Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 22.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
"Xəzər-Lənkəran" ilk transferlərini reallaşdırdı
Mircavadov boliviyalı futbolçunu bəyənmədi

"Xəzər-Lənkəran" klubu ilk transferlərini reallaşdırıb. Klubun vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına açıqlamasında baxışda olan əcnəbi müdafiəçilər - alban Elvin Beqiri və eston Tixon Şuşovun keçidinin rəsmiləşdiyini bildirib. Onun sözlərinə görə, imzalanan müqavilənin müddətinin iki illik olması nəzərdə tutulub: "Bizdə adətən legionerlərlə rəsmi anlaşmalar ən azı iki illik olur. Hələ ki baş məşqçimiz Ağasəlim Mircavadovun bəyəndiyi futbolçular budur. Artıq onlarla anlaşmışıq. Bundan sonra da komandamıza baxışa gələnlər olacaq. Baş məşqçimizin bəyəndiyi, son sözü deyən klub prezidentimizin razılıq verdiyi futbolçuları transfer edəcəyik. Biz komandamızın çalışdırıcısına yeni futbolçuların sayı ilə bağlı limit qoymuruq".
Oxumaq
22.01.10  
 
İquita futboldan gedir
44 yaşlı qapıçı yaşıl meydanda çıxışını başa vurmağı qərara alıb

Dünyada tanınmış qapıçılardan olan Rene İquita 44 yaşında yaşıl meydanda çıxışını başa vurmağı qərara alıb. Apasport.az saytının məlumatına görə, xarici görünüşü, meydanda qeyri-adi hərəkətləri ilə diqqəti cəlb edən "El Loko" ləqəbli kolumbiyalı qapıçı bazar günü vida oyunu keçirəcək. Vətənində "Nasyonal" stadionunda baş tutması nəzərdə tutulan görüşdə 1990-cı ildəki futbolçularla kolumbiyalı ulduz oyunçular üz-üzə gələcək. Dəvətlilər arasında ölkə prezidenti Alvaro Uribe ilə yanaşı, Ronaldo, Ronaldinyo, Dieqo Maradona kimi məşhur futbolçular da var.
Oxumaq
22.01.10  
 
İlkin bazarda orta qiymətlər enib
Əsas səbəb tələbin kəskin azalmasıdır

Hazırda ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları isə bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 65,4 faiz təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib. Bu araşdırmalar "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin ("ƏBİ" İB) monitorinq qrupu tərəfindən həyata keçirilib. Qurumun mətbuat xidmətindən qəzetimizə bildirilib ki, ilkin bazarda 2009-cu ilin dekabr ayının sonuna Bakı şəhəri üzrə "ƏBİ" İB tərəfindən qeydə alınmış, satışı davam etdirilən yeni tikilililərin sayı keçən aydakı 443 ədədə qarşı 439 ədəd olub.
Oxumaq
22.01.10  
 
"AzAgroExport" MMC müştərək müəssisəsinin təsis müqaviləsi imzalanıb
Ölkə iqtisadiyyatına 18,8 milyon dollar xarici investisiya cəlb olunacaq

Dünən İqtisadi İnkişaf Nazirliyində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə "Marcin International" və "MYBA Agro Proyects" şirkətləri arasında "AzAgroExport" MMC müştərək müəssisəsinin təsis müqaviləsinin imzalanma mərasimi keçirilib. Adıçəkilən müəssisə Xaçmaz rayonunda istixanaların, şitillik, soyuducu anbar, çeşidləmə və qablaşdırma sexinin qurulması layihəsinin həyata keçirilməsi məqsədilə birgə təsis edilib.
Oxumaq
22.01.10  
 
Tikinti materialları bazarında orta qiymətlər azalıb
Qiymət ucuzlaşmasına uyğun olaraq tələbdə də azalma müşahidə olunub

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorniq qrupu tikinti materialları bazarında növbəti araşdırmalarını yekunlaşdırıb. Nəticələr barədə qəzetimizə birliyin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, 2009-cu ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 89 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 53,9 faiz təşkil edib. Ümumilikdə dekabr ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 25-i üzrə qiymət azalması, 2-si üzrə qiymət artımı, 62-si üzrə isə stabillik müşahidə edilib. Qiyməti azalan məhsullar ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də azalma qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma noyabr ayı ilə müqayisədə 1,9 faiz təşkil edib.
Oxumaq
22.01.10  
 
Piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
İki nəfər dünyasını dəyişib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nizami rayonu Babək prospektində Bakı şəhər sakini Mübariz Həsənov "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerlisi Həsən Vəliyevi vurub. Nəticədə xəsarət alan H.Vəliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, H.Vəliyevin həyatını xilas etmək mümkün olmayıb.
Quba rayonu ərazisində Orxan Cabbarov "QAZ-3102" markalı avtomaşını idarə edərkən rayon sakini Şükufə Cavadovanı vurub. Nəticədə Ş.Cavadova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
22.01.10  
 
"Qaranquş"da bıçaqlanma
Paytaxtın Əzizbəyov rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasının həyətində baş verib. Belə ki, Yardımlı rayon sakini Qurban Səriyev münaqişə zəminində qohumu Seymur Səriyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Əzizbəyov RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Səriyev tutulub.
Oxumaq
22.01.10  
 
Qaz borusu oğurlanıb
171 metr borunu oğurlayan 6 nəfər olub

Ağdam rayonunun Səfərli kəndi ərazisindən Qaz İstismar Sahəsinə məxsus istifadə edilməyən 171 metr uzunluğunda boru kəsilərək oğurlanıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyənləşdirilib. Hadisəni törədənlər Səfərli kənd sakinləri Almaz Qarayeva, Əbülfət Əliyev, Hafiz Gözəlov, Ramin Əliyev, Eldar Gözəlov və onun qardaşı Əydər Gözəlov olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
22.01.10  
 
Paytaxtda intihar
Abşeron rayonunda intihar hadisəsi baş verib. Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini sakini 28 yaşlı Əsədulla Vəliyev yaşadığı evin tavanından özünü asıb. Hələlik intiharın səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.
Oxumaq
22.01.10  
 
Narkotik alverçisi "iş başında" yaxalınıb
İki nəfərdən 5 kiloqrama yaxın marixuana götürülüb

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alverçisi saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Şirvan şəhəri M.Hacıyev küçəsində yaşayan Mübariz Heybətovdur. M.Heybətov həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığı külli miqdarda - 1 kiloqram 214,03 qram narkotik vasitə olan marixuananı şəhər sakini, Cavid Əmirovla birgə 2.500 dollara satarkən tutulub. M.Heybətovun qohumu olan C.Əmirov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Oxumaq
22.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •