|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
"Neftçi" mən deyən pulu vermədi"
|
Cavid Hüseynov flaqmana ucuz qiymətə keçdiyini deyib
Bakının "Neftçi" klubunun yeni transferi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- "Neftçi"yə transferiniz düyünə düşmüşdü. Əvvəl dedilər ki, bu komandaya keçmisiniz. Ardından məlum oldu ki, "İnter"də qalıb müqavilənin müddətini uzadacaqsınız. Ancaq sonda "Neftçi"yə transfer olduğunuz rəsmən bəyan edildi. Bütün bunlar nə ilə bağlı idi?
- Sözün düzü, bu, özümə görə belə oldu. Daha dəqiq desək, anlaşılmazlıq yarandı. "Neftçi" mənə əvvəlcə təklif göndərmişdi. 3-4 dəfə gedib-gəldim, oturub danışdıq. Ancaq müqavilə məsələlərində razılığa gələ bilmədik. Buna görə də "İnter"ə qayıdıb, qaldığımı dedim. Ancaq sonradan dedilər ki, "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqov məni sərəncamında görmək istəyir. Belə olan halda, yenidən "Neftçi"yə gəldim və bu dəfə ortaq məxrəcə gəldik.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Ermənistan müxalifətinə mənəvi qələbə azdır
|
Sarkisyanın rəqibləri bu il hakimiyyətə gələcəklərini deyirlər
Ermənistanda siyasi vəziyyət gərginləşib. Erməni Milli Konqresinin (EMK) ötən həftə Yerevanda keçirdiyi mitinq siyasi gündəmə yeni ab-hava gətirib. "Aykakan yamanak" qəzetinin redaktoru, təkrar seçkiyə qatılmış siyasi məhbus Nikol Paşinyanın deputatlığa namizədliyi məqsədilə keçirilən aksiyada əsas tələblərdən biri siyasi məhbusların azadlığa buraxılması olub. Ermənistan Milli Konqresinin təmsilçiləri bəyan ediblər ki, 2010-cu il onların hakimiyyət üzərində qələbəsi ilə yadda qalacaq. Təşkilatın nümayəndəsi Aram Manukyan bununla bağlı qeyd edib ki, EMK hakimiyyət üzərində qazanılmış mənəvi qələbələrlə fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil: "Biz bu iqtidarı hakimiyyətdən kənarlaşdırmaqda iddialıyıq və bu il qeyd edilən məsələ də həlledici xarakter daşıyacaq". Əlavə deputat seçkilərində namizədliyini "Aykakan Yamanak" qəzetinin baş redaktoru Nikol Paşinyanın lehinə götürmüş politoloq Amayak Ovanesyan Sery Sarkisyan iqtidarının xalqa qarşı siyasətinin 1937-38-ci illərdə Stalin epoxasının həyata keçirdiyi repressiyadan fərqlənmədyini bildirib.
|
Oxumaq
12.01.10
|
| |
|
|
O qatarın dalınca baxma...
|
Qazaxıstan üzərinə bütün dünya üçün nüvə bankına çevrilmək missiyasını götürür
Qazaxıstanın şərqindən hərəkət götürən qatar özündə çox təhlükəli bir yük daşıyır. Sərt təhlükəsizlik tədbirləri şəraitində daşınan nüvə yanacağı minlərlə kilometr aralıda yerləşən ünvanlara çatdırılmalıdır. Vaxtilə Qazaxıstanda 55 Xirosima bombası üçün kifayət edəcək nüvə materialı saxlanılardı. İndi isə bu dövlət nüvə silahının yayılmasının qarşısını almaqda vacib rol oynamalıdır. Olba metallurgiya zavodu bir vaxtlar xaricilər üçün bağlı olan Ust-Kamenoqorsk şəhərində yerləşir. Gələn il bu zavodun bir hissəsi BMT-nin diplomatik statusa malik ərazisinə çevrilə bilər. BMT-nin nüvə üzrə nəzarətçi orqanı olan Beynəlxalq Atom Energetikası Agentliyi və ya BATENA burada nüvə yanacağının tədarük edilməsinə nəzarət edəcək. Bu yanacaqdan yalnız dinc məqsədlər üçün istifadə etmək istəyən hər bir ölkə siyasi mövqeyindən və ya insan haqlarına münasibətindən asılı olmayaraq onu ala biləcək. Buranı nüvə yanacağı bankı adlandıracaqlar. Bu təşəbbüsün məqsədi nüvə eneryisi əldə etmək istəyən 50-dən çox dövləti İran kimi qarşıdurma yolunu seçməməyə inandırmaq, onların uranı özlərinin zənginləşdirmələrinə ehtiyac olmadığına əmin etməkdir.
|
Oxumaq
12.01.10
|
| |
|
|
MSK bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib
|
9 bələdiyyədə yenidən seçki keçiriləcək
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinə yekun vurub və nəticələri elan edib. APA-nın məlumatına görə, qurumun dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, səsvermədən sonra MSK-ya 1718 protokol daxil olub və bu protokolların hər biri araşdırılıb: "Araşdırma ümumi şəkildə və hərtərəfli qaydada MSK üzvləri və katibliyin əməkdaşları tərəfindən yüksək səviyyədə həyata keçirilib". MSK katibi Natiq Məmmədov isə bildirib ki, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin 32.4 faizi iştirak edib. Seçkilərdə irəli sürülən namizədlər, bələdiyyə yerləri ilə bağlı statistik məlumatları iclas iştirakçılarının diqqətinə çatdıran N.Məmmədov deyib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilib və 31 minə yaxın namizəd iştirak edib: "Səsverməyə kimi və sonra bütün çatışmazlıqlar aradan qaldırılıb. Seçkilərin nəticələrinin vaxtında və sürətlə açıqlanması üçün bütün tədbirlər görülüb. Daxil olan protokollar qanunvericiliyə uyğun olaraq 20 gün müddətində araşdırılıb. Təəssüf ki, bəzi məntəqə seçki komissiyalarının təqdim etdiyi nəticələrin etibarsızlığı üçün əsaslar yaranıb.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Separatçılar Azərbaycan tarixini xarici yardımlarla məhv edirlər
|
ABŞ-ın ayırdığı maliyyənin hansı təyinat üzrə xərcləndiyi göz qarşısındadır
Xankəndində fəaliyyət göstərən "Vətəndaş Təşəbbüsləri Mərkəzi"nin son 2-3 ayda keçirdiyi anket sorğu bölgədə vəziyyətlə bağlı ümumi anlayış yaratmaq üçün əvəzsiz sənəddir. Dağlıq Qarabağda fəaliyyət göstərən QHT-lərin problemləri, əməkdaşlıq imkanları, beynəlxalq və regional tədbirlərdə iştirakda maraqlarını bəlli edir. Sorğu 27 təşkilatın nümayəndələri arasında aparılıb (onlardan 24-ü QHT, 3-ü birlikdir). Sorğunun cavablarına gəldikdə, bəlli olur ki, QHT təmsilçiləri son 18 il ərzində vur-tut 694 seminar, kurs və treninqdə iştirak ediblər. O təşkilatlardan tək bir təşkilat 480 tədbirə qatılıb. Bu isə bir təşkilatın bütün təşkilatların beynəlxalq tədbirlərdə iştirak payının 70%-ni zəbt etmək anlamındadır. Belə bəlli olur ki, hazırda fəaliyyət göstərən 6 təşkilat isə ümumiyyətlə, heç bir tədbirdə iştirak etməyib. Yalnız Cənubi Qafqaz miqyasında keçirilən tədbirlərdə Qarabağ ermənilərinin QHT-ləri 186 dəfə iştirak ediblər. Bu tədbirlərin 164-ü elə işğalçı dövlətin ərazisində, qalanı isə Tbilisidə keçirilib. MDB formatında tədbirlərə gəldikdə isə bu tədbirlərin sayı 37 olub ki, onlar da postsovet məkanında separatçı qurumların əldəqayırma təşkilatları ilə birgə tədbirlərdir.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Ceyranlar tarixi ərazilərinə reintroduksiya olunacaq
|
Bu ərazilərin mühafizəsi üçün Xızı-Abşeron ərazisində Dövlət Təbiət Yasaqlığı yaradılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti Bioloyi Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 2009-cu il ərzində fəaliyyəti barədə məlumat verib. Qurumdan qəzetimizə bildirilib ki, ötən il departament tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində işlər davam etdirilib. Belə ki, hesabat ilində Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar zəruri işlərin həyata keçirilməsini təmin etmək məqsədilə xarici şirkətlərin iştirakı ilə açıq tender keçirilib. Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer rezervatın yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri də aparılıb.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Milli Qəhrəmanlarla bağlı saytın təqdimatı keçiriləcək
|
Qənirə Paşayeva: "Gənclərimiz öyrənməlidir ki, Vətən, torpaq hər şeydən üstün olmalıdır"
Ötən həftənin şənbə günü Hökumət evində mərhum Milli Qəhrəman Naiq Yusifova həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, ssenari müəllifi tanınmış teleyurnalist olan Etibar Məmmədovun çəkdiyi bu film millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə araya-ərsəyə gətirilib. Onu da qeyd edək ki, bu filmdən təxminən ayyarım öncə mərhum Milli Qəhrəman Samir Xasıyevə həsr olunmuş "Samirin vəsiyyəti" adlı filmin də təqdimatı olub. Təqdimat mərasimindən sonra isə millət vəkili Q.Paşayeva media mənsublarının sözügedən filmlə və bu yöndə digər məsələlərlə bağlı suallarını cavablandırıb:
|
Oxumaq
12.01.10
|
| |
|
|
Jurnalistlərin orta aylıq gəlirləri 300-350 manatı keçmir
|
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu il daha çox fərdi jurnalist müsabiqələrinin təşkilinə üstünlük verəcək
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün müsabiqə elan etməyə hazırlaşır. Fondun icraçı direktoru Vüqar Səfərli "Media forum" saytına bildirib ki, bu həftə ərzində yeni müsabiqənin prioritet istiqamətləri müəyyənləşdiriləcək: "Konsepsiyada 18 istiqamət var və müsabiqə də onların əsasında elan ediləcək". 2010-cu il üçün dövlət büdcəsindən fonda ayrılan vəsaitdə artım olmadığını qeyd edən V.Səfərli bu ilin mətbuat üçün çox önəmli olduğunu da vurğulayıb: "Bu il mətbuatın yubileyidir - milli mətbuatımızın 135 illiyini qeyd edəcəyik. Bununla bağlı fonda ayrılan vəsaitdə müəyyən dəyişiklik ediləcəyini gözləyirik, əlavə vəsait ayrılmalıdır. Fond 135 illiklə bağlı tədbirlər planı da hazırlayır. Müəyyən müsabiqələr keçirməyi, mətbuat gününə - iyulun 22-nə qədər ayrıca yazı müsabiqəsi təşkil etməyi də planlaşdırırıq".
|
Oxumaq
12.01.10
|
| |
|
|
Regionlardakı teatrların monitorinqi aparılacaq
|
Layihə Mingəçevir, Gəncə, Şəki və Qaxdakı teatrları əhatə edəcək
Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun sözlərinə görə, monitorinq Mingəçevir, Gəncə, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrları əhatə edəcək: "Monitorinq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək. "Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində baş tutacaq. Layihənin əsas məqsədi regionlarda teatrların problemlərini aktuallaşdırmaq, ictimai maraqları və teatr sənətinin inkişafını gücləndirməkdir. Dörd ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əvvəlcə həmin teatrlarda monitorinqlər keçiriləcək, sonra isə ictimai müzakirələr aparılacaq. Regionlarda teatrların vəziyyətinin monitorinqini aparmaqla teatr prosesində idarəetmənin optimallaşdırılması, bu sahədə islahatların aparılmasına ictimai dəstək veriləcək.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Kinostudiyada iki filmin çəkilməsi nəzərdə tutulub
|
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında 2010-cu ildə iki yeni filmin çəkilişi nəzərdə tutulur. Kinostudiyadan verilən məlumata görə, bu filmlər "Bəşəriyyətin xilası" və "Tərsinə çevrilmiş dünya"dır. "Bəşəriyyətin xilası" filminin quruluşçu reyissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir. Film hazırlıq prosesindədir. "Tərsinə çevrilmiş dünya" filminə isə reyissor Ənvər Əbluc Çingiz Hüseynovun ssenarisi əsasında quruluş verəcək. Qeyd edək ki, hər iki filmin çəkilişinə iki aydan sonra başlanılması planlaşdırılır. Ötən ildən yarımçıq qalan reyissor Eldar Quliyevin "İstanbul reysi" filmi artıq tamamlanmaq üzrədir. İlqar Nəcəfovun "Buta" adlı filmi üzərində də hazırda səsləndirmə işləri aparılır.
|
Oxumaq
12.01.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|