|
|
|
"20 Yanvar xalqımızın milli azadlıq hisslərinin güclü olduğunu göstərdi"
|
Mübariz Qurbanlının fikrincə, bu faciə sovet reyiminin iç üzünü açdı
"Azərbaycanda baş verən hərəkat həqiqətən sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb. 20 Yanvar hadisəsi sovet reyiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Pribaltikada, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet reyimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi". Bunu YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib. O bildirib ki, xalqımız ötən əsrin əvvəllərində verdiyi şəhidlərin ruhu ilə silahlanaraq sovet imperiyasına qarşı mübarizə aparırdı. Amma sovet dövlətinin dağılması daha mürəkkəb proses idi və bu, əslində, 1980-ci illərin ortalarından başlamışdı. Artıq sovet dövlətindən ayrılmalar labüd idi və Kommunist Partiyasının Siyasi Bürosunda da baş verən hadisələr onu göstərirdi ki, Moskvanın özü də müəyyən səviyyədə sovetlər hakimiyyətindən imtina etməyə hazırlaşır. "Bu, yalnız Moskvanın daxili siyasətində yox, xaricə yönəlik siyasətində də özünü göstərirdi. Çünki dünyada elə proseslər gedirdi ki, Moskva sovet dövlətinin dağılacağını başa düşürdü.
|
Oxumaq
16.01.10
|
| |
|
|
"Bakı"nın ikinci cəhdi
|
Bu gün Moskvada "Birlik kuboku" turniri start götürür
Bu gün Rusiya paytaxtı Moskvada "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" turniri start götürür. Apasport.az saytının məlumatına görə, 18-ci dəfə keçirilən turnirdə Azərbaycanı son ölkə çempionu "Bakı" təmsil edəcək. Bu, paytaxtın eyni adlı təmsilçisinin kuboku ölkəmizə gətirmək üçün ikinci cəhdidir. 2007-ci ilin yanvarında Moskva turnirində debüt edən "Bakı" yarışın qrup mərhələsini adlasa da, 1/4 finalda yerli MOİK-in əvəzedicilərdən ibarət komandasına penaltilər seriyasında uduzmuşdu. Üç ildən sonra yenidən Rusiyaya yollanan bakılılar mükafatın üçüncü dəfə ölkəmizə gəlməsinə çalışacaq. "Bakı" artıq Moskvadadır. Apasport.az saytının xəbərinə görə, "Kosmos" mehmanxanasında məskunlaşan komanda dünən səhər yeməyindən sonra bir araya gəlib. Paytaxt təmsilçisi dünən "Dinamo" maneyində ilk məşqinə çıxıb. Xatırladaq ki, "Bakı" ilk oyununu, məhz burada Tacikistan çempionu "Vaxş"a qarşı keçirəcək.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Cənubi Qafqazda iki fövqəloyunçu qalıb
|
Bölgənin taleyini Türkiyə ilə Rusiya müəyyənləşdirməyə başlayıblar
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır". Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin "Sabah" qəzetinə müsahibəsində bildirib. "Nə qədər bu məsələni ayrılıqda həll etməyə çalışsaq da, bütün hallarda onların əlaqəsi var" - deyə baş nazir vurğulayıb. "Ermənistan-Türkiyə sərhəddi Ermənistan və Azərbaycan arasında münaqişə nəticəsində bağlanıb. Qoy, Qarabağın işğalına son qoyulsun. O zaman Ermənistanla Türkiyə arasında münasibətlər çox asan normallaşacaq. Qoy, erməni tərəfinin xoş məramı işğal olunmuş yeddi rayonun azad edilməsində özünü göstərsin. Yalnız bundan sonra müsbət inkişaf baş verə bilər" - deyə Ərdoğan vurğulayıb. Onun sözlərinə görə, Rusiya ATƏT-in Qarabağ nizamlanması üzrə Minsk qrupunun yeganə ölkəsidir ki, Ermənistana təsir göstərir. "ATƏT-in Minsk Qrupu Tlkələri arasında Rusiya Ermənistana təsir göstərən ilk Tlkədir. Sonra ABŞ və Fransa gəlir. Əgər Rusiya əməkdaşlıq etsə, nəticəyə tez nail olmaq olar" - deyə o qeyd edib. O həmçinin qeyd edib ki, Türkiyə tərəfi artıq müəyyən risqlərə gedib. "Biz Ermənistanla hava nəqliyyatını, Yerevan-İstanbul reyslərini açmışıq. Biz hava sərhəddini açmışıq, lakin quru sərhədlərin açılışı - bu başqa məsələdir" - deyə Türkiyənin baş naziri qeyd edib.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Dərin forpostluq
|
Sarkisyan Rusiya ilə münasibətləri daha da gücləndirmək istəyir
Ermənistan prezidenti Sery Sarkisyan Yerevanla Moskva arasında ikitərəfli münasibətlərin dərinləşməsi üçün bütün səylərini göstərəcəyini vəd edib. "Razılıqla qeyd etmək lazımdır ki, 2009-cu ildə bizim strateyi tərəfdaşlığımız keyfiyyətcə yeni elementlərlə zənginləşib, intensiv siyasi dialoqun səviyyəsi saxlanılıb, iqtisadi, mədəni və humanitar əlaqələr möhkəmləndirilib. Ermənistan Rusiya ilə ikitərəfli münasibətlərin dərinləşməsi üçün səylərini gələcəkdə də davam etdirəcək" - deyə S.Sarkisyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə bildirib. "İnterfaks"a Ermənistanın dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, S.Lavrov S.Sarkisyana "Rusiya prezidenti Dmitri Medvedyevin isti salamlarını çatdırıb". "Medvedyev ümidvardır ki, ölkələrimiz arasında ötən il mövcud olan intensiv tərəfdaşlıq və etibarlı dialoq bu il də davam edəcək" - deyə S.Lavrov vurğulayıb. "Biz həmçinin ölkələrimiz arasında strateyi tərəfdaşlığın, bütün sahələrdə müttəfiqlik və etimad dialoqunun səviyyəsini yüksək qiymətləndiririk" - deyə XİN başçısı vurğulayıb. Görüşdə S.Sarkisyan və S.Lavrov Rusiya və Ermənistan arasında müqavilə-hüquq bazasının gələcəkdə genişləndirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, yeni müqavilələr əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq, ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Kimin nəyə imkanı çatırsa
|
Bill Klinton və Corc Buş Haitidə zəlzələdən zərər çəkənlərə ianə toplayırlar
ABŞ-ın sabiq prezidentləri Bill Klinton və kiçik Corc Buş zəlzələnin dəhşətli dağıntılar törətdiyi Haitinin bərpası üçün ianə toplanması missiyasına başçılıq edəcək. "Exo Moskva" radiosunun yaydığı məlumata görə, Bill Klinton və Corc Buş prezident Barak Obamanın çağırışına cavab olaraq bu missiyanı öz üzərlərinə götürüblər. Qeyd edək ki, Bill Klinton həm də BMT-nin Haiti üzrə xoşməramlı səfiri statusunda çıxış edir. Şəxsi sektorda könüllü ianə toplanması ilə bərabər, ABŞ hökuməti dövlət büdcəsindən Haitiyə yardım məqsədi ilə 100 milyon dollar ayırıb. BMT-nin Haiti üzrə xüsusi elçisi, sabiq ABŞ prezidenti Bill Klinton deyib ki, Haitidə baş verən zəlzələ Amerika qitəsinin tarixində baş verən ən fəlakətli hadisələrdən biridir. "Washington Post" qəzetində məqalə ilə çıxış edən Klinton Haitidə ərzağa, suya, sığınacağa və dərman ləvazimatlarına ehtiyac olduğunu bildirib: "Hazırkı fövqəladə hal başa çatdıqdan sonra görülməli bərpa və yenidənqurma işləri qalacaq. Birinci hədəfimiz dağıntılar altındakıları tapmaq və xilas etməkdir. Biz dağıntılar altında qalan 10 minlərlə insanın xilas edilməsi üçün əlimizdən nə gəlirsə, etməyə çalışırıq".
|
Oxumaq
16.01.10
|
| |
|
|
Azərbaycanın güzəşt limiti bitib
|
Tərəflər Ermənistanı yola gətirməyə çalışırlar
"2010-cu ilin başlanğıcı Azərbaycan üçün iki mühüm hadisə ilə əlamətdar oldu. Onlardan biri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri, digəri isə Ermənistan Konstitusiya Məhkəməsinin Sürix protokollarını imzalamasıdır. Bu barədə Politoloqların Diskussiya Klubunun dünən keçirilən 9-cu iclasında politoloq Fikrət Sadıxov söz açdı. Onun sözlərinə görə, Türkiyə baş nazirinin Rusiyaya səfəri Azərbaycan üçün əlamətdar olub. Çünki Ərdoğan Moskvada Azərbaycanın maraqlarına xidmət edən sərt bəyanatlar verib: "Ərdoğanın Moskvada verdiyi bəyanatlar təbii ki, Azərbaycanın maraqlarına uyğundur. Amma bir şey nəzərə alınmalıdır ki, bunlar hamısı şifahi ritorikadır.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Superliqa yenə "Digiturk"ün oldu
|
1-ci liqa matçlarının yayın hüququnu isə TRT aldı
Bugünlərdə Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) hərraca çıxarılan superliqa oyunlarının yayın paketinin sahibi müəyyən olub. Bu son illər superliqanın oyunlarını yayınlayan "Digiturk" kanalı olub. Beləliklə, önümüzdəki 4 ildə də superliqa matçlarını məhz "Digiturk" paketinə daxil olan "Liq.TV" kanalı yayınlayacaq. TFF-in binasında baş tutan hərrac olduqca maraqlı keçib. Təsadüfi deyil ki, hərrac 4 saat davam edib. TFF tərəfindən ilkin qiymət kimi 214 milyon 300 min dollar müəyyənləşdirilmişdi. Bundan sonra isə "Türktelekom" şirkəti və "Digiturk" inanılmaz mübarizəsi yaşanıb. Sonda "Digiturk"ün təklif etdiyi 321 milyon dollarla "Telekom"çular da razılaşmaq məcburiyyətində qalıblar. Bununla da superliqa matçlarının yayın hüququ köhnə-yeni sahibinə qovuşub.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Heyliyə Popeskunun forması verildi
|
Tuqay "Qalatasaray"ın yeni transferini tərifləyib
Xəbər verdiyimiz kimi, "Qalatasaray" fasilə dövründə ilk transferini reallaşdırıb. Belə ki, "Cim-Bom" "Everton"dan avstraliyalı müdafiəçi Lukas Heyli heyətinə qatıb. Müdafiəçilyə 1,5 illik müqavilə imzalanıb. Bu arada vaxtilə "Blekbern"də L.Heyllə birgə forma geyən və artıq karyerasını başa vuran məşhur türkiyəli futbolçu Tuqay Kərimoğlu "Qalatasaray"ın yeni transferini dəyərləndirib: "Qalatasaray" çox gözəl müdafiəçi əldə edib. Onunla münasibətlərimiz əladır. İndiyə qədər də görüşürük. Vaxtilə "Liverpul"un da hədəfində idi. Amma transfer alınmamışdı. Avstraliya yığmasının da kapitanıdır. Düzdür, yığmada müdafiənin mərkəzində, İngiltərədə isə əsasən sağ cinahda oynayırdı.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Prezident Riçard Morninqstarı qəbul edib
|
|
Dünən prezident İlham Əliyev ABŞ prezidentinin Avrasiya eneryi məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. /AzərTAc/
|
Oxumaq
16.01.10
|
| |
|
|
ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinə etiraz edilib
|
Dünən Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunublar. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər nazirinin müavini Vaqif Sadıqovla keçirilən görüşlərdə cari ilin 12-13 yanvar tarixində Norveç Krallığının və ABŞ-ın Azərbaycandakı səfirliklərinin diplomatlarının Naxçıvan Muxtar Respublikasına səfəri və səfərin yekunları ilə bağlı səfirliklərin 13 yanvar tarixli mətbuat üçün birgə açıqlaması müzakirə olunub. V.Sadıqov qeyd olunan məsələ ilə əlaqədar araşdırmaların aparıldığını bildirib, Norveç və ABŞ diplomatlarının bu səfər zamanı akkreditə olunmuş ölkədə davranış normalarına zidd və 1961-ci il "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətləri ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirib.
|
Oxumaq
16.01.10
|
| |
|
|
|
|
|