Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 5.12.2009
Səhifələr : 1 2 » #
Yurdda sülh, cahanda sülh
Türkiyə hamı ilə dostluq etmək istəyir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin xarici siyasəti barədə BBC-yə eksklüziv müsahibə verib. Qərblə İran arasında vasitəçiliyi mühüm saydığını bildirən nazir ölkəsinin Əfqanıstan, Qafqaz, İran və Yaxın Şərqə dair yürütdüyü siyasət barədə ətraflı məlumat verib. BBC müxbiri Coni Daymondun "Türkiyə Qafqazlarda və başqa yerlərdə fəallaşmaqla yeni Osmançılıq siyasəti həyata keçirirmi" sualını cavablandıran nazir Əhməd Davudoğlu deyib ki, Türkiyə Qafqazlarda tam sabitliyə nail olmaq istəyir: "Tam, əhatəli sabitliyə. Cənubi Qafqazda dondurulmuş münaqişələrin həllini istəyirik. Biz bunu regionda aparıcı qüvvə olmaq üçün, bəzilərinin dediyi kimi, yeni osmançılıq xətrinə etmirik. Türkiyəyə sabit, təhlükəsiz, firavan mühit lazımdır. Bizim milli marağımız bundan ibarətdir".
Qeyd edək ki, çoxları bu qənaətdədir ki, Davos zirvə toplantısından sonra və sonrakı aylarda Türkiyənin İsraillə münasibətləri geriyə doğru istiqamət götürüb.
Oxumaq
05.12.09  
 
"Qalatasaray" birinciliyi təmin etdi
"Panatinaikos"u ikinci dəfə məğlub etməklə

Avropa liqasında 5-ci turun D, E, F, Y, K və L qruplarında nəzərdə tutulan oyunları dekabrın 3-də keçirilib. İlk baxışdan elə bir sensasion nəticənin qeydə alınmadığını söyləyə bilərik: imkanları yüksək dəyərləndirilən əksər komandalar qələbə qazandı. Artıq qrup mərhələsində yarışan 48 komandadan 15-i azarkeşlərini erkən sevindirib. Hesabat turunun çərşənbə günü keçirilən oyunlarından sonra pley-off mərhələsinə vəsiqəni təmin edən komandalar sırasına cümə axşamı PSV, "Roma", "Atletik" və "Sportinq" də qoşuldu. Beləliklə, hər qrupa 2 vəsiqə ayrıldığını nəzərə alsaq, 24 vəsiqədən 9-nun sahibinin kimliyinə son turda aydınlıq gələcək.
D qrupunda liderlik mövqeyində olan "Sportinq"ə 1/16 finala çıxmaq üçün "Herenven"lə ev oyununda bir xal qazanmaq kifayət edəcəkdi. Hollandlar Lissabonda güclü rəqibinə yetərincə müqavimət göstərsə də, Qriminin son dəqiqədə reallaşan qolu onları sonda heç-heçəylə barışmağa vadar etdi.
Oxumaq
05.12.09  
 
Minarəsiz Avropa
Almanlar və fransızlar da isveçrəlilər kimi düşünür

Minarələrin tikintisini ləğv etməklə beynəlxalq təpki altına düşən İsveçrəyə qarşı təzyiqlər güclənir. BMT-nin insan haqları üzrə komissarı Navatenhem Pilley referendum yolu ilə qəbul edilən qərarı həddən artıq uğursuz addım adlandırıb. Türkiyə isə dünya müsəlmanlarını İsveçrə banklarındakı pullarını çıxarmağa çağırıb. Bu bəyanatla Türkiyənin Avropa Birliyi ilə danışıqları aparmağa məsul olan dövlət naziri Egemen Baxış çıxış edib. Bazar günü keçirilən səsvermənin nəticələri onsuz da isveçrəli maliyyəçiləri narahat edirdi. İndi isə türk nazirin bəyanatı onları lap təəccübləndirib. "Cenevrə maliyyə mərkəzi"nin rəhbərlərindən biri olan Stiv Bernar vurğulayıb ki, kapitalın çıxarılması barədə təşəbbüs düzgün deyil, çünki onlar əvvəldən referendumun keçirilməsinə qarşı olublar.
Oxumaq
05.12.09  
 
Ailələrdə az, üstəlik də oğlan uşağının doğulması narahatlıq yaradır
"Qəhrəman ana" adının bərpası təklif edilir

2009-cu ildə Azərbaycanda elan olunmuş "Uşaq ili" çərçivəsində nəzərdə tutulan tədbirlər proqramı uğurla icra olunur. Bu istiqamətdə görülən bütün işlərə ilin sonunda yekun vurulacaq. Bu sözləri dünən YAP qərargahında keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova bildirib. Komitə rəhbərinin sözlərinə görə, hazırda ölkədə uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq dövlət proqramı həyata keçirilir: "Bu proqramlarda komitə də yaxından iştirak edir. Azərbaycanda uşaq problemlərinin həlli yalnız "Uşaq ili" çərçivələri ilə məhdudlaşmır, uzunmüddətli dövlət strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların pozulmasının qarşısının alınması, respublikamızın tərəfdar çıxdığı sahələr üzrə beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək komitənin vəzifələrinə daxildir. Bununla əlaqədar "Uşaq ili" çərçivəsində həyata keçirilən tədbirlər planında komitə tərəfindən bir sıra istiqamətlər üzrə əməli addımlar atılır".
Oxumaq
05.12.09  
 
Yerevan münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə rəsmi razılıq verib
Erməni müxalifəti: "Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilsə də, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq"

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Bu barədə ABŞ müdafiə naziri köməkçisinin müavini Selest Uolander Ermənistan rəhbərliyi ilə görüşü zamanı bəyan edib. "Barak Obama administrasiyası Qarabağ münaqişəsinin güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların bərabərliyi və millətlərin öz müqəddəratını müəyyən etməsi prinsiplərinə əsaslanan sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir" - deyə ABŞ-ın Ermənistandakı səfirliyini mətbuat xidmətindən S.Uolanderin sözlərindən sitat gətiriblər. S.Uolander Yerevanda Ermənistan prezidenti Sery Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və digər rəsmi şəxslərlə də görüşüb.
Oxumaq
05.12.09  
 
Bakılılar "donuz qripi"ndən qorxmur
Paytaxt əhlinin yarısı virusa qarşı əsas vasitə kimi mürəbbə, bal və digər "dədə-baba üsulları"nı tövsiyə edir

"Rəy" Monitorinq Mərkəzi noyabrın 23-dən 26-dək Bakı şəhərində 700 respondent arasında "donuz qripi" ilə bağlı keçirdiyi sorğunun nəticələrini təqdim edib. Sorğu noyabr ayının 23-26-da keçirilib. Sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti (71 faiz) "donuz qripi" barədə yetərincə məlumatlı olduqlarını bildiriblər. Respondentlərin 28 faizi isə bu xəstəlik barədə müəyyən məlumata malik olduqlarını qeyd ediblər. Yalnız 1 faiz etiraf edib ki, bu virus barədə ilk dəfə sorğu götürənlərdən eşidirlər.
Oxumaq
05.12.09  
 
Bakıda əmək yarmarkası keçirilib
Dünən Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti tərəfindən əmək yarmarkası keçirilib. "APA-Economics"in məlumatına görə, yarmarkada Bakı şəhərində fəaliyyət göstərən 841 idarə və müəssisə tərəfindən 6564-ə yaxın boş (vakant) iş yerləri təqdim edilib ki, bunlardan 5314-ü özəl sektor tərəfindən verilib.
Oxumaq
05.12.09  
 
Yaxın vaxtlarda elmin inkişafı üçün qrantlar ayrılacaq
"Yaxın vaxtlarda Azərbaycanda elmin inkişafı üçün qrantlar ayrılacaq. Bu da elmin inkişafına stimul verəcək". APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov yurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, prezidentin Elmin İnkişaf Fondunun yaradılması ilə bağlı sərəncamından sonra elmin inkişaf etdirilməsi ilə bağlı şərait daha da yaxşılaşacaq. Nazir deyib ki, ildə bir dəfə elmi konfransların keçirilməsi nəzərdə tutulub ki, bu da gənc alim və tədqiqatçılara dəstək məqsədi daşıyır.
Oxumaq
05.12.09  
 
Mütəllim Mütəllimov yad ediləcək
Dövlət Muğam Teatrı ustad xanəndə Mütəllim Mütəllimovun 100 illik yubileyinə hazırlaşır. Teatrın direktoru Arif Qazıyevin bildirdiyinə görə, dekabrın ayına nəzərdə tutulan mərasim Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə keçiriləcək. O bildirdi ki, hazırda yubileyə hazırlıq işləri gedir.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbirdə M.Mütəllimovun yetirmələrinin ifasında səslənən muğam və dəsgahlar dinləniləcək. Eyni zamanda, məşhur muğam ifaçısının keçdiyi həyat və yaradıcılıq yolunu işıqlandıran fotosərgi də təqdim olunacaq.
Oxumaq
05.12.09  
 
Zöhrə Abdullayeva İsraildə konsert verəcək
Əməkdar artist Zöhrə Abdullayeva İsraildə konsert proqramı ilə çıxış edəcək. Sənətçi xanımın bildirdiyinə görə, konsert dekabrın 16-17-si tarixləri üçün nəzərdə tutulub. İsraildə ilk dəfə çıxış edəcəyini bildirən Z.Abdullayeva hazırda konsertin repertuar hazırlıqları ilə məşğuldur. Onun məlumatına görə, konsertdə xalq və bəstəkar mahnıları səsləndiriləcək. Eyni zamanda, o, mərhum müğənni Məmmədbağır Bağırzadənin repertuarından bir neçə mahnı ifa edəcək.
Oxumaq
05.12.09  
 
Səhifələr : 1 2 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •