|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Siyasət olimpiadası
|
İranla ərəb ölkələri körfəzi bölə bilmirlər
Aprel ayında İranda keçirilməsi nəzərdə tutulan Atletika Yarışları ləğv edilib. Bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda mənzillənmiş İslam Həmrəyliyi Olimpiya Federasiyası məlumat verib. Bu federasiyaya rəhbərlik edən Səudiyyə Olimpiya Federasiyasının sədri Sultan bin Fəhd bildirib ki, buna səbəb İran təşkilat komitəsinin özbaşına qəbul edilmiş bir sıra qərarları olub. İran yarışların bir sıra plakatlarında və habelə medal və mükafatlarda, ən başlıcası isə yarışların emblemində "Fars Körfəzi" sözlərinin yazılmasını planlaşdırırmış. Bir sıra ərəb ölkələri isə körfəzin düzgün adının Ərəb Körfəzi olduğunda israrlıdırlar. İran tərəfi ləğv qərarına cavab olaraq bildirib ki, ərəb tərəfi özünün arqumentlərini ortaya qoymadan birtərəfli qərar qəbul edib. Ərəb ölkələri körfəzin ya Ərəb Körfəzi, ya da sadəcə olaraq Körfəz adlandırılmasını istəyirdilər. Ümumiyyətlə isə, körfəzin necə adlandırılması barədə mübahisə artıq onilliklərdir ki, İran və ərəb ölkələri arasında dərin ixtilaflara səbəb olur.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Mahmud "Birlik kuboku"nu da qazaniaq istəyir
|
"Bu da reallaşsaydı, əla olardı"
"Bakı" klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovun apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə müsahibəsi
- "Birlik kuboku"nda ən çox iştirak edən futbolçularımızdansınız. Budəfəki turnir haqda fikirləriniz maraqlıdır...
- Mənə elə gəlir ki, turnirə maraq azalıb. İlk oyun həmişə çətin olur. Üstəlik, meydançanın örtüyü pis idi. "Dinamo" maneyindəki qazon biz oynadığımız vaxtla müqayisədə xarab olub. Nə qədər çətin olsa da, startda qələbə qazanmağımız sevindirici oldu. HİK-lə oyun həlledici idi. Qalib gələn 1/4 finala vəsiqəni qazanacaqdı. İndi bu vəzifəni "Aktobe" ilə görüşdə yerinə yetirməliyik. Həmişə olduğu kimi, qələbə üçün oynayacağıq.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Leandro Qomeş özünə komanda tapıb
|
Azərbaycan milli komandasının sabiq futbolçusu Leandro Qomeş özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. 34 yaşlı hücumçu Rio-de-Yaneyronun "Amerikano" klubu ilə müqavilə bağlayıb. Lakin Qomeşin yeni klubunda debütü baş tutmayıb. Braziliyada qış fasiləsinə son qoyan komandalar 2010-cu ilin ilk sınağına başlasalar da, Leandro ilk matçda yer almayıb. "Amerikano" Quanabara ştat kubokunda məşhur "Fluminenze" ilə qarşılaşmada 0:3 hesabı ilə məğlub olub. Azərbaycan klublarının tarixinə düşən digər futbolçu Feliks Felipe Almeyda isə daha məşhur rəqiblə oyunda debüt imkanı qazanıb. "Bakı"nın sabiq futbolçusu çıxış etdiyi "Rio-Branko"nun "Santos"a qarşı oyununda start heyətində yer alıb. Braziliyanın güclü ştat birinciliyi olan Paulistanın ilk turunda Pelenin komandası "Rio-Branko"nun qapısına 4 qol vurub. "Xəzər-Lənkəran"dan ötən ay ayrılıb "Barueri"yə keçən Denis də Qomeş kimi debüt edə bilməyib. O, Paulistanın ilk turunun "Sertaozinyo" ilə matçında yer almayıb.
|
Oxumaq
19.01.10
|
| |
|
|
"İnter" hollandiyalıları məyus edib
|
|
Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" komandası ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar Antalyadakı ilk sınağında Hollandiyanın aşağı dəstə təmsilçisi "DVS'33 Ermelo" ilə görüşüb. Oyun 2:0 hesabı ilə bakılıların xeyrinə başa çatıb. Qolları Petar Zlatinov və Girts Karlson vurub.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Vaqifin ayağı düşərli olmadı
|
Hollandiya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun komandası "Tvente" XVIII turda "Utrext"in qonağı olub. 21 yaşlı hücumçumuzun iştirak etmədiyi qarşılaşmada qapılara qol vurulmayıb - 0:0. 2010-cu ilə xal itkisi ilə başlayan "Tvente" zirvədəki yerini saxlaya bilib. 18 oyundan sonra hesabında 48 xal olan "Tvente" ən yaxın izləyicisi PSV-ni 3 xal qabaqlayır. Lakin Eyndhoven təmsilçisi 1 oyun az keçirib. Qeyd edək ki, Vaqifin komandası növbəti oyununu yanvarın 24-də "Qroningen"ə qarşı keçirəcək.
|
Oxumaq
19.01.10
|
| |
|
|
"Tobol"un bəhanələri
|
Qazaxıstanın "Tobol" klubu "Olimpik-Şüvəlan"la yoxlama oyununun yarımçıq qalmasını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışır. Apasport.az-ın məlumatına görə, klubun rəsmi internet saytı Türkiyənin Antalya şəhərindəki görüşün yarımçıq qalmasını işıqlandırma sisteminin sıradan çıxması ilə izah edib. Onlar 2:0 hesabı ilə irəlidə olduqları qarşılaşmanı qarşılıqlı razılaşma əsasında yarımçıq saxladıqlarını bildiriblər: "Oyunun ikinci dəqiqəsində Nurqaliyev, sonradan isə Bakayev "Olimpik-Şüvəlan"ın qapısına qol vurmuşdu. Lakin hər iki tərəfin razılığı ilə komandalar ikinci hissəyə çıxmadı. Bunun birinci səbəbi işıqların sönməsi, ikincisi isə bəzi kobudluqlardan sonra oyuna nəzarətin itmək ehtimalının olması idi". Qeyd edək ki, ki, Apasport.az-ın Antalyaya ezam olunan əməkdaşının hadisə yerindən verdiyi operativ məlumata əsasən, qarşılaşma fasilədə deyil, 41-ci dəqiqədə dayandırılıb. Həm də görüş ikitərəfli razılıq yox, təmsilçimizin prezidenti Vaqif Qasımovun göstərişi ilə dayandırılıb. Səbəb isə işıqların sönməsi deyil, oyuna nəzarətin itməsi və oyunçular arasında qarşıdurmanın başlaması olub.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Muurinen "Bakı"nı 1/4 finalda görmək istəyir
|
Finlandiyanın HİK klubunun baş məşqçisi Antii Muurinen "Bakı"nı 1/4 finalda görmək istəyir. Təcrübəli fin mütəxəssis apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə açıqlamasında son Azərbaycan çempionunun oyununu bəyəndiyini bildirib. A.Muurinen "Bakı"nın son tur öncəsi qrupda lider olmasını təsadüfi saymır: "Komandamızın qrupdan çıxmaq şansı yüksəkdir. Hər halda, biz də xal üzünə həsrət qalan Tacikistanın "Vaxş" klubunu udarıq. Digər vəsiqənin sahibi isə həm "Bakı", həm də "Aktobe" ola bilər. Hər ikisinin buna şansı var. Kimin çıxacağı ilə bağlı proqnozuma gəlincə, mən buna diplomatik cavab verərdim. Yəni, "Bakı" ilə "Aktobe"nin şanslarını bərabər sayıram. Hər ikisi güclü komandadır. Etiraf edim ki, "Bakı" ilə oyunun ikinci hissəsində futbolçularımız çox yorulmuşdu və bəxtimiz də gətirdi. Komandanız fasilədən sonra daha yaxşı təsir bağışladı və qol vurmaq üçün bir neçə real imkanı oldu. İstərdim ki, komandanız da qrupdan çıxsın". Qeyd edək ki, 4 xalla qrupumuzda 2-ci yerdə gedən HİK "Bakı" ilə qolsuz heç-heçə etdiyi halda, "Atkobe"ni məğlub edib - 1:0.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Boliviya yığmasının yarımmüdafiəçisi "Xəzər-Lənkəran"da
|
|
Rusiyanın "Vityaz" komandasına qarşı keçirilən yoxlama oyunu "Xəzər-Lənkəran"da baxışda olan legionerlərin taleyinə aydınlıq gətirib. Apasport.az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandanın baş məşqçisi Ağasəlim Mircavadov sınadığı oyunçuların ikisindən imtina etmək qərarına gəlib. Bu səbəbdən Rumıniyanın "Styaua" komandasının sabiq hücumçusu Valentin Badea və Xorvatiya "Riyeka"sının kapitanı, mərkəz müdafiəçisi Fausto Buduçin geri göndəriləcək. Rusiyalılara qarşı matçda oynamış digər iki əcnəbi isə etimadı müəyyən mənada doğrulda biliblər.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Səhiyyənin təşkili məsələlərinə həsr olunmuş müşavirə keçirilib
|
|
Səhiyyə Nazirliyində (SN) səhiyyənin təşkili məsələlərinə həsr olunmuş işgüzar müşavirə keçirilib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən bildirilib. Səhiyyə Nazirliyinin sektor bölmələrinin, şəhər və rayon səhiyyə orqanlarının rəhbərlərinin iştirak etdiyi müşavirədə əsasən SN-də struktur dəyişiklikləri barədə əmrlərin yerlərdə icrası, statistik hesabatlar, əlillik, vətəndaşların ərizə və şikayətləri, ana və uşaq ölümü, infeksion xəstəliklər, "donuz qripi"nin profilaktikası, kadrlarla iş, dərman və ərzaq təminatı kimi məsələlər müzakirə olunub.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Azərbaycanda iqtisadi artım tempi yüksələcək
|
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Mərkəzi və Şərqi Avropa və MDB ölkələrində islahatların gedişi və iqtisadi inkişafa dair 2009-cu il üzrə yenilənmiş hesabat hazırlayıb. AYİB-in Bakı ofisindən "APA-Economics"ə verilən məlumata görə, hesabata əsasən, 2010-cu ildə Azərbaycan iqtisadiyyatında 7,1% artımın olacağı gözlənilir: "Kiçik həcmli maliyyə sisteminə malik olan, böhranın təsirinə az məruz qalmış və artım göstəriciləri əsasən əmtəə hesabına formalaşmış əmtəə ilə zəngin olan Azərbaycan, Monqolustan, Türkmənistan və Özbəkistan kimi ölkələrdə 2010-cu ildə artım tempinin daha da sürətlənəcəyi gözlənilir".
|
Oxumaq
19.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|