Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 30.12.2009
Səhifələr : 1 2 3 4 » #
Milli Məclisin payız sessiyası başa çatdı
Dünya azərbaycanlılarına müraciət qəbul olundu

Dünən payız sessiyası çərçivəsində Milli Məclisin sonuncu iclası keçirildi. İclasda əvvəlcə bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi ilə bağlı əsasnamə müzakirə olundu. Bu barədə məlumat verən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, əsasnamə bələdiyyələrin dövlət reyestrinin aparılmasını, onlara şəhadətnamələrin verilməsini nəzərdə tutur. Bu iş Milli Məclis Aparatı tərəfindən həyata keçiriləcək. Həmçinin bələdiyyələrin kağız və elektron xəritələri hazırlanacaq. Bu xəritələrdə bələdiyyələrin sərhədləri, mülkiyyətləri, bələdiyyə ərazilərindəki strateyi obyektlər, su, qaz, işıq xətləri, neft və qaz kəmərləri, poçt və digər mühüm obyektlər barədə məlumatlar yer alacaq. Bələdiyyələrin dövlət reyestrinin nəticələri Milli Məclisin rəsmi saytında yerləşdiriləcək. Həmçinin bələdiyyələrin elektron xəritələri ilə də həmin saytda tanış olmaq mümkün olacaq. 5 ildən bir Milli Məclis tərəfindən bələdiyyələrin dövlət reyestrinin nəticələrini özündə əks etdirən toplu nəşr olunacaq.
Müzakirələrdə çıxış edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Milli Məclisin bələdiyyələrin dövlət reyestrini aparmaq üçün texniki imkanlara malik olub-olmadığını soruşdu.
Oxumaq
30.12.09  
 
Macarıstan da "Madrid prinsipləri" deyir
XİN rəhbəri Piter Balas: "Problemin həllinin yeganə yolu budur"

"Macarıstan Azərbaycanı Cənubi Qafqaz regionunda strateyi tərəfdaş kimi görür". Bu ölkənin xarici işlər naziri Piter Balas bildirib ki, Macarıstan ölkəmizin müstəqilliyini 1991-ci ildə tanıyıb, üstündən bir il sonra isə diplomatik münasibətlər qurulub. 2009-cu il yanvarın 12-də Macarıstanın ölkəmizdəki səfirliyi açılıb. Onun sözlərinə görə, ölkələrimiz arasında çox gözəl siyasi münasibətlər qurulub və Macarıstanla Azərbaycan arasında hər hansı bir fikir ayrılığı yoxdur: "O ki qaldı iqtisadi əməkdaşlığa, imzalanan sazişlər sayəsində hazırda bu məsələ yüksəliş səviyyəsindədir".
Nazir vurğulayıb ki, son illər ərzində iki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərləri baş tutub. Belə ki, prezident İlham Əliyevin 2008-ci ilin fevral və 2009-cu il yanvarında Budapeştə səfərləri həyata keçirilib, Macarıstanın baş naziri və spikeri Bakıda səfərdə olub. Onun sözlərinə görə, onları ən çox heyrətləndirən maliyyə böhranı dövründə Azərbaycanın iqtisadi yüksəliş tempini qoruyub saxlamasıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 85,9 mln. dollar təşkil edib, bu ilin yanvar-sentyabr ayında isə bu rəqəm 62,7 mln. dollar olub:
Oxumaq
30.12.09  
 
"Vaqifə uğurlar arzulayıram"
Rəşad Sadıqov bayramı İstanbulda keçirəcək

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Türk mətbuatında yenidən "Kocaelispor"a qayıtmaq variantınız gündəmə gəlib. İzmit təmsilçisinin yeni prezidenti Muammer Çelik bunu gerçəkləşdirməkdə israrlıdır. Hətta deyilənə görə, bu günlərdə İzmitə yollanacaqsınız...

- İlqar Qurbanovun dəvəti ilə bu gün İstanbula gedirəm. Bildiyiniz kimi, İlqar orada yaşayır. Təklif etdi ki, 2-3 gün istirahət edək. Bunu böyük məmnuniyyətlə qəbul etdim və bir neçə gün İlqarın qonağı olacağam. Çelikə gəlincə, bir həftə öncə mənə zəng vurmuşdu. Onu klub prezidenti seçilməyi münasibəti ilə təbrik etdim, uğurlar arzuladım. Mənə dedi ki, güclü heyət qururuq və Superliqaya qayıtmaq üçün pley-offa düşmək şansımızı yoxlayacağıq. Düzdür, arada 17 xallıq fərq var.
Oxumaq
30.12.09  
 
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım
Prezidentin fərmanı ilə təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə yaranmış 327 milyon manat məbləğində borcu silindi

Dünən prezident İlham Əliyev əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə fərman imzalayıb. Fərmanın preambulasında qeyd edilib ki, son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilib, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyiş baş verib. Nəticədə əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilib, əhaliyə verilən təbii qazın dəyərinin tam həə ödənilməsini təşkil etmək məqsədi ilə sayğaclaşma işləri əsasən təmin edilib. Bununla yanaşı, təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub. Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloyi normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırır.
Prezident əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borclarını silib.
Oxumaq
30.12.09  
 
Tamaşa içində tamaşa
Hər bir sənət adamını zaman öz süzgəcindən keçirir, sənətdə öz yolu, deyim və görüm tərzi olan sənətçiyə isə özü ad verir: Sənətkar! Xalq artisti Vaqif Əsədov vaxtın və zamanın mükafatını alanlardandır. Ötən həftə Aktyorlar evində, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnələşdirdiyi türk yazarı T.Özakmanın "Ocaq" əsəri ilə o, bunu bir daha sübut etdi. Tamaşaçılarını həmişə düşünməyə vadar edən sənətkar bu dəfə daha maraqlı bir tamaşa ilə onların görüşünə gəldi.
Oxumaq
30.12.09  
 
Dekorativ-tətbiqi Sənət Festivalının yekun sərgisi keçirilir
Muzey Mərkəzində I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalının yekun sərgisi keçirilir. Festival qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması və bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədi ilə təşkil olunub. Festival zamanı nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri əsasən xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) növlərindən ibarət olub.
Oxumaq
30.12.09  
 
Tammetraylı bədii filmlərin ssenarilər müsabiqəsi keçirilir
Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspert Şurası 2011-ci ildə dövlət vəsaiti hesabına istehsala buraxılacaq tammetraylı bədii filmlərin ssenarilər müsabiqəsini elan edib. Müsabiqədə ayrı-ayrı müəlliflər və nazirliyin tabeçiliyində olan dövlət studiyaları tərəfindən təqdim olunan işlər iştirak edə bilər.
Müsabiqə iki mərhələdə keçiriləcək. Belə ki, 2010-cu il yanvarın 5-dən fevralın 28-dək kinossenarilərin sinopsisi (10 səhifəyədək) üç nüsxədə Ekspert Şurasına təqdim edilməlidir. Qaliblərin adları 2010-cu il martın 12-dək açıqlanacaq və onlara ədəbi ssenarilər üzərində işlənməsi təklif olunacaq.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqəyə təqdim olunan işlər şərh olunmur və geri qaytarılmayacaq.
Oxumaq
30.12.09  
 
Üç oğru yaxalanıb
Naftalan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq eədən şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılanlar Goranboy rayon sakinləri Bəxtiyar Qurbanov və Kamran Qurbanovdur. Onlar "Embavood" İnşaat MMC-nə məxsus "Çinar" Sağlamlıq Mərkəzinin ərazisindən 100 metr uzunluğunda elektrik kabeli və tikinti materiallarını oğurlamaqda təqsirləndirilir.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rüstəm Rüstəmova məxsus mağazadan 1080 manat oğurlayan həmyerlisi Sahib Abbasov tutulub. S.Abbasov əvvəllər də məhkumluq həyatı yaşayıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Oxumaq
30.12.09  
 
Ailə münaqişəsi bir nəfəri evsiz qoyub
Tofiq Nəcəfov qardaşının mənzilini qəsdən yandırıb

Yasamal rayonu Zərgərpalan küçəsində yaşayan Tofiq Nəcəfov ailə-məişət münaqişəsi zəminində qardaşı Oqtayın mənzilini qəsdən yandırıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, yanğın qonşuluqda yaşayan Nigar Göyçayskayanın və Eyvaz Məmmədbəyovun mənzillərinə də keçib. Nəticədə, ümumilikdə 71 kvm. sahədə yanar konstruksiyalar və oradakı ev əşyaları yanıb. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Nəcəfov tutulub. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
30.12.09  
 
Bir gündə 38 cinayət
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 38 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 28-i "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 1 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Gün ərzində 10 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 37 nəfər saxlanılıb.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq edib hadisə yerindən qaçan şəxs tutulub. Saxlanılan Tofiq Hüseynovdur. Saxlanılarkən T.Hüseynovdan 0,233 qram heroin götürülüb. T.Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun bu ilin noyabrın 18-də Bakı-Aeroport yolundakı "Azəryaşlandşaft" ASC-dən oğurluq etməsi də müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
30.12.09  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •