Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 22.1.2010
Səhifələr : # « 1 2 3 4 5
Kanadadakı səfirimiz yəhudi icmasının liderləri ilə görüşüb
Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev 2010-cu ilin yanvar 18-də Kanada yəhudi icmasının liderləri ilə görüşüb.
Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, Kanadada tanınmış və nüfuzlu yəhudi təşkilatı "B'nai Brith" Torontodakı mərkəzində keçirilən görüşü giriş sözü ilə təşkilatının baş icraçı direktoru Dr.Frank Dimant açaraq Azərbaycan səfirinin Kanada yəhudi icma nümayəndələri ilə görüşə gəlməsindən məmnunluq duyduqlarını söyləyib.
Sonra səfir Azərbaycan-İsrail münasibətləri və Azərbaycanda yəhudi icması haqqında təqdimatla çıxış edib.
Oxumaq
22.01.10  
 
Nemət Çubukçunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Yanvarın 21-də Təhsil Nazirliyində təhsil naziri Misir Mərdanovun dəvəti ilə Bakıda ikigünlük işgüzar səfərdə olan Türkiyənin təhsil naziri Nemət Çubukçunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud protokolların yeniləşdirilməsi, Türkiyədə Azərbaycan tələblərinə uyğun ixtisaslar, xüsusilə tibb sahəsi üzrə kadr hazırlığı imkanlarının genişləndirilməsi, Azərbaycanda təhsil alan türkiyəli, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı məsələlər müzakirə olunub. Təhsil naziri M.Mərdanov bildirib ki, bu, türkiyəli nazirin Azərbaycana ilk səfəri olduğundan həm də tanışlıq məqsədi daşıyır. M.Mərdanov səfərin nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da güclənəcəyinə əminliyini bildirib.
Oxumaq
22.01.10  
 
Diplomların tanınması ilə bağlı problemin həlli uzanır
"Azərbaycanla Türkiyə arasında diplomların qarşılıqlı tanınması ilə bağlı sənəd var. Hazırda hər iki ölkə arasında təhsil sahəsində tam həll edilməmiş məsələlərdən biri tibb və hüquq ixtisası üzrə diplomların tanınması ilə bağlıdır. Türkiyə tərəfi bu problemin də yaxın zamanlarda aradan qaldırılması üçün səylərini davam etdirəcək". APA-nın məlumatına görə, bunu Türkiyənin milli təhsil naziri Nemət Çubukçu Azərbaycan Təhsil Nazirliyində keçirilən görüşdə deyib. O bildirib ki, Azərbaycanda tibb və hüquq ixtisasları üzrə təhsil proqramları Türkiyədəkindən fərqlidir, bu səbəbdən hər iki ixtisas üzrə diplomların qarşılıqlı tanınmasında müəyyən problemlər yaranır.
Azərbaycanın təhsil naziri Misir Mərdanov da əlavə edib ki, Azərbaycanda xüsusilə də beynəlxalq hüquq ixtisası beynəlxalq səviyyədə aparılmadığından bu cür ixtisaslar üzrə diplomların qarşılıqlı tanınmasında müəyyən problemlər ortaya çıxır: "Bu məsələni həll etmək üçün Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında müvafiq sənəd imzalanıb. Bu məsələdə tələsmək lazım deyil. Mənə elə gəlir ki, bu məsələ tədricən həll olunmalıdır".
Oxumaq
22.01.10  
 
Şamaxı Rəsədxanasında naməlum planetlər axtarılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında yeni spektroqraf qurulub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni spektroqrafın ayırdetmə qüvvəsi 400 000-ə çatacaq. Onun vasitəsilə uzaq ulduzların ətrafında naməlum planetlərin axtarışı və müşahidəsi aparılacaq.
Postsovet məkanında mövcud olan rəsədxanaların heç birində hələlik bu proqram həyata keçirilmir.
Oxumaq
22.01.10  
 
Lahor-Mançester reysi ilə uçan sərnişin təyyarəsi Bakıda məcburi eniş edib
Srağagün Lahor (Pakistan) - Mançester (Böyük Britaniya) marşrutu üzrə aviareys yerinə yetirən sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Səhiyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Pakistan Hava Yolları" şirkətinə məxsus təyyarənin Bakıda məcburi enməsinə səbəb avialaynerin bortunda anası ilə uçan Əlisa Xalid adında 4 aylıq körpədə qıcolma və yüksək hərarət sindromu qeydə alınması olub. Daha sonra körpə təcili tibbi yardım maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinikasına çatdırılıb və reanimasiya şöbəsində uşaqa tibbi yardım göstərilib. Hazırda körpənin vəziyyəti stabildir və artıq bir neçə gündən sonra Ə.Xalid anası ilə Azərbaycanı tərk edəcək.
Oxumaq
22.01.10  
 
Şirin nemət qazanmaq formulu
Deyirlər azadlıq çox şirin nemətdir. Onun şirinliyini köləlikdən qurtulmuşlar daha yaxşı bilər. Deməli, müstəqillik dövründə dünyaya gələn yeni nəsil müstəqilliyin şirinliyini sovet dövründə yetkinləşmiş bugünkü orta və yaşlı nəsildən yaxşı bilə bilməz. O da ola ki, SSRİ kimi totalitar bir reyimin müstəmləkəçiliyində yaşamış olasan. Bu yaxınlarda 85 yaşında dünyasını dəyişmiş babamdan tez-tez sovet dövrü ilə bugünkü dövrün hansının daha yaxşı olmasını soruşardım. Kişi həqiqətən dünyagörmüş adam idi və həmişə də məsələlərə rasional yanaşardı. Hər dəfə yuxarıdakı suala bənzər mövzu düşəndə sovet reyiminə lənət oxuyardı. Deyərdim ki, "ay baba, bəs sən kolxozçu, partiyaçı olmusan, o hökumət də fəhlələrin, kolxozçuların hökuməti olub axı, nədən narazıydın ki?" Cavabında deyərdi ki, "kolxozçunun, fəhlənin birinci düşməni elə o hökumətin özü idi. Fəhləni, kəndlini bir qarın çörəyə nökər kimi işlədib, əvəzində də onun bütün hüquqlarını əlindən alırdı. Qurban olaram indiki dövrə. İşləsəm də özüm bilərəm, işləməsəm də. Əsas odur ki, azadam, sərbəstəm. Analarımızı, bacılarımızı kolxoz sədrləri, briqadirlər təhqir eləmir, özümüzü ölümüz-dirimiz qarışıq söymürlər indi".
Oxumaq
22.01.10  
 
"Amerika istedad seçir" müsabiqəsində azərbaycanlı da iştirak edəcək
ABŞ-da yaşayan azərbaycanlı ilk dəfə olaraq Amerikanın musiqi yarışmasında iştirak edəcək. Bəhruz Fərruxi Amerikada yayımlanan "Amerika istedad seçir" müsabiqəsində iştirak üçün qeydiyyatdan keçib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Fərruxi Amerikada yaşayan azərbaycanlıları və türkləri onu dəstəkləməyə çağırıb. Bəhruz müsabiqədə operadan bir parça ifa etməyə hazırlaşır. İfaçı vurğulayıb ki, bunu həm özü, həm də vətəni Azərbaycan üçün etmək istəyir.
Oxumaq
22.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •