Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 9.12.2009
Səhifələr : 1 2 3 4 5 » #
Reyqanın müşaviri erməniləri ifşa etdi
"Öldürülən türklərin sayı 2 milyon, ermənilərin sayı isə 500 min nəfər civarındadır"

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq üzrə müşaviri olan Brus Feyn qondarma erməni soyqırımı iddialarının yalan olduğunu sübuta yetirən faktları açıqlayıb. Türkiyənin "Birlik" qəzetinin yaydığı məlumata görə, müşavir ermənilərin iddialarının əsassız olduğunu vurğulayıb. O bildirib ki, Reyqanın prezident olduğu 1981-ci ildə bu məsələ Ağ ev tərəfindən araşdırılıb, iddiaların əsassız olduğu sübuta yetirilib və sənədləşdirilib.
"Osmanlı imperiyası milli azlıqlara xüsusi diqqət yetirib, onlara qarşı qayğı ilə yanaşıb. Bu reallığı unutmamaq lazımdır. Azlıqlar dini azadlıqlarını və həyatlarını rahat şəkildə davam etdirib" - deyə müşavir bildirib. Onun sözlərinə görə, erməni terror təşkilatları I Dünya Müharibəsi illərində Fransa və Rusiya ilə birlikdə müsəlman osmanlıları qətlə yetirib: "Öldürülən türklərin sayı 2 milyon, ermənilərin sayı isə 500 min nəfər civarındadır.
Oxumaq
09.12.09  
 
Gede "Neftçi"dən 100 avro istəyir
FİFA bununla bağlı flaqmana xəbərdarlıq edib

Son günlər Bakının "Neftçi" klubu ilə bağlı problemlər səngimək bilmir. Markus Fereyranın paytaxt təmsilçisindən FİFA-ya şikayət edərək, 100 min dollar civarında pul alması, üstəlik "Turan"la şübhəli oyun komandanı çətin vəziyyətə salıb. Komandanı bu dəfə sınağa çəkən isə almaniyalı məşqçi Hans-Yurgen Gededir.
Apasport.az saytının məlumatına görə, sabiq baş məşqçisi Gede də müqaviləsinin birtərəfli qaydada, qeyri-qanuni şəkildə pozulmasını əsas gətirərək klubdan təzminat istəyir. Bu məqsədlə alman çalışdırıcı ali futbol qurumu FİFA-ya müraciət edib. FİFA isə Gedenin müqaviləsinin qeyri-qanuni pozulmasını təsdiqləyərək, ona təzminat ödənilməsi haqda qərar çıxarıb.
Hətta bu məqsədlə beynəlxalq futbol təşkilatı "Neftçi" klubuna rəsmi məlumat göndərərək, təxminən 100 min avronun yaxın zamanlarda ödənilməsi barədə xəbərdarlıq edib.
Oxumaq
09.12.09  
 
5 rayon + Laçın + Kəlbəcər
Obama ilə görüşən Ərdoğan işğal altındakı torpaqların bu ardıcıllıqla azad edilməli olduğunu bildirib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra bildirib ki, Ağ ev rəhbəri ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını müzakirə edib: "Bu, Türkiyə ilə Ermənistan arasında əlaqələr baxımından mühüm bir məsələdir. Biz Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransanın danışıqlar prosesində səylərinin artırılmasını da dəyərləndirdik və mən bunun Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ilə birbaşa əlaqəli olduğunu qeyd etdim. Türkiyə bu məsələdə qərarlıdır".
Türkiyə baş naziri bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları boşaldılmasa, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması çətindir. Bu zaman Ərdoğan torpaqların boşaldılmasını belə sadalayıb: 5 rayon + Laçın + Kəlbəcər. Erməni yurnalistin "Türkiyən nə üçün Ermənistanla münasibətləri normallaşdıracağına dair vədini yerinə yetirmir" sualına cavab olaraq Ərdoğan bildirib ki, protokollar heç bir ilkin şərt irəli sürülmədən imzalanıb, amma bu protokollar parlamentin müzakirəsinə müəyyən şərtlər müqabilində çıxarılacaq: "Bu şərtlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir, çünki Türkiyə parlamenti bu məsələyə çox həssas yanaşır".
Oxumaq
09.12.09  
 
