Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 15.1.2010
Səhifələr : 1 2 3 4 5 » #
İradə İbrahimova ilk duetini oxuyub
Təklif qarşı tərəfdən gəlib

Müğənni İradə İbrahimova "şipşirin" ləqəbli Elçin Cəfərovla duet oxuyub. Bu, sənətçi xanımın özünün qərarlaşdırdığı ilk dueti hesab olunur. Buna qədər isə o, bir sıra telelayihələr və müsabiqələr çərçivəsində bir neçə dəfə duet mahnılar ifa edib.
Müğənninin mətbuat əlaqələndiricisi xəbər verir ki, hər iki sənətçi telelayihələrin birində məşhur mahnılardan birini səsləndirib. İfanın uğurlu alındığı qənaətində olan Elçin İradə xanımla yeni bəstələrindən birini bölüşməyi təklif edib. Yenicə lentə yazılan sözləri Cəlal Qurbanova, musiqisi isə Elçin Cəfərov və Tərlan Məmmədhüseynova, aranyemanı Emin Məcnunbəyova məxsus olan mahnı "Adımı çağır" adlanır. Lirik notlar üzərində yazılan mahnı tezliklə dinəyicisinə təqdim ediləcək.
Oxumaq
16.01.10  
 
Moskvalı ulduzlar Bakıda oxuyacaqlar
Siyahıda Vladimir Presnyakov, Nataliya Podolskaya və Lolita var

Rusiyanın tanınmış ifaçıları Vladimir Presnyakov və Nataliya Podolskaya fevralın 14-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə konsertin təşkilatçıları olan "Music club"dan məlumat verilib. Həmin gün rusiyalı müğənnilər "Sevgililər günü" üçün xüsusi hazırladıqları iki saatlıq proqramla çıxış edəcəklər. Konsetr "Sən mənimsən" adı altında keçiriləcək. Konsertin biletlərinin qiyməti isə 20-100 manat arasındadır.
İki gün sonra Heydər Əliyev Sarayında Rusiyanın tanınmış pop-ulduzu Lolita konsert proqramı ilə çıxış edəcək. Moskvalv ulduzun konsertində bakılı tamaşaçılara yeni albomdan mahnılar təqdim ediləcək. Qeyd edək ki, bu konsertin biletləri 20-80 manat arasında satışa çıxarılıb.
Oxumaq
16.01.10  
 
Milli Dövlət Teatrları Festivalı keçiriləcək
Fevralın sonlarından başlayaraq Mədəniyyət və Turizm Nazirliyi ilk dəfə Milli Dövlət Teatrları Festivalı keçirəcək. Qurumun mətbuat əlaqələndiricisinin məlumatına görə, Bakıda keçiriləcək festivalda respublikanın bütün regionlarından 26 teatr iştirak edəcək. Xəbərdə qeyd olunur ki, festival çərçivəsində Dəyirmi masalar təşkil ediləcək, aktyorlar, teatrşünas, sənətşünas və festivalın digər iştirakçıları ilə görüşlər, seminarlar keçiriləcək.
Qeyd edək ki, milli festivalın keçirilməsində məqsəd ölkə teatrları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, regional teatrların fəaliyyətinin stimullaşdırılması və onların paytaxt tamaşaçılarına təqdim olunması üçün imkanların yaradılmasıdır.
Oxumaq
16.01.10  
 
Həzi Aslanovun ev muzeyi təmir edilir
Lənkəranda general Həzi Aslanovun ev muzeyi 40 ildir fəaliyyət göstərir. Əfsanəvi qəhrəmanın 100 illiyi ərəfəsində ev muzeyinin əsaslı təmirinə başlanılıb. Artıq üçüncü aydır ki, təmir-bərpa işləri davam edir. Ev muzeyinin direktoru Tamara Fətullayevanın dediyinə görə, yubileyə iki gün qalmış işlər tam başa çatdırılacaq.
Muzeyin yeni ekspozisiyası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən qurulacaq. Xatırladaq ki, bu barədə ötən il Lənkəranda olarkən Həzi Aslanovun ev muzeyinə baş çəkmiş nazir Əbülfəs Qarayev göstəriş verib. Muzeyin eksponatları artıq Bakıya göndərilib və yeni ekspozisiya yaxın günlərdə qurulacaq.
Oxumaq
16.01.10  
 
Gənc Tamaşaçılar Teatrında "Məhəbbət balladası"
Gənc Tamaşaçılar Teatrı tanınmış Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsunun "Viktoriya" əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edəcək. Teatrdan verilən məlumata görə, "Məhəbbət balladası" adlanan əsərin səhnələşdirilməsi Norveçin Azərbaycandakı səfirliyi və Dövlət Gənc Tamaşaçılar teatrının birgə layihəsidir.
Yanarın 16-da təqdim olunacaq tamaşanın quruluşçu reyissoru Bəhram Osmanov, quruluşçu rəssamı Ruad Qafarov, rəqslərin quruluşçusu isə Vüsal Mehrəliyevdir. Pyesdə baş rolları Günel Məmmədova, Elnur Kərimov, Əməkdar artist Lətifə Əliyeva və b. ifa edirlər.
Tamaşada Norveç bəstəkarı Edvard Griqin müsiqisi səslənir.
Oxumaq
16.01.10  
 
Krasnoyarsk-Bakı aviareysi açılır
Yanvarın 17-də Krasnoyarsk-Bakı aviareysi açılacaq. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, qış vaxtı bitənə qədər "Vladivostok Avia" şirkəti 5 reys həyata keçirəcək - yanvarın 17 və 31-də, fevralın 14 və 28-də, martın 14-də. Bu reysin açılmasından sonra Vladivostok, Xabarovsk, Petropavlovsk-Kamçatsk, Cənubi Saxalin və Maqadan şəhərlərinin əhalisi də Krasnoyarskdan Bakıya uça bilərlər. Bütün reyslər A320 təyyarələri ilə yerinə yetiriləcək. Hər iki tərəfə biletin qiyməti 15910 rubl (təxminən 568 dollar) təşkil edir.
Oxumaq
16.01.10  
 
Prezidentlər yanvarın sonunda görüşə bilər
Dmitri Medvedyevin vasitəçiliyi ilə

Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı E.Nalbandyanla birgə mətbuat konfransında bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi dalana dirənməyib: "Rusiya münaqişənin həlli üçün səylərini davam etdirəcək. Biz Ermənistan və Azərbaycan arasında razılığın əldə olunması üçün axtarışları fəal şəkildə dəstəkləyəcəyik".
Lavrov onu da deyib ki, ölkəsi Ermənistan-la Türkiyə arasında normallaşma prosesinin sürətləndirilməsində maraqlıdır: "Bu nə qədər tez olsa, region üçün bir o qədər yaxşıdır. Biz tərəflər hazır olanda öz köməyimizi göstərməyə hazırıq". "Novosti Armeniya"nın yaydığı məlumata görə, S.Lavrov Sürixdə protokolların imzalanması mərasimində iştirak etdiyini xatırladaraq Rusiyanın normallaşma prosesinə infrastruktur layihələri (xüsusən dəmir yolu sahəsində) ilə dəstək verməyə hazır olduğunu açıqlayıb: "Tərəflər hazır olarsa, biz yardıma hazırıq".
E.Nalbandyan isə Ermənistanın protokolları qısa müddətdə ratifikasiya etmək üçün əlindən gələni etdiyini söyləyib. Onun sözlərinə görə, ratifikasiya proseduru Ermənistanda Türkiyəyə nisbətən daha mürəkkəbdir, çünki əvvəlcə Konstitusiya Məhkəməsinin rəyi tələb olunurdu:
Oxumaq
15.01.10  
 
Azərbaycan regional və qlobal səviyyələrdə mövqelərini möhkəmləndirib
2009-cu il Azərbaycanın xarici siyasəti üçün mühüm məqamlarla yadda qalıb

"2009-cu ildə baş verən beynəlxalq proseslər yüksək dinamikliyi və qloballaşma çağırışlarının kəskinləşməsi ilə səciyyələnib. Dünya siyasətinin ümumi vəziyyəti qeyri-sabitliyi ilə xarakterizə olunub, belə ki, qeyd olunan zaman kəsiyində qlobal maliyyə-iqtisadi böhranın ən yüksək fazası qeydə alınıb, həmçinin ötən ildə beynəlxalq aləmdə güc və təsir mərkəzlərinin yenidən qruplaşmasına yönələn tendensiyalar özünü daha qabarıq şəkildə büruzə verib. Maraqların nisbi balansını təmin edən Azərbaycan ətrafındakı geosiyasi durum ciddi çağırışlara məruz qalıb". Bu fikirlər XİN-in mətbuat xidmətinin ötən ilin yekunları ilə bağlı yaydığı məlumatda yer alıb. Məlumatda vurğulanır ki, belə bir şəraitdə Azərbaycan mənfi xarici təsirlərin kifayət qədər azaldılmasına şərait yaradan çevik praqmatik davranış modelinə üstünlük verib. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaradıb:
Oxumaq
15.01.10  
 
Gələcəyə geriyə
Yuşşenkonun fikrincə, seçkilərdə Timoşenko və ya Yanukoviç qalib gələrsə, Ukrayna Kuçma dövrünə qayıdacaq

Yanvarın 17-də Ukraynada keçiriləcək prezident seçkiləri ərəfəsində namizədlərin bir-birinə qarşı qarşılıqlı ittihamları ara vermir. Bu dəfə seçki gərginliyi Ali Radada yaşanıb. Prezidentliyə əsas namizədlər Yuliya Timoşenko və Viktor Yanukoviç parlamentin ilk iclasında bi-birilərini düzgün seçki kampaniyası aparmamaqda günahlandırıblar. Baş nazir Yuliya Timoşenko ölkənin şərq vilayətlərində seçicilərin qeydiyyatı ilə bağlı yol verilən saxtakarlıqlardan danışıb. Ölkə prezidentini yaranmış vəziyyətə müdaxilə etməyə çağıran baş nazir əks təqdirdə Ukraynanın demokratik dövlət statusundan məhrum ola biləcəyini deyib. Eks-baş nazir Viktor Yanukoviç isə bu ittihamların əsassız olduğunu açıqlayıb.
Öz növbəsində prezident Viktor Yuşşenko Çerkassk vilayətində xalqla görüşü zamanı hökumətin fəaliyyətini sərt tənqid edib. O, hökumətin 2010-cu il büdcəsini aşağı səviyyədə hazırladığını vurğulayıb: "Bizdə bir böhran var. Onun adı Timoşenkodur. Rəhbəri olduğu hökumət çalışmır.
Oxumaq
15.01.10  
 
Mahir Şükürovun "Anyi"ylə anlaşması gecikir
Problemin nədən qaynaqlandığı məlum deyil

Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun düşərgəsində olduğu Rusiyanın "Anyi" klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bu ildən Premyer Liqada mübarizə aparacaq Mahaçqala təmsilçisi Almaniyanın "Ştutqart II" komandası ilə görüşüb.
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirilən matçda almaniyalılar 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu fasilədən sonra buraxan rusiyalılar bu dəfə də M.Şükürovsuz keçinib. Baxışda olan futbolçuların sınandığı ilk qarşılaşmadan fərqli, bu dəfə əsas heyət oyunçuları ilə potensial transferlərə güvənən baş məşqçi Omari Tetradze meydana buraxdığı 22 nəfər arasında 28 yaşlı müdafiəçimizə yer tapmayıb.
Bu arada apasport.az saytına açıqlamasında Bakının "İnter" klubunun prezidenti Georgi Nikolov deyib ki, onlar da M.Şükürovun "Anyi" ilə müqavilə bağlamasını səbirsizliklə gözləyirlər: "Ancaq dünənə kimi rəsmi anlaşma yox idi. Məncə, Mahirin məsələsinə bu günlərdə tam aydınlıq gəlməlidir".
Oxumaq
15.01.10  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •