Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 20.1.2010
Səhifələr : 1 2 3 4 » #
"Yanukoviçin prezident olacağına heç bir şübhə yoxdur"
Eldar İbrahimov: "Ukrayna xalqı artıq "narıncı inqilab"ın "dad"ını görüb"

Məlum olduğu kimi, bugünlərdə Ukraynada növbəti prezident seçkiləri keçirilib və seçkilər ikinci tura qalıb. Seçkiləri Azərbaycandan olan müşahidəçilər də izləyib. Onların arasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da olub.

- Eldar müəllim, bu vaxta qədər Ukraynada keçirilmiş bir neçə seçkini - parlament və prezident seçkilərini yaxından müşahidə etmiş bir şəxs kimi son seçkilər, onun ilkin nəticələri ilə bağlı nə demək istərdiniz?
Oxumaq
20.01.10  
 
Zəlzələdən sonrakı zəlzələ
Haitidə vəziyyət ağır olaraq qalır

Haitidə vəziyyət ağır olaraq qalır. Beynəlxalq təhlükəsizlik qüvvələri 7 ballıq zəlzələ nəticəsində xarabalığa çevrilmiş paytaxt Port-a-Prins şəhərində həm yardım işini sürətləndirir, həm də qarət və zorakılıq hallarına qarşı mübarizə aparır. Zəlzələdən sonra səhiyyə problemi də artır. Rəsmilər ölənlərin sayının 200 minə çatacağından ehtiyatlanırlar. Haiti hökumətinin üzvü bildirib ki, artıq 70 min meyit basdırılıb. Onların çoxu kütləvi məzarlıqlarda dəfn edilib. Bu arada köməyə gələn qruplar təhlükəsizliklə əlaqədar görə böyük çətinliklərlə üzləşdiklərini deyiblər. Valideynlərini itirən on minlərlə uşaq isə yetim qalıb. Belə çətin vəziyyətdən onları xilas etmək üçün övladlığa götürmək, Amerikaya, ya da başqa ölkələrə göndərmək işi də sürətləndirilib. Evsiz-eşiksiz qalan minlərlə haitili isə qarət qrupları yaradırlar. Hadisə yerində olan yurnalistlərin məlumatlarına görə, bir çox hallarda əhalinin təhlükəsizliyini təmin etməli olan polis və hərbçilərə rast gəlmək olmur. BMT sülhməramlılarının rəhbəri Alen Le Roy deyib ki, zorakılıqların və qarətlərin artmasının əsas səbəbi zəlzələdən sağ çıxmış, lakin vaxtında ərzaq və suyla təmin olunmayan insanların ümidlərinin puç olmasıdır. Port-a-Prinsin aeroportunun böyük zərər görməsi Dünya Ərzaq Proqramının ən azı yüklə dolu iki təyyarəsinin enməsinə imkan verməyib. Hətta aeroporta enə bilmiş təyyarələr belə gətirdikləri yardımı yanacaq çatışmazlığı və yolların bağlı olmasına görə yerlərə çatdırmaqda çətinlik çəkirlər. Aeroportun bərpa olunmasına həftələr, bəlkə də aylar lazımdır.
Oxumaq
20.01.10  
 
"Bakı" "Birlik kuboku" ilə vidalaşdı
Azarkeşlər Bülənt Korkmazı döymək istədilər

Dünən Moskvada "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" turnirinin qrup mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, ilk iki turda olduğu kimi yenə günün ilk oyunları B qrupunda baş tutub. Azərbaycanı yarışda təmsil edən son ölkə çempionu "Bakı" üçüncü turda Qazaxıstanın "Aktobe" klubu ilə üz-üzə gəlib. "Olimpiyski" idman kompleksinin maneyinə çıxan tərəflər mübarizəyə Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
Yalnız qələbə halında 1/4 finala vəsiqə qazanacaq Qazaxıstan çempionundan fərqli olaraq, Bülənt Korkmazın yetirmələrinə uduzmamaq da kifayət idi.
Oyundan öncə "Bakı"nın baş məşqçisi Bülənt Korkmaz əsas heyətdə dəyişiklik edib. HİK-lə görüşdə ilk dəqiqələrdən meydanda olan Gürşad Duymuş, Vadim Borets, Venyo, Bəxtiyar Soltanov, Yaba bu dəfə ehtiyatda qalıb. Əvəzində Saşa Yunisoğlu, Mahmud Qurbanov, Elvin Əliyev, Cəmşid Məhərrəmov, Əziz Quliyev əsas heyətdə yer alıblar. Bu dəfə kapitan sarğısı Cəmşidə həvalə olunub.
Oxumaq
20.01.10  
 
Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Türkiyədə narazılıq doğurub
Protokolların ruhuna zidd olan şərtlər və hökmlərə yer verilib

Türkiyə və Ermənistan xarici işlər nazirlərinin 2009-cu il 10 oktyabrda Sürixdə imzaladıqları protokollarla bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Ankarada narazılıq doğurub. "Hürriyət" qəzetinin yaydığı məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin qərarının protokollarda qarşıya qoyulan məqsədləri "zədələdiyi"ni bəyanlayıb. Bəyanatda bildirilir ki, Ermənistan Konstitusiya Məhkəməsi protokolları ölkə Konstitusiyasına uyğun saysa da, bununla bağlı qərarında protokolların ruhuna zidd olan şərtlər və məhdudlaşdırıcı hökmlərə yer verib. Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın protokollara belə yanaşmasının qəbul edilə bilməyəcəyini bəyanlayıb: "Türkiyə bu protokolların əsl mahiyyətinə bağlılığı mühafizə etməkdədir. Ermənistan hökumətindən də eyni sədaqəti gözləyirik".
Oxumaq
20.01.10  
 
20 Yanvar bütün incəlikləri ilə dünyaya çatdırılmalıdır
YAP faciənin ildönümü ilə bağlı Dəyirmi masa keçirib

Dünən Atatürk mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı Dəyirmi masa keçirdi. Tədbiri açan YAP icra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, Azərbaycan xalqının tarixində qanlı hadisələr çox olub: "1990-cı il yanvarın 20-də baş verən olay Azərbaycan xalqının tarixinə amansızlığı və anlaşılmazlığı ilə seçilən faciələrdən biri kimi düşəcək. Söhbət həm çoxlu sayda insanların qətlə yetirilməsindən, həm də dövlətin öz vətəndaşlarına amansızcasına divan tutmasından gedir. Tarixdə belə hadisələrə çox az rast gəlinib. Çox təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının bu faciəsini dünya miqyasında təbliğ etmək, buna lazımınca beynəlxalq qiymət verilməsinə nail olmaq mümkün olmadı". YAP icra katibi vurğuladı ki, ömrünü başa vuran Sovetlər İttifaqının son illərində ittifaq respublikalarında Bakı hadisələrinə oxşar hadisələr baş versə də, Bakı olayı onlardan əhəmiyyətli dərəcədə fərqlənir. "Mən belə hesab edirəm ki, 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi tək bu faciənin qurbanlarına çevrilmiş insanların xatirəsinin qeyd etmək mərasiminə çevrilməməlidir. Əsas məqam ondan ibarət olmalıdır ki, biz bu faciəni yetərincə, bütün təfərrüatları və incəlikləri ilə dünyaya çatdıra bilək". Ə.Əhmədov qeyd etdi ki, 20 Yanvar faciəsindən ötən 20 il ərzində Azərbaycan əhalisi əhəmiyyətli dərəcədə artıb: "Təbii, bu faciə tarixin yaddaşına çevrilib. Biz çalışmalıyıq ki, bu faciə Azərbaycan xalqının, onun bütün nəsillərinin yaddaşında dərin həkk olunan qanlı olay olsun. Bundan da gələcək nəsillərimiz lazımi ibrət dərsi götürsünlər.
Oxumaq
20.01.10  
 
20 Yanvar qəhrəmanlıq günü kimi yaddaşlara yazılmalıdır
Respondentlərimizin əksəriyyəti bu fikirdədir

20 il bundan əvvəl 20 Yanvar tarixində xalqımızın qəhrəman övladları sovet imperiyasının hərb maşınları ilə üz-üzə gələrək şəhidlik zirvəsinə ucaldı, yüzlərlə insan ömürlük əllillik həyatına məhkum oldu. Uzun illər bu faciənin günahkarları bilinsə də, dilə gətirilib dünya ictimaiyyətinə yetərincə çatdırılmırdı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...
Oxumaq
20.01.10  
 
Ermənistanda müxalifət qəzetinin redaktoruna hökm oxunub
Ermənistanda müxalifət qəzetinin redaktoruna hökm oxunub. "Novosti Armeniya" agentliyinin yaydığı məlumata görə, Yerevan məhkəməsi "Aykakan yamanak" müxalifət qəzetinin redaktoru Nikola Paşinyan barəsində 7 il həbs qərarı çıxarıb. Paşinyan 2007-ci il oktyabrın 23-də polis əməkdaşına qarşı həyat üçün təhlükəli olmayan zorakılıqda və 2008-ci il 1-2 mart tarixində bir qrup şəxslə bir yerdə İrəvanda kütləvi iğtişaşlar təşkil etməkdə ittiham edilirdi. Məhkəmə birinci ittihamla bağlı onun barəsində bəraət verib. Lakin yurnalist Ermənistan Cinayət Məcəlləsinin 225-ci maddəsinin (kütləvi iğtişaşlar) 1-ci hissəsi ilə günahkar bilinib və onun barəsində 7 il həbs qərarı çıxarılıb. Nikola Paşinyan cəzasını Ermənistan Ədliyyə Nazirliyinin müvafiq cəzaçəkmə müəssisəsində çəkəcək.
Oxumaq
20.01.10  
 
Alkoqollu içkilərin satış obyektlərində problemlər aşkarlanıb
Ötən il Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının satışını həyata keçirən 300-ə yaxın ticarət obyektində monitorinq keçirilib. Bu barədə "APA-Economics"ə Monitorinq Qrupunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyi çoxillik əkmələr, bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdiri Elbrus Xəlilov məlumat verib.
Onun sözlərinə görə, mornitorinq zamanı alkoqollu içkilərin satışı ilə bağlı obyektlərin böyük əksəriyyətində problemlər aşkarlanıb. Problemlər əsasən satılan məhsulların gigiyenik sertifikatları və hesab fakturalarının olmaması ilə bağlıdır. Tütün məmulatlarının satışı ilə bağlı isə problem aşkarlanmayıb.
E.Xəlilov bildirib ki, nöqsanlar aşkarlanmış ticarət obyektləri barədə məlumatlar rayon vergi idarələrinə və icra hakimiyyətlərinə göndərilib.
Nazirlik nümayəndəsinin verdiyi məlumata görə, aşkarlanmış nöqsanlar əvvəlki illərlə müqayisədə 70% azalıb.
E.Xəlilov hazırda 2010-cu il üçün fəaliyyət planının hazırlandığını və yaxın vaxtlarda təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcəyini vurğulayıb. Fevral ayında başlanacaq yeni monitorinq Bakı şəhəri və respublikanın digər rayonlarını əhatə edəcək.
Oxumaq
20.01.10  
 
Rusiyada "Qarabağ gündəliyi" kitabı işıq üzü görüb
Moskvanın və Rusiyanın digər şəhərlərinin kitab mağazalarında bu ölkədə fəaliyyət göstərən Kanonplyus nəşriyyatının nəşr etdirdiyi "Qarabağ gündəliyi" kitabının satışına başlanıb. Bu barədə APA-ya İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Media Departamentindən bildirilib. "Qarabağ qan çanağında", "Məşəqqətli günlər" və "Dağıntılar" əsərlərindən ibarət trilogiyanın müəllifi keçən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında düzgün məlumatların Rusiya ictimaiyyətinə çatdırılması uğrunda mübarizə aparan Rusiyanın tanınmış kuturoloqu, professor Yuri Pompeyevdir. "Qarabağ gündəliyi" kitabı müəllifin bu münaqişə ilə bağlı olan siyasilərlə müsahibə, o cümlədən sənədlər əsasında problemin tarixi-publisitik yanrda təhlilinə yönəlmiş bir əsərdir. Bu əsərdə münaqişənin alovlanmasında xüsusi rol oynamış erməni lobbisi və onun Mixail Qorbaçovla əlaqələrinin pərdəarxası məqamları açıqlanıb, Xocalı faciəsinə gedən proseslər təhlil edilib.
Oxumaq
20.01.10  
 
Məcburi köçkünlər yataqxana və sanatoriyalardan köçürüləcəklər
Bu il Bakı şəhərindəki yataqxana və sanatoriyaların binalarında yerləşən məcburi köçkünlərin köçürülməsinə başlanacaq. APA-nın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, dövlət başçısının Nazirlər Kabinetinin müşavirəsində verdiyi tapşırığa əsasən, komitə bununla bağlı işlərə başlayıb. "Biz artıq dünən təkliflərimizi vermişik. Təkliflər baxılandan sonra ayrılacaq maliyyə vəsaiti müqabilində məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə başlanacaq" - deyə Ə.Həsənov vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, hazırda Bakı şəhərində 60 yataqxanada 6100 ailə və ya 24 min məcburi köçkün yaşayır. Həmçinin sanatoriya binalarında 2836 ailə yaşayır ki, bu da 10 min nəfər deməkdir.
Oxumaq
20.01.10  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •