Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 20.1.2010
Səhifələr : # « 1 2 3 4
Qarabağ müharibəsindən bəhs edən serial çəkilir
Ekran işi "Bakıfilm"in istehsalıdır

"Bakıfilm" Kinostudiyası Azərbaycan kinematoqrafiyası üçün yeni uğura imza atır. Qurumun mətbuat əlaqələndiricisinin məlumatına görə, kinostudiya yeni "Yaddaş" adlı televiziya serialını ekranlaşdırır. Məlumatda qeyd olunur ki, televiziya serialının çəkilişləri ötən ilin dekabr ayından başlayıb.
Qeyd edək ki, sözügedən serialda cərəyan edən hadisələr Qarabağ müharibəsinin başlanğıcına təsadüf edir. Filmin süyeti erməni-rus hərbi birləşmələrinin kəndə hücumunun qarşısını fədakarlıqla almağa çalışan dörd gəncin üzərində qurulub. Onlardan biri - Azər ölümcül hala düşərək, yalnız 17 ildən sonra komadan ayılır, keçmişini xatırlamaq üçün yola çıxır. Bu yol isə onun yaddaşıdır.
Məlumatda daha sonra qeyd olunur ki, serialın əsas ana xəttini Qarabağ müharibəsi, Azərbaycan xalqının başına gətirilən bəlalar və ən əsası, gələcəyə diktə edən keçmişin bununla xalqı yüksək ideallara səsləməsi fəlsəfəsi təşkil edir. Serial kəskin şəkildə hazırlanan döyüş səhnələri ilə zəngindir.
Öyrəndik ki, serialın ilk epizodları Bakı şəhərində lentə alınıb. Növbəti çəkilişlərin aparılması isə yaxın günlərdə respublikamızın səfalı guşələrindən birində planlaşdırılır.
Oxumaq
20.01.10  
 
Fərda Xudaverdiyev müğənnilərə şərik çıxıb
Əvvəlcə müğənnilər aktyorun, sonra isə aktyor müğənnilərin çörəyini əlindən alıb

Aktyor Fərda Xudaverdiyev müğənnilərin çoxşaxəli çıxışlarından gileylənib. O bildirib ki, əksər sənətçilər toyda mahnı oxumaqdan çox, monoloq söyləyirlər. Bu səbəbdən də Fərda Xudaverdiyev onlar kimi mahnı oxumaq qərarına gəlib. Çörəyinə şərik çıxanların peşəsini onlarla bölüşən aktyor əslində, müğənni kimi hələ bir neçə il öncə çıxış etdiyini bildirib. Bir müddət bu peşəyə fasilə verən F.Xudaverdiyev müğənnilərin onun işinə müdaxiləsindən sonra yenidən oxumaq qərarına gəlib. Müğənnilik sənətinə göz dikmədiyini deyən aktyor toylardakı çıxışının onu maddi cəhətdən təmin etdiyini söylədi. Lakin müğənnilərin söz sandığının ağzı açılanda, Fərda özünə yer tapa bilmir. Onlara bu tərzdə cavab verir. Səsinə güvəndiyini deyən Fərda ifasının məclis tərəfindən normal qarşılandığını bildirdi: "Əgər 10-dan pis oxuyuramsa, 5-dən yaxşı oxuyuram. Ona görə də müğənnilərə əsəbiləşəndə oxumaq qərarına gəlirəm. Amma son günlər bəzən buna ehtiyac qalmır, insanlar özləri mənim oxumağımı sifariş edirlər".
Oxumaq
20.01.10  
 
Səhifələr : # « 1 2 3 4
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •