|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
20 Yanvar faciəsinin günahkarları Haaqa tribunalına verilməlidir
|
QMİ sədri parlamentə müraciət etdi
Dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən QMİ-nin sədri Allahşükür Paşazadə deyib ki, 20 Yanvar hadisələri ilə bağlı geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasına, bu hadisələri törədənlərin, başda Mixail Qorbaçov olmaqla cinayət məsuliyyətinə cəlb olunmasına, Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmasına ehtiyac var. A.Paşazadə bildirib ki, 20 Yanvar faciəsi "Böyük Ermənistan" xülyası ilə yaşayan Aqembekyanların, Şahnazarovların, Balayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərlərinin Azərbaycan xalqına qarşı öncədən hazırlanmış planı olub. Onun sözlərinə görə, həmin vaxt Sovet qoşunları fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq qocalara, qadınlara, uşaqlara, azərbaycanlılara, ruslara, yəhudilərə, bir sözlə, dinc əhaliyə planlı divan tutublar. Xüsusi təyinatlı dəstələrin amansız qəddarlığı nəticəsində Bakıda və respublikanın bir sıra rayonlarında 136 nəfər şəhid edilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Prezidentlər bu həftə görüşə bilərlər
|
Amerikalı həmsədr Robert Bradtkenin məlumatı hələlik rəsmən təsdiqini tapmayıb
"Ermənistan və Azərbaycan prezidentləri - Sery Sarkisyan və İlham Əliyev bu həftə görüşəcəklər". Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Robert Bradtke Dağlıq Qarabağda yurnalistlərə bildirib. "Mən regiona iki prezidentin bu həftə baş tutacaq görüşünə hazırlığa başlamaq üçün gəlmişəm. Mənə görə rəhbərliyin və Qarabağ əhalisinin mövqeyilə tanış olmaq üçün Dağlıq Qarabağa da səfər vacibdir" - deyə R.Bradtke yurnalistlərə bildirib. "ABŞ gələcəkdə Dağlıq Qarabağ xalqının sülh, çikçəklənmə və yaxşı həyat yaşaması üçün var gücü ilə səy göstərir. Bizim üçün Qarabağ münaqişəsinin həlli gedişində güc tətbiqi və ya onun tətbiqilə bağlı təhdidlər qəbuledilməzdir" - deyə amerikalı vasitəçi bildirib. Xankəndinə səfəri zamanı R.Bradtke tanınmamış Dağlıq Qarabağın "prezidenti" Bako Saakyanla da görüşüb. Ötən həftənin sonunda R.Bradtke Yerevanda Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşüb. Yanvarın 20-də ATƏT-in Minsk qrupunu fransalı və rusiyalı həmsədrləri də Ermənistana gələcəklər.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Moskva Ukraynada ikinci tura çıxdı
|
Həm Yanukoviç, həm də Timoşenko Rusiya ilə dostluğun tərəfdarıdırlar
Bazar günü Ukraynada keçirilən prezident seçkilərinin nəticələrinə görə, Regionlar Partiyasının lideri Viktor Yanukoviç irəli çıxıb. Səsləri hesablayan Mərkəzi Seçki Komissiyası Yanukoviçin 35, onun ən yaxın rəqibi, hazırkı baş nazir Yuliya Timoşenkonun isə 24 faiz topladığını elan edib. Beləliklə, ikinci dövrənin keçirilməsi qaçılmaz olub. MSK-nin açıqladığı rəqəmlərə görə, keçmiş bankir Sergey Tiqipko səslərin 13 faizini toplayıb. İlkin nəticələr 2004-cü il "narıncı inqilabın"ın banisi - prezident Viktor Yuşşenkonun hakimiyyətinin başa çatmasını birmənalı şəkildə nümayiş etdirmiş olub. O, cəmi 5 faiz səs toplayıb. İkinci tur fevralın 7-də keçiriləcək. Əksəriyyət hesab edir ki, prezident Viktor Yuşşenko ikinci turda çətin ki, Yuliya Timoşenko və ya Viktor Yanukoviçə dəstək versin. Prezident katibliyi rəhbərinin müavini İqor Popov da təsdiq edib ki, dövlət başçısının açıq şəkildə iki namizəddən birinə dəstək verəcəyini düşünmür. Prezident katibliyinin rəhbəri Vera Ulyançenko isə seçkilərin pozulacağını istisna etmir. O, səsvermə günü məhkəmələrin maraqlı qərarlar verdiklərini vurğulayıb.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Mahirin transferi rəsmiləşdi
|
Futbolçumuz "Anyi"də Azərbaycanda qazandığından daha çox qazanacaq
Azərbaycan yığmasının və Rusiyanın "Anyi" klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi
- Mahir, Mahaçqalanın "Anyi" klubu ilə danışıqlar aparırdın. Rəsmi müqavilə imzalandımı?
- Bəli, artıq qarşıdakı 3 il müddətində "Anyi"nin şərəfini qoruyacam. Mən legioner həyatı yaşamağı qarşıma məqsəd qoymuşdum. Bu qış olmasa da, yayda mövsüm bitdikdən sonra mütləq bunu həyata keçirmək istəyirdim. Mənə "Anyi"dən təklif gəldi, mən də bu təklifi dəyərləndirdim. Artıq yanvarın 9-dan "Anyi"nin düşərgəsindəyəm.
- "Anyi"nin heyətində legioner futbolçular çoxluq təşkil edir?
- Müəyyən qədər legioner var. Daha çox gürcü futbolçulara üstünlük veriblər. Bir neçə xarici futbolçunu da baxışa dəvət ediblər. Çexiyadan, Serbiyadan, hətta Moldova millisindən də baxışda olan futbolçular var.
|
Oxumaq
19.01.10
|
| |
|
|
"Dağlıq Qarabağ münaqişəsinin həlli yolu artıq dəqiqləşib"
|
İlham Əliyev: "Nizamlanma prosesində ərazi bütövlüyü prinsipi prioritet götürülüb"
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən dövlət başçısı 2009-cu ilin tarixdə maliyyə böhranı ili kimi qalacağını bildirib: "Buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bildi". Prezident İlham Əliyev bildirib ki, aparılan ciddi sosial və iqtisadi islahatlar Azərbaycanı hərtərəfli inkişaf etdirməyə şərait yaradır: "Belə ki, ölkəmiz 2009-cu ildə də öz iqtisadi maraqlarını qoruyub, insanların sosial vəziyyəti daha da yaxşılaşıb. 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artıb. Bu, tarixi nailiyyətdir. 2009-cu ildə sənaye istehsalında 8,6 faiz, kənd təsərrüfatında 3,5 faiz artım olub, 2009-cu ildə inflyasiyanın səviyyəsi 1,5 faiz təşkil edib. 2009-cu ildə Azərbaycana 9,2 milyard dollar investisiya qoyulub, onun da 7,3 milyard dolları daxili sərmayələrdir".
|
Oxumaq
19.01.10
|
| |
|
|
"Ermənistan erməni soyqırımının tanınması prosesindən imtina etmək niyyətində deyil"
|
24 aprel yaxınlaşdıqca ermənilərin "ayağı yer alır"
"Ermənistan Türkiyə ilə münasibətlərində erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən imtina etmək niyyətində deyil". Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. "Ermənistan prezidenti və XİN başçısı da bu məsələ ətrafında dəfələrlə öz fikirlərini bildiriblər. Ermənistan ermənilərin soyqırımı faktını və onun beynəlxalq səviyyədə tanınmasını şübhə altına almır və almayacaq" - deyə E.Nalbandyan "Azadlıq" radiostansiyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə rəhbərliyi ilə yalnız ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib. "Bizim gündəliyimizdə başqa hər hansı məsələ yoxdur. Ermənistan hökuməti xalqın arxasında iş görmür. Biz həqiqətdə nə var, onu da bəyan edirik" - deyə o vurğulayıb.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Hərtərəfli böhran
|
Ermənistanda iqtisadi çətinliklərə demokratiya və siyasət sahəsindəki sıxıntılar da əlavə olunub
İqtisadi çətinliklər və korrupsiya girdabında çabalayan Ermənistanda insan haqları ilə də bağlı vəziyyət qənaətbəxş deyir. Beynəlxalq təşkilatların keçirdikləri monitorinqlərin nəticələrinə görə, 8 ildir Ermənistanda demokratiyanın inkişafında irəliləyiş müşahidə olunmur. Ermənistan "qismən azad" ölkələrdən hesab olunur. Məsələn, "Fredoom House" təşkilatının yaydığı hesabata görə, ötən il olduğu kimi, bu il də Ermənistanda siyasi hüquqların qorunması 6 balla qiymətləndirilib. Bu isə əvvəlki göstəricidən 1 bal yüksəkdir. Hesabata görə, vətəndaş azadlığının müdafiəsi bir qədər yaxşılaşıb. Hərçənd ekspertlər 2002-ci ildən bəri bu sahədə heç bir irəliləyiş görmür.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Beynəlxalq Karikatura Müsabiqəsinə 17 ölkədən rəssam əsər təqdim edib
|
"Molla Nəsrəddin-2010" Beynəlxalq Karikatura Müsabiqəsinə təqdim olunan əsərlərin qəbulu martın 1-də başa çatacaq. Müsabiqənin İdarə Heyətindən qəzetimizə verilən məlumata görə, indiyədək müsabiqəyə 17-dən çox ölkənin rəssamı əsər təqdim edib. Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilən müsabiqənin yekunları aprelin 7-də açıqlanacaq. Həmin gün ən yaxşı əsərlərdən ibarət sərgi təşkil olunacaq və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Hələ dəqiq yeri müəyyənləşməsə də, mərasim ən böyük sərgi salonlarından birində təşkil olunacaq. Qeyd edək ki, qaliblər qızıl, gümüş, bürünc medal və xüsusi mükafat qazanacaq. Tədbirdə beynəlxalq ölkələrin karikaturaçılarının da iştirakı nəzərdə tutulub. Xatırladaq ki, builki müsabiqə Əzim Əzimzadənin 130 və Rəssamlar İttifaqının yaradılmasının 70 illiyinə həsr olunub.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Elnarə yenidən efirə qayıdır
|
Bu dəfə o, həyat yoldaşı ilə aparıcılıq edəcək
Ötən ilin son ayları ana olan müğənni Elnarə ANS televiziyasında aparıcısı olduğu "El bilir ki" adlı verilişinin yayımını bu səbəbdən daynadırmışdı. Hazırda övladının qayğısı ilə ailə üzvlərinin məşğul olduğunu bildirən müğənni yenidən ekrana qayıdır. Lakin bu dəfə o, verilişi tək deyil, həyat yoldaşı, bir sıra verilişlərə aparıcılıq edən Rövşən Cahangirovla birlikdə idarə edəcək. Bundan başqa, müğənni daha bir tele-layihə təklifi alıb və onu dəyərləndirməyi düşünür. Müğənni konkret qərara gəlmədiyindən, mövqeyini açıqlaya bilmədi. ANS-dəki layihə barəsində isə onun həyat yoldaşı danışıb: "El bilir ki" verilişi tezliklə ekrana qayıdacaq. Verilişin heyəti çox maraqlı və istedadlı uşaqlardan ibarətdir. Bu səbəbdən biz onlarla işləməyə qərara vermişik. İkinci telelayihə də real həllini taparsa, biz birlikdə çalışacağıq. Bu, televiziya mütəxəssisi İlqar Mikayıloğlunun layihəsidir və vətənpərvər tərzdə olacaq".
|
Oxumaq
19.01.10
|
| |
|
|
Zəlimxan Yaqubun "Sürgün" adlı kitabı işıq üzü görüb
|
toplunun nəşri şairin yubileyinə həsr olunub
Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun Almatıda Azərbaycan və türk dillərində "Altın körpü" yurnalının dəstəyi ilə "Sürgün" adlı kitabı çapdan çıxıb. Şairin 60 illik yubileyinə həsr olunmuş kitaba müəllifin 2009-cu ilin yayında Özbəkistan, Qazaxıstan, Qırğızıstana səfərləri zamanı bu ölkələrdə yaşayan Azərbaycan və türk diasporunun üzvləri ilə keçirdiyi görüşlər, həmin ərazilərə sürgün olunan soydaşlarımızla söhbətləri, respublikamızın Qırğızıstandakı səfirliyində təşkil olunan görüşlərlə bağlı materiallar, həmçinin şairin "Sürgün" poeması daxil edilib. Kitabda şairin Dünya Axıska Türkləri Birliyi və Qazaxıstandakı "Axıska" Milli Mərkəzinin rəhbəri Ziyeddin İsmixanoğlu ilə söhbətləri də əksini tapıb. Bu görüş və söhbətlər rəngli şəkillərlə müşayiət olunur.
|
Oxumaq
19.01.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|