|
|
|
Şərikli liderlik davam etdi
|
"Altılıq"dakılardan 5-i xal itirdi
Premyer Liqanın son turunun ilk iki günü məhsuldarlıqla yadda qaldı. Üç oyunda qapılara 16 top vuruldu ki, bu da orta hesabla 5 qoldan çox deməkdir. "Karvan"ın bir gün əvvəl böyük hesabla uduzması "Standard"ın işinə yaradı. Belə ki, Böyükağa Hacıyev sabiq komandasıyla oyuna sonuncu pillənin sahibi kimi çıxmadı. Ancaq "Bakı"ya iki top fərqi ilə uduzmaqla sumqayıtlıları yenidən "zirzəmi"yə yuvarladacaqdı. Görünür, bu üzdən Sumqayıtdakı görüşdə əsl qol şousu yaşandı. Bu oyunda qapılara 7 top vuruldu ki, rəqibindən bir dəfə az fərqlənən "bankirlər" məğlubiyyətə üzülsə də, mövqeyini qorumuş oldu. "Altılıq"da qərarlaşan komandalardan 5-nin xal itirməsi "Bakı"nın işinə yaradı. İndi Bülənt Korkmazın komandası liderdən 7, bir addım öndəki rəqibindən isə cəmi 2 xal geri qalır. Ancaq "zolaqlılar" final mərhələsinə vəsiqə qazansa belə, işi çətin olacaq. Çünki çempion hazırda "6-lıq"da qərarlaşan komandalardan cəmi 4 xal alıb. Düzdür, "Heftçi"də də vəziyyət eynidir. Ancaq paytaxtın eyniadlı təmsilçisi "6-lıq"dan "Qəbələ"ni sıxışdırsa, işi daha da çətinləşəcək. Belə ki, "Bakı" 4 xaldan 3-nü əyalət təmsilçisi ilə görüşdə qazanıb.
|
Oxumaq
08.12.09
|
| |
|
|
Əhalinin mənzillərə sosial tələbi sərtləşir
|
Mənzilə tələb portfeli iri sahəli mənzillərin xeyrinə yenidən strukturlaşır
Təkrar yaşayış mənzil bazarında satış müddəti tədricən yenidən artır. Amma kredit sistemi təkmilləşmədiyindən bazarda alıcıların alıcılıq qabiliyyəti indeksi hələ çox zəifdir. Daşınmaz əmlak bazarında cari il üçün müxtəlif istiqamətlər üzrə araşdırmalar aparan "MBA LTD" Konsaltinq və Qiymətləndirmə Şirkətinin ekspertləri bu qənaətə gəliblər. Qurumdan qəzetimizə bildirilib ki, ötən ay ərzində təkrar bazarda satışda olan mənzillərin sayı 4,3 faiz azalaraq 3143 ədəd olub: "Həmin mənzillərin çoxu təkrar satışda olub. Alıcı portfelinin həcminin azalması müşahidə edilib və alıcılar ay ərzində bazarda ehtiyatlı olublar. Noyabr ayı ərzində təkrar bazarda bağlanan əqdlərin dinamikası zəifləyib və transaksiya xərcləri artıb". Ekspozisiya müddəti isə 4,4 faiz artaraq 141 günə bərabər olub: "İlkin bazardan fərqli olaraq təkrar bazarda 2 otaqlı mənzillər 37,2 faizlə pay çoxluğuna malik olub. Bu da bazarın real tələbi əsasında "iş adamları" hesabına formalaşıb". Ekspertlər bildirirlər ki, əhalinin mənzillərə sosial tələbi sərtləşir və tədricən mənzilə tələb portfeli iri sahəli mənzillərin xeyrinə yenidən strukturlaşır.
|
Oxumaq
08.12.09
|
| |
|
|
Döyüşə tələbələr gedir
|
İran müxalifəti hakimiyyətə damdan gəlmək istəyir
Dünən İranda Amerika səfirliyinə hücum zamanı ölən tələbələrin xatirəsinə həsr olunan mitinq keçirilib. BBC-nin yaydığı xəbərə görə, hər il dekabrın 7-i İranda Milli Tələbə Günü kimi qeyd olunur. Hökumət də bu dəfəki aksiyaya prezident seçkilərinin nəticələrindən narazı olan müxalifət tərəfdarlarının qoşulacağından ehtiyat edərək, onun keçirilməsinə icazə verməyib. Hüquq mühafizə qüvvələri səhər saat 6-dan Tehran Universitetini mühasirəyə alıb. Müxtəlif dəyənək, gözyaşardıcı qaz və silahla yaraqlanan yüzlərlə polis və mülki geyimli hökumət məmurları Tehran Universitetini dörd bir yandan, o cümlədən təhsil ocağının əsas giriş qapısını nəzarətə götürüb. Lakin tələbələr aksiyanı keçirməyə müvəffəq olublar. Maraqlıdır ki, tələbələrin nümayiş keçirməyə hazırlaşdığı bir vaxtda ölkədə internet və mobil telefon xidmətləri yavaşıyıb və yaxud ümumiyyətlə, kəsilib.
|
Oxumaq
08.12.09
|
| |
|
|
"Ola bilər ki, onlar bizə yeni təkliflər versinlər"
|
Araz Əzimov: "Ümid edirik ki, Ərdoğan Vaşinqtondan Dağlıq Qarbağ münaqişəsinin həllində ciddi addımlar tələb edəcək"
Dünən Bakıda Azərbaycan-NATO beynəlxalq məktəbinin qış sessiyası başlayıb. Kiber-təhlükəsizliyə həsr olunan tədbirə dünyanın 16 ölkəsindən tələbələr və mütəxəssislər qatılıb. Tədbirdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, Azərbaycan artıq növbəti Fərdi Tərəfdaşlıq proqramı üzrə (İPAP) NATO ilə üçüncü ikillik əməkdaşlıq mərhələsinə hazırlaşır. Diplomatın sözlərinə görə, İPAP çərçivəsində nəzərdə tutulan islahatlardan biri Müdafə Nazirliyində bir sıra rəhbər vəzifələrə mülki şəxslərin təyin olunmasıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən sessiya dekabrın 13-dək davam edəcək. A.Əzimov bildirib ki, Azərbaycan NATO ilə imzalanan Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Palanının (İPAP) növbəti iki illik mərhələsinə başlamağa hazırlaşır. Onun sözlərinə görə, bu, İPAP-ın 3-cü ikiillik mərhələsidir. Nazir müavini gələn ilin mart-aprel aylarında İPAP çərçivəsində görülən işlərin əvvəlcə Azərbaycanın ayrı-ayrı hökumət strukturlarında, daha sonra NATO tərəfindən dəyərləndirilməsinin aparılacağını deyib. A.Əzimov bildirib ki, İPAP çərçivəsində nəzərdə tutulan planlar 99 faiz icra olunur. Onun sözlərinə görə, növbəti ikiillik mərhələnin 2010-cu ilin iyun ayında başlaması gözlənilir.
|
Oxumaq
08.12.09
|
| |
|
|
İran da Minsk qrupundan narazıdır
|
Səfir Məhəmməd Bagir Bəhrami: "Onlar öz maraqlarını güdürlər"
Dünən İran İslam Respublikasının ölkəmizdəki səfiri Məhəmməd Bagir Bəhrami mətbuat konfransı keçirib. İran hökumətinin Azərbaycanla viza reyimini birtərəfli qaydada ləğv etməsinə həsr olunan mətbuat konfransında səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin əvvəlində İrana səfəri zamanı imzalanmış sənədlərdən birində hər iki ölkə vətəndaşlarının bir ölkədən digərinə gediş-gəlişini təşviq etmək və bu prosesi asanlaşdırmaq nəzərdə tutulub: "Azərbaycanla İran müştərək mədəniyyətə, tarixə, dinə, 770 kilometr ümumi sərhədə malikdir. Sərhəd ərazilərində yaxın qohumlar yaşayır, bizim sərhəd şəhərlərimizin dili Azərbaycan dilidir. Bu insanların yüz faiz haqqı var ki, bir-birinin evinə sərbəst şəkildə qonaq gedə bilsin". M.B.Bəhrami bu ilin 9 ayı ərzində Azərbaycandan İrana 35 min nəfərin səfər etdiyini deyib. O, İranın Türkiyə ilə də viza reyimini ləğv etdiyini söyləyib. "Ümid edirik ki, Azərbaycan tərəfi də öz növbəsində İran vətəndaşlarının Azərbaycana səfər etmələri üçün vizanın ləğvi barədə qərar qəbul edəcək" - deyə M.B.Bəhrəmi yurnalistlərə bildirib. Onun sözlərinə görə, 2010-cu il yanvarın 1-dən Azərbaycan vətəndaşları İrana vizasız gedə və orada 1 ay qala bilər. "Zərurət yaranarsa, Azərbaycan vətəndaşı bir ay keçəndən sonra vətənə qayıda, sonradan yenə də İrana gedə bilər" - deyə səfir vurğulayıb.
|
Oxumaq
08.12.09
|
| |
|
|
"Etüd" art kafesi ilk tədbirini keçirdi
|
|
Şənbə günü "Etüd" art kafesində şair Zahir Əzəmətlə oxucuların görüşü keçirildi. Tədbirə KİV nümayəndələri və poeziyasevərlər dəvətli idi. Tədbiri giriş sözü ilə açan art-kafenin rəhbəri Yalə İsmayıl bildirdi ki, "Etüd" mərkəzi əvvəlcə kitab və rəsm salonu kimi fəaliyyətə başlayıb. Yenicə açılan eyniadlı kafe isə intellektual istirahətə üstünlük verən oxucular üçün nəzərdə tutulub. Belə ki, kafedə oxucular çay və kofe içərək sevdiyi kitablarla baş-başa qalmaq, ədəbi-mədəni müzakirələrə qatılmaq, xoşladıqları yazarlarla görüşmək imkanı qazanacaqlar: "Məqsədimiz mədəniyyət ab-havalı kiçik bir məkan yaratmaq idi. İstərdik ki, bura sənət adamlarının fikir mübadiləsi edəcəyi bir məkan olsun!" Y.İsmayıl bildirdi ki, art-kafedə çağdaş yazarlar və sənət adamlarıyla mütəmadi görüşlərin keçirilməsi, sənət gecələrinin təşkil edilməsi nəzərdə tutulub.
|
Oxumaq
08.12.09
|
| |
|
|
Bakı-Tiflis-Qars dəmir yolu üzrə işlər 2012-ci ildə tam yekunlaşdırılacaq
|
Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı (BTQ) layihəsi üzrə Gürcüstan ərazisində mövcud olan problemlər tam aradan qaldırılıb. Bu barədə "APA-Economics"ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Artıq Gürcüstan tərəfinin iştirakı ilə yeni dəmir yolu xəttinin keçəcəyi ərazi layihələndirilib və dəmir yolunun keçdiyi bəzi yerlərdə əhali ilə yaranmış mübahisələr həll olunub. Hazırda yeni dəmir yolu xəttinin yol yatağının hazırlanması və tikintisi, mövcud yolun rekonstruksiyasının layihəsi üzərində işləri aparılır. Bununla yanaşı, Gürcüstanın Türkiyə ilə sərhədində təkər dəyişmə məntəqəsi üçün yer seçilib. Burada hərəkət istiqamətindən asılı olaraq Avropa standartlarına uyğun 1 435 mm ölçülü təkərlər sovet standartlarına uyğun 1 520 mm ölçülü təkərlərlə, həmçinin əksinə dəyişdiriləcək.
|
Oxumaq
08.12.09
|
| |
|
|
Qeyri-sabit hava şəraiti davam edəcək
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloyi Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 8-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Gecə 4-6, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır. Dekabrın 9-da hava buludlu olacaq, gündüz arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə 2-4, gündüz 4-6 dərəcə isti qeydə alınacaq. Dekabrın 10-da hava buludlu olacaq, arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru havanın yağıntılı olacağı ehtimalı var.
|
Oxumaq
08.12.09
|
| |
|
|
"Rusiya vasitəsilə Qarabağ probleminin həlli perspektivini görmürəm"
|
Fazil Mustafa: "Amma bununla belə, Rusiya faktorunun inkar olunmasının da əleyhinəyəm"
Məlum olduğu kimi, parlamentin son toplantılarından birində çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, vaxtilə Rusiya torpaqlarımızın Ermənistan tərəfindən işğalında yaxından iştirak etsə də, indi vəziyyət münaqişənin həlli ilə bağlı Moskva ilə daha yaxından əməkdaşlıq etməyi tələb edir. O qeyd edib ki, əgər Kremllə hansısa razılaşma əldə edilərsə, hətta Azərbaycan Rusiya-Belarus İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola, o cümlədən Rusiyanın hərbi bazaları yenidən ölkəmizdə yerləşdirilə bilər. Millət vəkilinin bu fikri geniş müzakirə mövzusuna çevrilib. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa həmkarının fikirlərinə hörmətlə yanaşsa da, onunla razılaşmır.
|
Oxumaq
08.12.09
|
| |
|
|
Tələbə problemlərinin mediada işıqlandırılması müzakirə edilib
|
Mətbuat Şurasında tələbə problemlərinin KİV-də işıqlandırılması məsələlərinə dair dəyirmi masa keçirilib. Şuradan APA-ya verilən məlumata görə, ölkədə fəaliyyət göstərən aparıcı tələbə təşkilatlarının təmsilçilərinin, MŞ İdarə Heyəti üzvlərinin və qəzet baş redaktorlarının qatıldıqları tədbiri açan şura sədri Əflatun Amaşov KİV-də tələbə problemlərinin işıqlandırılması sahəsindəki mövcud vəziyyətdən danışıb. Onun fikrincə, tələbələr daha çox təşkilatlanmalı və media ilə əlaqələrini gücləndirməyə çalışmalıdır. Azərbaycan Tələbələr Birliyinin sədri Elnur Aslanov rəhbərlik etdiyi qurumun məhz bu zərurətdən irəli gələrək fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
|
Oxumaq
08.12.09
|
| |
|
|
|
|
|