Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 22.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Bir gündə 33 cinayət
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 33 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 21-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər saxlanılıb.
Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməyə cəhd göstərən şəxs tutulub. Saxlanılan Binə qəsəbə sakini, əvvəllər məhkum olunan Teymur Mirzəyevdir. T.Mirzəyev Maya Məlikovanı yumruqla vurub yıxaraq, çantasını almaq istəyib.
Oxumaq
22.01.10  
 
Mal-qara oğruları məhkəmə qarşısında
Müttəhimlər kürsüsündə əyləşən 13 nəfərlik dəstə vətəndaşlara xeyli zərər vurub

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvlərinin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Nemət Nəsibov, Hamlet Nəsibov, Müşfiq Əhmədov, Əvəz Qurbanov, Əflatun Süleymanov, Vahid Məmmədov, Əlövsət Allahverdiyev, Zəfər Zamanov, İbrahim İbrahimov, Qafqaz Mamedov, Ağagül Mahmudov, Səməd Süleymanov və Ləman Zülfüqarova cavab verib. İttihama görə dəstə üzvləri ölkə ərazisində bir neçə mal-qara oğurluğu törədiblər.
Oxumaq
22.01.10  
 
Narkotik alverçilərinin məhkəməsi başa çatıb
Dəstə üzvləri ikisi 12 il, biri isə 7 il müddətinə azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Elmar Quliyevin sədrliyi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirən dəstə üzvlərinin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında İran vətəndaşı Əlibala Tarıverdian və Azərbaycan vətəndaşları Murad Alıyev və Azər Məmmədov cavab verib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.
Oxumaq
22.01.10  
 
Azərbaycan Milli Tarix Muzeyinin yubileyi qeyd ediləcək
Bu il Azərbaycan Milli Tarix Muzeyinin yaradılmasının 90 illiyi tamam olur. Muzeydən verilən məlumata görə, 2010-cu il Tarix Muzeyinin yubiley ili elan edilib. Yubiley çərçivəsində muzey rəhbərliyi tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Məlumatda bildirilib ki, tədbirlər siyahısına müxtəlif sərgilərin keçirilməsi, beynəlxalq tədbirlərin təşkili, eləcə də Tarix Muzeyinin 90 illik fəaliyyətini əks etdirən broşürlərin hazırlanması və digər layihələrin həyata keçirilməsi daxil edilib. 2010-cu ilin sonunda isə yubileyin ilinin bağlanışı münasibəti ilə Milli Tarix Muzeyində beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
Oxumaq
22.01.10  
 
Həmyerlimizin Türkiyədə sərgisi açılıb
Bu həftə İstanbuldakı "Böyük Klub"da açılan xeyriyyə sərgisində azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin əsərləri nümayiş etdirilir. Sərgidən əldə ediləcək gəlir türk əsgərlərinə yardım fondu olan Mehmetçik Vəqfinə bağışlanacaq.
Qeyd edək ki, sərginin açılış mərasimində nümayiş etdirilən yağlı boya tablolarının hamısı satılıb. Sadıq Babayev xeyriyyə sərgisinə 2 tablosunu hədiyyə verib. Sərginin açılış mərasimində rəssam bunları qeyd edib: "Türkiyədə bu cür sərgilərin keçirilməsi ənənəvi hal alıb. Bu tədbirlər cəmiyyətdəki həmrəylik hisslərini dərinləşdirir və ölkənin təhlükəsizliyinə cavabdeh olan orduya yaxşı əhval-ruhiyyə aşılayır. Bundan sonra hər il bir neçə bu səpkili xeyriyyə sərgiləri açmağı düşünürük".
Xatırladaq ki, Sadıq Babayev Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbini və Muxina adına Sankt-Peterburq İncəsənət Akademiyasını bitirib. 1996-cı ildən bəri Türkiyədə yaşayan rəssam 10 il əvvəl özünün sənət emalatxanasını yaradıb.
Oxumaq
22.01.10  
 
Misirdə Azərbaycan Mədəniyyəti günləri keçiriləcək
Yanvarın 24-dən 28-dək Misirdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib. Məlumatda deyilir ki, yanvarın 24-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları başda olmaqla 77 nəfərlik nümayəndə heyəti Misirə yola düşəcək.
Xəbərdə bildirilir ki, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində yanvarın 25-də Qahirə Opera Evində, yanvarın 27-də isə İsgəndəriyyə şəhərinin Seyid Dərviş Teatrında tədbirlər keçiriləcək. Misirə səfər çərçivəsində nazirliyin əməkdaşları Qahirə Opera Evinin direktoru, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Siracəddin və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər.
Oxumaq
22.01.10  
 
Samir Cavadzadə və Elnur narkotik aludəçisidir?
"Röya" yurnalında onların suçlandırıldıqları barədə yazılıb

Ötən ay müəyyən fasilədən sonra yeni formatda işıq üzü görən "Röya" yurnalında müəyyən dəyişiklik nəzərə çarpıb. Yurnalın baş redaktoru Pərviz Əsgərov eyni ənənənin bu günlərdə işıq üzü görəcək növbəti buraxılışda da qorunacağını bildirdi. Onun sözlərinə görə, yurnalın üz qabığında Röya və oğlu Hüseynin şəkli olacaq. Xatırladaq ki, müğənni oğlunun görüntüsünü ilk dəfə özünün adını daşıyan dərgidə sərgiləyir.
Oxumaq
22.01.10  
 
Haqqını gözləyən insan
Aydın Kazımzadə həyatın ona verdiyi dərslərdən bir nəticə də çıxarıb: insan özünü yada salmalıdır

Təqvimdəki tarixi günləri, dünyasını dəyişən və ya yaşayan tanınmış insanların doğum tarixlərini qeyd etmək ənənəsi həmişə yaşayır. Yanvarın 15-də Azərbaycan kinosunun canlı ensiklopediyası sayılan kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 70 yaşı tamam oldu. Yalnız yurnalistlərin qeyd etdiyi yubiley nədənsə əlaqədar dairələrdə unuduldu. Kimsənin yadına düşmədi ki, milli kinomuzun tarixini, mərhələlərini, ayrı-ayrı kinematoqrafların həyat və yaradıcılığını onun qədər dəqiq və mükəmməl bilən və bunları ortaya çıxaran, cild-cild kitablar yazan bu insanın yubileyini heç olmasa çəkdiyi zəhmətə layiq qeyd etsinlər, mükafatlandırsınlar. Təkcə ayrı-ayrı telekanallar onun haqqında müxtəlif süyet və verilişlər yayımladı, qəzetlər öz səhifələrində Aydın müəllimə səxavətlə yer ayırdılar. Ömrünün bu yaşında da bu həvəsindən yorulmayan, araşdıran, yazıb-yaradan Aydın müəllimi belə çıxır ki, KİV nümayəndələrindən başqa heç kim yada salmalı deyilmiş.
Oxumaq
22.01.10  
 
"Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən şəxslər mütləq cəzalarını
Qüdrət Həsənquliyevin fikrincə, həmin şəxslərə qiyabi də olsa müvafiq hökmlər çıxarılmalıdır

Məlum olduğu kimi, bu ilin payızında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq bir sıra siyasi qüvvələr və müstəqil namizədlər seçkilərdə iştirak edəcəklərini bəyan ediblər. Bununla yanaşı, bəzi şəxslər Milli Məclisdəki deputat yerlərinin artırılması təklifi ilə çıxış etməkdədirlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyir:

- Hesab edirəm ki, Milli Məclisdə deputat yerlərinin sayının artırılmasına ehtiyac var. Hələ bir müddət öncə bizim partiya Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı təklif vermişdi. Orada da nəzərdə tuturduq ki, parlamentdə deputat yerlərinin sayı ən azı 150-yə çatdırılsın. Eyni zamanda, parlamentdə fraksiya yaratmaq üçün tələb olunan say 25-dən 10-a endirilsin və bu, birbaşa Konstitusiyada öz əksini tapsın. Xatırladım ki, qonşu Gürcüstanın Konstitusiyasında belə bir müddəa mövcuddur...
Oxumaq
22.01.10  
 
"Sərhədlərin açılmasında Ermənistan daha çox maraqlıdır"
Mübariz Qurbanlı hesab edir ki, rəsmi Yerevan Türkiyəyə yalvarır

"Proseslər sübut edir ki, Sürixdə imzalanmış protokolların təsdiq olunmasına və Türkiyə ilə sərhədlərin açılmasına Ermənistan daha çox maraqlıdır. Bir neçə gün öncə Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə imzalanmış protokollara müsbət rəy verməsi buna sübutdur". Bu sözləri yap.org.az saytına YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. M.Qurbanlının sözlərinə görə, əvvəllər Ermənistan bu protokolların Türkiyə parlamentində təsdiq edildikdən sonra müzakirəyə çıxaracağını bəyan etmişdi. Ancaq hadisələrin gedişi göstərdi ki, işğalçı dövlət öncə dediyi iddialardan geri çəkilib. Bütün bu hadisələr onu sübut edir ki, sərhədlərin açılmasında ən maraqlı tərəf Ermənistandır:
Oxumaq
22.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •