Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 29.12.2009
Səhifələr : 1 2 3 4 5 » #
"Qalatasaray"da hollandiyalıların sayı artır
Raykaard hücumçu problemini Histelroyla həll etmək istəyir

Son turlarda sərgilədiyi futbolla azarkeşləri sevindirən və 2-ci dövrəyə ümidlə baxmağa imkan verən "Qalatasaray"lı Elano Blumer Türkiyənin internet saytlarından birinə maraqlı açıqlama verib. O, sabiq klubu "Mançester Siti" haqqında danışıb. Xatırladaq ki, "şəhərlilər"də bu yaxınlarda məşqçi dəyişikliyi baş verib. Mark Hyuzu Roberto Mançini əvəzləyib. Sabiq komandasında Elanoyla baş məşqçi M.Hyuzun münasibətlərinin heç də yaxşı olmaması onun növbəti açıqlamasında bir daha sübut olunub: "Düzdür, etiraf edirəm ki, "M.S."-də heç də həmişə ideal futbol sərgiləmirdim. Amma mən Robinyoyla eyni anda meydanda olarkən komanda həmişə qələbə qazanırdı. Məşqçimizə gəlincə, onunla bağlı bütün həqiqətləri daha əvvəllər söyləmişdim. Amma bəzi adamlar mənə inanmayaraq bu həqiqətləri görmək istəmirdi. Onun qovulması mənim haqlı olduğumu sübut etdi".
Daha sonra DÇ-2010-da Braziliya yığmasının heyətində yer almaq niyyətində olduğunu gizlətməyən Elano bunları deyib: "Bu, mənim ən böyük hədəfimdir. Amma digər tərəfdən mənim yerimə Ronaldinyo da DÇ-yə aparıla bilər. Onun son vaxtlar "Milan"dakı oyunu insana zövq verir. Əlbəttə, Ronaldinyonun səviyyəsinə heç kim şübhə edə bilməz. Əgər daha yaxşıdısa, o DÇ-yə gedəcək".
Oxumaq
29.12.09  
 
İran müxalifətinin bacısı oğlunu öldürdülər
Hakimiyyətin əleyhdarları "maşınla vurulur", özlərini körpüdən atırlar

İranda vəziyyət yenidən kəskinləşib. Bazar günü etiraz aksiyası keçirən müxalifət tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasındakı toqquşmalarda azı 9 nəfər ölüb. Hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində paytaxt Tehranda 5, Təbrizdə isə 4 nümayişçinin öldüyü, onlarla insanın yaralandığı, 300 nəfərin həbs edildiyi bildirilir. Hakimiyyət orqanları isə Tehranda ölən 5 nəfərdən 4-nü maşın vurduğunu, onlardan bəzilərinin körpüdən yıxıldığını, yalnız 1 nəfərin güllə yarası aldığını açıqlayıblar.
Polisin nümayəndəsi silahdan istifadə barədə əmr verilmədiyini və mitinqçilərə gözyaşardıcı qazla müdaxilə edildiyini söyləyib. İRNA məlumat verir ki, polis qurbanların şübhəli şəraitdə öldüyünü bildirib. Polis qüvvələri komandanının müavini general Əhməd Reza Radan televiziya ilə etdiyi çıxışında deyib ki, polis atəş açmayıb. O, bəzi ölüm hallarının şübhə yaratdığını deyib. Tehranda qətlə yetirilənlər arasında prezidentliyə keçmiş namizəd, sabiq baş nazir və hazırda müxalifətin ən önəmli liderlərindən biri olan Mirhüseyn Musəvinin bacısı oğlu, 35 yaşlı Seyid Əli Həbibi Musəvi də var. Mirhüseyn Müsəvinin müavinlərindən biri onun bacısı oğlunun toqquşmalarda ölməsi ilə bağlı xəbəri təsdiqləyib: "O, yaralanıb və xəstəxanaya aparılıb. Lakin yaralı ağır olduğundan xəstəxanada dünyasını dəyişib".
Oxumaq
29.12.09  
 
"Dağlıq Qarabağ nizamlanmasında irəliləyiş olmasa, erməni-türk sərhədləri açılmayacaq"
İsraildə də belə düşünürlər

Beynəlxalq "İsrail-Azərbaycan" Assosiasiyasının prezidenti, İsrail parlamentinin keçmiş deputatı İosif Şaqal bu qənaətdədir ki, yaxın perspektivdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkünsüzdür. Onun qənaətincə, erməni-türk münasibətlərində istiləşmə prosesi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bir-biri ilə sıx əlaqəlidir: "Onlar bir-biri ilə əlaqəli olmalıdır. Bu məsələ ilə bağlı vahid bir mövqe yoxdur, müxtəlif fikirlər səslənir. Mənim mövqeyim bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmasa, erməni-türk sərhədləri açılmayacaq".
Qeyd edək ki ki, Türkiyə Böyük Millət Məclisi sərhədlərin açılmasını nəzərdə tutan protokolları ratifikasiya etməyə tələsmir. İsrail parlamentinin keçmiş üzvü hesab edir ki, bu məsələyə düzgün mövqedən yanaşmaq gərəkdir. Belə ki, Bakı ilə Ankara arasında nə baş verməsindən asılı olmayaraq, strateyi tərəfdaşlıq münasibətlərdir: "Belə deyək, bu münasibətlər heç bir şübhə doğurmur. Bu səbəbdən də Türkiyə regionda sülhməramlı rolunda çıxış etdikdə, mütləq Azərbaycanın maraqlarını nəzərə alacaq".
Oxumaq
29.12.09  
 
"Münaqişənin nizamlanması ilə bağlı mövqeyimiz birmənalıdır"
Elmar Məmmədyarov: "Artıq beynəlxalq ictimaiyyət münaqişənin tezliklə həllinin vacibliyini anlayır"

Xarici işlər naziri Elmar Məmmədyarov ilin yekunları ilə bağli Trend-ə müsahibə verib. Nazir bildirib ki, yola saldığımız 2009-cu il Azərbaycan Respublikasının xarici siyasəti sahəsində fəaliyyət və nailiyyətlər baxımından çox zəngin olub. Prezident İlham Əliyevin çoxsaylı xarici səfərləri, bir çox xarici ölkənin dövlət rəhbərlərinin və yüksək səviyyəli rəsmilərinin ölkəmizə etdikləri ziyarətlər, həm ikitərəfli, həm də çoxtərəfli formatda intensiv əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair intensiv danışıqlar prosesi, beynəlxalq təşkilatlarda aktiv fəaliyyət, ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilmiş və həyata keçirilmiş bir sıra mühüm beynəlxalq əhəmiyyətli tədbirlər, Bakının il ərzində İslam dünyasının mədəniyyət paytaxtı olması, dünyada cərəyan edən iqtisadi böhran şəraitində ölkə daxilində iqtisadi sabitliyə və irəliləyişə nail olma, regional və qlobal səviyyədə mövqelərimizin möhkəmlənməsi, diplomatik təmsilçilik baxımından coğrafi əhatə dairəmizin genişlənməsi, ənənəvi və yeni qlobal təhdidlərə qarşı mübarizədə Azərbaycanın rolunun artması və bir sıra digər məsələlərdə atılan addımlar 2009-cu ildə ölkəmizin xarici siyasətini xarakterizə edən ümumi məqamlar kimi yadda qalıb.
Oxumaq
29.12.09  
 
Orta məktəblərdə imtahanların sayı azaldıla bilər
Ali məktəblərdə semestr imtahanları da mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılacaq

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyi arasında səmimi və qarşılıqlı əməkdaşlıq mövcuddur. Çünki bizim məqsədimiz eynidir - Azərbaycanda təhsilin səviyyəsini yüksəltmək". Bu sözləri yurnalistlərin suallarını cavablandıran təhsil naziri Misir Mərdanov deyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyinin mərkəzləşdirilmiş buraxılış imtahanları ilə qəbul imtahanlarının göstəricilərinin birgə ekspertizasına başlamasına toxunan nazir TQDK-nın bütün təklifləri ilə razılaşdığını vurğulayıb: "Bu il bazanı bir qədər gec verdik. Bazanı verdikdən sonra TQDK-dan səmərəli təkliflər aldıq. Gələcək işimizdə həmin təklifləri nəzərə alacağıq. TQDK bu işi 1992-ci ildən, Təhsil Nazirliyi isə 2 ildir ki, aparır. Ona görə də müsbət nəticəni öyrənmək, onların biliyindən, təcrübəsindən yararlanmaq bizim qəbul etdiyimiz şərtlərdəndir". Nazirin sözlərinə görə, TQDK otaqda imtahan verən şagirdlərin hər birinə fərqli variantların verilməsini dəstəkləyir: "İmtahanların sayının çox olmasından narahatlıq keçirirlər. Səbəb kimi isə bildirirlər ki, bir nəfərin qiymətini 8 sualla müəyyənləşdirmək olmaz. Mən bununla tamamilə razıyam. Ona görə də biz gələn il imtahanların sayının azaldılması, sualların sayının artırılması barədə düşünəcəyik. Eyni zamanda, çətin, orta və asan suallarla bağlı təkliflər verilib".
Oxumaq
29.12.09  
 
Ən yaxşı fotoların sərgisi keçiriləcək
Yanvarın 13-dən 19-na kimi Muzey Mərkəzinin Rəsm Qalereyasında bu ilin aprelində elan olunmuş Müslüm Eldarov adına "Ənənələr və müasirlik-Bakı-2009" 3-cü beynəlxalq foto müsabiqəsinin ən yaxşı fotolarının sərgisi keçiriləcək. Bu barədə layihənin koordinatoru İrina Eldarova məlumat verib. O bildirib ki, müsabiqə 8 kateqoriya üzrə keçirilib. İrina Eldarovanın sözlərinə görə, yarışmada 15 ölkədən 200-ə yaxın müəllif iştirak edib. Onlar müsabiqəyə 2000-ə yaxın foto təqdim ediblər. Bunların içərisindən ən yaxşı 50 iş min nüsxə ilə buraxılacaq kataloqda yerləşdiriləcək.
Qeyd edək ki, beynəlxalq foto müsabiqə vaxtilə Azərbaycan Mədəniyyət Mərkəzinin və "HUMAY" London qalereyasının yaradıcısı, rəssam Müslüm Eldarov tərəfindən düşünülüb.
Oxumaq
29.12.09  
 
Arzum tamaşaçıları təsirləndirəcək
Müğənninin yeni işi kimsəsiz uşaqlardan bəhs edir

Müğənni Arzum üçün ilin son günlərində təşkil olun tədbir uşaq evlərindən birində yaşayan və gözdən əlil Nicat Abdullayevlə birgə duetinin təqdimatına həsr olunub. Qeyd edək ki, duetin ekran versiyası "Uşaq ili" çərçivəsində ərsəyə gəlib və bu, "Ata-ana" adlanır. Sənədli film şəklində hazırlanan ekran işinin müəllifi Aqil M.Quliyevin sahib olduğu "Aqil M.Film"dir. Təmənnasız çəkilən kiçik ekran əsərində təsirli məqamlar üstünlük təşkil edir.
Uşaq Evində Şaxta baba rəsmi çəkən uşaq onu üzünü görmədiyi babası adlandırıb. Digər kimsəsiz körpə gül rəsmini uzun illərdir yolunu gözlədiyi anası üçün çəkdiyini deyib. Reyissor belə məqamlardan ustalıqla istifadə edib.
Oxumaq
29.12.09  
 
Xulio İqlesias martda Bakıya gələcək
Onun səfər proqramı barədə ətraflı məlumat verilmir

Dünya şöhrətli müğənni Xulio İqlesiasın qarşıdakı səfərlərindən birinin Azərbaycana edəcəyi bildirilir. Yaz aylarına təsadüf edəcək səfər müddətində onun konsert proqramı ilə çıxışı gözlənilir. Adının açıqlanmasını istəməyən yerli təşkilatçılardan birinin mətbuata sızdırdığı məlumata görə, Xudio İqlesiasın konsertinin Novruz bayramında təşkili nəzərdə tutulub. Artıq onunla ilkin danışıqlar aparılıb və müğənni razılığını bildirib. Lakin dünya ulduzlarının özləri qədər kaprizlərinin olduğunu unutmayan təşkilatçı tərəf bu barədə geniş və konkret fikir bildirməyə tələsmir. Müğənninin fikrinin dəyişəcəyi ehtimalının olacağını istisna etməyən təşkilatçı tərəfdən hələlik bu qədər açıqlama gəlib.
Biz isə öyrənə bildik ki, konsertdə yerli ulduzlardan birinin çıxışı da konsertin proqramına daxildir. Lakin sirlə dolu xəbərin bu tərəfi də qaranlıq qalıb. Yəni yerli müğənninin nəinki adı, onun kişi və ya qadın olduğu barədə də hər hansı fikir söylənilmir.
Əldə etdiyimiz məlumatda daha sonra deyilir ki, müğənni Bakının iki gün qonağı olacaq. Möhtəşəm konsertdən sonra ona mədəniyyətimizin incəlikləri barədə məlumatlar veriləcək. Eyni zamanda, müğənni mətbəximizin ən dadlı təamlarını dadmaq üçün xüsusi restoranlarda qonaq olacaq. Onunla şəhər gəzintisinin olacağı isə hələlik gözlənilmir.
Oxumaq
29.12.09  
 
Üç il əvvəl törədilən qətlin üstü açılıb
Sevman Ramazanov doğma bacısını qətlə yetirərək meyitini yandırıb

Paytaxtda 3 il əvvəl törədilən qətl hadisəsinin üstü açılıb. Əzizbəyov rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Türkan qəsəbəsində törədilib. Belə ki, bir müddət əvvəl sevdiyi qızı zorlamaqda təqsirli bilinərək saxlanılan 1985-ciu il təvəllüdlü Sevman Rəhman oğlu Ramazanovun digər cinayəti üzə çıxıb. S.Ramazanov 2006-ci ildə Türkan qəsəbəsində yaşayan bacısı, 1984-cü il təvəllüdlü İradə Ramazanovanı boğaraq qətlə yetirib. Sonra isə meyiti digər bacısı Pərvanə Ramazanovanın həyətində basdırıb. Hadisədən bir il sonra izi itirmək məqsədi ilə bacısının meyitini torpaqdan çıxaran S.Ramazanov qalıqları Türkan qəsəbəsi ərazisində yerləşən zibilliklərin birində yandırıb. Hadisə yerinə baxış keçirən əməliyyatçılar oradan meyitin qalıqlarını aşkar edərək götürüblər.
İstintaqa verdiyi ifadəsində S.Ramazanov bacısını yüngül həyat tərzi keçirdiyindən qətlə yetirdiyini bildirib. Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.
Oxumaq
29.12.09  
 
Qaz sızması bir nəfərin həyatına son qoyub
Baş verən partlayış nəticəsində isə iki nəfər yaralanıb

Qış mövsümü başlayandan təbii qaz sızması və zəhərlənmə xeyli şəxsin həyatına son qoyub. Qazax rayonunun Ağköynək kəndində də təbii qaz sızmasından partlayış baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə kənd sakini Elçin Abdullayevə məxsus 1 mərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə 1 otağın dam ötrüyü və pəncərə çərçivələri dağılıb. Xəsarət alan E.Abdullayev və arvadı Günay isə xəstəxanaya yerləşdirilib.
Tovuz rayonunun Adulbəyli kənd sakini Sevda Sadıqova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
29.12.09  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •