|
|
|
Berti Foqtsun köməkçisi ölkəmizdə futbolun inkişafına yaradılan şəraitdən razılıq edib
|
"Azərbaycanda fantastik layihələr həyata keçirilir"
Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Berti Foqtsun köməkçisi futbolumuz haqda fikirlərini açıqlayıb.
- Artıq bir ildən çoxdur Azərbaycan yığmasında Berti Foqtsun köməkçisisiniz. Arxada qalan dövrü necə dəyərləndirirsiniz?
- Hər şey mənim üçün çox təəccüblü şəkildə cərəyan etdi. Mənə xəbər çatdı ki, Lixtenşteynlə dünya çempionatının Bakıdakı oyunu ərəfəsində Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts köməkçi axtarır. O, U-16-dan başlayaraq yığmalarda məşqçim olub. Sənədlərimi istədilər. İki həftə sonra zəng gəldi ki, bəs sabah Azərbaycanda olmalısan. Əslində, Azərbaycanda uzun müddət qalmaq planlarıma daxil deyildi. Üç həftəlik kömək etməli idim. Amma işim mənə zövq verdiyi üçün qalmağa qərar verdim.
|
Oxumaq
14.01.10
|
| |
|
|
Bir atımlıq barıt
|
İsrailin Türkiyəyə qarşı de-marşı heç bir gün də çəkmədi
Ankara və Tel-Əviv arasında yaşanan qalmaqal səngimək bilmir. İsraildəki səfirini geri çağıran Ankara bu addımı İsrail xarici işlər nazirinin müavininin türkiyəli səfiri aşağılayan de-marşından sonra atdığını bəyan edib. Türkiyə səfiri Oğuz Çelikqol Knessetin deputatı Talib a-Sanaya bildirib ki, o, Ankaraya geri dönür və İsrailə qayıdıb-qayıtmayacağını bilmir. Lakin rəsmi mənbələr bu məlumatı hələ də təsdiq etməyiblər. İsrailin xarici işlər nazirinin müavini Danni Ayalon isə yanvarın 11-də baş verən insidentə görə Türkiyənin bu ölkədəki səfiri Əhməd Oğuz Çelikqoldan üzr istəyib. İsrail qəzeti "Haaretz"in internet saytında yerləşdirilən məlumata görə, İsrail xarici işlər nazirinin müavini Danni Ayalon bununla bağlı gecə saatlarında xüsusi üzr bəyanatı yayıb. Bəyanatda Ayolon problemin diplomatik yollarla həll edilməsinin lazım olduğunu qeyd edib. Qəzetin yazdığına görə, bəyanatda Türkiyənin təcili olaraq üzr tələb etməsi və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Londonda keçirdiyi mətbuat konfransında "İsrail nə vaxt sülh siyasəti yeridərsə, o zaman Türkiyə-İsrail əlaqləri normal ola bilər" ifadəsi də yer alıb.
|
Oxumaq
14.01.10
|
| |
|
|
Soyad sonluqları ilə bağlı müzakirələr intensivləşir
|
Valideynlər yeni doğulmuş uşaqlarına baba adlarını soyad kimi verə biləcəklər
Son 20 ildə ciddi müzakirə mövzusuna çevrilmiş soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı məsələ ətrafında müzakirələr yenidən intensivləşib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiya Prezident Administrasiyasına milli soyad formatının müəyyən edilməsi üçün hazırladığı konsepsiya layihəsi haqda məktub ünvanlayıb. Bu barədə komissiyanın üzvü, AMEA-nın humanitar və ictimai elmlər bölməsinin elmi katibi Gülarə Əmirova bildirib. Qeyd edək ki, Xüsusi Komissiya AMEA-nın Terminologiya Komissiyasının nəzdində yaradılıb. Komissiyanın sədri akademik, AMEA-nın prezidenti Mahmud Kərimovdur. Akademik, AMEA humanitar və ictimai elmlər bölməsinin akademik-katibi Ağamusa Axundov komissiyanın sədr müavini, filologiya elmlər namizədi, AMEA humanitar və ictimai elmlər bölməsinin elmi katibi Gülarə Əmirova isə komissiyanın katibidir. Qeyd edək ki, xüsusi komissiya Azərbaycanda tarixən mövcud olan soyad formaları və ad qoyma ənənələrini öyrənərək milli soyad formasını müəyyənləşdirib.
|
Oxumaq
14.01.10
|
| |
|
|
Sudan prezidenti "sudan quru" çıxmaq istəyir
|
1989-cu ildən ölkə rəhbəri olan əl-Bəşir ilk dəfə keçiriləcək seçkilərdə namizədliyini verib
Sudanda son 24 ildə ilk dəfə olaraq keçirilən ümumxalq seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı prosesi başlayıb. Seçki prosesinə bir gün qalmış hazırki prezident Ömər Həsən əl-Bəşir ali baş komandan vəzifəsindən istefa verib. Beləliklə, kampaniyanın favoriti hesab edilən prezident bu simvolik addımla qanunun tələblərinə formal olaraq əməl etmiş olub. O, hərbi çevriliş yolu ilə 1989-cu ildə hakimiyyətə gəlib. Ekspertlər hesab edir ki, seçkilərin keçirilməsi prosesinə Sudanın cənubunda qızışan etnik münaqişə mane ola bilər. Onların qənaətincə, bu münaqişə ölkəni parçalanma təhlükəsi ilə üzləşdirib. Yeri gəlmişkən, Ömər Həsən əl-Bəşirin yenidən prezidentliyə namizədliyini başda hakim Milli Konqres Partiyası olmaqla 20 hökumətyönümlü alyans irəli sürüb. Məhz bundan sonra o, ali baş komandan vəzifəsindən getməsi barədə sənədə imza atıb. Belə ki, 2007-ci il fevral ayından qüvvəyə minən siyasi partiyalar haqqında qanunda siyasi fəaliyyətin hərbi xidmətlə bir araya sığmadığı nəzərdə tutulub. Bir sıra analitiklər ehtiyat edirlər ki, hərbi çevriliş yolu ilə 20 il bundan öncə qanunvericiliyi pozaraq hakimiyyətə gələn əl-Bəşir yenidən ordu üzərində nəzarəti ələ alacaq.
|
Oxumaq
14.01.10
|
| |
|
|
Ankara-Moskva münasibətlərində yeni era
|
Türkiyə ABŞ və Böyük Britaniyanı qabaqlayaraq Rusiyanın ən iri iqtisadi tərəfdaşına çevrilib
Yanvarın 12-də axşam Moskvaya səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səfər proqramını Rusiyada fəaliyyət göstərən türkiyəli sahibkarlarla görüşlə başlayıb. "İqtisadiyyatımız 2010-cu ildə sürətlə bərpa olunacaq. Beynəlxalq təşkilatlar da təsdiq ediblər ki, Türkiyə 2010-cu ildə ən sürətlə inkişaf edən ölkələrdən biri olacaq. Rusiya iqtisadiyyatı da bərpa olunmağa başlayıb. Bu dəyişikliklər bizim ikitərəfli iqtisadi əlaqələrimizə müsbət təsir edir" - deyə türkiyəli baş nazir bildirib. "Biz yüksək səviyyədə Rusiya ilə əməkdaşlıq üzrə hökumətlərarası şuranın yaradılması astanasındayıq. Bu şuranın yaradılmasından sonra Türkiyə-Rusiya əlaqələrində yeni era başlayacaq" - deyə o vurğulayıb. Ərdoğanın sözlərinə görə, Vladimir Putinlə görüş zamanı rusiyalı həmkarına iki ölkə arasında viza reyiminin ləğvi məsələsini razılaşdırmağı təklif edəcək: "Türkiyə və Rusiya arasındakı əlaqələrin digər mühüm hissəsi isə energetikadır. Türkiyə yaxın günlərdə energetika sahəsində 100 milyard dollar investisiya əldə etməyə ümid edir. İnanıram ki, bu, Türkiyə və Rusiya şirkətlərinin əməkdaşlığı üçün geniş imkanların yaranmasına səbəb olacaq. Bu o deməkdir ki, Rusiyanın özəl sektoru Türkiyədə böyük yatırımlar edə bilər".
|
Oxumaq
14.01.10
|
| |
|
|
20017 vergi ödəyicisi qanunvericiliyi pozub
|
|
2009-cu il ərzində 20017 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Bu qanun pozuntuları Vergilər Nazirliyi tərəfindən ötən il ərzində keçirilmiş operativ nəzarət tədbirləri zamanı üzə çıxarılıb. Bu barədə qəzetimizə nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Qurumdan qeyd edilib ki, qanunvericiliyin pozulması hallarına operativ nəzarətin əhatə funksiyalarına daxil olan əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi sahələrdə aşkarlanıb. Belə ki, ötən müddətdə 10105 vergi ödəyicisi nağd hesablaşmaların aparılması qaydalarını pozub. 1712 vergi ödəyicisində isə valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib.
|
Oxumaq
14.01.10
|
| |
|
|
Üç oğurluq faktının üstü açılıb
|
Saxlanılanlardan ikisi əvvəllər də məhkumluq həyatı yaşayıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Xətai rayonu R.Quliyev küçəsindəki binanın liftinin 50 metr uzunluğunda kabel kəsilərək oğurlanıb. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Zaur Qədirov və əvvəllər məhkum olunan Samir Müslümov tutulub. Z.Qədirovdan 0,247 qram, S.Müslümovdan isə 0,268 qram heroin götürülüb. Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulan Rəşad Ağacanovun, Adil Qədirovun və Teymur Şükürlünün ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2009-cu ilin noyabr-dekabr ayları ərzində M.Cəlal küçəsindəki 15, 41, 49, 89, 103, 111, 121 saylı binaların girişlərindəki liftlərdən mis sarğıları oğurlamaları müəyyən edilib.
|
Oxumaq
14.01.10
|
| |
|
|
"ABU-Petrol"dan pul tələb edilib Sədrəddin Şeydayevin bu istəyi baş tutmayıb
|
|
Ötən gün Əzizbəyov rayonu Zirə qəsəbəsində maska taxmış naməlum şəxs "ABU-Petrol" yanacaqdoldurma məntəqəsinə basqın edib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, həmin şəxs yanacaqdoldurma məntəqəsinin operatoru Vasif Kərimovu bıçaqla hədələyərək pul verməsini tələb edib. Müqavimətlə rastlaşdıqdan sonra isə hadisə yerindən gedib. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Pirallahı qəsəbə sakini Sədrəddin Şeydayev tutulub.
|
Oxumaq
14.01.10
|
| |
|
|
Kəlbəcər sakininə qarşı soyğunçuluq
|
Hadisəni törədənlər saxlanılıb
Gəncə şəhərində soyğunçuluq faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, 3 naməlum şəxs Kəlbəcər rayon sakini Telman Şükürova məxsus mağazaya gəlib ona qarşı zor tətbiq edib. Həmin şəxslər mağazadan danışıq kartları, spirtli içkilər və və tütün məmulatları götürüb "VAZ-2107" markalı avtomaşında hadisə yerindən gediblər. Nizami RPŞ (Gəncə) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakinləri Fəxri Qocayev, Kamil Eyvazov və Samux rayon sakini, əvvəllər məhkum olunan İbadət Qasımov tutulublar. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
14.01.10
|
| |
|
|
Siyəzəndə ağır qətl
|
Qadın həyat yoldaşını qətlə yetirib
Siyəzən rayonunda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə rayonun Yenikənd kəndi ərazisində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Xəyalə Məmmədova ailə münaqişəsi zəminində əri - 1972-ci il təvəllüdlü Rauf Məmmədovu bıçaqla qətlə yetirib. Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Məmmədova saxlanılıb. İlkin məlumatlara görə, hadisə R.Məmmədovun kefli halda evə gəlib 74 yaşlı atasını təhqir etməsindən sonra baş verib. Bunu görən X.Məmmədova qayınatasını müdafiə edib və ondan iki azyaşlı uşağı ilə birgə müvəqqəti evi tərk etməyi xahiş edib. Həyat yoldaşının bu hərəkətindən qəzəblənən R.Məmmədov Xəyaləni döyərək təhqir edib. Daha sonra bıçaqla onu hədələyərək həyat yoldaşını oral seksə məcbur etmək istəyib. X.Məmmədova alçaldılmasına dözə bilməyərək, bıçağı ondan alıb ərinin cinsi orqanını kəsib. Sonra isə bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
14.01.10
|
| |
|
|
|
|
|