QHT-lər üçün maliyyə yardımı müsabiqəsi elan olundu
İlk müsabiqəyə 903 min manat vəsait nəzərdə tutulub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəni dünən rəsmi elan etdi. "Trend" İA konfrans zalında mətbuat nümayəndələri qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirdi ki, Şura ilk növbədə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq, 7 istiqamət və mövzu üzrə layihələrə üstünlük verəcək: "Şura ilk dəfədir ki, müsabiqəni ilin sonunda elan edir. Bununla QHT-lərə daha çox hazırlaşmaq, işlərini istənilən səviyyədə qurmaq və dolğun layihə ilə çıxış etmək imkanı verilir."
Şura sədri mətbuat nümayəndələrinə onu da bildirdi ki, yenilik tək müsabiqənin elan olunma vaxtı ilə bağlı deyil. Belə ki, mövzu, format və maliyyə ayrılması ilə bağlı dəyişikliklər var.
Oxumaq
09.12.09  
 
Şərəf təzyiqi
ABŞ-ın müdafiə naziri Robert Geyts Həmid Kərzayiyə hökuməti necə formalaşdırmağı başa salacaq

ABŞ-ın müdafiə naziri Robert Geyts gözlənilmədən Əfqanıstana səfər edib. Kabil aeroportunda yurnalistlərə müsahibəsində Geyts deyib ki, o, prezident Həmid Kərzayiyə yeni hökumətə "şərəfli" nazirlər təyin etməsi üçün təzyiq edəcək. ABŞ-ın müdafiə nazirinin bu səfəri prezident Barak Obamanın Əfqanıstana əlavə 30 min Amerika hərbçisi göndərmək barədə qərarını açıqlamasından bir həftə sonraya təsadüf edir.
ABC telekanalına müsahibəsində Geyts "Əl-Qaidə" lideri Üsəma bin Laden barədə maraqlı açıqlamalar verib. O etiraf edib ki, ABŞ kəşfiyyatı "Əl-Qaidə" terror təşkilatının lideri Üsamə bin Ladenin harada olduğunu bilmir. "Biz onun yerini bilmirik, yoxsa biz onu çoxdan tutardıq" - deyə Pentaqon şefi vurğulayıb. Nazir, həmçinin bu günlərdə Əfqanıstanda ələ keçirilən "Taliban" üzvünün ifadələrinin həqiqiliyini təsdiq edə bilməyəcəyini deyib. "Taliban"çı bildirib ki, yanvar ayında yaxın bir dostu ona "Əl-Qaidə" liderini Əfqanıstanın cənub-şərqində gördüyünü deyib.
Oxumaq
09.12.09  
 
Afina məğlubiyyəti
Ermənistan müxalifəti hesab edir ki, rəsmi Yerevan daha bir diplomatik fiaskoya uğrayıb

Ermənistan müxalifəti rəsmi Yerevanın Afinada xarici işlər nazirlərinin son görüşündə üzləşdiyi daha bir məğlubiyyəti açıqlayıb. "Tert.am" ın yaydığı məlumata görə, "İrs" partiyası parlament fraksiyasının rəhbəri Stepan Safaryan tərəfindən yayılmış yazılı açıqlamada bildirilir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin dekabrın 1-də yaydığı bəyanatda güc tətbiqi və ya güc hədəsinin yolverilməzliyi, millətlərin öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyündən əlavə, həm də xalqların bərabərliyi prinsipi var. Müxalifətçi deputat hesab edir ki, bu, Azərbaycan tərəfinə Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirakının mənasızlığını üzə çıxarmaq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabər statusda olduğunu sübut etmək imkanı verəcək: ""Madrid prinsipləri"ndə Ermənistan üçün təhlükəli məqamlar nəinki yox olub, üstəlik, Dağlıq Qarabağ ermənilərinin danışıqlar masasına cəlb edilməsini təhlükə altına qoyan maddə əlavə edilib".
Oxumaq
09.12.09  
 
Səviyyə məsələsi
Redaksiyamızda hamının dilində az qala zərb-məsələ çevrilən bir söz var: səviyyə. Baş redaktordan tutmuş texniki işçilərə qədər bu söz aramızda zarafatyana səslənsə də, onun altında yatan məna yükünü hamı yaxşıca dərk edir. Belə də demək olar: bu söz davranışlarımız üçün bir növ ölçü vahidinə çevrilib. Redaksiyanın divarları arasından kənara çıxan kimi də insanların səviyyəsini səciyyələndirən məqamlarla hər an üzləşməli olursan. Əfsus ki, həmişə də yaxşı mənada yox! Və o zaman bir daha başa düşürsən ki, bu sözü heç də həmişə zarafatyana işlətmək lazım deyilmiş.
İctimai nəqliyyatda, bankomatlardakı növbələrdə, mağazalarda, konsert və teatr salonlarında və s. yerlərdə səviyyə məsələsi daha çox üzə çıxır.
Oxumaq
09.12.09  
 
Zəkəriyyə neyləməli?
Və yaxud əmək müqaviləsi imzalamadan işləyənlərin acı aqibəti

Zəkəriyyə Səmədov Ağsu rayonunun Xəlilli kəndində yaşayır. Kənddə iş olmadığından neçə illərdir mütəmadi olaraq Bakıda müxtəlif tikinti şirkətlərində çalışıb. Həmişə də azdan-çoxdan qazanaraq ailəsini pis-yaxşı dolandırıb. Amma sonuncu iş yerində onun başına əməlli-başlı oyun açıblar. Son vaxtlar Bakıda aparılan tikintilərin sayı azaldığından bu sahədə çalışanlar iş tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, Zəkəriyyə də bir müddət işsiz qalıb. Bakının Yasamal rayonu ərazisində yeni tikilən binalardan birində iş olduğunu eşidəndə çox sevinib. Z.Səmədov deyir ki, oğlu, bir neçə yoldaşı ilə birlikdə həmin tikintiyə yollanıb. Burada Zeyqəm adlı iş icraçısı ilə qiymət danışıb, iş başlayıblar. Amma tərəflər arasında işin şərtləri, əmək haqqı, texniki təhlükəsizlik məsələlərini özündə əks etdirən əmək müqaviləsi imzalanmayıb.
Oxumaq
09.12.09  
 
Ayan "Mən birinciyəm" deyir
Müğənni Ayan repertuarında iddialı bir mahnıya imza atıb. Gənc müğənni 90-cı illərin məşhur "Ya pervıy" mahnısına yeni nəfəs verib. Bu barədə "Kaspi"yə açıqlama verən müğənni mahnının sözlərinə düzəliş etdiyini bildirib: "Mahnının adı "Mən birinciyəm" deməkdir. Mahnıya bir qədər düzəliş edib "Ya pervanya", yəni qadın xitabı ilə oxumuşam".
Qeyd edək ki, kiçik əsər 90-cı illərdə məşhur olan şou-balet "X missiya" qrupunun repertuarındandır. Mahnının musiqisi müasir pop yanrındadır. Hazırda bəstəkar Faiq Sücəddinovla yeni mahnılar üzərində işləyən Ayan iki yeni mahnısını təqdim etməyə hazırlaşır.
Oxumaq
09.12.09  
 
İradə İbrahimova "Sərhəd tanımayan eşqlər" layihəsində
Türk kanalı sənətçinin ailəsindən danışacaq

TRT-Avazın yeni layihələrindən birini "Sərhəd tanımayan eşqlər" adlı veriliş təşkil edir. Verilişin aparıcılıq missiyası Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasovaya həvalə edilib. Aktrisa ilə telefon bağlantısı zamanı o, verilişin növbəti çəkilişinin Türkiyədə yaşayan azərbaycanlı sənətçi İradə İbrahimovaya həsr edildiyini bildirib: "Eşidəndə ki İradə xanım Azərbaycan əsilli türk vətəndaşı ilə ailə həyatı qurub, çox sevindim.
Oxumaq
09.12.09  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •