Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 19.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
"Yarımçıq qalmış uçuş"
Mərhum fotoyurnalist Oqtay Məmmədovun 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərindən ibarət sərgi açılıb

Dünən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunan "Yarımçıq qalmış uçuş" adlı tədbir-sərgi təşkil edilib. Sərgidə Azərbaycanın tanınmış fotoyurnalisti, Əməkdar mədəniyyət işçisi Oqtay Məmmədovun 20 Yanvar faciəsini əks etdirən fotoşəkilləri nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, fotoyurnalist Oqtay Məmmədovun ailə üzvləri, iş yoldaşları, milət vəkilləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının müdavimləri, S.Naxçıvanski adına litseyin kursantları, Qarabağ müharibəsi Veteran Qadınlar Birliyinin üzvləri, KİV nümayəndələri və digər qonaqların qatıldığı tədbirdə 20 Yanvar faciəsindən söhbət açılıb.
Oxumaq
19.01.10  
 
Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər planlaşdırır
Layihələr il ərzində davam edəcək

Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbirlər planlaşdırır. Bu barədə qəzetimizə açıqlamasında millət vəkili Qənirə Paşayeva məlumat verib. O bildirib ki, fondun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının tanıdılması, dünyaya çatdırılması istiqamətində çox böyük layihələr var. Bu layihələr bu il ərzində də davam edəcək. Q.Paşayeva bildirib ki, fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın uzun müddətdən bəri başlatdığı "Xocalıya ədalət!" kampaniyası da davam edir.
Oxumaq
19.01.10  
 
Azərbaycan Luvr muzeyinə 1 milyon avro ianə verib
Azərbaycan Luvr muzeyində xalçalar kolleksiyasının bərpasına 1 milyon avro ayırıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransanın tanınmış "Fiqaro" qəzetinin 8 dekabr 2009-cu il buraxılışında ötən il ərzində Fransanın Luvr muzeyinə dünyanın müxtəlif dövlətləri, özəl şirkət və şəxslər tərəfindən edilmiş könüllü ianələr haqqında məlumat dərc olunub. Məlumatda bildirilir ki, Luvr muzeyinin islam incəsənətinə həsr olunmuş yeni guşənin yaradılmasında Fransa xeyriyyəçiləri ilə yanaşı bir sıra müsəlman ölkələri (Mərakeş, Oman, Küveyt), o cümlədən Azərbaycan da öz töhfəsini verib. Luvr muzeyindən verilən məlumata əsasən, ölkəmiz tərəfindən ayrılmış bir milyon avro muzeyin xalçalar kolleksiyasının bərpa edilməsinə yönəlib.
Oxumaq
19.01.10  
 
Bakıya daha 300 iritutumlu avtobus gətiriləcək
Cari ilin birinci yarısında Bakı şəhərinə 300-dək iritutumlu avtobusun gətirilməsi planlaşdırılır. Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, yeni avtobuslar hesabına Bakı şəhərinin mərkəzə yaxın ərazilərindəki marşrutlarda kiçik avtobuslar iritutumlularla əvəz olunacaq.
Nazirlik rəsmisi 2009-cu ildə Bakıya 186-sı dövlət hesabına olmaqla 900 iritutumlu avtobusun gətirildiyini bildirib. Belə ki, 2008-ci ildən indiyədək paytaxtın mərkəzi də daxil olmaqla Bakı şəhərində 2 minə yaxın kiçik və orta tutumlu avtobus marşrutlardan çıxarılıb və onların yerinə 1600-ə yaxın iritutumlu avtobus daxil edilib.
Növbəti mərhələdə paytaxtətrafı qəsəbələrə işləyən avtobusların iritutumlularla əvəzlənəcəyini qeyd edən nazirlik rəsmisi hazırda şəhərətrafı marşrutlardakı kiçik avtobusların avtobus-taksilər kimi işləməsinə icazə veriləcəyini vurğulayıb.
Qeyd edək ki, hazırda gün ərzində Bakı şəhərinin marşrutlarında 4 minə yaxın avtobus işləyir.
Oxumaq
19.01.10  
 
Nuridə Atəşi Amazon hövzəsində araşdırma aparıb
14 ildir Qafqaz Amazonlarının tarixini araşdıran Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, şairə Nuridə Atəşi hazırda Braziliyada Amazon körfəzini araşdırır. Bu barədə APA-ya N. Atəşi özü məlumat verib. "Sahəsinə görə Avropadan 2 dəfə böyük olan və "Braziliyanın ürəyi" sayılan bu yer nədən Amazon körfəzi adlanır? Doğrudanmı dünyanın ən böyük çayı Nil yox, məhz Amazondur? Necə olub ki, bu nəhəng ölkənin 60 faiz torpaqları Amazon adlanır? Nədən Amazonlar bu ölkədə bu qədər məşhur olublar? Niyə onların adına böyük banklar, teatrlar, parklar, yüzlərlə şirkət var? Nəyə görə Amazon körfəzinin paytaxtı Manaus şəhərində parlamentin önündə Amazonların heykəlləri qoyulub, möhtəşəm binalarda rəsmləri asılıb? Amazonların şöhrəti Braziliyaya necə gedib çıxıb?
Oxumaq
19.01.10  
 
Dağlıq və dağətəyi rayonlarda qar yağacaq
Yanvarın 19-da Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, gündüz arabir açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloyi Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yanvarın 20-də hava buludlu olacaq, arabir açılacaq. Gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif çiskin olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.
Oxumaq
19.01.10  
 
Dubayda qiymətli brilyant oğurlayan 3 azərbaycanlı həbs olunub
Birləşmiş Ərəb Əmirliklərinin Şəriqa əmirliyində 3 azərbaycanlı həbs edilib. APA-nın BƏƏ mətbuatına istinadən yaydığı məlumata görə, Şəriqa əmirliyinin cinayət axtarış idarəsi 3 nəfər Azərbaycan vətəndaşını ölkəni tərk etmək istəyərkən saxlayıb.
Həmin şəxslərin çamadanlarına baxış keçirən əməliyyatçılar orada 500 min dinar dəyərində brilyant aşkar ediblər. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər brilyantları Dubay əmirliyinin tanınmış qızıl mağazalarından birindən dələduzluq yolu ilə ələ keçiriblər. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, oğurlanan brilyantın dollarla qiyməti 1,35 milyon $ edir.
Oxumaq
19.01.10  
 
Bakıda 2015 nəfər
Ötən həftə Bakıda 2015 nəfər AH1N1 virusuna ("donuz qripi") qarşı peyvənd olunub. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloyi şöbəsinin müdiri Emin Babayev bildirib. Onun sözlərinə görə, peyvəndləmə kampaniyasına yanvarın 13-dən başlanıb. Sumqayıt şəhəri və Abşeronda aparılan peyvəndləməyə isə neçə nəfərin cəlb olunduğu hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana "donuz qripi"nə qarşı 172 min doza vaksin göndərib. Vaksinlərin birinci hissəsi - 90 min doza vaksin yanvarın 8-də, ikinci hissəsi - 82 min doza vaksin isə yanvarın 14-də ölkəyə gətirilib.
Oxumaq
19.01.10  
 
"Donuz qripi" tarixin ən böyük fırıldağı kimi qiymətləndirilir
"Donuz qripi" (A/H1N1 virusu) virusunun yayılması məsələsi tarixin ən böyük fırıldağı adlandırıla bilər. "APA-Economics"in məlumatına görə, Avropa Şurası gəlir əldə etmək üçün "donuz qripi" ətrafında panika yaratmaqda şübhəli bilinən əczaçı şirkətlər arasında yoxlamalar aparmağı planlaşdırır. Belə ki, Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) Ümumdünya Səhiyyə Təşkilatını və əczaçıları əlbir olaraq bu məsələni şişirtməkdə təqsirləndirir. Artıq yanvar ayı ərzində AŞ PA-da bununla bağlı dinləmələr aparılacaq: "Əgər əvvəllər pandemiya əhalinin əhəmiyyətli hissəsinin xəstələnməsi və ölümünə səbəb olan xəstəlik hesab edilirdisə, artıq indi pandemiya sərhədləri keçən və immuniteti olmayan hər hansı bir xəstəlik hesab edilir. Bu da bir çox ölkənin vaksinlərin gətirilməsinə dair sənədləri gözüyumulu imzalamasına səbəb olub.
Oxumaq
19.01.10  
 
Məhbəsdən hərbi komissarlığa
Roma papasına sui-qəsd edən Mehmet Əli Ağca azadlığa çıxıb

Yurnalist-yazıçı Abdi İpəkçini qətlə yetirməkdə, Roma papası II İohan Pavelə sui-qəsddə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Mehmet Əli Ağca dünən azadlığa buraxılıb. Türkiyə mətbuatının yaydığı məlumatına görə, Ağcanın 30 illik həbs həyatı başa çatıb və o, həbsxanadan çıxıb. Vəkili Hacı Əli Özhan Ağcanın həbsxanadan hərbi komissarlığa aparıldığını açıqlayıb. Vəkil Ağcanın hərbi xidmətə yararsız olması barədə daha əvvəl arayış verildiyini xatırladıb, bu arayışın Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmədiyini söyləyib: "Bu səbəbdən müayinə üçün o, GATA-ya aparılacaq". 52 yaşlı Ağcanın Ankarada 1-2 gün qalandan sonra adı açıqlanmayan bir tanışının İstanbulda kirayə tutduğu villaya köçəcəyi bildirilir. Onun İstanbuldakı Çırağan Sarayında keçirəcəyi mətbuat konfransı üçün bir çox ölkədən 150 yurnalist Türkiyəyə gəlib.
Oxumaq
19.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •