|
|
Səhifələr : # « 1 2 3 » #
|
Doqquz milyonuncu vətəndaşımız dünyaya gəldi
|
Prezident onun sosial müdafiəsi ilə bağlı sərəncam imzalayıb
Dünən prezident İlham Əliyev Azərbaycanın doqquz milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın preambulasında bildirilir ki, 2010-cu il yanvarın 15-də respublikamızın doqquz milyonuncu sakini Əhmədli İlham İslam oğlunun dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrilib. Prezident bu hadisənin tarixi əhəmiyyətini və ölkəmizin doqquz milyonuncu vətəndaşının sosial müdafiəsinin təmin olunması zərurətini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinə tapşırıb ki, Əhmədli İlham İslam oğlunun valideynləri Əhmədov İslam İlkin oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılsın.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Dağlıq Qarabağda Rus Pravoslav Kilsəsi üç kilsə açıb
|
Moskva Patriarxlığı məsələni siyasiləşdirməyin əleyhinədir
Moskva Patriarxlığı bəyan edib ki, Dağlıq Qarabağın statusuna qiymət verilməsini mümkün hesab etmir və Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdardır. "Rus Pravoslav Kilsəsi hər zaman Qarabağ münaqişəsini ağrılı qarşılayıb və Azərbaycan müsəlmanları və Ermənistan xristianları ilə birlikdə onun dinc yolla həllinin tapılıb siyasətçilərə təklif olunması üçün səy göstərib" - deyə patriarxlığın xarici kilsə əlaqələri şöbəsi rəhbərinin müavini ieromonax Filip (Ryabıx) "İnterfaks-Din" portalına bildirib. O qeyd edib ki, "münaqişənin yekun həlli siyasi liderlərin səlahiyyətindədir, Zaqafqaziya xalqlarının həyatının dinc yolla inkişafı həllini tapmaq onların birbaşa vəzifəsidir".
|
Oxumaq
16.01.10
|
| |
|
|
Rusiya Gürcüstanı terrorçuluqda suçlayır
|
Moskvada hesab edirlər ki, Tbilisi terrorçu hazırlayır
"Gürcüstanda xarici təlimatçılar Rusiya ərazisində terror aktlarının həyata keçirilməsi üçün terror qrupları hazırlayırlar". Bu barədə Rusiya xarici işlər nazirinin müavini Arkadi Yedelyov məlumat verib. "Rusiya Federasiyası ərazisində terror aktlarının həyata keçirilməsi üçün Gürcüstanın hərbi bazalarında xarici təlimatçıların rəhbərliyi altında terror qrupları hazırlanır" - deyə A.Yedelyov Vladiqafqazda keçirilən Şimali Osetiya DİN-in işinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Yuşşenkonun ürəyi doluymuş
|
Ukrayna prezidenti Yuliya Timoşenkonun maliyyə əməliyyatlarından danışıb
Bazar günü Ukraynada prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədlərin sayı çox olsa da, əsas favoritlər indiki baş nazir Yuliya Timoşenko və eks-baş nazir Viktor Yanukoviçdir. İndiki prezident Viktor Yuşşenko isə sanki məğlub olacağını bilirmiş kimi Timoşenkonu bir növ "qaralayıb". Yəni keçirdiyi təbliğat mitinqlərində əsas hədəf kimi baş naziri seçib. O, Timoşenkonun korrupsiya girdabında çabaladığını bəyan edib. Ölkə prezidenti seçicilərlə görüşündə Y.Timoşenkonun offşor bank hesablarına pul köçürdüyünü açıqlayıb. O, vaxtilə indiki baş nazirə qarşı qaldırılmış cinayət işlərindən, onun tutulmasından və digər qanunsuz işlərindən də danışıb: "İstintaq sübut edib ki, Yuliya Timoşenko dəfələrlə iri miqdarlarda rüşvət verib".
|
Oxumaq
16.01.10
|
| |
|
|
Amerikansayağı qolçomaqlar
|
Obama varlı şirkətlərdən ayrıca vergi toplayacaq
ABŞ prezidenti Barak Obama ölkənin 20 ən iri maliyyə şirkəti üçün yeni verginin tətbiqini təklif etmək niyyətindədir. Verginin məbləği onların borc öhdəliklərinin həcminə əsaslanaraq müəyyən ediləcək. Bu barədə "Bloomberg" agentliyi administrasiya nümayəndələrinə istinadən məlumat yayıb. Administrasiyanın nümayəndəsi bildirib ki, bu verginin hesabına hökumət yaxın 10 ildə 120 mlrd. dollar əldə etmək niyyətindədir. Yeni tədbirlərin bütün detallarının prezidentin xüsusi iclasında açıqlanacağı gözlənilir. Bundan əlavə, yeni vergi fevralda Konqresə cıxarılacaq büdcə layihəsinə daxil ediləcək. Ekspertlərin fikrincə, qanun layihəsi öz nikbin gələcəyini gözləyir. Belə ki, partiya üzrə tərəfdaşlar bütünlüklə prezidentin təşəbbüsünü dəstəkləyirlər. Respublikaçılara yeni vergini tənqid etmək çətin olacaq. Yeni verginin geniş seçici dəstəyini qazanacağı ehtimal olunur.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Ünvanlı sosial yardımın kriteriyaları təkmilləşdirilməlidir
|
Hadı Rəcəbli fikirlərinə aydınlıq gətirdi
Məlum olduğu kimi, ötən ilin ortalarından etibarən ölkədə ünvanlı sosial yardımların verilməsində problemlər yaranıb. Bir neçə gün öncə bu məsələyə aydınlıq gətirməyə çalışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin bu yöndəki açıqlamaları birmənalı qarşılanmayıb. Bəzi mətbuat orqanları istər komitə sədrinin, istərsə də ünvanlı sosial yardımların verilməsinə birbaşa cavabdehlik daşıyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına bir sıra ittihamlar səsləndirib. Bir müddət öncə səsləndirdiyi fikirlər ətrafında yaradılan ayiotaya münasibətini açıqlayan H.Rəcəbli istər özünün, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına səsləndirilən ittihamların əsassız olduğunu vurğulayıb. Komitə sədri onun məlum fikirlərinin müxalif mətbuat və dairələr tərəfindən düzgün başa düşülmədiyi, qavranılmadığı qənaətindədir. H.Rəcəbli bildirib ki, sosial müdafiənin ünvanlılığı əslində sosial siyasətin mahiyyətidir. Eyni zamanda, sosial müdafiənin ünvanlılığı Azərbaycan dövlətinin sosial siyasətdə baş istiqamətlərindən biridir. H.Rəcəblinin sözlərinə görə, ümumiyyətlə, əvvəllər sosial müdafiədə bir ümumiləşmə var idi:
|
Oxumaq
16.01.10
|
| |
|
|
Dünya Bankı ilə yeni əməkdaşlıq strategiyası müzakirə ediləcək
|
Bu ilin yanvar ayında Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında DB-nın 2011-2012-cü illər üçün ölkə üzrə yeni əməkdaşlıq strategiyası (CPS) ilə bağlı məsləhətləşmələrə başlanacağı gözlənilir. DB-nın Azərbaycandakı nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, yeni əməkdaşlıq strategiyası 2007-2010-cu illəri əhatə edən və 2006-cı ildə qəbul olunan son strategiyanın məntiqi davamı olacaq: "Azərbaycan hökuməti ilə yeni CPS üzrə məsləhətləşmələri aparmaq üçün yanvar ayında DB-nın missiyası Bakıya gələcək". Qeyd edək ki, hazırda qüvvədə olan CPS üzrə DB 2008-ci ildə 1,2 mlrd. ABŞ dolları məbləğində (hər ilə 600 mln. dollar olmaqla iki il müddətinə) əlavə vəsait ayırıb və bu vəsait mövcud strategiya başa çatanadək nəzərdə tutulub.
|
Oxumaq
16.01.10
|
| |
|
|
20 Yanvar faciəsi İranlı Mühacirlər Cəmiyyətində anılacaq
|
Yanvarın 20-də Bakıda, ölkənin digər şəhərlərində, rayonlarında şəhid məzarlarını ziyarət edən izdihama Azərbaycanda yaşayan iranlı mühacirlər və onların ailə üzvləri də qoşulacaq. İranlı Mühacirlər Cəmiyyətinin sədri Əmirəli Lahrudinin APA-ya verdiyi məlumata görə, onlar Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş insanların, həmçinin respublikanın ərazi bütövlüyünün qorunması naminə döyüşlərdə həlak olanların da məzarları, şərəflərinə ucaldılan abidələr önünə tər qərənfillər düzəcək, ölməz əməllərinə ehtiramlarını bildirəcəklər. Onun sözlərinə görə, işğalçı erməni təcavüzünə məruz qalmış Dağlıq Qarabağ camaatı ilə birlikdə Xocalı, Şuşa və Ağdamda məskunlaşan iranlı mühacirlərə qarşı a vəhşiliklər törədilib: "24 nəfər öldürülüb, 18-i yaralanıb, 200 mühacir ailəsi özlərinin ikinci yurd-yuvalarından didərgin düşüb". İranlı Mühacirlər Cəmiyyəti fevralın ikinci ongünlüyündə keçiriləcək tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsini də anmaq niyyətindədir.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Vətəndaşların elektron sağlamlıq kartı ilə təmini sistemi təkmilləşdirilir
|
Azərbaycanda "Elektron səhiyyə" layihəsi çərçivəsində "Vətəndaşların Elektron Sağlamlıq Kartı" sisteminin (VESKS) inkişafı, o cümlədən Ədliyyə və Daxili İşlər nazirliklərinin informasiya sistemləri ilə inteqrasiyası istiqamətində işlər aparılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov "APA-Economics"ə bildirib ki, hazırda layihənin ilkin mərhələsi çərçivəsində uşaq kontingentinə xidmət edən şəhər və rayon tibb müəssisələrinin sistemə qoşulması yekunlaşıb. Artıq ölkədə fəaliyyət göstərən bütün doğum evləri və şöbələri, uşaq poliklinikaları və xəstəxanaları sistemə qoşulub. Tibb müəssisələrinin mərkəzlə məlumat mübadiləsini təmin etmək məqsədilə genişzolaqlı internet şəbəkəsi yaradılıb. Kompyuter avadanlıqları alınaraq respublikanın doğum və uşaq tibb müəssisələrində 268 işçi yeri quraşdırılıb.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Qızıl və gümüş medalla təltif olunma qaydası təsdiqlənib
|
|
Nazirlər Kabineti "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nı təsdiq edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. Qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilə bilər. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.
|
Oxumaq
16.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 » #
|
|