Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 30.12.2009
Səhifələr : # « 1 2 3 4
Şahin Diniyev kot d'ivuarlı futbolçunu sınayır
Şahin Diniyevin məşqçisi olduğu Qroznının "Terek" klubu afrikalı Alli Ndrini heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, Kot d'İvuardan olan müdafiəçi Ş.Diniyevin futbolçusu olmaq üçün baxışdan uğurla keçməlidir. Ötən mövsümü Rusiya çempionatının birinci divizionunda mübarizə aparan "Şinnik" klubunda keçirən Ndri qroznılılara heç də ucuz başa gəlməyəcək. Hər halda, Yaroslav təmsilçisinin baş direktoru Aleksandr Roynov Allinin satışından qazanmaq istədiklərini gizlətməyib.
"Ndri elə futbolçulardandır ki, Rusiyada ötən mövsümə kimi onun haqda heç bir şey məlum deyildi. Belə futbolçular sırasına aid olan Burmistrov, Reznikov, Voydelin də bir ildə qiyməti kəskin qalxıb. Ola bilsin ki, itkilərimizi istedadlı futbolçuların satışı ilə sığortalamağa çalışacağıq" - deyə o vurğulayıb.
Qeyd edək ki, "Terek" mövsümlərarası fasilədə iki yerli futbolçu transfer edib. Bunlar Rusiya Premyer Liqasında Nalçikin "Spartak" klubunda çıxış etmiş müdafiəçi Dmitri Yatçenko ilə hücumçu Şamil Asildarovdur.
Oxumaq
30.12.09  
 
Vadim Borets: "Heç bir komandadan çəkinmirik"
"Moskvaya kuboku qazanmaq məqsədi ilə yollanırıq. Heç bir komandadan çəkinmirik. Turnirdə ən çox oyun keçirən futbolçulardan biri kimi deyə bilərəm ki çempion olmaq üçün şanslarımız yüksəkdir". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Bakı" klubunun futbolçusu Vadim Borets deyib.
Yanvarda Moskvada startı veriləcək ənənəvi "Birlik Kuboku" turniri barədə klubun saytına açıqlama verən moldovalı futbolçunun sözlərinə görə, üçüncü dəfə yarışın qalibi olmaq istəyir: "Mən bu turnirdə 16 yaşımda "Zimbru"nun heyətində debüt etmişəm. İki dəfə fəxri kuboku başım üzərində qaldırmışam. İlk dəfə "Şerif", ikinci dəfə isə "Neftçi" ilə qalib olmuşam. Üçüncü dəfə "Bakı" ilə uğur qazanıb rekorda imza atmaq arzusundayam".
Borets bu turnirdə 1994-cü ildən etibarən müxtəlif komandaların heyətində 38 oyun keçirib. Bu nəticə ilə o, artıq karyeralarını başa vurmuş Mixayıl Zimlinski (46 oyun) və Oleq Bloqonadeydnidən (40) sonra üçüncü ən çox oyun keçirən futbolçudur.
Oxumaq
30.12.09  
 
Demyanenkonun Azərbaycana qayıtmaq fikri yoxdur
"Hələlik Azərbaycana qayıtmaq fikrim yoxdur". Lent.az-ın məlumatına görə, bu sözləri "turnir.com.ua"ya açıqlamasında "Neftçi" futbol komandasının sabiq baş məşqçisi Anatoli Demyanenko deyib. Onun fikrincə, ölkəmizdə işləməyin özünəməxsus xüsusiyyətləri var: "Orada yerli məşqçilərə işləmək üçün komfort şərait yaradılır. Qalanlara isə çətindir".
Bununla belə, 50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycandan yaxşı təklif alsa və həmin komandanın qarşısına Avropa kuboklarında uğurlu çıxış vəzifəsi qoyulsa, ölkəmizə qayıdışı mümkündür. Ukraynalı məşqçi yerli "Obolon" komandasına baş məşqçi təyin olunduğu haqda xəbərləri də təkzib edib.
Qeyd edək ki, A.Demyanenko 2008-ci ilin yanvarın 7-dən avqustun 24-dək "Neftçi"nin baş məşqçisi olub.
Oxumaq
30.12.09  
 
Səhifələr : # « 1 2 3 4
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •