Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 




 
 
 
Xəbərlər / 9.1.2010
Səhifələr : 1 2 3 » #
"Qalatasaray"ın transfer siyasəti bəhrə vermir
"Kayserispor" istanbullulardan şikayət edib

İlk dövrəni 2-ci pillədə başa vuran "Qalatasaray"ın transfer siyasəti hələ ki, öz bəhrəsini vermir. Xatırladaq ki, neçə müddətdir "Cim-Bom"un gündəmində olan əsas isim "Kayserispor"un istedadlı yarımmüdafiəçisi Əli Turandır. Lakin Kayseri təmsilçisi bugünlərdə Türkiyə Futbol Federasiyasına (TFF) şikayət məktubu ünvanlayıb. Onlar "Cim-Bom"u rəhbərlikdən xəbərsiz Ə.Turanla danışıqlar aparmaqda günahlandırır. Bu arada "Kayserispor"un vitse-prezidenti Şaban Miraboğlu bu məsələ haqqında maraqlı açıqlamalar verib: "Düşünürəm ki, Əli Turanın məsələsində heç bir problem yoxdur. Hər halda, biz tərəfdən bu, belədir. Problemi yaratmağa çalışan isə "Qalatasaray"dır. Ümumiyyətlə, onlar mövsümün əvvəlindən bəri Əli Turanın başını bişirməyə çalışır. Vaxtilə Gökhan Ünalın məsələsində də onlar bu cür etmişdilər. Sonradan onun oyununda eniş hiss olunmuşdu. Eyni şeyi Əli Turana qarşı da edirlər. Ümumiyyətlə, bu "Qalatasaray"a və futbolun etik qaydalarına uyğun gəlmir. Biz də buna görə TFF-yə şikayət etdik. Haqqımızı sona qədər qoruyacağıq. Maraqlıdır, onlar bu hərəkəti "Beşiktaş" və ya "Fənərbaxça"nın oyunçusuna qarşı edə bilərdimi? Kimsə "Kayserispor"a və ümumiyyətlə, Anadolunun istənilən komandasına kiçik gözlə baxa bilməz. Əli Turanın bizdən xəbərsiz "Qalatasaray"la danışıqlar aparması onun özünə də yaraşmadı.
Oxumaq
09.01.10  
 
Dostluq öz yerində, delimitasiya isə olmalıdır
Türkmənistan Xəzərin statusunun beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır

"Xəzərdə sərhədlərin delimitasiyası Azərbaycan və Türkmənistan arasında mehriban qonşuluq münasibətlərinə təsir etmir". Bu sözləri dünən Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov Bakıda mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. "Xəzərdə sərhədlərin delimitasiyası üzrə danışıqlar həm birtərəfli, həm də çoxtərəfli səviyyədə keçiriləcək. Xəzərin delimitasiyası üzrə işlər indi də aparılır" - deyə o əlavə edib.
Səfir xatırladıb ki, Xəzərin delimitasiyası üzrə xüsusi işçi qrup fəaliyyət göstərir, ikitərəfli və beştərəfli görüşlər keçirilir: "Türkmənistan bu məsələnin sivil yolla, beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır". Səfir deyib ki, ən əsas məsələ Azərbaycanla Türkmənistan arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsi və qorunmasıdır. Onun sözlərinə görə, Türkmənistan Xəzərin statusu məsələsinin sivil yolla həllinə tərəfdardır, lakin arbitray məhkəməsinə müraciət etmək hüququnu özündə saxlayır. "Xəzər üzrə milli sektorların müəyyən edilməsilə bağlı Türkmənistanın mövqeyi belədir ki, əgər bu məsələ varsa, o, beynəlxalq hüquq çərçivəsində sivil yolla həll olunmalıdır. İki ölkə hökuməti Xəzəri ayrıca məsələ kimi götürüblər" - deyə A.Məmmədov məlumat verib.
Oxumaq
09.01.10  
 
Yaz sessiyası üçün iş bolluğu
Parlament iş planına daxil etdiyi 3 məcəllə və 6 qanun layihəsini müzakirəyə çıxara bilməyib

Dekabrın 29-da Milli Məclis payız sessiyasını başa vurdu. Bundan sonra deputatlar tətilə yollandılar. Sessiya çərçivəsində Milli Məclisin 10 plenar iclası keçirildi. İki dəfə isə deputatlar müxtəlif məsələlərlə bağlı dinləmələrdə iştirak etdilər. Bəs görəsən, parlament payız sessiyası çərçivəsində qarşısına qoyduğu məqsədlərə nail ola bildimi?
Hələlik parlament rəhbərliyi payız sessiyasının yekunları ilə bağlı hesabat verməyib. Amma sessiyanın ilk iclasında təsdiqlənən iş planının icra vəziyyətinə əsasən parlamentin payız sessiyasına qiymət vermək mümkündür. Qeyd edək ki, deputatların özləri tərəfindən təsdiqlənən iş planına 22 məsələ daxil edilmişdi. Payız sessiyası çərçivəsində ən geniş müzakirə olunan məsələ 2010-cu ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri oldu. Parlamentin 10 iclasının 5-də büdcə məsələləri müzakirə edildi. Deputatlar həm növbəti ilin dövlət büdcəsini, həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiqlədilər, həmçinin yaşayış minimumu, ehtiyac meyarı ilə bağlı qanunlar qəbul olundu.
Bundan əlavə, deputatlar iş planında nəzərdə tutulan "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsini üç oxunuşda müzakirə edib qəbul etdilər. Payız sessiyası çərçivəsində "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi də iki oxunuşda qəbul edildi.
Oxumaq
09.01.10  
 
Məsuliyyətli Obama
ABŞ prezidenti ölkədə pis nə baş verərsə, öz üzərinə götürür

ABŞ prezidenti Barak Obama Milad Bayramı günü Detroytda təyyarənin partladılamsı cəhdinin Ağ Ev tərəfindən təhqiqatının nəticələriylə bağlı danışıb. Ağ Evdə Mərkəzi Kəşfiyyat İdarəsi də daxil olmaqla, 20 kəşfiyyat qurumunun rəhbərinin iştirakı ilə toplantı keçirilib və 2 saat çəkən toplantıda Barak Obama kəşfiyyat rəhbərlərini danlayıb.
Barak Obamaya görə, araşdırma nəticəsində Amerika kəşviyyatının buraxdığı səhvlər aşkar olunub. Onun qənaətincə, hücumun qarşısını almaq üçün ABŞ hökumətinin müvafiq məlumatı olub, lakin mövcud məlumatlardan irəli gələn addımların atılmaması və həmin məlumatın və vəziyyətin təhlil edilməməsi baş vermiş hadisənin gerçəkləşməsini mümükün edib. Obama bəyanatında 4 məqamdan ibarət planını açıqlayıb. Prezident sözügedən tədbirləri səsləndirdikdən sonra bunu da əlavə edib ki, kəşfiyyatda aşkar edilmiş boşluqlara baxmayaraq, son nəticədə əsas məsuliyyət onun özünün üzərinə düşür. Amerikalıların çoxunu şoka salan o olub ki, sən demə, hökumətin hücumun qarşısını almaq üçün kifayət qədər məlumatı olubmuş. Lakin mövcud məlumatın təhlilsiz qalması sözü gedən əhvalatla nəticələnib.
Oxumaq
09.01.10  
 
2010-cu il kuluarlarda keçəcək
Rusiyalı şərhçinin fikrincə, Dağlıq Qarabağ nizamlanmasında həlledici rolu pərdəarxası danışıqlar həll edir

Başa çatan 2009-cu ili əksəriyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əhəmiyyətli il kimi xarakterizə edir. "Kommersant" qəzetinin baş redaktoru, siyasi icmalçı Azər Mürsəliyev də hesab edir ki, ötən il münaqişənin nizamlanması prosesinə real irəliləyişlər ili kimi düşəcək: "Nizamlanmanın indiki həlli prosesinin xarakterik əlaməti ondan ibarətdir ki, ola bilsin 99,99 faiz kompromiss əldə olunsun. Lakin əsas məsələ yerdə qalan 0,01 faizdir. Bu isə o deməkdir ki, hər şey hələ həll olunmayıb. Bu göstərici dedikdə münaqişənin tam həlli nəzərdə tutulur. Münaqişənin real həlli haqqında yalnız real addımların şahidi olduqda nəsə demək olar. Digər tərəfdən, biz münaqişənin yenidən başlayacağı haqda sərt bəyanatların şahidi olmuşuq. Lakin hələ ki, bundan yaxa qurtamaq mümkün olub və yəqin ki, bu, pozitiv məsələdir".
Ötən ilə qiymət verən baş redaktor ilin ən mühüm hadisəsi kimi Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları və İranda baş verən hadisələri göstərib. Onun sözlərinə görə, İranda yaşanan siyasi böhranın nə ilə nəticələnəcəyi məlum deyil. Ekspert yaşanan əsas hadisələr sırasında Azərbaycanla Türkiyə arasında yaşanan gərginliyi və bunun ardınca Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşmasını göstərib.
Oxumaq
09.01.10  
 
Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür
Mübariz Qurbanlı: "Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Rusiyanın da maraq dairəsindədir"

"Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri Rusiya-Türkiyə münasibətlərində bir sıra məsələlərin həllinə yönəlib. Məlumdur ki, son illər bu dövlətlər arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Bir sıra iqtisadi layihələrdə Rusiya və Türkiyənin ortaq maraqları görünməkdədir. Xüsusilə eneryi sahəsində bu dövlətlər müəyyən layihələri birgə həyata keçirməkdədirlər". Bunu yap.org.az saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ərdoğanın Rusiyaya gözlənilən səfərini şərh edərkən deyib. Türkiyə və Rusiyanın hələ sovetlər dönəmində müəyyən problemlərinin olduğunu xatırladan M.Qurbanlının sözlərinə görə, hazırda iki ölkənin münasibətlərinin yaxşılığa doğru inkişaf etməsi müşahidə olunur.
Oxumaq
09.01.10  
 
"Parlamentdəki yersiz çəkişmələr cəmiyyətdə birmənalı qarşılanmır"
Musa Quliyev: "Pənah Hüseyndən başqa heç bir deputat yerindən çıxış etmir"

2009-cu il, eləcə də parlamentin payız sessiyası artıq arxada qalıb. Ancaq ötən il parlamentin payız sessiyasının sonlarında maraqlı və gözlənilməz bir olay yaşandı. Milli Məclis tarixində ilk dəfə olaraq, millət vəkili - konkret desək, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn spiker Oqtay Əsədov tərəfindən bir iclaslıq danışmaq hüququndan məhrum edildi. Milli Məclisin İntizam komissiyasının üzvü Musa Quliyevlə söhbətimizə bu insidentlə bağlı sual ünvanlamaqla başladıq.


- Musa müəllim, spiker tərəfindən belə bir addımın atılması nə ilə bağlı idi? Ümumiyyətlə, İntizam Komissiyasının üzvü olaraq bunu necə dəyərləndirirsiniz?

- Əvvəla, şəxsən mən bunu çox normal qiymətləndirirəm. Düşünürəm ki, belə qərar ən azı 2-3 il qabaq verilməliydi. Deputatın statusu, vəzifəsi, intizamı və ən əsası, deputat etikası var. Ona görə ola bilməz ki, kimsə xüsusi, əlahiddə səlahiyyətə, imtiyaza malik olsun.
Oxumaq
09.01.10  
 
Samir Bağırovun qonorarı ona bir neçə ay bəs edəcək
Müğənni maddi sıxıntı yaşamır

Uzun müddətdir Rusiya şou-biznesinə xidmət göstərən müğənni Samir Bağırovdan təzə xəbər var. Xatırladaq ki, bir müddət əvvəl onun borc içində olduğu və gəlirinin ehtiyacını ödəmədiyi barədə xəbərlər yayılmışdı. Lakin Samir Bağırov bu xəbərləri yaxın dostu vasitəsi ilə təkzib edib və dolanışığının qaydasında olduğunu bildirib. Müğənni söyləyib ki, tək yeni il şou-proqramlarından qazandığı qonorar onun bir neçə aylıq dolanışığına bəs edəcək.
Səhhətinin də qaydasında olduğunu bildirən Samir Bağırov bu xəbərlərin özünün Bakıda olmamasından qaynaqlandığını deyib. Müğənni şayiə yayan insanların yaxşı fikirdə olmalarını arzulayıb.
Sonda müğənni dostu vasitəsi ilə vurğulayıb ki, yaradıcılığı istiqamətində işləri qaydasındadır. Hazırda o, yeni mahnılar yazdırır və tezliklə albom çıxarmağı düşünür. Bunları həyat keçirmək üçün onun maddi sıxıntısının olmadığını öyrəndik.
Oxumaq
09.01.10  
 
Kamil Nəcəfzadənin yubileyinə həsr edilən sərgi açılacaq
Yanvarın 12-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Xalq rəssamı Kamil Nəcəfzadənin 80 illik yubileyinə həsr edilən sərginin açılış mərasimi olacaq. Bu barədə Azərbaycan Rəssamlar İttifaqından məlumat verilib. Sərgidə sənətkarın kinofilmlərə verdiyi tərtibatlar, rəngkarlıq, qrafika, eləcə də teatr sahəsində yaratdığı əsərlər nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, iki dəfə dövlət mükafatı laureatı olan Kamil Nəcəfzadə 1929-cu ildə Lənkəran şəhərində anadan olub. O, 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. 1955-ci ildə təhsilini bitirərək Bakıya qayıdıb və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. K.Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində öz sözünü deyib.
Qeyd edək ki, sərginin açılış günündə "Kamil Nəcəfzadə" kitabının təqdimatı da keçiriləcək.
Oxumaq
09.01.10  
 
Sankt-Peterburqun Teatr Mərkəzinin aktyorları Bakıda tamaşa göstərəcəklər
Fevralın 13-14-də Sankt-Peterburq Teatr Mərkəzinin truppası Bakıya səfər edəcək. Teatr Mərkəzi S.Vurğun adına Rus Dram Teatrında "Qızılgül ləçəklərindən vanna" tamaşası ilə çıxış edəcəklər. Bu barədə teatrın direktor müavini İlham Məmmədov məlumat verib. İki pərdəli tamaşa səmimi məhəbbət haqqındadır. Buna görə də onun "Sevgililər - Müqəddəs Valentin günü"nə həsr olunması qərara alınıb.
İspan musiqisinin səsləndiyi tamaşada teatrsevərləri parlaq və emosional flamenko rəqsləri, intriqa, sevgi, ümidsizlik və gözlənilməz xoşbəxt sonluq gözləyir. Tamaşanın reyissoru Rusiyanın Xalq artisti A.Yitinkin, rəssamı A.Şarov, müəllifi V.Boçanov, plastika üzrə xoreoqrafı Y.Vasilkovdur.
Tamaşada rolları Rusiyanın məşhur aktyorları - Əməkdar artist O.Kabo, Xalq artisti A.Yarkov, B.Xvosnyanski, A.Zabelin, T.Bondarenko, A.Karelina ifa edirlər.
Oxumaq
09.01.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev səfir Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
  • Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi
  • “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinə start verildi
  • Bakıda “Caspian Banking and Finance” 6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı keçiriləcək
  • Gənc xanım modelyerlərin festivalı keçiriləcək
  • ATƏT PA-nın prezidenti Joao Soareşin Cənubi Qafqaz respublikalarına səfəri başlayıb
  • Bu gün Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfər edəcək
  • Deputat Dünyamin Xəlilov Qırğızıstanda ekspert görüşündə iştirak edir
  • Deputatlarımız AŞ PA-nın büro və komitə iclaslarında iştirak edəcəklər
  • Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Chung Jong-Hwan Azərbaycana səfərə gəlir
  • Hərbçilərimiz NATO-nun tədbirlərinə qatılacaqlar
  • Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin arasında Azərbaycan vətəndaşı yoxdur
  • Bu gün Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

  •  
    BANNERİMİZ
     
    kod almaq: