|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Bir gündə 33 cinayət
|
|
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 33 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 19-u "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 5 cinayətin üstünü açmaq mümkün olub. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 20 nəfər tutulub.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Bankirlər məhkəmə qarşısında
|
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Dadaş İmanovun sədrliyi ilə dələduzluqda ittiham olunan şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında "Azərdəmiryolbank" ASC-nin Şamaxı filialının müdiri Tural Bayramov və bankın xəzinədarı Zümrüd Əliyeva cavab verib. Hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqda törədildikdə) maddəsi ilə təqsirli biliniblər. Hər iki təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. İttihama görə, ötən ilin fevralında bankın Şamaxı filialında aparılan yoxlama zamanı 388.796 manat və 30.478 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin bir bağlama girov qızıl əşyaların mənimsənilməsi aşkar edilib. İstintaqla müəyyən edilib ki, T.Bayramov bankın Şamaxı filialının müdiri vəzifəsində işləyərkən bankın xəzinədarı Zümrüd Əliyeva ilə əlbir olub öz qulluq mövqelərindən istifadə etməklə ayrı-ayrı vətəndaşların adlarına kredit rəsmiləşdirərək, həmin məbləğləri götürməklə cəmiyyətə məxsus 413.483 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb. Məhkəmə prosesi yanvarın 18-də şahid ifadələri ilə davam etdiriləcək.
|
Oxumaq
12.01.10
|
| |
|
|
DSMF-də uçota alınan əcnəbilərin sayı 8 mini ötüb
|
Əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir
2009-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 21,5 faiz artıb. Belə ki, ötən il əlavə olaraq 1425 nəfər əcnəbi vətəndaş uçota alınıb. Beləliklə, 2010-cu ilin 1 yanvar tarixə olan statistikaya əsasən, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 8063 nəfərə çatıb. Bu barədə qəzetimizə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Mənbədən bildirilib ki, ümumilikdə 87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Afrika Millətlər Kuboku şokla başladı
|
Mali yığması futbol tarixində görünməmiş hadisəni gerçəkləşdirdi
Anqolada təşkil olunan Afrika Millətlər Kubokunun açılış matçı sensasiya ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, turnirin ilk oyununda meydan sahibləri ilə qarşılaşan Mali yığması futbol tarixində görünməmiş hadisəni gerçəkləşdirib. Belə ki, Mali futbolçuları 0:4 hesabı ilə uduzduqları halda, son 12 dəqiqədə 4 qol vuraraq, məğlubiyyətdən yaxa qurtarıblar. Matçda üstünlüyə malik olan Anqola milli komandası fasiləyə 2:0 hesabı ilə öndə yollanıb. 78-ci dəqiqəyədək anqolalılar daha 2 dəfə rəqibi cəzalandırıblar. Lakin sona yaxın gözlənilmədən oyunun axarı dəyişib. Mali yığması "Barselona"da çıxışı ilə tanınan Saidu Keytanın dublu, "Sevilya"nın şərəfini qoruyan Frederik Kanut, həmçinin Yatabarenin qolları ilə bir xal qazanıb hesabı fantastik dərəcədə dəyişdiriblər - 4:4. Özü də onlar axırıncı iki qolları 90+3 və 90+4-cü dəqiqələrdə vurublar.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Ukrayna yığmasının hücumçusu "Neftçi"də!
|
"Neftçi" Ukrayna millisinin futbolçusu Taras Kabanovu baxışa dəvət edib. Apasport.az saytının xəbərinə görə, dünən səhər saatlarında Bakıya gələn hücumçu komandanın axşamkı məşqində qatılıb. 1981-ci il təvəllüdlü T.Kabanov vətənində "Karpatı" (1999-2004), "Krivbass" (2004-06), "Metallurq" (Zaporoyye, 2006-09), "Xarkov" (2009), "Volın" (2009) və "Lvov" (2009) klublarının şərəfini qoruyub. Vaxtilə Ukraynanın gənclərdən ibarət yığma komandasına mütəmadi olaraq dəvət alan T.Kabanov əsas millidə 2 oyun keçirib. Bu arada Cavid İmamverdiyevlə Fərid Haşımzadə də "Neftçi"nin məşqlərinə qatılıb. Klubdan apasport.az saytına verilən məlumata görə, hər iki futbolçu son bir ili icarə əsasında başqa komandanın heyətində keçirib. C.İmamverdiyev "Karvan"nın, F.Həşimzadə isə MOİK-in formasını geyinib. Ötən mövsüm "Neftçi"nin əvəzedici heyətində Azərbaycan çempionu olmuş gənc futbolçular özlərini yaxşı tərəfdən göstərəcəkləri halda, Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına qatıla bilərlər.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Mahirin "Anyi"ylə müqavilə imzalaması gecikir
|
Şükürov onun mövqeyinə futbolçu dəvət edilməsindən bixəbərdir
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Rusiyanın "Anyi" klubunun düşərgəsinə qoşulub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi Premyer Liqa klubunda baxışdadır. M.Şükürov dəfələrlə birbaşa müqavilə üçün getdiyini iddia etsə də, klubun rəsmi saytı yığmamızın oyunçusunun baxışdan keçəcəyini bildirir. Mahaçqala təmsilçisinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Mahir baxışa dəvət olunan 10 legionerdən biridir və onların taleyinə Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında aydınlıq gələcək. "Anyi" ilə müqavilə bağlayacağım vaxtı gözləyirəm. Ancaq müəyyən səbəblərdən məsələ bir qədər yubanır. Bu gün (dünən-red.) Antalyaya klubun prezidenti gəlməlidir.
|
Oxumaq
12.01.10
|
| |
|
|
"Bakı" güclü rəqib tapa bilmir
|
|
"Bakı" klubunun Türkiyədəki təlim-məşq toplanışında ikinci rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, "Karşıyaka" ilə 1:1 hesablı heç-heçə edən son ölkə çempionu Antalyadakı hazırlıq prosesini Türkiyənin II liqa təmsilçisi "Şanlıurfaspor" ilə yoxlama oyunu ilə bitirəcək. Həmin görüş yanvarın 13-də baş tutacaq və "Bakı" ertəsi Moskvaya yollanacaq.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Xocalı - sağalması mümkünsüz yara
|
O gecə sanki qara rəngə boyanmışdı dünya. Elə bil bir günahsız körpənin köksünə vurulan yaradan qan sıçrayıb kor etmişdi gözlərini, ərşə qalxan nalə səslərindən qulaqları tutulmuşdu. Gecənin zülmət baxışlarından utanaraq sanki ulduzlar da, ay da gizlənmişdi. Təkcə Xocalı oyaq idi o gecə. Özü səhərədək oyaq olsa da, bəxti yatan Xocalı. O gecə bir şəhərin adını tarixdən silmək üçün hücuma keçmişdi ermənilər. Yaradanın haqq mizanı əyilmişdi o gecə. Zaman-zaman türk millətinə qarşı nifrətinə "torpaq davası" donu geydirən namərd qonşularımızın o gün bütün qəzəbi, kin-küdurəti üzə çıxmışdı. Bəşər tarixində ən amansız müharibələrin də aman verən qanunları olduğu halda o gecə bu ali hisslər vəhşicəsinə tapdandı. Qundaqdakı körpələrə, qocalara, hamilə qadınlara, silahsız və şikəst adamlara amansızcasına divan tutuldu. Yüzlərlə insan al qanına qəltan edildi.
|
Oxumaq
12.01.10
|
| |
|
|
TQDK Şəkidə zona müşavirəsi keçirib
|
Attestat qiymətləri əla olan abituriyentlərin heç də hamısı məktəb nailiyyətlərini təsdiqləyə bilməyib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən Şəki şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Bu barədə qəzetimizə komissiyanın mətbuat xidmətindən məlumat verilib. Müşavirədə TQDK-nın Şəki regional bölməsinin müdir əvəzi Səbuhi Hüseynov, komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonlarının Təhsil şöbələrinin rəhbərləri, adıçəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər. TQDK-nın şöbə müdiri Arzu Bağırov tədbirdə qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Mehriban olun!
|
İran müxalifətinin həbs edilmiş 147 üzvünü bir kamerada saxlayıblar
İranda ötənilki mübahisəli prezident seçkiləri ilə bağlı zorakılığı araşdıran parlament komitəsi həbs edilən müxalifət üzvlərinə dair qəddar rəftarı tənqid edib. Sənəddə Kəhrizak saxlanma məntəqəsi ilə bağlı tənqid səslənir. "Prezident seçkilərindən sonra həddən ziyadə isti olan, zəif qida və ventilyasiya şəraitinə malik olmayan kameraya 147 adam yerləşdirilib" - deyə parlament komitəsinin hesabatında vurğulanıb. Millət vəkillərinin araşdırmasında göstərilir ki, belə şərait və baş verən hücumlar üç nəfərin ölümünə bais olub. Parlament komitəsi baş verənlərdə sərt xətt tərəfdarı olan Tehran prokurorunu günahlandırır. Sənəddə deyilir ki, dövlət ittihamçısı Kəhrizak məhbəsindəki şəraitdən agah olsa da, həbs edilənləri ora göndərməyə qərar verib. Artıq başqa vəzifədə çalışan prokuror Səid Murtazaviyə qarşı əlavə cəzanın tətbiq ola biləcəyi barədə məlumat verilmir.
|
Oxumaq
12.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|