|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Çəkisiz kabinet
|
Əfqanıstanın yeni hökuməti xalqa məlum olmayan şəxslərdən qurulur
Əfqanıstan parlamenti yaxın bir-iki gün ərzində prezident Həmid Kərzayinin təqdim etdiyi hökumətin tərkibini təsdiqləyəcək. Ekspertlər hesab edir ki, təqdim olunan yeni tərkibdə nüfuzlu səhra komandirlərindən heç kimin adı olmasa da, siyahı ürəkaçan deyil. Onların heç birinin rəhbər strukturlarda praktiki iş təcrübəsi yoxdur. Ən qalmaqallı müzakirələrin narkotiklər üzrə nazir Zərər Əhməd Mukbellə bağlı olacağı irəli sürülüb. Bu şəxs bir vaxtlar daxili işlər naziri vəzifəsində çalışıb və ölkədə narkotika istehsalının kəskin artması səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, Kərzayinin təqdim etdiyi ilk siyahıya yanvarın əvvəlində baxılıb. O zaman deputatlar təqdim olunan 24 namizəddən 17-i rədd etmişdilər. Ötən istirahət günlərində dövlət başçısı parlamentarilərin diqqətinə vakant nazir yerlərinə yeni 17 nəfəri irəli sürüb. Ekspertlər qeyd edir ki, əvvəlki siyahıdan fərqli olaraq bu dəfə nüfuzlu səhra komandirləri, o cümlədən tacik mənşəli İsmayıl Xan və özbək Əbdül Rəşid Dostumun adı yoxdur.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Ermənistanın Konstitusiya Məhkəməsi Sarkisyana tərəf durdu
|
"Sürix protokolları" ermənilərin əsas qanununa zidd deyil
Dünən Ermənistan Konstitusiya Məhkəməsində (KM) Türkiyə-Ermənistan protokollarının ölkə konstitusiyasına uyğun olub-olmaması ilə bağlı dinləmələr keçirilib. Məhkəmənin iclası açıq olub. Türkiyə-Ermənistan protokollarını və onun Ermənistan konstitusiyasına uyğun gəlib-gəlmədiyini öyrənəcək məhkəmənin sədri Vladimir Ovannisyan təyin edilib. Ermənistan prezidentinin nümayəndəsi kimi iclasda xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutyunyan imzalanan protokolların Əsas Qanuna uyğun olub-olmadığına dair arayış hazırlamağı hakim Vladimir Ovannisyana tapşırıb. Çıxışlar dinlənildikdən sonra KM üzvləri yekun qərar çıxarmaq üçün müşavirə otağına keçiblər. Axşam saatlarına kimi davam edən müzakirələrin sonunda KM protokolların Konstitusiyaya uyğun olması barədə qərar çıxarıb. Qərarı elan edən KM-nin sədri Qaqik Arutyunyan qərarın qəti olduğunu və qərardan şikayət qəbul olunmayacağını bildirib. Qərar açıqlandıqdan sonra zalda "Satqınlar!", "Siz erməni deyilsiniz!" kimi qışqırıq səsləri eşidilib.
|
Oxumaq
13.01.10
|
| |
|
|
UEFA-dan AFFA-ya və milli komandaya ağır cəza
|
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığmasının nəticələri ləğv edildi
UEFA Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasında süni yaş azaltma ("lipa") prosesi ilə bağlı araşdırmaları başa vurub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, beynəlxalq futbol qurumu sərt cəza qərarı çıxarıb. UEFA-nın Nəzarət və İntizam Komitəsinin U-19 yığmamız barədə aşağıdakı qərarları qəbul edib: 1. 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 19 - 24 sentyabr aralığında keçirilmiş İspaniya - Azərbaycan, Azərbaycan - Ukrayna və Kipr - Azərbaycan oyunlarının nəticəsi ləvğ olunsun. Hər üç oyunda Azərbaycan yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. 2. Futbolçular İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova 30.11.2010-cu ilədək müddətə ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya olunsun.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Beşyaşlılar hazırlıq prosesini keçdikdən sonra məktəbə qədəm qoyacaqlar
|
Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə yönəlməməlidir
Artıq beşyaşlı uşaqlar orta ümumtəhsil pilləsinin ilk sinfinə məktəbə hazırlıq prosesini keçdikdən sonra qədəm qoyacaqlar. Məktəbə hazırlığın əsas məqsədi isə beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Amma məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir. Ümumiyyətlə, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Bu məsələlər Nazirlər Kabineti tərəfindən bu günlərdə təsdiqlənən "Məktəbə hazırlığın təşkili Qaydaları"nda öz əksini tapıb. Qaydalara görə, beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Bəşəriyyətin imanı güclənir
|
İnsanlıq artıq öz ağlına güvənməklə kifayətlənmir
Ötən əsr müharibələr, kütləvi qətllər, irqçi zorakılıqlar, soyqırımılarının yaşandığı bir yüzillik kimi tarixə düşdü. Bəzi tədqiqatçılar bu bəlaların səbəblərinin on doqquzuncu əsrdən başladığını iddia edirlər. Belə ki, onların fikrincə, bəşər tarixinin ilk dövrlərindən bəri maddənin mütləq varlıq olduğunu iddia edən materialist düşüncə, Darvinin on doqquzuncu əsrdə ortaya atdığı təkamül nəzəriyyəsi möhkəmləndikcə, dinsiz ideologiyalar sürətli bir şəkildə yayılmağa başladılar. Bu ideologiyalar müəyyən dövr ərzində bir çox cəmiyyətin həyat fəlsəfəsinə çevrildi. Materialist ideologiyaların cəmiyyətlərdə tətbiqi zəifi əzən, dövlət qurumuna qarşı olan, ailəni nəzərə almayan, sülh, sevgi, vəfa, hörmət kimi mənəvi dəyərlərlərdən uzaq nəsillər yetişdirdi. Əxlaqi dəyərləri heç sayan, yalnız maddiyyata önəm verən bu yanaşmanın hakim olması ilə insanlar bir növ mənəviyyatsızlaşdırıldı. Materialist yanaşma insanlara heç kimin heç nəyin qarşısında cavabdehliyi olmadan və heç kimsənin haqqını nəzərə almadan istədikləri kimi yaşaya biləcəklərini təlqin edirdi.
|
Oxumaq
13.01.10
|
| |
|
|
"Sözün bitdiyi zaman"
|
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən yeni sənədli filmin təqdimatı keçirilib
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni - "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçirilib. Filmin ideya müəllifi Emil Hüseynli, quruluşçu reyissoru Nazim Şərbətovdur. Film ingilis və rus dillərində yayımlanacaq. Təqdimat mərasimində çıxış edən "Trend" Xəbərlər Şirkətinin baş direktoru İlqar Hüseynov bildirib ki, film ermənilərin uzun illər azərbaycanlılara qarşı törətdiyi soyqırımından bəhs edir. Onun fikrincə, "Sözün bitdiyi zaman" adlı sənədli film ölkənin ümumi qələbəsinə hesablanıb. Baş direktorun sözlərinə görə, erməni vəhşiliklərindən bəhs edən belə filmlərin və kitabların sayının çox olması informasiya müharibəsində qalib gəlməyimizə kömək edəcək: "Bu filmin hazırlanmasında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rolunu da xüsusi qeyd etmək lazımdır. Düşünürəm ki, ermənilərin törətdikləri cinayətlərdən bəhs edən uğurlu bir film alınıb. Bu münasibətlə filmin bütün yaradıcı heyətini təbrik edirəm".
|
Oxumaq
13.01.10
|
| |
|
|
İslam "Nobel"i
|
Rəcəb Tayyib Ərdoğan nüfuzlu mükafata layiq görülüb
Ərəb dünyasının "Nobel mükafatı" sayılan Kral Feysəl mükafatına bu il Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan layiq görülüb. "Hürriyət" qəzetinin yaydığı məlumata görə, bu, Kral Feysəl Fondunun Əl-Riyadda keçirilən toplantısında açıqlanıb. 1976-cı ildə qurulan Kral Feysəl Fondu 1976-cı ildən bu mükafatları islam dünyasına və islama xidmət edənlərə, riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə kəşflərə imza atan elm xadimlərinə verir. Dünyanın ən prestiyli mükafatlarından sayalan Kral Feysəl mükafatı "Ərəb dünyasının Nobeli" hesab edilir. Mükafata əlyazması ilə sertfikat, 24 əyarlıq xatirə medalı, 200 qram qızıl medalyon və 200 min dollar pul daxildir. Mükafata layiq görülənlər yanvar ayında açıqlanır və bu açıqlamadan 2 ay sonra mükafat Əl-Riyadda təqdim olunur. İslam Konfransı Təşkilatının (İKT) baş katibi və Kral Feysəl mükafatı Münsiflər Heyətinin üzvü Ekmeleddin İhsanoğlu deyib ki, Rəcəb Tayyib Ərdoğanın belə bir mükafata layiq görülməsi Türkiyə üçün sevindirici bir xəbərdir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Aparıcı vitse-prezident
|
Sara Peylin televiziyada işləyəcək
Alyaskanın keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin "Fox News" kanalında aparıcı olacaq. "Nezavisimaya qazeta"nın "France Presse" agentliyinə istinadən yaydığı məlumata görə, kanal rəhbərliyi artıq Peylinlə müqavilə bağlayıb. Amma keçmiş qubernatorun maaşının məbləği bildirilmir. Sara Peylin "Fox News"in siyasət və iqtisadiyyata həsr olunan xəbərlər proqramında həm şərhçi, həm də analitik rolunda çıxış edəcək. Bundan əlavə, o, adi həyatda baş verən çox maraqlı hadisələrdən bəhs edən "Real American Stories" verilişinin bəzi buraxılışlarında da aparıcı kimi iştirak edəcək. Sara Peylinin nə zaman işə başlayacağı məlum deyil. Sara Peylin 2006-ci ildə Alyaska ştatının ilk qadın qubernatoru seçilib. O, 2008-ci ildə Con Makkeynlə bir yerdə vitse-prezident postu uğrunda mübarizə aparıb. Seçkilərdə məğlubiyyətdən sonra 2009-cu ildə Alyaska qubernatoru postunu tərk edib.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Ağır reyimli xidmət
|
Qırğızıstanın keçmiş müdafiə naziri 8 il azadlıqdan məhrum edildi
Bişkek qarnizonunun hərbi məhkəməsi keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının keçmiş katibi İsmayıl İsakov barəsində səkkiz il həbs qərarı çıxarıb. Özü də o cəzasını ağır reyimli cəza müəssisəsində çəkməli olacaq. Müxalifət liderlərindən olan bu şəxsin general rütbəsi də əlindən alınıb. İsakov barəsində irəli sürülən ittihamda göstərilir ki, o, müdafiə naziri işlədiyi dövrdə vəzifəsindən sui-istifadə edib. Məhkəmənin çıxardığı qərarı siyasi sifariş hesab edən müxalifət bununla cəmiyyətdə qütbləşmənin artacağını bəyan edib. Hakim qərarı çıxaran kimi İsakovu konvoy altında zaldan çıxarıb aparıblar. Qərar qüvvəyə minənə kimi o, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılacaq.
|
Oxumaq
13.01.10
|
| |
|
|
"Bizə qiymət diktə edən qonşularımız yoxdur"
|
Elmar Məmmədyarovu əmir Şeyx Hamad bin Xalifə Al-Tani qəbul edib
Qətər dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. E.Məmmədyarov Azərbaycan prezidentinin məktubunu əmirə təqdim edib. Məktubda iki dövlət arasında əməkdaşlıq əlaqələri və müştərək maraq doğuran məsələlərdən bəhs olunub. E.Məmmədyarov Qətərin baş naziri və xarici işlər naziri Şeyx Həmd ibn Casim ibn Cabarla da görüşüb. "Azərbaycanın qaz ehtiyatı hazırda 2 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu rəqəm 5 trilyona qədər arta bilər". Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov "Al-Yazeera" telekanalına müsahibəsində bildirib. Nazir eneryi sahəsində əməkdaşlıq məsələsinə toxunaraq Azərbaycanın qonşu ölkələrlə fəal işlədiyini və Avropa ilə qaz əməliyyatlarını genişləndirməyi planlaşdırdığını vurğulayıb. "Bizə qiymət diktə edən qonşularımız yoxdur" - deyə nazir bildirib.
|
Oxumaq
13.01.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|