|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
İsrail-Türkiyə gərginliyi əxlaq müstəvisinə keçib
|
İkitərəfli münasibətlərdə dərin böhran yaşanır
İqtidara gəldikdən bəri İsraillə strateyi münasibətlərin üstündən xətt çəkmək siyasəti yürüdən AKP hökuməti bu ölkənin ünvanına yenidən sərt ittihamlarla çıxış edib. Bu isə onsuz da Ankara ilə Tel-Əviv arasında isti olmayan münasibətləri yenidən gərginləşdirib. İlk olaraq yenə də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin ünvanına növbəti sərt açıqlama ilə çıxış edərək aranı qarışdırıb. Baş nazir bu ölkənin addımlarını dünya əmin-amanlığına hədə adlandırıb. Türkiyə lideri İsraili Fələstinin "Həmas" qrupuna qarşı güc işlətməkdə ittiham edib. İsrail isə öz növbəsində Ərdoğanın ittihamlarını cavabsız qoymayıb. "İsrail dövlətinə və İsrail ordusuna ən son əxlaq dərsi verəcək olanlar türklərdir" - deyə İsrail Xarici İşlər Nazirliyinin Türkiyə ilə bağlı bəyanatında vurğulanır. Türkiyənin NTV telekanalındən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın ictimaiyyət önündə İsrailə yönəlik sərt tənqidləri münasibətlərə zərər verə bilər.
|
Oxumaq
13.01.10
|
| |
|
|
And dağlarına ekspedisiya başa çatıb
|
Akonkaqua zirvəsində "2010 Azərbaycanda ekologiya ili-Yaşıl dünya naminə" transporantları açılıb
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərlik etdiyi ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək And dağlarına (Argentina) ekspedisiyanı başa vurub. Bu barədə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi saytında məlumat verilib. Mənbədən bildirilib ki, ekspedisiya qrupu And dağlarının Akonkaqua massivinin unikal geologiyası üzrə elmi-geoloyi proqram, həmçinin Argentinanın dağlıq və dağətəyi rayonlarının timsalında Cənubi Amerikanın bioloyi müxtəlifliyi üzrə proqramı da həyata keçirib. Ekspedisiya zamanı elmi-populyar filmlər və nəşrlərin hazırlanmasında əsas rol oynayacaq unikal, zəngin video və foto materiallar çəkilib.
|
Oxumaq
13.01.10
|
| |
|
|
İngilis dili müəllimləri üçün ixtisasartırma layihəsi başlayır
|
İngilis Dilinin Onlayn Tədrisi yanvarın 15-dən təşkil olunacaq
Azərbaycanda ingilis dili müəllimləri üçün ilk dəfə olaraq İngilis Dilinin Onlayn Tədrisi (ETTO) ixtisasartırma layihəsi başlayır. Layihə 2003-cü ildən Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edən "British Councıl"un Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə reallaşır. Təhsil Nazirliyindən qəzetimizə verilən məlumata görə, ETTO layihəsi 50 saatlıq innovativ kurs, onlayn tapşırıqlar, digər iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparmaq və müstəqil öyrənmədən ibarətdir. Müstəqil öyrənməyə isə tapşırıqlar, dərsin planlaşdırılması və özünüqiymətləndirmə daxildir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
"Yazılan əsərlərin auditoriyaya çatdırılması problemi var"
|
Cəmil Həsənli: "Dissertasiyaların səviyyəsi birmənalı şəkildə aşağı düşüb"
Azərbaycanda kitaba marağın azalması ciddi bir problemə çevrilib. İnsanların kitab oxumaqdan imtina etməsi bir sıra obyektiv səbəblərlə əlaqələndirilir. Bəziləri bunu yeni texnologiyaların inkişafı, bəziləri isə kitab satışı üçün lazımi şəraitin olmaması ilə izah edirlər. Millət vəkili, professor Cəmil Həsənli Azərbaycanda kitaba marağın azalmasının əsaslı səbəblərlə bağlı olduğunu düşünür. Onun fikrincə, dövlət təcili olaraq bu problemin həlli üçün addımlar atmalıdır.
- Cəmil müəllim, Azərbaycan tarix elminin, bu sahə ilə bağlı elmi işlərin bugünkü durumu sizi qane edirmi? Çünki dəfələrlə elmin bu sahəsi ilə bağlı cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müxtəlif iradlar, etirazlar səslənib...
- Əvvəla qeyd edim ki, bizdə elmi işlərin səviyyəsi aşağı düşüb. Bizim elmi işlərin böyük bir hissəsi daxili auditoriyaya hesablanıb. İkincisi, ortada güclü, obyektiv beynəlxalq tənqidə dözümlülük məsələsi var. İndi deyə bilmərəm ki, bizim elmi işlərin böyük bir hissəsi bu dözümlülüyə hazırdır.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Leyla Ramazanova irihəcmli layihələrə imza atacaq
|
Müğənninin sənət strategiyası birmənalı qarşılanmır
Sənət aləmində özünə yer tapan gənc müğənni Leyla Ramazanova tamaşaçısını hər dəfə qeyri-adi yeniliklər etməyə alışdırıb. Şou-biznes aləminə böyük axının olduğu bir dövrdə Leyla özünün dəsti-xəttini yaratdığını deyir. Onun fikrincə, tamaşaçı tərəfindən sevilmək, eyni zamanda sağlam rəqabət aparmaq üçün ifaçının təkcə vizual görünüşü və ya pulunun olması yetərlideyil. Onun üçün həm səs, həm də repertuar və səhnə mədəniyyəti vəhdət təşkil etməlidir. L.Ramazanovanın sənətdəki strategiyası bəzi hallarda birmənalı qarşılanmır. Müğənni rəqabətin olmasını normal qəbul edir. Lakin qısqanclıqlarla barışa bilmir.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Elariz proteyesini tapıb
|
Müğənni onu yad təsirlərdən qoruyacağını deyir
Bu günlərdə Türkiyədən istirahətdən qayıdan müğənni Elariz 2010-cu il üçün ilk mahnısını yazdırıb. Sözləri Rəsmiyyə Sabirin, musiqisi Nadir Əzimovun olan "Ömür boyu" adlı mahnını müğənni solo yox, duet şəklində pərəstişkarlarına hədiyyə edəcək. Elarizin duet ortağı isə gənc həmkarı, "Azəristar-2008" mahnı müsabiqəsinin iştirakçısı Yaqut Nərimandır. Müğənni Elariz Yaqutu auditoriyasına proteyesi kimi təqdim edəcək. Müğənni onun bu ideyasının bir neçə həmkarını qıcıqlandıracağını əminliklə vurğuladı: "Bəzi həmkarlarım özlərini təbliğ etmək üçün dəfələrlə mənim adımdan istifadə ediblər. Onları narahat edən mənim onlara cavab verməməyimdir. Ona görə də hiddətlərini hər gün çoxaldırlar. Mənim yeni ideyam onları daha da qıcıqlandıracaq. Çünki böyük sənətkarların dəstəyini görürəm və hər dəfə yeni, təkrarsız ideyalarla çıxış edirəm.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Dostunu qətlə yetirən şəxsin məhkəməsi başa çatıb
|
Rza Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Gəncə şəhər sakini Rza Məmmədov cavab verib. R.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, R.Məmmədov ötən il iyulun 19-da Gəncə şəhəri Kəpəz rayonunda dostunun həyatına son qoyub. O, Daşkəsən rayon sakini olan Bəylər Mirzəyevi bıçaqla qətlə yetirib. Hadisə isə münaqişə zəminində baş verib. Məhkəmə qarşısında ifadə verən R.Məmmədov B.Mirzəyevi toyda onu təhqir etdiyinə görə qətlə yetirdiyini bildirib. Məhkəmənin hökmü ilə R.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Beynəlxalq terror şəbəkəsi ilə əlaqədə olan dəstə üzvlərinin məhkəməsi davam etdirilib
|
Təqsirləndirilən Rəşid Mustafayev ifadəsində Çeçenistanda və Pankisidə döyüşdüyünü etiraf edib
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında cavab verən 31 nəfərin hamısı Azərbaycan vətəndaşıdır. Prosesdə təqsirləndirilən Rəşid Mustafayev sərbəst ifadə verib. R.Mustafayev ona qarşı elan edilən ittihamla özünü qismən təqsirli bildiyini qeyd edib: "Qarabağda müharibədə iştirak etmişəm, bundan sonra 1998-ci ilə kimi də hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən tərxis olunduqdan sonra 1999-cu ildə Çeçenistana ruslarla döyüşə getdim. Sonra isə Abxziyada ruslara qarşı döyüşmüşəm.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Saxta əskinas satan 2 nəfər tutulub
|
Onlardan biri qadındır
Hüquq-mühafizə orqanları saxta əskinasların satışı ilə məşğul olan şəxsləri yaxalayıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini Babək Həsənov iş başında ələ keçib. B.Həsənovdan 11 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq saxta əskinas götürülüb. Aparılan əməliyyat tədbirləri nəticəsində B.Həsənova saxta əskinasları satan Bakı şəhər sakini Aybəniz Məmmədova tutulub. Ondan 13 da ədəd 20 manatlıq saxta əskinaslar götürülüb. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
13.01.10
|
| |
|
|
Qadınları fahişəliyə cəlb edən şəxs ələ keçib
|
|
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb edən şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Yevlax rayon sakini Ramilə Xasməmmədovadır. R.Xasməmmədova gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb, cinsi istismara məruz qoymaqda təqsirləndirilir. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
13.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|