Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 3.12.2009
Səhifələr : 1 2 3 4 » #
Qadınlara evdə iş görən kimi yanaşılmamalıdır
Parlamentdə qadın problemləri ilə bağlı dinləmələr keçirildi

Dünən Milli Məclisdə Avropa Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dinləmələr keçirildi. Dinləmələrdə Daxili İşlər, Ədliyyə nazirlikləri, Baş Prokurorluq, beynəlxalq təşkilatlar və QHT-lərin təmsilçiləri, ombudsman Elmira Süleymanova iştirak etdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, qadınlara qarşı zorakılıq dünyanın ən aktual problemlərindəndir. Artıq neçə illərdir QHT-lər, hökumətlər, eləcə də beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər. Azərbaycan isə 2006-cı ildə Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub. Amma bundan əvvəl də ölkədə bu problemə qarşı mübarizə aparılıb, qanunvericilikdə ailə-məişət zorakılığının aradan qaldırılmasına dair müddəalar var.
B.Muradova "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsinin də yaxın bir il müddətində Milli Məclisdə qəbul ediləcəyini bildirdi.
Oxumaq
03.12.09  
 
Barak Buş
Obama Əfqanıstana daha 30 min hərbçi göndərir

ABŞ prezidenti Barak Obama nəhayət ki, Əfqanıstan müharibəsi ilə bağlı yeni strategiyanı açıqlayıb. Obama "Taliban" qüvvələrini məğlub etmək üçün Əfqanıstana əlavə 30 min əsgər göndərəcəyini və bu əsgərlərin həmin ölkədə ən azı 18 ay qalacağını elan edib. ABŞ lideri habelə administrasiyasının Əfqanıstandakı strateyi hədəfləri haqda məlumat verib. Nitqinin əvvəlində Obama Əfqanıstan müharibəsinin tarixi köklərinə ekskursiya da edib. O bildirib ki, ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsini əsaslandıran faktor 2001-ci il sentyabrın 11-də baş vermiş terror hadisələri olub. Əfqanıstanda yuva salan "Əl-Qaidə"nin Amerikaya hücum etməsindən sonra Birləşmiş Ştatlar özünü müdafiə məqsədilə "Əl-Qaidə"yə sığınacaq vermiş "Taliban" reyimini devirdi. Lakin bundan sonrakı müddətdə, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi diqqəti Əfqanıstandakı mübarizədən yayındırdı və nəticədə "Taliban" qalıqları güclənməyə başladı.
Oxumaq
03.12.09  
 
Rusiya klubları futbolçularımızla maraqlanır
Diqqət mərkəzində olanlar Mahir Şükürovla Vaqif Cavadovdur

"Mən komandadan kənarlaşdırılmamışam. Necə kənarlaşa bilərəm ki, indi məşqə çıxıram. Başa düşmürəm, bu söhbətlər haradan çıxıb?" Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının "İnter" klubunun bə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov deyib.
Ölkə mətbuatında 27 yaşlı futbolçunun ötən yay qayıtdığı paytaxt təmsilçisindən uzaqlaşdırıldığı barədə dezinformasiya yayılıb. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun meneceri ilə müqavilə imzalayan M.Şükürov karyerasını vətəndən kənarda davam etdirmək istəyir: "Alman menecerlə müqavilə imzalasam da, hələlik yenilik yoxdur. İndi bütün diqqətimi "İnter"in qalan oyunlarına yönəltmişəm. Çempionat davam edir. İlin sonunadək hələ 5 oyunumuz var. "İnter"lə müqaviləm başa çatmadığından, hansısa komandaya sərbəst keçə bilmərəm. Menecerim klub rəhbərliyi ilə danışıqlar aparır. Əgər konkret təklif olarsa, danışıqlar gedərsə, taleyimə "İnter"in prezidenti qərar verəcək. "Amkar", ümumiyyətlə, Rusiya variantı ilə bağlı konkret bir şey deyə bilmərəm".
Oxumaq
03.12.09  
 
Dağlıq Qarabağ problemi prioritet mövzudur
Elmar Məmmədyarovun Afinadakı bütün görüşlərində münaqişə barədə müzakirələr aparılıb

ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasında iştirak etmək üçün Afinada olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov səfərinin ikinci günü ATƏT-in baş katibi Mark Perrin de Brişambo ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Azərbaycanla ATƏT arasında təşkilatın fəaliyyətinin bütün istiqamətləri üzrə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Regiondakı mövcud münaqişələrin sabitlik, təhlükəsizlik və davamlı inkişafa başlıca təhdid olduğunu bildirən tərəflər Avropanın təhlükəsizlik arxitekturasının təmini üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasının vacibliyini qeyd edib, habelə bu istiqamətdə ATƏT-in fəaliyyətində səmərəliliyin artırılmasının xüsusi önəm kəsb etdiyini vurğulayıblar.
Bu xüsusda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verən nazir E.Məmmədyarov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinin münaqişənin həllində əsas maneə olduğunu deyib və münaqişənin həllində irəliləyişin əldə edilməsi üçün işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini bildirib.
Oxumaq
03.12.09  
 
"Dağlıq Qarabağ münaqişəsi bir neçə ay ərzində həll oluna bilər"
Bernard Kuşner: "Dərhal? Yox. Yaxın bir neçə ayda? Bəli"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun qeyri-sabit inkişafının və Avropaya inteqrasiyasına maneənin əsas mənbəyi olaraq qalır". Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasındakı çıxışında deyib. Nazir Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu, münaqişə nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, mədəni-tarixi abidələrin dağıdıldığını diqqətə çatdırıb. Bu il münaqişənin həllinə dair danışıqlar prosesində intensivlik müşahidə olunduğunu qeyd edən E.Məmmədyarov bu intensivliyin razılaşdırılmamış məsələlərin müzakirəsini daha da dərinləşdirməyə imkan verdiyi vurğulayıb: "Son danışıqlarda müsbət dinamikanı qeyd etmək istərdim. Tərəflərlə yanaşı, həmsədrlər də intensivlik nümayiş etdirirlər. Rəsmi Bakı Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında normal münasibətlərinin yaranmasına hesablanmış konstruktiv siyasət aparır. İcmalar arasında qurulacaq bu münasibətlər Azərbaycan və Ermənistan arasında əlaqələrin də normallaşmasına əsas yaradardı".
Oxumaq
03.12.09  
 
Sarkisyanı özününkülər devirmək istəyir
Ermənistanda ciddi hakimiyyətdaxili qarşıdurma yaranıb

Ermənistanda daxili siyasi vəziyyət gərginləşməkdədir. Hakimiyyətdə təmsil olunan müxtəlif oliqarx qruplaşmaları arasında mübarizə özünün pik nöqtəsinə çatıb. "Armenia Today"ın yaydığı məlumata görə, ölkənin hakimiyyət strukturları arasında ciddi gərginlik yaşanır. Hakimiyyət kuluarlarında gəzən söhbətlərə görə, parlamentin spikeri Ovik Abramyan, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan və baş prokuror Anvae Ovsepyan arasında alyans yaranıb. Bu alyans prezident Sery Sarkisyanı hakimiyyətdən devirməyə yönəlib. Ovik Abramyanın oğlunun Qaqik Sarukyanın qızı ilə ailə qurması isə bu alyansı xeyli gücləndirib. Eləcə də spikerlə baş prokurorun münasibətləri də xeyli yaxınlaşıb. Lakin Liberal-Demokrat "Ramkavar Azatakan" partiyasının lideri Arutyun Arakelyan hesab edir ki, çevriliş planı hələ ki, real görünmür.
Oxumaq
03.12.09  
 
"Təhsil Sektorunun İnkişafı Layihəsinin" cari il vəziyyətinə son auditi həyata keçirilib
Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında imzalanmış "Təhsil Sektorunun İnkişafı Layihəsinin" cari il vəziyyətinə son auditi həyata keçirilib. Audit beynəlxalq audit şirkəti olan "Baker Tilly Azerbaiyan" MMC tərəfindən aparılıb. Bu barədə qəzetimizə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən qeyd edilib ki, "Baker Tilly Azerbaiyan" MMC ilə Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb. Auditorlar layihənin maliyyə göstəricilərinin, Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin və layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər.
Oxumaq
03.12.09  
 
Əsəb bütün xəstəliklərin açarıdır
Psixi sağlamlıq sisteminə diqqət artırılmalıdır

Deyirlər, ağıllı adam çətin vəziyyətdən necə çıxmağı bacarır, müdrik adam isə ümumiyyətlə, belə vəziyyətlərə düşmür. Amma vəziyyətdən asılı olmayaraq, bu səpkidə baş verən hadisələr insan yaddaşından izsiz ötüşmür. Bu izlərin mütəmadi hala çevrilməsi, təkrarlanması isə sonda sinirlərin pozulmasının təzahürü kimi ortaya çıxır. Beləliklə də hər kəsə yaxşı tanış olan stress, depressiya halları başlayır.
Oxumaq
03.12.09  
 
Borclu Dubayın sağlığını istər
Əmirlik borclarına görə dünyada birinci yerdədir

Dünyanın diqqəti Dubay əmirliyinə yönəlib. Belə ki, Dubay şəhərində 10 il əvvəl başlanan tikinti bumu sabun köpüyü kimi partlayıb və ardınca da dünya biryalarını və Avropa banklarını aparıb. Biryalarda səhmlər 3 faiz aşağı düşüb. Eyni zamanda, Avropa banklarının səhmləri də 4-8 faiz enib. Dubayda, körfəzin içində "Palm Yumeirah" adlı lüks villalar kompleksi 2002-ci ildə təhvil veriləndə 2 min villa bir ayın içində satılmışdı.
Həmin il Yaponiya və Cənubi Koreyadakı dünya çempionatına yollanan İngiltərə futbol yığması yolunu Dubaydan salmışdı və yığmanın 4 futbolçusu - Maykl Ouen və Devid Bekhemin villasının yanında hərəyə 2 milyon dollarlıq villalar aldılar. Futbolçular qorxurdular ki, bir ay çəkəcək çempionatdan geri qayıdanda boş villa qalmasın. Həmin o möcüzəvi "Palm Yumeirah"ı tikən "Nakheel" şirkəti və onun bölməsi olduğu "Dubai World" indi gözlənilmədən borclarını qaytarmağa borc verənlərdən 6 ay möhlət istəyiblər. Dalınca da məlum olub ki, bu iki dövlət şirkətinin 60 milyard dollar borcu var.
Oxumaq
03.12.09  
 
Kosovonun "müstəqilliy"i məhkəməyə düşüb
Belqrad problemi Haaqa Məhkəməsinə çıxarıb

Dünən Beynəlxalq Haaqa Məhkəməsində Kosovonun öz müstəqilliyini elan etməsinin legitimliyi ilə bağlı məhkəmə prosesi başlayıb. İddiaçı qismində Serbiya çıxış edir. Dinləmələr 9 gün davam edəcək. Dünənki proses zamanı Kosovo və Serbiya öz mövqelərini ortaya qoyublar. Daha sonra məhkəmə qərarını çıxartmaq üçün müzakirələrə başlayacaq. Ekspert Draqan Stavlianin Haaqadan xəbər verib ki, bütün prosedur bir neçə ay davam edəcək. Gözlənilir ki, məhkəmə gələn ilin birinci yarısında qərarını bildirsin.
Belə fikir var ki, məhkəmə qəti qərar verməyə bilər. Məhkəmənin sədri, hakim Hisaşi Ovada vurğulayıb ki, məhkəmə dəqiq cavab verməyəcək.
Oxumaq
03.12.09  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •