|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Prezident həmsədrləri qəbul edib
|
|
Dünən prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anyi Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. /AzərTAc/
|
Oxumaq
22.01.10
|
| |
|
|
Prezident Türkiyənin təhsil nazirini qəbul edib
|
Dünən prezident İlham Əliyev Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun ölkəmizə bu səfərinin təhsil sahəsində əlaqələrimizin inkişaf etdirilməsi baxımından faydalı olacağına ümidvar olduğunu bildirdi. Xanım Nimet Çubukçu təhsil naziri kimi ölkəmizə ilk səfərindən məmnunluğunu vurğuladı. Ölkəmizə hər səfəri zamanı Bakıda böyük inkişafın və dəyişikliklərin baş verdiyinin şahidi olduğunu deyən Türkiyənin təhsil naziri bütün bunların məhz prezident İlham Əliyevin rəhbərliyi sayəsində həyata keçirildiyini qeyd etdi. Xanım Nimet Çubukçu ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da genişləndirməyin zəruriliyini bildirdi və bunun üçün böyük potensialın olduğunu vurğuladı. /AzərTAc/
|
Oxumaq
22.01.10
|
| |
|
|
Prezident Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olub
|
|
Dünən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olublar. Xalqımızın milli mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş böyük tarixi şəxsiyyətlərin və qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi gənc nəslin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunması baxımından müstəsna önəm daşıyır. Bunun əhəmiyyətini nəzərə alaraq, prezident İlham Əliyev 2009-cu il dekabrın 3-də Bakı şəhərində xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı sərəncam imzalayıb. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda abidə üçün yer müəyyənləşdirib.
|
Oxumaq
22.01.10
|
| |
|
|
Respublika klinik uroloji xəstəxanası əsaslı təmirdən sonra açılıb
|
Prezident mərasimdə iştirak edib
Dünən Bakıda Respublika klinik uroloyi xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı səhiyyə müəssisəsində yaradılmış şəraitlə tanış oldular. Respublika klinik uroloyi xəstəxanası keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloyi klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılıb. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılıb, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Praktik fəaliyyətlə yanaşı, bu xəstəxananın respublikada urologiya və nefrologiya elminin inkişafında böyük rolu olub.
|
Oxumaq
22.01.10
|
| |
|
|
Kan "Bavariya"ya Akinfeyevi nişan verdi
|
"O, cərimə meydançasında özünü çox rahat və əmin hiss edir"
Yaxın keçmişdə "Bavariya"nın qapısını qoruyan və bu klubla bir çox titullar qazanan Oliver Kan rəhbərliyə maraqlı məsləhət verməyə davam edir. Almaniya millisinin keçmiş qolkiperi bu dəfə qapıçılarla bağlı məsləhətlərindən qalmayıb. Bilindiyi kimi, "Bavariya"nın əsas qapıçısı Hans-Yorq Butt hazırda sərgilədiyi futbolla məşqçiləri tam qane edir. Amma gənclik illərini çoxdan arxada qoyması rəhbərliyi ona indidən layiqli xələf axtarmağa vadar etməyə bilməz. Elə Kan da bununla bağlı açıqlamasında indidən tələsməyin zəruri olduğunu vurğulayıb: "Butt fantastik mövsüm keçirir.
|
Oxumaq
22.01.10
|
| |
|
|
Kasıbçılığın üzü qara olsun
|
"Portsmut" borclarını bdəyə bilmir
Yaxında "Arsenal"ın sıralarına qayıdan Sol Kempbell əvvəlki klubu "Portsmut"un bosslarından narazıdır. O, sonunculardan 1,7 milyon funt-sterlinq tələb edir. Sən demə, "Portsmut" rəhbərliyi məşhur futbolçunun təsvirindən reklam kampaniyalarında istifadə etsə də, buna görə ona çatacaq pulu indiyədək ödəməyib. Amma bu da səbəbsiz deyil. Çünki "Portsmut" hazırda ciddi maliyyə problemləriylə başbaşa qalıb. Komandanın ölkə çempionatındakı vəziyyəti də ürəkağrıdıcıdır: "pompeylilər" hazırda Premyer Liqada sonuncu yeri tutur. Bugünlərdə Britaniyanın vergi orqanı klubun apellyasiyasını rədd edib.
|
Oxumaq
22.01.10
|
| |
|
|
Şayiələr yalan çıxdı
|
Qvardiola "Barsa"da qaldı
Xosep Qvardiolanın "Barselona"nı tərk etməyəcəyinə aydınlıq gəlib. Gənc mütəxəssis vaxtilə futbolçu kimi xidmət etdiyi bu komandayla ötən mövsüm 6 titul qazanmaqla rəhbərliyi ona yeni müqavilə təklif etməyə vadar etmişdi. Amma məsələ uzanırdı... Qvardiola nədənsə yeni müqaviləni mövsümün gedişində dəyərləndirmək istəmirdi. Bu üzdən müxtəlif şayiələrə yol açmışdı. İspaniya KİV-i sabiq yarımmüdafiəçinin klubun prezident seçkilərinin nəticələrini gözlədiyini iddia edirdi. Əlbəttə, "Barsa"nın prezidenti postuna nəzərdə tutulan növbəti seçkinin nəticəsi gənc mütəxəssisin postunda nə qədər qalacağına çox təsir edə bilərdi. Axı Xuan Laporta prezident vəzifəsini tərk edəcəyi halda yeni rəhbərliyin X.Qvardiolanın xidmətində maraqlı olub-olmayacağı təbii suallar sırasındaydı. Bəzi mənbələr isə X.Qvardiolanın məvacibinin artırılmasını tələb etdiyini, lakin buna rəhbərlikdən qənaətbəxş cavab almadığını vurğulayırdı. Qeyd edək ki, o, Avropanın aparıcı klublarında ən az məvacib alan çalışdırıcılar sırasındadır. Amma X.Qvardiola heç də pulgir deyilmiş. Hər halda, o, yeni müqaviləni imzalayacağına söz verib!
|
Oxumaq
22.01.10
|
| |
|
|
Kazım "Tuluza"lı oldu
|
"Fənər" heyətdən uzaqlaşdırdığı futbolçunu icarəyə verdi
Həhayət ki, "Fənərbaxça"ın hücumameyilli yarımmüdafiəçisi Kolin Kazım özünə yeni komanda tapıb. Xatırladaq ki, futbolçu komanda yoldaşı Öndər Turacıyla birgə ilk dövrə başa çatan kimi heyətdən kənarlaşdırılmışdı. Dövrə boyu bu iki futbolçunun çoxlu yersiz hərəkətləri və adlarının bir sıra qalmaqallarda çəkilməsi rəhbərliyi bu cür addım atmağa vadar etmişdi. Rəhbərlik hər iki futbolçunun ümumi qrupdan ayrı məşq etməsinə qərar vermişdi. Amma bununla razılaşmayan K.Kazım hətta FİFA-ya da şikayət etməyi lazım bilmişdi.
|
Oxumaq
22.01.10
|
| |
|
|
"Barselona" yenə zirvədə
|
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 19 ilin ən güclü klublarının siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 1991-ci ildən başlayaraq öz hesablamalarına əsasən planetin ən yaxşılarını müəyyənləşdirən qurum arxada qalan 19 ilin nəticələrini ümumiləşdirib. İFFHS-in bu dövr üçün olan siyahısına İspaniyanın "Barselona" klubu başçılıq edir. Hesabında 807 xal olan kataloniyalılar ən yaxın izləyiciləri olan İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real" klublarını arxada qoya bilib. "Qırmızı şeytanlar" 726, "Kral klubu" 633 xal toplayıb. Dünyanın 208 ən yaxşı klubu arasında Azərbaycan təmsil olunmayıb. Türkiyənin 4 nəhəng komandası isə hesabına xal yazaraq siyahıya düşə bilib. "Qalatasaray" 230 xalla 35-ci, "Fənərbaxça" 109 xalla 69-cu, "Beşiktaş" 68 xalla 92-ci, "Trabzonspor" isə 66 xalla 188-ci pillədə qərarlaşıb.
|
Oxumaq
22.01.10
|
| |
|
|
"Qarabağ" "İrtış"a da uduzdu
|
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın "Qarabağ" klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Qazaxıstanın "İrtış" klubu ilə görüşüb. Əsas heyətlə meydana çıxan Ağdam təmsilçisi rəqibi qarşısında aciz qalıb - 0:1. Qazaxıstanlılar qarşılaşmadakı yeganə qolu görüşün ilk dəqiqələrində vurub. Onlar "Qarabağ"ın müdafiəçiləri arasında yaranan anlaşılmazlıqdan istifadə ediblər. Bundan sonra ağdamlılar məğlubiyyətdən yaxa qurtarmağa çalışsalar da, bütün cəhdləri boşa çıxıb. Qeyd edək ki, bu, "Qarabağ"ın Antalyada üçüncü oyunu idi. İlk iki matçda Rusiya təmsilçiləri ilə görüşən Qurbanovun yetirmələri "Anyi"yə 1:0 hesabı ilə qalib gəlmiş, "OİK-Eneryi"yə isə 1:4 hesabı ilə uduzmuşdu.
|
Oxumaq
22.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|