Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 22.1.2010
Səhifələr : 1 2 3 4 5 » #
Yanukoviçdən Timoşenkoya məsləhət
"Qadındırsa, mətbəxə getsin"

Ukraynada prezident seçkilərinin birinci turunda üçüncü olmuş Sergey Tiqipkonun səsləri uğrunda gərgin və həlledici mübarizə başlayıb. Belə ki, baş nazir Yuliya Timoşenko rəsmi şəkildə bəyan edib ki, əgər prezident seçilərsə, onda keçmiş bankirə hökumətə rəhbərliyi təklif edəcək. O bildirib ki, seçkilərdə 13 faiz səs toplamış Tiqipko ilə onun proqramı arasında 90 faiz yaxınlıq var. Seçkilərin favoriti Viktor Yanukoviç də Tiqipkonu özünün ən yaxın tərəfdarı adlandırıb: "Mən hesab edirəm ki, gənc, praqmatik və istedadlı siyasətçi olan Tiqipkoyə səs verənlər bizimlə həmfikirdirlər. Əminəm ki, fevralın 7-də keçiriləcək ikinci turda onlar bizim arxamızca gedəcəklər".
S.Tiqipko isə arabir seçkilərdən sonra hakimiyyətdə təmsil olunmaq istəyində olduğunu qeyd edir. Ötən gün o, V.Yanukoviçlə, sonra isə baş nazirlə danışıqlar aparıb. O, müəyyən təkliflər olduğunu, lakin seçicilərinə namizədlərdən hansısa birinə səs verməyə istəmədiyini deyib. Daha radikal mövqeyi isə seçkilərdə 7 faiz səs toplamış Aseni Yasenyuk nümayiş etdirib. O, nə Yanukoviçi, nə də Timoşenkonu dəstəkləmək niyyətində olmadığını bildirib və digər naimzədləri də bu addımı atmağa çağırıb.
Yeri gəlmişkən, prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq V.Yanukoviç və Y.Timoşenko arasında "söz atışmaları" da davam edir.
Oxumaq
22.01.10  
 
Prezidentlərin üçtərəfli görüşü Soçidə olacaq
Yeni sənədin imzalanması istisna edilmir

Yanvarın 25-də Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Ermənistan prezidentinin rəsmi saytı məlumat yayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə ediləcək. Rusiya dövlət başçısının mətbuat xidməti də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşəcəklərini təsdiqləyib.
Qeyd edək ki, bu, son bir il üç ay ərzində Rusiya ərazisində üçtərəfli formatda baş tutacaq artıq dördüncü görüş olacaq. 2008-ci ilin noyabrında Moskvada keçən ilk görüş üçtərəfli bəyannamənin imzalanması ilə bitib. Burada münaqişənin nizamlanmasının ümumi prinsipləri həkk olunub. Sonrakı görüşlər konkret razılaşmalarsız bitib. Hazırda bəzi ehtimallara görə, tərəflər müəyyən konkret razılaşmalara yaxındır və Soçidə hər hansı bir yeni sənədin imzalanmasını istisna etmək olmaz. Hərçənd tərəflərin mövqelərinin hələ də çox uzaq olmasını və yeni görüşdən əhəmiyyətli irəliləyiş gözləməyin əbəs olmasını deyənlər də az deyil. Eyni zamanda, hazırkı fəallaşmanı Türkiyə-Ermənistan yaxınlaşmasıyla bağlayanlar da var.
Yeri gəlmişkən, üçtərəfli görüşlə bağlı regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri ilk olaraq Yerevanda müzakirələr aparıblar. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi, həmçinin prezidentlərin qarşıdakı görüşü barədə fikir mübadiləsi aparıblar.
Oxumaq
22.01.10  
 
"Mərkəz müdafiəçisinə ehtiyacımız var"
Vaqif Sadıqov Tural Nərimanovla Ruslan Abışovun sıradan çıxmasına görə narahatdır

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov Peşəkar Futbol Liqasının rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının hazırlığı və seleksiya işləri haqda fikirlərini açıqlayıb.

- Komandanın hazırlıq prosesi necə gedir?

- Komandamız planlı şəkildə qış hazırlığını davam etdirir. Klubun rəhbərliyi tərəfindən bizə hər cür şərait yaradılıb. Komandamız gündə 2 dəfə olmaqla məşq edir, yoxlama oyunları keçiririk. Bu matçlarda bütün oyunçularımıza şans veririk ki, onlar bu görüşlərdə özlərini yaxşı tərəfdən göstərə bilsinlər.
Oxumaq
22.01.10  
 
Protokollar Türkiyə parlamentindən geri götürülməlidir
Müxalifət "erməni açılımı"nın uğursuzluğa düçar olduğunu vurğulayır

"Erməni açılımı uğursuzluğa düçar olub və imzalanan protokollar etibarsızdır". Bunu Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal deyib. "CNN Türk"ün yaydığı xəbərə görə, CHP Rəyasət Heyətinin iclasında çıxış edən Baykal Ermənistan Konstitusiya Məhkəməsinin protokollar barədə qərarını şərh edib. Dəniz Baykal, həmçinin Ermənistan KM-nin hansı qərarı verməsindən asılı olmayaraq, açılımın Türkiyə parlamentində dəstəklənməyəcəyini vurğulayıb: "Onsuz da Ermənistan Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etməsəydi də, bu protokol Türkiyə Böyük Millət Məclisindən (TBMM) keçməyəcəkdi. Çünki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq barədə fikirləşmir". Baykal qonşularla problemləri yox etmək üçün yola çıxan iqtidarın bu sahədə də uğursuz olduğunu deyib: "Qonşularla sıfır problem deyərək yola çıxırsınız, amma heç sıfırda da qala bilmirsiniz. Hətta mənfiyə doğru hərəkət edirsiniz. Sıfır problem deyə başladınız, mənfi 1 problem qarşısında qaldınız".
Müxalifət lideri AKP-nin açılım adıyla başlatdığı bütün faliyyətlərin də uğursuz olduğunu deyib: "AKP əməlli-başlı hazırlıq görmədən, dalında-qabağında nə var deyə baxmadan yola çıxır, açılım deyərək ictimaiyyət arasında dalğalanmalar yaradır. Amma bu dalğalanmalar da hamısı boş çıxır".
Oxumaq
22.01.10  
 
"Naş moloçnik" insan həyatı üçün təhlükəlidir
Kərə yağının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar olunub

Satışda olan yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı aparılan nəzarət tədbirləri zamanı insan həyatı və sağlamlığı üçün təhlükəli yağ aşkarlanıb. Bu barədə qəzetimizə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) nəzarət tədbirləri zamanı yağlardan götürülmüş nümunələrin laborator müayinəsini aparıb. Müayinələr Ukraynanın "Starakonstantinovskiy moloçnıy zavod" müəssisəsinin istehsalı olan 200 qr-lıq kağız qutulara qablaşdırılmış "Naş moloçnik" əmtəə nişanlı kərə yağının mikrobioloyi göstəricilərinin normalara uyğun olmadığını göstərib.
Oxumaq
22.01.10  
 
Qəbiristanlıqlarla bağlı yeni qanun layihəsi hazırlanıb
Xatirə lövhələrinin əvvəlcədən müəyyənləşdirilmiş kriteriyalar əsasında qoyulması təklif edilir

Parlamentin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Rafael Hüseynov "Memoriallar, məzarlıqlar, xatirə lövhələri və abidələri haqqında" qanun layihəsi hazırlayıb. Millət vəkili bildirib ki, qanun layihəsini hazırlamazdan öncə başqa ölkələrin analoyi qanunlarını əldə edib. Bundan sonra bu yöndə araşdırmalar aparıb və qanun layihəsini hazırlayıb: "Bir sıra ölkələrdə bu yöndə müxtəlif qanunvericilik aktları var. Bu baxımdan, Azərbaycan üçün də belə bir sənədin çox ciddi əhəmiyyəti var. Bəli, bizim "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələri haqqında" qanunlarımız var, onlar geniş sahələri əhatə edir. Amma ayrı-ayrı sahələr var ki, onlar daha konkretdir və özünəməxsus xüsusiyyətləri var.
Oxumaq
22.01.10  
 
Hökumət təhsil müəssisələrinə əlavə gəlir əldə etmək imkanı yaradıb
Nazirlər Kabineti təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyənləşdirib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazirin təsdiq etdiyi qərarla təhsil müəssisələri öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədi ilə ödənişli əlavə təhsil verə, məsləhət-konsaltinq xidmətləri göstərə, təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, oriyinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı, elmi tədqiqat və təcrübi-konstruktor işləri, elmi-praktiki tədbirlərin təşkili, nəşriyyat-poliqrafiya işləri, tədris prosesində əldə olunan məhsulun satışı ilə məşğul ola bilərlər.
Oxumaq
22.01.10  
 
Haiti zəlzələsində ABŞ izi
Uqo Çaves təkanları yeni gizli silahın sınaqdan keçirilməsi ilə əlaqələndirib

"Haitidə baş verən dağıdıcı zəlzələ ABŞ-ın yeni gizli silahını sınaqdan keçirməsinin nəticəsidir". Bunu Venesuela prezidenti Uqo Çaves bəyan edib. Bu bəyanatın əks olunduğu material Venesuela dövlət telekanalı "Vive TV"nin saytında yerləşdirilib. Burada göstərilir ki, Haitidə təqribən 140 min insanın həyatına son qoyan zəlzələ ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilən sınaqların nəticəsində baş verib. Həmçinin bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar tərəfindən həyata keçirilən təlimlərin məqsədi İslam reyimini devirmək üçün İrana gələcək hücumun hazırlanması olub.
Oxumaq
22.01.10  
 
Olmayan qızın elçiliyi
Bəxtiyar adlı dağıstanlı Medvedyevin kürəkəni olmaq istəyib

Bəxtiyar adlı dağıstanlı Rusiya prezidenti Dmitri Medvedyevin kürəkəni olmaqdan ötrü Kremlə daxil olmağa cəhd göstərib. Bu barədə "Moskovskiy komsomolets" qəzeti "Çin-şəhər" Daxili İşlər Dairəsinin rəisi Oleq Vasilyevə istinadən məlumat verib. İnsident Spassk darvazasının yanında baş verib. Patrul milisləri Kremlin girəcəyində veyillənən şübhəli şəxsi saxlayıblar. Sözügedən şəxs bildirib ki, prezidentin qızını istəmək üçün D.Medvedyevlə görüşə tələsir. 35 yaşlı Dağıstan sakini dövlət başçısının yalnız oğlu olduğunu bilməyib. Prezidentin 1996-cı il təvəllüdlü İlya adlı oğlu var. Bəxtiyarın versiyası milisdə onun əqli sağlamlığına şübhə yaradıb. Dağıstan sakini psixiatrik müəssisələrdən birinə göndərilib. Məlum olub ki, Bəxtiyar Moskvaya 2 il əvvəl gəlib və kran operatoru işinə düzəlib. Amma böhranla bağlı tikinti dayandırılıb və dağıstanlı işini itirib. O, Rusiya prezidenti ilə qohum olaraq maddi vəziyyətini düzəltməyə çalışırmış.
Oxumaq
22.01.10  
 
Dindar prezident
Obama çətin anlarında Allaha sığındığını bəyan edib

Birləşmiş Ştatlar prezidenti Barak Obama bəyan edib ki, Allaha inam çətin anlarda ona güc verir. "Bəzən məndən soruşurlar ki, nə üçün belə sakit görünürəm. Etiraf edim ki, hərdən mən o qədər də sakit olmuram. Elə vaxtlar olur ki, uğurlar elə də əhəmiyyətli görünmür, ünvanıma deyilən sözlər isə məni yaralayır. Mənə elə gəlir ki, bütün səylər boşa gedib, mən öz şübhələrimlə mübarizə aparmalı oluram. Bu vaxt məhz inam mənə sakit qalmaqda kömək edir" - deyə B.Obama Vaşinqtonda Baptist kilsəsində 300 dindar qarşısında bəyan edib.
Oxumaq
22.01.10  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •