|
Ramiz Əzizbəyli bank hesabından imtina edib
|
Aktyor özünü yaxşı hiss etdiyini deyir
Uzun müddət evdə xəstə yatan Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş hiss olunur. Artıq aktyor çarpayıdan qalxaraq, ayaqları üstündə dura bilir. Bu barədə açıqlama verən Xalq artisti bildirib ki, hələlik əsanın köməkliyi ilə yeriyir: "Xatırladım ki, mən onurğa sütununun ağır dərəcəli iltihabı diaqnozu ilə uzun müddət xəstə yatmışam. Ciddi həkim nəzarətinə baxmayaraq, xəstəlik şiddətlənirdi. Bu səbəbdən yerimək imkanımı itirib, neçə ay yataq xəstəsi oldum. Xəstəliklə uzun sürən mübarizədən sonra nəhayət, irəliləyiş qeyd alındı. Vəziyyət bir qədər yaxşıdır.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Yanacaqdoldurma məntəqəsində yanğın
|
|
Dünən paytaxtdakı yanacaqdoldurma məntəqəlrinin birində yanğın hadisəsi qeydə yalınb. Fövqəladə Hallar Nazirliyinin rəsmi sayıtnın məlumatına görə, Binəqədi rayonu ərazisində "Emil Petrol" yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 100 kvadratmetr olan talvarın yanar konstruksiyaları 30 kvadrat metr sahədə və 1 ədəd "Petrosan" tipli yanacaqdoldurma aparatı yanıb. Məntəqənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
|
Oxumaq
19.01.10
|
| |
|
|
"Mersedes" ağaca çırpılıb
|
Bir nəfər dünyasını dəyişib
Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Əli Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurub. Nəticədə Ə.Məmmədovun sərnişini - həmyerlisi Tariyel İsayev hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Bir gündə 46 cinayət
|
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 46 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 27-i "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Bələdiyyə sədrinin məhkəməsi başa çatıb
|
Qanunsuz torpaq satan Mirzağa Nuriyev 8 il azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Dadaş İmanovun sədrliyi ilə korrupsiya cinayətlərində ittiham olunan keçmiş bələdiyyə sədrinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Astara rayonu, Ərçivan kənd bələdiyyəsinin keçmiş sədri Mirzağa Nuriyev cavab verib. M.Nuriyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (Vəzifə səlahiyyətlərini aşma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. M.Nuriyev bələdiyyə sədri olduğu dövrdə vəzifə səlahiyyətlərini aşaraq kəndlilərə məxsus torpaqları qanunsuz olaraq satıb. O, həmçinin kəndin daxili yolları üçün bələdiyyəyə ayrılmış vəsaiti də mənimsəyib. M.Nuriyev 2009-cu ilin sentyabrında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Məhkəmənin hökmü ilə M.Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
19.01.10
|
| |
|
|
15 il əvvəl baş verən cinayətin cəzası
|
Ceyhun Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ələkbər Quliyevin sədrliyi ilə 15 il əvvəl silahlı basqınlar törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Müttəhimlər kürsüsündə Gəncə şəhər sakini Ceyhun Musayev əyləşib. C.Musayev 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 145-ci (quldurluq) maddəsi ilə ittiham olunub. İttihama görə, C.Musayev üç nəfərlik dəstə üzvləri ilə birlikdə 1995-ci ilin dekabrında Şakir Allahverdiyevə məxsus evə basqın edib. Dəstə üzvləri ev sahibinə, onun həyat yoldaşı Briliyant Məmmədova və qızı Təranə Allahverdiyevaya xəsarət yetirərək evdə olan qiymətli əşyaları götürüblər. 15 il axtarışda olan C.Musayev Gəncə şəhər Polis İdarəsi və Ukraynanın hüquq mühafizə orqanlarının birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunaraq Azərbaycana gətirilib. Dəstənin qalan 2 üzvündən biri Zahid Nəzərov 2 il əvvəl həbs edilib. Məhkəmənin hökmü ilə C.Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Canını şərti cəza ilə qurtardı
|
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə terror barədə yalan məlumat verməkdə ittiham olunan şəxsə hökm oxunub. Məhkəmə qarşısında Bakı şəhər sakini Hüseyn Atakişiyev cavab verib. H.Atakişiyev ötən il avqustun 12-də Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək Qaradağ rayonunu Sahil qəsəbəsində yerləşən ATS-in qarşısına bomba qoyması barədə məlumat verib. Aparılan araşdırmalardan sonra məlumat təsdiqini tapmayıb. Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Atakişiyev tutulub. Məhkəmənin hökmü ilə təqsirləndirilən 2 il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Əsgər yoldaşlarını qətlə yetirən şəxsə hökm oxunub
|
Orxan Səfərov ömürlük azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə 4 hərbçinin qətlə yetirən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Orxan Səfərov cavab verib. O.Səfərov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29. 120 (cinayət etməyə cəhd) və 332.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddələri ilə ittiham olunub. Məhkəmənin hökmü ilə O.Səfərov ömürlük azadlıqdan məhrum edilib.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Pərakəndə satış bazarı ilə bağlı konfrans keçirilib
|
"Azərsun" Sosial Məsuliyyət proqramı çərçivəsində daha bir ilkə imza atıb
"Azərsun Holdinq"in təşəbbüsü və maliyyə dəstəyilə "Azərbaycanda pərakəndə satış -reallıqlar və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib. Tədbirdə Bakıda və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən pərakəndə satış müəssisələrinin rəhbərləri iştirak edib. Konfransı giriş sözü ilə açan holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov Azərbaycanda mövcud iqtisadi artımın mal və xidmətlərin daha keyfiyyətlə təqdim olunmasını zərurətə çevirdiyini və bu sahədə rəqabətin artdığını bildirib. Holdinqin Satış departamentinin müdürü Elşən Osmanov ildən-ilə təkmilləşən pərakəndə satış bazarındakı vəziyyəti əhatəli təhlil edərək, bu sahədə mövcud beynəlxalq təcrübəyə ehtiyac olduğunu qeyd edib. Bu məqsədlə bir çox araşdırma və tədqiqat layihələrinin müəllifi türkiyəli ekspert Turhan Günayın konfransa dəvət olunduğunu bildirib. Dünyada fəaliyyət göstərən və geniş satış şəbəkəsinə malik şirkətlərin təcrübəsindən bəhs edən T.Günay Azərbaycanda pərakəndə satış indeksinin artan xətlə inkişaf etdiyinə diqqət çəkərək bu sahədə ölkəmizin geniş imkanlara malik olduğunu qeyd edib.
|
Oxumaq
19.01.10
|
| |
|
|
Keyfiyyətsiz yağ aşkarlanıb
|
"Fazil" firmasında yoxlamalara başlanılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMX) ticarət dövriyyəsində olan yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərini davam etdirir. Bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən şəhərin bir sıra mağazalarında satışda olan yağlardan nümunələr götürülərək laborator müayinə olunub. Nazirliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, laborator müayinələr nəticəsində 10 kiloqramlıq qutularda qablaşdırılmış "Xüsusi yağ" əmtəə nişanlı kombinə edilmiş yağın fiziki-kimyəvi göstəricilərinin məhsulun etiketindəki göstəricilərə və normalara uyğun olmadığı müəyyən edilib.
|
Oxumaq
19.01.10
|
| |
|
|
|