Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 12.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Zaqreb Aİ-yə soldan gedəcək
Musiqi bəstəkarı və hüquq professoru Xorvatiyanın yeni prezidenti oldu

Xorvatiyada prezident seçkilərində müxalif Sosial-Demokrat Partiyasından namizəd qələbə çalıb. İvo Yosipoviçi seçicilərin 60 faizi dəstəkləyib. Korrupsiya və cinayətkarlıqla mübarizə aparacağını vəd edən İvo Yosipoviç ölkəsinin Avropa İttifaqına üzvlüyünü əsas prioritet adlandırıb.
Seçkilərdən dərhal sonra Zaqreb şəhərində seçicilərə müraciət edən İvo Yosipoviç "qələbəsinin bütün xalqa" məxsus olduğunu deyib. İvo Yosipoviç rəqibi Milan Bandiçi ikinci dövrədə yenib. 52 yaşlı Yosipoviç klassik musiqi bəstəkarı və hüquq professoru kimi geniş nüfuza malikdir.
Oxumaq
12.01.10  
 
Əliaçıq Klinton
Amerika hər ölkəyə fərqli formada yardım edəcək

ABŞ dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların xarici siyasət kursuna dair nitq söyləyib. Xanım Klintonun sözlərinə görə, inkişaf sahəsində yardım ABŞ xarici siyasətinin əsasını təşkil etməlidir. Dövlət katibi Klinton ABŞ-ın xarici yardımı haqda tez-tez çıxışlar edib, lakin bu dəfə onun çıxışı bütünlüklə bu məsələyə həsr edilmişdi.
Beynəlxalq İqtisadiyyat üzrə Peterson institutunda danışan Klinton deyib ki, inkişaf məsələsini xarici siyasətdə prioritet etmək vaxtı gəlib çatıb. "Biz yüz milyonlarla gənc insanın iş yerləri, ümid və inkişaf etmiş dünyada yer tapmayan gələcəyi olduğu halda terrorizmi dayandırmaq, ya da zorakı ekstremizm ideologiyasını məğlub edə bilmərik". Obama administrasiyası 2012-ci ilə qədər qeyri-hərbi yardım sahəsində büdcə üçün 50 milyard dollar maliyyə vəsaiti ayırmağa söz verib və Klinton çıxışında yeni öhdəliklərdən danışmayıb.
Oxumaq
12.01.10  
 
Xocalı soyqırımı "Beynəlxalq Müharibə qurbanları Memorialı" layihəsinə daxil edilib
"Xocalıya Ədalət" kampaniyasının səyi ilə İsveçdə yaradılmış "Beynəlxalq müharibə Memorialı" ("The Polynational War Memorial") adlı arxiv layihəsinə Xocalı qətliamının adı daxil edilib. Bu barədə APA-ya İslam Konfransı Təşkilatı Gənclər Forumunun (DƏ-İKGF) mətbuat xidmətindən bildirilib. Məlumata görə, layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı nəşr edilib və faciə istifadəçilərə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib.
Oxumaq
12.01.10  
 
Azərbaycan daha 10 ölkədə diplomatik nümayəndəlik açacaq
Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycanın 65 diplomatik nümayəndəliyi fəaliyyət göstərir. APA-nın xəbərinə görə, bunu yurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov deyib. O, Serbiya, Oman, Argentina, Tailand, Xorvatiya, Liviya, Livan, Estoniya kimi ölkələrdə və Gürcüstanın Batumi şəhərində diplomatik nümayəndəliyin açılmasının planlaşdırıldığını söyləyib. Nazir müavini Fələstinin Azərbaycanda səfirlik açmasının da gündəmdə olduğunu bildirib.
Oxumaq
12.01.10  
 
Konqresin separatçılara yardım ayırması Amerikanın özünün maraqlarına ziddir
"Konqresin qərarı bizim tərəfimizdən kəskin surətdə pislənib. Biz bunun təkrar olunmaması üçün çalışırıq, amma təəssüf ki, Konqres öz iddiasına davam edir. Bütün bunlar lobbiçilərin fəaliyyəti nəticəsində baş verir". APA-nın xəbərinə görə, bu sözləri ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı-cinayətkar reyimə 8 milyon dollar əvəzsiz yardım ayırmasına münasibət bildirən Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev deyib. O, Azərbaycan dövlətinin mövqeyinin ABŞ-a verilən rəsmi etiraz notasında ifadə olunduğunu xatırladıb: "Biz qarşı tərəfə çatdırmışıq ki, bu qərar ən azı Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir edən addım deyil, hətta Amerikanın özünün maraqlarına ziddir. ABŞ administrasiyasında da bunu başa düşürlər".
Oxumaq
12.01.10  
 
"Beynəlxalq hüquqda fəxri konsul institutu" adlı kitabın təqdimatı keçirilib
Azərbaycan Diplomatik Akademiyasında "Beynəlxalq hüquqda fəxri konsul institutu" adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifləri Azərbaycan XİN-in İnsan hüquqları, demokratikləşmə və humanitar problemlər idarəsinin rəisi Əlimirzamin Əsgərov və XİN-in attaşesi Pərvin Məmmədovadır. Kitabda Azərbaycanda fəxri konsul institutunun fəaliyyətinin hüquqi tənzimlənməsinə dair məsələlər əksini tapıb. Kitab diplomatiya, beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan tələbələr və müəllimlər üçün nəzərdə tutulub və Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində çap edilib.
Təqdimatda ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və nazir müavini Vaqif Sadıxov iştirak edib.
Oxumaq
12.01.10  
 
Azərbaycan İran və Türkiyə ilə viza reyiminin ləğvi məsələsinə baxır
"Azərbaycan İran və Türkiyə ilə viza reyiminin ləğvi məsələsinə baxır". APA-nın xəbərinə görə, bunu yurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov deyib.
Diplomat Azərbaycanın İran və Türkiyə ilə viza reyimini aradan qaldırmağa hazırlaşıb-hazırlaşmadığı haqda suala belə cavab verib: "Biz bu məsələyə baxırıq. Müvafiq addımlar atılacaq. Konsulluq məsələləri xüsusi bir sahədir. Bütün məsələlər ətraflı nəzərdən keçirildikdən sonra qərar qəbul olunacaq".
Oxumaq
12.01.10  
 
Batumidə eneryi sammiti
Tədbirə 10 dövlətin nümayəndə heyəti qatılacaq

10 dövlətin nümayəndə heyəti bu həftə Gürcüstanda energetika sammitində iştirak edəcək. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bazar ertəsi keçirdiyi brifinqdə bildirib ki, sammit yanvarın 14-də Batumidə keçiriləcək. Onun sözlərinə görə, sammitdə Azərbaycan, Polşa, Litva, Latviya və Ukraynanın prezidentləri iştirak edəcəklər. Qalan dövlətlər sammitdə baş nazir, iqtisadiyyat və energetika nazirləri ilə təmsil olunacaqlar. N.Kalandadzenin məlumatına görə, sammitdə ABŞ dövlət katibinin Avrasiya eneryi məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın rəhbərliyilə Amerika nümayəndə heyəti də iştirak edəcək.
Oxumaq
12.01.10  
 
Qarabağ, Kipr və eneryi
Rəcəb Tayyib Ərdoğanın Moskva səfərinin gündəmi zəngindir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ikigünlük rəsmi səfərlə Moskvaya gəlib. İkitərəfli iqtisadi əməkdaşlığın müzakirə olunacağı görüşdə siyasi məsələlər, o cümlədən uzun illərdir ki, həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi gündəmdə olacaq. Eyni zamanda, ötən ilin oktyabrında Sürixdə Türkiyə ilə Ermənistan arasında imzalanan və sərhədlərin açılması, diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan protokollar da müzakirəyə çıxarılacaq.
Ərdoğanın səfərinə böyük önəm verən hər iki ölkə mətbuatında çoxsaylı məqalələr dərc edilib. Məsələn, Türkiyənin "Habertürk" qəzetinin yazdığına görə, Ərdoğanın Rusiya səfəri üç məqsədi güdür: yüksək səviyyədə strateyi əməkdaşlıq üzrə ikitərəfli şuranın yaradılması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupuna impuls verilməsi və Kipr probleminin həllinə kömək göstərilməsi.
Oxumaq
12.01.10  
 
Bakı-London aviareyslərinin sayı artırılır
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-London marşrutu üzrə birbaşa sərnişin aviareyslərinin sayını artırır. AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, hazırda sözügedən marşrut üzrə hər həftənin II və IV günləri uçuşlar həyata keçirilir, cari ilin yanvarın 16-dan etibarən isə Bakı-London aviamarşrutu VI günlər də, saat 18:25-də reys yerinə yetirəcək: "Aviareyslərin artırılması Bakı-London marşrutuna tələbatın artması ilə əlaqədardır".
Qeyd edək ki, Bakı-London-Baku marşrutu üzrə aviareyslər "Airbus-319" tipli təyyarə ilə həyata keçirilir. Hər iki istiqamətdə aviabiletin qiyməti isə 634 manat təşkil edir.
Xatırladaq ki, hazırda AZAL-dan başqa Bakı-London-Bakı aviareysini Böyük Britaniyanın "British Midland Airways" şirkəti də yerinə yetirir.
Oxumaq
12.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •