Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 4.12.2009
Səhifələr : 1 2 3 4 5 » #
İnternetdə milli sosial şəbəkə istifadəyə veriləcək
Bu il dekabrın 31-də "Yallı" adlanan ilk Azərbaycan dilli sosial şəbəkə qeyri-test reyimdə internet auditoriyanın istifadəsinə veriləcək. "YUMROO" şirkətinin Marketinq üzrə direktoru Mikayıl Məmmədovun "APA-Economics"ə verdiyi məlumata görə, son iki ay ərzində şəbəkə test reyimində internet auditoriyaya təqdim edilib və artıq minlərlə istifadəçi qazanıb.
Oxumaq
05.12.09  
 
QHT-lərə Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu 10 layihəni maliyyələşdirə
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun "Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri" mövzusunda elan etdiyi birgə maliyyə yardımı müsabiqəsinin nəticələri elan olunub. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, oktyabrın 2-dən 30-dək keçirilən müsabiqəyə 33 QHT-dən layihə daxil olub. Layihələr şuranın və ACİ-YF-nin ekspertlərinin iştirakı ilə birgə müzakirə olunaraq qiymətləndirilib. Nəticədə müsabiqənin şərtlərinə cavab verən 10 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib.
Oxumaq
05.12.09  
 
Qəza vəziyyətində olan məktəblər üçün 3 milyon manat ayrıldı
Dünən prezident İlham Əliyev "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamın preambulasında qeyd edilir ki, ölkədə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının inkişafına, məktəb binalarının təmirinə mütəmadi şəkildə dövlət qayğısı göstərilir. Amma görülən işlərə baxmayaraq, ölkədə qəza vəziyyətinə düşmüş, təlim və tədris şəraiti olmayan ümumtəhsil məktəbləri hələ də qalmaqdadır. Prezident qəza vəziyyətində olan ümumtəhsil müəssisələrinin müasir səviyyədə yenidən qurulması işlərinin davam etdirilməsini təmin etmək məqsədi ilə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayırıb.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Oxumaq
05.12.09  
 
ATƏT Dağlıq Qarabağ nizamlanmasının gedişatından razıdır
Yunanıstan təşkilat adından bəyanat yayıb

ATƏT-ə sədrlik edən Yunanıstanın adından ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin və Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin dekabrın 1-də qəbul etdiyi bəyanatla əlaqədar bəyanat verilib. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların pozitiv dinamikası alqışlanır və tərəflər hamı tərəfindən qəbul olunan sülh müqaviləsinin ilkin variantını hazırlamağa səslənir: "Biz ATƏT-ə həmsədrlik edən ölkələrin xarici işlər nazirləri - Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatını alqışlayır və tərəfləri danışıqların pozitiv dinamikasını davam etdirməyə çağırırıq. Biz, həmçinin onların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Madrid sənədinə əsaslanan baza prinsiplərini müəyyənləşdirmək işini yekunlaşdırmaq barədə qərarını və dərhal bütün tərəfləri qane edəcək sülh sazişini hazırlamaq qərarını dəstəkləyirik".
Oxumaq
04.12.09  
 
Zəngəzurun Ermənistana verilməsi qərarının ləğv edilməsi təklif olunur
Gültəkin Hacıbəylinin fikrincə, bu qərarı Azərbaycan deyil, ölkəmizi işğal etmiş reyim verib

Son 17 ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik fəaliyyətində heç bir uğur əldə etməyən ATƏT-in Minsk qrupunun, onun həmsədrlər institutunun bundan sonra da fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bu cür düşünür. Onun fikrincə, ATƏT-in Minsk qrupu 17 illik fəaliyyəti dövründə vasitəçilik missiyasını yerinə yetirməkdən çox görüntü yaratmaqla məşğul olub. Çünki Minsk qrupunun təməli qeyri-proporsional format üzərində qoyulub: "Minsk qrupunun tərkibinə, onun həmsədrlər institutuna diqqət yetirəndə görürük ki, burada bir disbalans var". G.Hacıbəyli hesab edir ki, həmsədrlərdən biri olan Rusiya münaqişə başalayandan birmənalı olaraq Ermənistanın yanındadır.
Oxumaq
04.12.09  
 
Nyu-York eynicinsli olmaq istəmir
Ştat senatı homoseksualların istəyini rədd edib

Nyu-York ştatının Senatı eynicinsdən olanların nikaha girməsini nəzərdə tutan qanun layihəsini rədd edib. Bununla da Nyu-Yorku eyni cinsdən olanların nikahının qanuniləşdirən altıncı ştat olmasını istəyən seksual azlıqların arzusu ürəyində qalıb. Senatın dünənki toplantısında qanun layihəsinin əleyinə 38, lehinə isə 24 nəfər səs verib. Halbuki demokratların çoxluq təşkil etdiyi Nyu-York şəhərinin dövlət yığıncağı üç dəfə bu qanun layihəsini qəbul edib. Lakin Senatın müzakirəsinə çıxarılmayıb.
Nyu-York şəhərinin Senatında çoxluğun demokratların əlində olmasına baxmayaraq, senatorlar layihənin qəbuluna qarşı çıxıblar. Cinsi azlıqları müdafiə edən ştatın qubernatoru Devid Paterson vurğulayıb ki, əgər Senat sənədi qəbul etsəydi, böyük məmuniyyətlə ona səs verərdi: "Bu, vətəndaş hüquqlarına aid məsələdir". Nyu-York şəhərinin meri Maykl Blumberq də məsələdən kənarda qalmayaraq, Senatın qərarından təəssüfləndiyini deyib: "Tarixi dəyişikliklər elə də asan olmur. Lakin bu səsvermə həlledici addım idi. Bu, sonda bütün cütlüklərin hüquqlarının tam şəkildə əldə olunmasına gətirib çıxaracaq".
Oxumaq
04.12.09  
 
FİFA Anrini cəzalandıracaq
Blatter fransız futbolçunu "Fair play" qaydalarına zidd hərəkət etməkdə günahlandırıb

FİFA 2010-cu il dünya çempionatının pley-off mərhələsi çərçivəsində Fransa - İrlandiya oyunu ilə bağlı araşdırmalara başlayıb. Apasport.az saytının məlumatına görə, araşdırma bu matçın əlavə vaxtında fransızların kapitanı Tyerri Anrinin topu əllə saxlayıb, komanda yoldaşı Vilyam Qallasa məhsuldar ötürmə verməsi ilə bağlıdır.
Məhz bu ötürmədən sonra hesab bərabərləşib (1:1) və meydan sahibləri final mərhələsinə vəsiqə qazanıblar. Ancaq isveçli baş hakim Martin Hansson həmin aşkar qayda pozuntusunu qeydə almayıb. Nəhayət, məsələyə rəsmi səviyyədə qarışan FİFA İntizam Komitəsinə göstəriş verib. Anrinin hərəkətini araşdırıldıqdan sonra onun cəzalandırılması mümkündür. Hərçənd, Fransa yığmasının 32 yaşlı kapitanı qarşılaşmanın ardından verdiyi açıqlamada əllə oynadığını etiraf edərək, məsuliyyəti hakimin boynuna yıxıb.
FİFA prezidenti Yozef Blatterin sözlərinə görə, Anri "Fair play" qaydalarına zidd hərəkət edib və bunu bütün dünya görüb.
Oxumaq
04.12.09  
 
Gələn il "E- hökumət" layihələri daha geniş tətbiq ediləcək
Elmir Vəlizadə: "Bu layihələrin tətbiqi nəticəsində internetin inkişafına yeni təkan veriləcək"

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə dünən Azərbaycanda I Milli İnternet-Forum öz işinə başlayıb. "YUMROO" Milli Axtarış Portalının (www.yumroo.az) təşkilatçılığı ilə reallaşan tədbirə Gənclər və İdman Nazirliyi, "AzeriCard" şirkəti, "HP" şirkətinin Azərbaycandakı nümayəndəliyi və "İrəli" İctimai Birliyi də dəstək verib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iki gün davam edəcək forumun məqsədlərindən söz açıb: "Forumun əsas məqsədi bu sahədə gedən proseslərin qiymətləndirilməsi və müzakirəsi, həmçinin ölkənin İKT sahəsində gələcəkdə görüləcək işləri müəyyən etməkdir".
Bu il internetin tarixi üçün əlamətdar il olduğunu deyən nazir müavininin sözlərinə görə, Azərbaycanda internetin inkişaf prosesləri dünya prosesləri ilə paralel gedir: "Azərbaycanda internet istifadəçilərinin sayının artırılmasına yönələn tədbirlər həyata keçirilir. 2009-cu ildə dünyada internet-şəbəkənin yaradılmasının 40 illiyi qeyd olunur. Hazırda dünyada İnternet istifadəçilərinin sayı 1,4 milyard nəfər təşkil edir. Azərbaycan da bu proseslərdən kənarda qalmır və internet istifadəçilərinin sayının artırılması, geniş zolaqlı internetin inkişafı üçün addımlar atır". Azərbaycan internetinin tarixinə də toxunan E.Vəlizadə artıq 1995-ci ildə ölkədə ilk saytın işlədiyini, 1997-ci ildə isə www.prezident.az - ilk dövlət internet saytının istifadəyə verildiyini xatırladıb. Ölkənin internet seqmentinin nailiyyət və inkişaf məsələlərindən də danışan RİTN rəsmisi provayderlərin fəaliyyəti üçün lisenziya tələb olunmamasını və son vaxtda internet xidmətlərinin qiymətlərinin dəfələrlə azalmasını xüsusi vurğulayıb:
Oxumaq
04.12.09  
 
QHT-lər sosial sığortadan azad edilə bilər
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini bu təklifi dəstəklədi

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin Məsuliyyət Xartiyası adlı sənəd hazırlayıb. Bu barədə dünən Bakıda "QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq" mövzusunda keçirilən konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev məlumat verdi. O qeyd etdi ki, hazırlanın sənəd QHT-lərin fəaliyyətini tənzimləyəcək. Şura sədri bildirdi ki, QHT sektorunda rüşvət və korrupsiya da aktual məsələlərdir. Buna görə də buna dair etik kodeks olmalıdır.
Oxumaq
04.12.09  
 
Aşıq sənəti və Novruz bayramı beynəlxalq səviyyədə tanınacaq
Milli sərvətlərimiz YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına düşəcək

Azərbaycan Aşıq sənəti və Novruz bayramı bu ilin oktyabr-noyabr aylarında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu yöndə təbliğat tədbirləri isə artıq xeyli müddətdir ki, davam etdirilir. Belə ki, bu il mart ayının 29-da Fransanın "Maison des Cultures du Monde" Assosiasiyası və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində Parisin məşhur Luvr Muzeyində Azərbaycan aşıqlarının konserti keçirilib. Bu Assosiasiya ilə birgə aşıq sənətinə həsr olunmuş CD buraxılıb. Həmçinin cari ilin mart ayında Strasburq Konservatoriyasının konsert zalında aşıq musiqisi konserti keçirilib.
Oxumaq
04.12.09  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •