.Usakas Belarusa qarşı daha sərt mövqe tutmağın tərəfdarıdır. Məsələyə münasibət bildirən baş nazir Andryus Kubilyus bildirib ki, o, nazirin işini yaxşı qiymətləndirir. "Yaranmış vəziyyət həqiqətən də təəssüf bildirməyə vadar edir, çünki mənim fikrimcə, Usakas peşəkardır. Odur ki, prezidentin nazirlə işləyə bilməyəcəyini bəyan etməsinə görə təəssüflənmək lazım gəlir" - deyə baş nazir "Xəbərlər radiosu"na müsahibəsində bildirib. Bununla yanaşı, o qeyd edib ki, XİN başçısı postuna gələcək namizədi hər şeydən əvvəl prezidentlə müzakirə etmək niyyətindədir.
|
Oxumaq
23.01.10
|
| |
|
|
Tualet və içməli su çatışmazlığı
|
Haiti sakinləri ölkəni tərk etməyə çalışırlar
Baş vermiş dağıdıcı zəlzələdən sonra Haitinin bərpasına əsrin dörddə biri qədər vaxt lazım ola bilər. Bu ölkənin İspaniyadakı səfiri Yolett Azor-Şarl belə hesab edir. "Əvvəlcə mən bunun üçün 10 il vaxt lazım gələcəyini deyirdim. Lakin dağıntıların miqyasını təhlil etdikdən sonra belə qənaətə gəldim ki, bərpa üçün ən azı 25 il lazımdır" - deyə Fransanın "Ven minyut" qəzeti səfirin dediklərindən sitat gətirib. Yeri gəlmişkən, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) məlumat verib ki, Haitinini paytaxtı Port-o-Prensin sakinləri sözün hərfi mənasında yaşamaq üçün mübarizə aparırlar. İçməli su və ərzaq çatışmamazlığı şəraitində adamların əsəbləri son dərəcə gərilib. Məlumatda bildirilir ki, sakinlərin əksəriyyəti üçün vəziyyət həqiqətən fəlakətlidir. "Müvəqqəti sığınacaqlar, sanitar tikililəri, içməli su, ərzaq və tibbi yardımdan istifadə imkanları əvvəlki kimi məhduddur. Humanitar təşkilatlar tərəfindən klinika və xəstəxanalara göstərilən irimiqyaslı yardımlara baxmayaraq, Port-o-Prensdəki tibb müəssisələrinin əksəriyyəti personal qıtlığı və dərman çatışmazlığından əziyyət çəkirlər" - deyə BQXK-nin Haitidəki missiyasının rəhbəri Rikkardo Konti bəyan edib.
|
Oxumaq
23.01.10
|
| |
|
|
Ötən il muzeyləri 1,4 milyon nəfər ziyarət edib
|
|
2009-cu ildə Azərbaycanda muzeylərə gələnlərin sayı 1,4 milyon nəfər, teatrlara gələnlərin sayı 0,6 milyon nəfər olub. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitə tərəfindən "Kitabxanaların fəaliyyəti haqqında" statistik müayinə keçirilib və bu proses kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki, digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8 507 kitabxananı əhatə edib. Kitabxanaların 111 milyon nüsxədən ibarət olan fondunun 80,5 faizini kitablar, 5,4 faizini qəzet və yurnallar, 14,1 faizini isə digər materiallar təşkil edir ki, onların da 72,8 faizi şəhər, 27,2 faizi isə kənd yerlərində fəaliyyət göstərən kitabxanaların payına düşür. Kitabxana fondunun 34,6 faizi ümumtəhsil məktəblərində, 32,0 faizi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda, 21,4 faizi elmi və elmi-texniki kitabxanalarda, 12,0 faizi isə digər müəssisə və təşkilatların kitabxanalarındadır. Kitabxanalarda olan fondun 65,5 faizi Azərbaycan, 31,1 faizi rus, 2 faizi ingilis, 1,4 faizi digər dillərdədir. Azərbaycan dilində olan ümumi fondun 71,9 faizi latın əlifbasındadır. Azərbaycan dilinin latın qrafikasında olan fondun xüsusi çəkisi şəhər yerlərində 81,6 faiz, kənd yerlərində 56,8 faizdir.
|
Oxumaq
23.01.10
|
| |
|
|
Bakının daha bir prospekti genişləndirilir
|
Bakı şəhərinin Nərimanov və Nəsimi rayonlarının ərazisindən keçən Vaqif prospekti genişləndirilir. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, artıq torpaq və mühəndis işlərinə başlanıb. Uzunluğu 1 km olan prospektin eni hazırda 12 metrdir. Yenidənqurma işlərindən sonra prospektin eni 25 metrə çatdırılacaq və yol 8 hərəkət zolaqlı olacaq. P.Mürsəliyev bildirib ki, prospektin genişləndirilməsi ərazidə hərəkət sıxlığının artması ilə bağlıdır. Qeyd edək ki, Bakı şəhərində avtomobil yollarının ümumi uzunluğu 2200 km-dən artıqdır.
|
Oxumaq
23.01.10
|
| |
|
|
Sosial sığorta haqları hesabına müavinətlər tam maliyyələşdirilib
|
Ötən il ərzində Azərbaycanda sosial sığorta haqları hesabına müavinətlər tam həə maliyyələşdirilib. Dövlət Sosial Müdafiə Fondu ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin "APA-Economics"ə verdiyi məlumata görə, 2009-cu il ərzində fondun büdcəsi çərçivəsində respublikanın şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) əhaliyə sosial sığorta haqları hesabına proqnozla nəzərdə tutulan 45,8 mln. manata qarşı, faktiki 44,7 mln. manat müavinət ödənilib. Bunun 14,4 mln. manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,7 mln. manatı hamiləliyə və doğuma görə, 1,3 mln. manatı uşağın anadan olmasına görə, 4,1 mln. manatı 3 yaşadək uşağa qulluğa görə, 8 mln. manatı dəfnə görə, 200 min manatı digər müavinətlərdir. Bundan əlavə, fondun büdcəsindən proqnozla nəzərdə tutulan 3,92 mln. manata qarşı, 3,92 mln. manat vəsait işsizlik müavinətinin ödənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinə köçürülüb.
|
Oxumaq
23.01.10
|
| |
|
|
Rusiya Bakıda keçirilən foruma çox böyük əhəmiyyət verir
|
Bakıda I Azərbaycan-Rusiya Humanitar Əməkdaşlıq Forumunun seksiyalar çərçivəsində işə başlamısndan öncə Rusiya Federal Agentliyinin rəhbəri Fərid Muxametşin bildirib ki, keçirilən forum Azərbaycan və Rusiya ictimaiyyətləri arasında əlaqələrin inkişafına yardım göstərəcək: "Bu gün Bakıda unikal forum keçirilir. Bakıda Rusiya və Azərbaycanın elm, mədəniyyət, təhsil, idman və s. sahələrin tanınmış simaları bir araya gəliblər. Bu gün biz xalq diplomatiyası sahəsində əlaqələrimizin inkişafı üçün bir-birimizin təcrübəsini öyrənirik. Buna görə də Rusiya bu foruma çox böyük əhəmiyyət verir". Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycan həmişə Rusiya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verib: "Foruma Rusiyadan geniş tərkibli nümayəndə heyətinin qatılması da göstərir ki, Rusiya da Azərbaycanla münasibətləri inkişaf etdirməyə maraq göstərir".
|
Oxumaq
23.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 » #
|
|