|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Sənan Eynullayevin Ankarada sərgisi açılıb
|
Ankaradakı "Nurol" Sənət Qalereyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi açılıb. Sərgidə sənətkarın son dövrlərdə yağlı boya ilə işlədiyi tablolar nümayiş etdirilir. Məlumat üçün bildirək ki, bu, rəssamın Türkiyədə ilk yaradıcılıq sərgisi hesab olunmur. Ötən il onun İstanbulun Polis Təhsil və toplantı Mərkəzində mumdan hazırlanan heykəlləri nümayiş etdirilib. Sentyabrın əvvəlində isə Bodrumda fərdi sərgisi keçirilib. Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və İncəsənət İnstitutunu bitirib.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Xuraman Şuşalı telekanalların təklifindən imtina edir
|
Müğənni yeni strategiya qurub
Son illər yaşadığı uğursuzluqları qara qüvvələrin ayağına bağlayan müğənni Xuraman Şuşalı 2010-cu ilin ona düşərli olacağına ümid edir. Müğənni maneələri aşaraq, əvvəlki reytinqini yenidən qazanacağına inanır. Bunun üçün o, strategiya qurub. Müğənni bir müddət telekanalların təkliflərindən imtina edəcək. Özünə yeni imic axtaran müğənni addımı bu səbəbdən atır. Tamaşaçılarda maraq yaratmaq niyyətində olan sənətçi xanımın efirə qayıdışı yaxın həftələrin birinə təsadüf edəcək. Eyni zamanda Xuraman telekanallarla bağlı daha bir fikrə gəlib. O, piarı üçün efir məkanlarına pul ödəməyəcək. Artıq baryeri aşdığını düşünən X.Şuşalı özünü məşhurlarla bir sırada görür. Müğənninin imicində yeniliklərə gəlincə, o, öncə artıq çəkidən azad olmağa çalışır. Saçlarının görünüşünü tamamilə dəyişən müğənni daha sonra qarderobuna əl gəzdirəcək. Daha sonra efirə çıxıb yeni görünüşünü nümayiş etdirəcək.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Qardaşını qətlə yetirən şəxsə hökm oxunub
|
Bəkir Məmmədov həyatının 14 ilini dəmir barmaqlıqlar arasında yaşamalı olacaq
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Binə qəsəbəsi sakini, 1980-ci il təvəllüdlü Bakir Məmmədov cavab verib. B.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, B.Məmmədov 2009-cu ilin avqustunda ailə münaqişəsi zəminində qardaşını bıçaqlayıb. 1977-ci il təvəllüdlü Balaəli Məmmədov aldığı bıçaq zərbəsindən hadisə yerindəcə dünyasını dəyişib. Hadisədan sonra qaçıb gizlənən təqsirləndirilən üç ay sonra ələ keçib. Məhkəmənin hökmü ilə B.Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Quldurluq və zorlamada təqsirləndirilən sürücünün məhkəməsi başa çatıb
|
Tərlan Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə quldurluq və zorlama cinayətlərində təqsirləndirilən paytaxt sakininin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Bakı şəhər sakini Tərlan Həsənov cavab verib. T.Həsənov 2009-cu ilin fevralın 8-də axşam təxminən saat 23.00 radələrində Xətai rayonu ərazisində idarə etdiyi "Otoyol İveco" markalı avtobusda sərnişin Ayselin (ad şərtidir) əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə o, əlindəki metal parçası ilə sərnişinə basqın edərək, ona ağır bədən xəsarəti yetirəcəyi ilə hədələyib və çantasındakı 170 manat pulunu əlindən alıb.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Qadına xəsarət yetirən şəxs məhkəmə qarşısında
|
Nurlan Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə həmyerlisini öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısınnda Xaçmaz rayon sakini Nurlan Məmmədov cavab verib. N.Məmmədov Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunub. İttihama görə, 2009-cu il iyulun 16-da Xaçmaz rayonu Qusarçay kəndi ərazisində 1991-ci ilə təvəllüdlü N.Məmmədov həmyerlisi, 1961-ci il təvəllüdlü Səkinə Veysovaya bıçaqla xəsarət yetirib. Məhkəmənin hökmü ilə təqsirləndirilən N.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Traktorla "Yiquli" toqquşub
|
Yol qəzası 2 nəfərin həyatına son qoyub
Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Quba rayonunun Alekseyevka kəndində Xaçmaz rayon sakinləri Əmirzadə Paşayevin idarə etdiyi "Yumz-80" markalı traktorla Gülağa Rəhmanovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşın toqquşub. Nəticədə G.Rəhmanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun xəsarət alan sərnişini - qardaşı Sayəddin isə xəstəxanaya yerləşdirilib. Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində, qəsəbə sakini Nizami Vəliyev "Mitsubishi" markalı avtomaşını idarə edərkən həmyerliləri Anar Əliyevi və İlkin Nuriyevi vurub. Nəticədə xəsarət alan A.Əliyev və İ.Nuriyev xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, İ.Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Mağazadan soyğunçuluq
|
Saray qəsəbə sakini saxlanılıb
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq edən şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Saray qəsəbə sakini Yusif Quliyevdir. Y.Quliyev E.Məmmədovun işlədiyi mağazadan soyğunçuluq yolu ilə danışıq kartları və tütün məmulatlarını aparmaqda təqsirləndirilir. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Məcburi köçkün intihar edib
|
Camal Kazımov özünü 5-ci mərtəbədən atıb
Paytaxtda intihar faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Bakı Dövlət Universitetinin yataqxanasında baş verib. Həmin yataqxanada müvəqqəti yaşayan Cəbrayıl rayon sakini Camal Kazımov özünü 5-ci mərtəbədən atıb. C.Kazımov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Ötən il törədilən qətlin üstü açılıb
|
Yaşar Alşanovu küt alətlə qətlə yetirən Zöhrab Rüstəmov tutulub
Bakıda ötən ilin dekabrında törədilən qətl hadisəsinin üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri hadisəni törədən şəxs yaxalanıb. Saxlanılan Füzuli rayon sakini, əvvəllər məhkum olunan Zöhrab Rüstəmovdur. Belə ki, 2009-cu il dekabrın 21-də Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində yol kənarında Şamaxı rayon sakini, 1954-cü il təvəllüdlü Yaşar Cabrayıl oğlu Alışanovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Meyiti müayinə edən tibbi ekspertiza Y.Alışanovun baş və bədənin müxtəlif nahiyələrindən aldığı zərbələr nəticəsində öldüyünü müəyyən edib. Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Alışanovun Z.Rüstəmov tərəfindən qətlə yetirildiyi məlum olub. Z.Rüstəmov hadisəni tamah məqsədi ilə törətdiyini etiraf edib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) və 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
|
Oxumaq
12.01.10
|
| |
|
|
Tikintidə faciə
|
Üç fəhlə dünyasını dəyişib
Bakıda yeni aparılan tikinti sahələrinin birində faciə baş verib. "Paşa İnşaat"ın tikinti işləri apardığı ərazidə üç nəfər fəhlə çoxmərtəbəli binadan yıxılıb. Hadisə nəticəsində hər üç fəhlə dünyasını dəyişib. Məsələyə münasibət bildirən Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadənin sözlərinə görə, faktla bağlı cinayət işi başlanılıb: "Hadisə əmək mühafizə qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və istintaq davam etdirilir". Qeyd edək ki, hədisə nəticəsində dünyasını dəyişənlər Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Abuzərov və Ağdam rayon sakini, 1976-cı il təvəllüdlü Vasif Hümbətov və İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Ağadadaş Əsədovdur.
|
Oxumaq
12.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|