|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Özgə maşınında gedilən yol qısa olub
|
Avtomobil qaçırılması ilə bağlı iki faktın üstü açılıb
Hüquq-mühafizə orqanları özgənin avtomobili ilə gəzmək istəyən şəxslərin istəyini gözündə qoyub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Əzizbəyov RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri R.Nadirova məxsus "VAZ-21011" markalı avtomaşını qaçıran şəxs tutulub. Saxlanılan Türkan qəsəbə sakini İlham Abbaszadədir. Şamaxı şəhərində isə şəhər sakini Vüqar İsgəndərova məxsus "VAZ-21011" markalı avtomaşın qaçırılıb. Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Şamaxı şəhər sakini Novruzəli Ağacanov tərəfindən qaçırılması müəyyən edilib. O da məlum olub ki, N.Ağacanov qaçırdığı avtomobili idarə edərkən onu maneəyə vurub və nəticədə özü də xəsarət alıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Qayıq reyd zamanı aşıb
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir əməkdaşı boğulub
Neftçala rayonunda bədbəxt hadisə baş verib. Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloyi Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara balıq mühafizə Müfəttişliyinin 3 əməkdaşının olduğu qayıq reyd zamanı aşıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytında yayılan məlumata görə, nəticədə, həmin şəxslər çaya düşüblər. Onlardan ikisi üzərək sahilə çıxmağa müvəffəq olub. 1953-cü il təvəllüdlü Əbülhəsən Kəmaləddin oğlu Cavadov isə batıb. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər Ə.Cavadovun cəsədini taparaq sudan çıxarıb.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Paytaxtda oğurluq
|
|
Paytaxtda oğurluq hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini Nazilə Rzayevanın evindən 1 ədəd paltaryuyan maşın oğurlanıb. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Qaraçuxur qəsəbə sakini Fərhad Rzayev tutulub. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Axtarış sistemlərinə vergi tətbiq edilə bilər
|
Fransanın qanunverici orqanları əsərləri qanunsuz internetdə yerləşdirilən musiqiçi, rəssam və yazıçılara yardım göstərmək məqsədilə axtarış servislərinə vergi tətbiq etmək niyyətindədir. "APA-Economics"in məlumatına görə, təklifin təşəbbüskarlarının fikrincə, vergilər müəlliflərə kompensasiya kimi ödənilməlidir. Verginin reklam gəlirlərindən tutulması təklif olunur. ANNnews yazır ki, söhbət Google, Yahoo və ya Bing kimi iri axtarış servislərindən gedir. Bundan əlavə, vergi həmçinin Facebook kimi aparıcı sosial şəbəkələrə də şamil oluna bilər. Fransa hökuməti hesab edir ki, bu internet-portallar reklamdan böyük gəlir əldə etsələr də, onu bölüşmürlər. Vergi tutulması ilə əldə olunan vəsaiti hökumət milli kino və musiqili layihələrin, eləcə də yurnalistikanın dəstəklənməsinə yönəltmək niyyətindədir. Ekspertlərin fikrincə, bu addım şirkətlərin Fransada fəaliyyətini çətinləşdirəcək. Üstəlik, dünya üzrə internetdə pirat məhsulunun yayılması ilə bağlı vəziyyətə təsir göstərə bilməyəcək.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Rafinya gedir, Kuranyi qalır
|
"Şalke-04" maliyyə durumunu sabitləşdirmək istəyir
Ötən ilin son ayında Rafinyanın "Şalke-04"lə yollarını ayırmaq ehtimalı ortaya çıxmışdı. Braziliyalı müdafiəçi müsahibələrindən birində açıq-aşkar karyerasını "Yuventus"da davam etdirmək perspektivinə əla baxdığını söyləmişdi. 24 yaşlı futbolçunun doğrudan da İtaliya klubunun maraq dairəsinə düşdüyü xəbər verilirdi. O isə karyerasını "Yuve"nin sıralarında davam etdirməyə can atdığına işarə vurmuşdu. Milad bayramı ilə əlaqədar vətəninə yollanan Rafinyanın "Şalke-04"ün düşərgəsinə vaxtında qoşulmaması helzenkirhenliləri yaman əsəbləşdirib. "Heç cür anlaya bilmirəm: peşəkar futbolçu necə belə intizamsızlığa belə yol verə bilər" - deyə baş məşqçi Feliks Maqat gileylənmişdi. Buna görə rəhbərliyin səbəbkara hər hansı cəza kəsib-kəsməməsi haqqında heç bir rəsmi açıqlama mövcud deyil.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Sıfıra bərabər şans
|
Sisse bir daha Fransa yığmasında görünməyəcəyini düşünür
