|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Filipoviç iş yerini tərk etməli olub
|
|
Zoran Filipoviç iş yerini tərk etməli olub. Çernoqoriya Futbol Federasiyası (ÇFF) onunla müqaviləni yeniləməmək qərarına gəlib. Z.Filipoviçin belə aqibətlə üzləşəcəyini gözləmək olardı. Çünki çernoqoriyalılar onun rəhbərliyi altında DÇ-2010-un seçmə turnirində uğursuzluğa düçar olmuşdu. Amma balkanlıların bu il CAR-da keçiriləcək mundialın final mərhələsinə qatılmaq şansı elə də yüksək deyildi. Xatırladaq ki, Çernoqoriya yığması seçmə qrup mərhələsində İtaliya, İrlandiya və Bolqarıstan kimi güclü komandalarla mübarizə aparmışdı.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Olsen Danimarka yığmasını hələ bir neçə il də çalışdıracaq
|
Morten Olsen Danimarka yığmasını hələ bir neçə il də çalışdıracaq. 60 yaşlı mütəxəssis bugünlərdə yerli futbol qurumundan aldığı yeni təklifi müsbət cavablayıb. Onun əvvəlki müqaviləsi bu ilin yayında qüvvədən düşəcəkdi. Amma yığmanın DÇ-2010-un seçmə turnirində inamlı çıxışı federasiya məmurlarını Olsenlə əməkdaşlığın müddətini artırmağa vadar edir. Yeni sazişə imza atan səbəbkar komandaya AÇ-2012-nin final mərhələsinin sonuna qədər rəhbərlik edəcəyinə aydınlıq gətirib: "Müqavilənin yenilənməsi qarşılıqlı etibar amilinin məntiqi nəticəsidir. Yığmada özümü çox yaxşı hiss edirəm. Onu da deyim ki, federasiyanın qarşıma qoyduğu vəzifələri yerinə yetirmək də mənim üçün çox maraqlıdır".
|
Oxumaq
13.01.10
|
| |
|
|
Abramidze "Neftçi"yə qayıtmaq istəyir
|
Valeri Abramidze Bakının "Neftçi" klubuna qayıdıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı gürcü müdafiəçi Azərbaycan çempionu olduğu komandanın heyətində hazırda keçirilən "Olimpik-Şüvəlan"la yoxlama oyununda iştirak edib. V.Abramidzenin bu oyunda sonra "Neftçi"yə dönüşünün rəsmiləşəcəyi gözlənilir. Klubun vitse-prezidenti Tahir Süleymanov apasport.az-a açıqlamasında hələ ki bir futbolçunu transfer etdiklərini bildirib: "Yeni futbolçumuz yalnız Cavid Hüseynovdur. "İnter"də çıxış edən bu oyunçunun keçidini həll etmişik. Qalan futbolçuların müqaviləsi ilə bağlı qərarı hələ qəbul etməmişik. Abramidze təcrübəli futbolçudur, vaxtilə "Neftçi"də oynayıb. Onun kimi baxışa gələn legionerlərdən bəyənilənlərlə sonradan müqavilə ilə bağlı söhbətlər olacaq". Qeyd edək ki, V.Abramidze 2005-ci ilin yazında "Neftçi"yə gələndən az sonra ölkə çempionu oldu. O, növbəti il bu komanda ilə "Birlik kuboku"nu qazandı. Həmin mövsüm bitən kimi "Xəzər-Lənkəran"a keçən Valeri bu komandada çıxış etdiyi bir ildə "qızıl dubl" etdi.
|
Oxumaq
13.01.10
|
| |
|
|
ATƏT sədri gələn ay Azərbaycana səfər edəcək
|
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev fevral ayında Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Diplomatik mənbələrdən APA-ya məlum olub ki, turne çərçivəsində K.Saudabayevin ilk səfəri Azərbaycana olacaq. Sonra isə o, Ermənistan və Gürcüstana gedəcək. Qeyd edək ki, Qazaxıstan quruma sədrliyi dövründə "dondurulmuş münaqişələr"in həllinə diqqət ayıracağını bəyan edib. Bu günlərdə K.Saudabayev Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendlə telefon danışığı zamanı bildirib ki, prezident Nursultan Nazarbayevin postsovet məkanında münaqişələrin tarixi və hazırkı vəziyyətini dərindən bilməsi, MDB ölkələrində onun şəxsiyyətinə inam və hörmətin olması Astananın ATƏT-in sədri qismində həmin münaqişələrin həllinə yeni impuls verə biləcəyinə ümid yaradır.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Türk PA katibliyi rəsmən fəaliyyətə başlayıb
|
Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) katibliyi rəsmi olaraq fəaliyyətə başlayıb. Bu barədə APA-ya açıqlamasında TürkPA-nın baş katibi Ramil Həsənov bildirib. Baş katib deyib ki, TürkPA-ya Milli Məclisin yeni inşa olunan korpusunda qərargah ayrılıb. R.Həsənov TürkPA-nın təmsilçi ölkələr üzrə katiblərinin yanvarın 19-da Azərbaycana gələcəklərini deyib: "TürkPA-nın təşkilatçılığı ilə bu il iki böyük layihə həyata keçiriləcək. Layihələrdən biri Türkiyədə, digəri isə Azərbaycanda baş tutacaq. Bu iki böyük layihə üzərində ciddi işləyirik. Bundan başqa, qurumun Qazaxıstanda keçiriləcək növbəti sessiyasına hazırlıq görülür". Qeyd edək ki, TürkPA-nın növbəti sessiyası bu ilin oktyabrında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
|
Oxumaq
13.01.10
|
| |
|
|
MSK bələdiyyə seçkilərində qalib gəlmiş namizədlərin partiya mənsubiyyətini açıqlayıb
|
Liderliyi Yeni Azərbaycan Partiyası edir
Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş namizədlərin partiya mənsubiyyəti və digər kriteriyalar üzrə statistik məlumatları açıqlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səsvermə nəticəsində 115591 bələdiyyə üzvü seçilib. Onların 4809-u fərdi qaydada, 77-si təşəbbüs qrupları, 10 705 nəfəri isə siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlərdir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Azərbaycanda ilk Süni Mayalanma Mərkəzi yaradılıb
|
|
Azərbaycanda ilk dəfə olaraq Göygöl rayonunda Süni Mayalanma Mərkəzi yaradılıb. APA-nın məlumatına görə, kənd təsərrüfatının inkişafı dair imzalanmış xüsusi dövlət proqramı çərçivəsində yaradılan Süni Mayalanma Mərkəzində 350 min manat dəyərində müasir avadanlıq quraşdırılıb. Bu mərkəzin yaradılması respublikamızda heyvandarlığın inkişafına təkan verəcək. Yeni yaradılan Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasovun sözlərinə görə, regionlarda süni mayalanma şəbəkəsini genişləndirilməklə xırda və iri buynuzlu heyvanlar yüksək məhsuldar toxumlarla mayalandırılacaq: "Artıq bu məqsədlə Süni Mayalanma Mərkəzinə müxtəlif cinslərdən olan buğalar və camışlar gətirilib.
|
Oxumaq
13.01.10
|
| |
|
|
"Cənubi Qafqaz ölkələrinin tarixinə dair oçerklər" kitabının təqdimatı keçirilib
|
|
Azərbaycan Tarixçiləri İctimai Birliyi "Cənubi Qafqaz ölkələrinin tarixinə dair oçerklər" kitabının təqdimatını keçirib. APA-nın məlumatına görə, kitabda Azərbaycan, Ermənistan və Gürcüstan tarixçilərinin qədim dövrdən 1921-ci ilə kimi regionda baş verən proseslərə baxışları öz əksini tapıb. Kitabın müəllifləri tarix elmləri namizədi Aydın Aslanov, Armen Xaçikyan və Paata Ramişvilidir. Təqdimat mərasimində çıxış edən A.Aslanov bildirib ki, bu kitabda tarixi hadisələr müxtəlif baxış bucaqlarından işıqlandırılıb. O qeyd edib ki, bu tendensiya davam edəcək və 1921-1991-ci illərdə baş verən tarixi hadisələrə dair oçerklərdən ibarət kitab nəşr olunacaq. A.Aslanov erməni həmkarlarının tarixi hadisələri işıqlandıran zaman əksər hallarda heç bir mənbəyə istinad etmədiklərini deyib. Kitab "Karitos" beynəlxalq şəbəkəsinin dəstəyi ilə rus və ingilis dillərində 2 min tirayla nəşr olunacaq və fevral ayında işıq üzü görəcək. Azərbaycan Tarixçiləri İctimai Birliyi mart ayında kitabın elektron versiyasını internetdə yayımlamaq niyyətindədir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Metropolitenin daha bir stansiyasında eskalatorlar dəyişdiriləcək
|
Bu il Bakı Metropoliteninin daha bir stansiyasında eskalatorların dəyişdirilməsi planlaşdırılır. Bu barədə "APA-Economics"ə Bakı Metropolitenindən məlumat verilib. Metropolitendən bildirilib ki, cari ildə ən çox istifadə olunan stansiyalardan sayılan "Elmlər Akademiyası"nda eskalatorların yeniləri ilə əvəzlənməsi həyata keçiriləcək. Yeni eskalatorlar iş reyiminə, eneryiyə qənaət etməsi, etibarlılığı və s. xüsusiyyətlərinə görə analoqlarından fərqlənir. Bakı Metropoliteni həmçinin yaxın illərdə "Sahil" və "28 May" stansiyalarında da analoyi yeniləmə işləri aparmaq niyyətindədir. Qeyd edək ki, 1967-ci ildə istismara verilmiş Bakı Metropoliteninin 22 stansiyası və 1 deposu fəaliyyət göstərir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Bankomatların sayı artır
|
Azərbaycanda 2009-cu il dekabr ayının 1-nə bankomatların sayı 1 673 ədəd olub. Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 173 ədəd çoxdur. Dekabrın 1-nə bankomatların 943-ü Bakı şəhərində, 730-u isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan üzrə POS-terminalların sayı 8 613 ədəd olub ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 606 ədəd çoxdur. POS-terminalların 7 827-si Bakı şəhərində, 786-sı isə ölkənin regionlarında yerləşir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|