Hazırda Yunanıstan çempionatında top qovan Cibril Sisse bir daha Fransa millisində görünməyəcəyini düşünür. O, Raymon Domenek bu komandanı çalışdırdığı müddətdə "üçrənglilər"in sıralarına qoşulmayacağına əmindir. Başqa sözlə, qaradərili futbolçu qarşıdakı mundialda iştirak şansının praktiki olaraq sıfıra bərabər olduğunu etiraf edib. Bu mövsüm "Panatinaikos"un heyətində keçirdiyi 17 oyuna 15 qol vuran Cibril indi əla formada olduğunu desə də, yığma komandaya qayıtmaq şansına barmaqarası baxır. Amma o, milliyə dəvət almadığı üçün heç də göz yaşı axıtmır:
|
Oxumaq
13.01.10
|
| |
|
|
"Mançester Siti" heç-heçə sindromundan qurtulub
|
"Şəhərlilər" son vaxtlar keçirdikləri bütün oyunlarda qalib gəlirlər
"Mançester Siti" ötən ilin son iki ayında düçar olduğu heç-heçə sindromundan tamamilə qurtulub. Komanda buna yalnız baş məşqçi vəzifəsində dəyişiklik zərurətə çevriləndən sonra nail olub. Rəhbərliyin istefaya göndərdiyi Mark Hyuzu əvəzləyən Roberto Mançininin gəlişindən sonra "şəhərlilər" meydana çıxdıqları oyunların hamısında maksimum nəticə göstərib. Bazar ertəsi öz meydanında Premyer Liqanın ortalabablarından "Blekbern"i 4:1 hesabıyla darmadağın edən "M.S." bu qələbəylə 4-cü pilləyə yüksəlib. Komandanın inamlı qələbəsində het-trikə imza atmaqla mühüm rol oynayan Karlos Teves Mançinidən o ki var tərif eşidib. Premyer Liqanın dekabr ayında ən yaxşı futbolçu üçün ayrılan mükafata sahib çıxan argentinalı hücumçu artıq özünü komandanın əsas oyunçularından biri saya bilər.
|
Oxumaq
13.01.10
|
| |
|
|
"Şerif"də baş məşqçi dəyişikliyi
|
|
Moldova çempionatının dəyişməz lideri olan "Şerif"də baş məşqçi dəyişikliyi rəsmiləşib. Leonid Kuçukun Tiraspol klubuyla yollarını ayıracağı haqqında şayiələr çoxdan səslənirdi. O, artıq "Şerif"i tərk edib. L.Kuçuk komandayla yollarını rəhbərliklə qarşılıqlı razılıq yoluyla ayırıb. Onun boşaltdığı posta Andrey Sosnitski yiyələnib. 47 yaşlı belarus mütəxəssisə yeni iş yerində ukraynalı həmkarı Yuri Kuliş kömək edəcək. A.Sosnitskinin əvvəllər ölkəsində Brest "Dinamo"su və "Slaviya"nı çalışdırdığını xatırladaq.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Ramos "Betis"in xilaskarı rolunda
|
Bugünlərdə məşqçilik karyerasını hər hansı yığmada davam etdirməyəcəyini rəsmən bəyan edən Xuande Ramos vətənində qala bilər. İspan mütəxəssisin adı "Betis"lə birgə hallanır. Bu komanda ötən mövsümün yekunlarına görə İspaniya çempionatının güclülər dəstəsini tərk etmişdi. Sevilyalılar hazırda aşağı liqada keçirdiyi 19 oyuna 17 xal yığmaqla 7-ci pilləni tutur. Ramosa gəlincə, onun sonuncu iş yerinin ÇSKA olduğunu və əvvəllər "Real", "Tottenhem" və "Sevilya"nı çalışdırdığını xatırladaq. Son xəbərlərdə "Betis"in baş məşqçisi Antonio Tapiyanın qeyri-qənaətbəxş nəticələr üzündən qovlumaq təhlükəsiylə üzləşdiyi bildirilir. Yenidən Sevilya şəhərinə qayıtmaq şansı yüksək olan Ramosun yeni klubuyla üçillik müqavilə bağlayacağını da iddia edilir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
"Atalanta" məşqçiləri əlcək kimi dəyişir
|
Bu mövsüm komandaya üçüncü baş məşqçi təyin olunub
Bir neçə gün əvvəl "Atalanta"nı tərk edən Antonio Kontenin xələfi artıq məlumdur. Berqamoluların bundan sonra Bortolo Mutti çalışdıracaq. A.Konte komandanın uğursuz çıxışına son qoya bilmədiyi üçün postunu tərk etmişdi. Xatırladaq ki, "Yuventus"un sabiq yarımmüdafiəçisi ötən mövsüm "Bari"ni A seriyasına çıxarandan sonra yayda bu klubla vidalaşmışdı. O, "Atalanta"nın baş məşqçi vəzifəsinə cari mövsümün gedişində təyinat almışdı. Amma nəticələrin qeyri-qənaətbəxş olması, həmçinin Berqamo tifozisinin sevimlisinə çevrilə bilməməsi səbəbkarı getməyə vadar etmişdi. Maraq üçün komandanın İtaliya çempionatının ilk dövrəsini 20 iştirakçı arasında sonuncudan əvvəlki pillədə başa vurduğunu xatırladaq. Doğrudur, berqamoluların ehtiyatda bir oyun var. Amma hər halda, onlar B seriyasına yollanmağa namizədlər sırasındadır. Sözsüz ki, Muttini yeni iş yerində çətin missiya gözləyir. Amma onu Kontedən fərqləndirən bir amili xüsusi vurğulamaq lazımdır.
|
Oxumaq
13.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|