|
|
|
Prezident 99 məhbusu əfv etdi
|
|
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq 89 məhbusu cəzanın çəkilməmiş hissəsindən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 nəfəri cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 6 nəfəri isə cəzadan azad edib. Əfv olunanlar siyahısında "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov da var.
|
Oxumaq
26.12.09
|
| |
|
|
Yıxılmadım, ayaqdayım
|
Rusiya prezidenti iqtisadiyyatda geriləmə olsa da, gələn ilə nikbin baxır
Rusiya prezidenti Dmitri Medvedyev ölkənin aparıcı 3 telekanalının rəhbərlərinə verdiyi müsahibədə 2009-cu ilin yekunları haqda fikirlərini bölüşüb. "Birinci kanal", "Rossiya" və NTV telekanallarının başçılarının suallarına cavabda prezident ilk növbədə bitməkdə olan ilin iqtisadi təlatümlərlə yadda qaldığını bildirib. Prezidentə görə, bu il Rusiya iqtisadiyyatında 8,7 faiz enmə müşahidə olunub, lakin bununla belə gələn ilə o, nikbinliklə baxır: "Gələn il biz ümumi daxili məhsulun artımına ümid edirik. Hansı həcmlərdə - indi bunu demək çətindir. Analitiklərin hesablamalarına görə, bu 2,5 faizdən 5 faizə kimi ola bilər". Dmitri Medvedyevə görə, iqtisadiyyatın xammaldan asıllılığı Rusiyanın inkişafını dayandırır və bu baxımdan, ölkə iqtisadiyyatında ciddi struktur dəyişiklikləri olmalıdır. Müsahibə zamanı daxili siyasi mövzulara da geniş toxunulub. Məsələn, baş nazir Vladimir Putinlə münasibətləri haqda prezident deyib ki, bu münasibətlər xüsusidir, dost, yoldaş münasibətləridir: "Bu münasibətlər dəyişməyib və əminəm ki, dəyişməyəcək də". Prezidentə Şimali Qafqazdakı vəziyyətlə də bağlı sual verilib və Medvedyev cavabında bildirib ki, bu, çox mürəkkəb problemdir və burada tək güc yoluyla kifayətlənmək düzgün deyil: "Son illər ərzində quldurlarla biz ümumən mübarizə aparmağa öyrənmişik.
|
Oxumaq
26.12.09
|
| |
|
|
Vaqif Cavadov Rusiya klubuna gedir
|
Onun karyerasını harada davam etdirəcəyi ilin ilk günlərində məlum olacaq
"Karyeramı harada davam etdirəcəyimə yeni ilin ilk günlərinədək aydınlıq gəlməlidir. Hazırda danışıqlar davam edir. Adını deməyəcəm, amma Rusiya klubudur". Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun hücumçusu Vaqif Cavadov deyib. Azərbaycan yığmasının da şərəfini qoruyan 20 yaşlı futbolçunun hansı xarici kluba keçəcəyi böyük müzakirə obyektinə çevrilib. Vaqifin adı yayda Avroliqada oynadığı Hollandiyanın "Tvente" klubu ətrafında daha çox hallansa da, o, bunu təsdiqləmir: "Hələlik "Tvente" variantı yoxdur. Amma Rusiya variantı realdır. Bu ölkənin Premyer Liqa klubları ilə danışıqlar gedir". V.Cavadov Rusiya yığması ilə oktyabrın 14-də Bakıdakı rəsmi oyunda (1:1) vurduğu qolla yadda qaldı. Ancaq hücumçunun sözlərinə görə, şimal qonşularımız hələ buna kimi onunla maraqlanırmış: "Rusların mənə marağı çoxdan var idi. Ancaq onların milli komandasına qarşı oyunumdan sonra məsələ konkretləşdi, daha da ciddiləşdi. Rusiyanın Premyer Liqa təmsilçisinə keçməyin realdır". Rusiyada I divizionda çıxış etmək istəyində olmayan Vaqif birbaşa müqavilə bağlamağa getmək fikrindədir. Hücumçu qonşu ölkəyə baxışa getməkdənsə, "Qarabağ"da çıxışını davam etdirməyi daha üstün tutur: "Milli komandanın futbolçusuyam. Necə ola bilər ki, baxışa gedim? Hətta ruslar bunu istəsə belə. Ola bilər ki, bunu təklif etsinlər.
|
Oxumaq
26.12.09
|
| |
|
|
Məleykə Abbaszadə: "Azərbaycanın cənub rayonlarında qız uşaqları təhsil hüququndan məhrum edilir"
|
"Azərbaycanın elə bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir. Xüsusən cənub rayonlarında bu fərq özünü daha qabarıq göstərir". APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, Azərbaycanın cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir: "Bu o deməkdir ki, bizim qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir. Yardımlı rayonunda ötən il 479 abituriyent sənəd verib, onların yalnız 45-i qız olub. Lerikdə isə 469 abituriyentdən 81-ni qızlar təşkil edib". M.Abbaszadə ölkənin qərb bölgələrində qız abituriyentlərin üstünlük təşkil etdiyini də söyləyib: "Bu da həmin bölgələrdə olan oğlanların gənc yaşlarından iş dalınca paytaxta və yaxud Rusiyaya getməsinin nəticəsidir. Biz bu problemlərlə bağlı təkcə Təhsil Nazirliyini deyil, bütün ictimaiyyəti məlumatlandırmışıq. Təəssüf ki, ildən-ilə bu problem həll olunmamış qalır".
|
Oxumaq
26.12.09
|
| |
|
|
Azərbaycan ali məktəblərinə sənəd verənlərin sayı azalıb
|
|
2009-2010-cu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 112875 abituriyent sənəd verib. Əvvəlki illə müqayisədə sənəd verənlərin sayı 3645 nəfər azalıb. Abituriyentlərin 48,80 faizini oğlanlar, 51,20 faizini isə qızlar təşkil edib. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olub, onların 66619 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə qəbul imtahanlarında 107347 nəfər, magistraturaya 14711 nəfər (I tur imtahanında) və 6294 nəfər (II tur imtahanında ), əsas təhsil bazasında texnikumlara qəbul imtahanlarında isə 26062 nəfər iştirak edib.
|
Oxumaq
26.12.09
|
| |
|
|
BMT isti Eritreyanı "dondurur"
|
Afrika dövlətinə embarqo tətbiq olunub
BMT Təhlükəsizlik Şurası Eritreyaya qarşı silah embarqosu tətbiq edib və bu ölkənin liderlərinin xarici banklardakı hesablarını dondurub. Buna səbəb onun Somalidə islam yaraqlılarını silahla təchiz etməsidir. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamədə Eritreyadan Cibuti ilə sərhəd münaqişəni sülh yolu ilə həll etməyə çağırış da əks olunub. Ekspertlərin qənaətincə, məhz bu münaqişə BMT qətnaməsinin tətbiq olunmasına səbəb olub. Çünki strateyi cəhətdən ən mühüm yerdə yerləşən Cibutidə TŞ-nin iki daimi üzvü - Fransa və ABŞ-ın hərbi bazaları yerləşir.
|
Oxumaq
26.12.09
|
| |
|
|
Bin Laden sığınacaq istəyir
|
Bir nömrəli terrorçunun qızı İranda peyda olub
"Əl-Qaidə" terror təşkilatının lideri Üsamə bin Ladenin 17 yaşlı qızı Eman bin Laden Səudiyyə Ərəbistanından sığınacaq istəyib. O, bu xahişlə Səudiyyə Ərəbistanın İrandakı səfirliyinə müraciət edib. Məlumatı rəsmi Tehran da təsdiqləyib. Beləliklə, Üsamə bin Ladenin qızının Səudiyyə Ərəbistanının İrandakı səfirliyində olması barədə bir müddət əvvəl yayılmış xəbərlər təsdiqlənib. İranın xarici işlər naziri Manuçehr Mottaki isə bəyan edib ki, Səudiyyə Ərəbistanı səfirliyinin açıqlamasından əvvəl dünyanın "bir nömrəli terrorçusu"nun qızıın İran ərazisində olduğunu bilməyib. O qeyd edib ki, rəsmi Tehran Eman bin Ladenin İran ərazisini tərk etməsinə mane olmayacaq. Qeyd edək ki, İran hakimiyyəti Üsamə bin Ladenin övladlarını uzun müddət himayə etməkdə şübhəli bilinirdi. Bu arada isə məlum olub ki, Üsamə bin Ladenin arvadlarından biri, eləcə də 6 uşağı və 11 nəvəsi Tehran yaxınlığındakı gizli sığınacaqda gizlənib. Terrorçunun qohumları bildiriblər ki, Tehrandakı ailə üzvlərinə ətrafla təmas qurmaq qadağası qoyulub.
|
Oxumaq
26.12.09
|
| |
|
|
Roma papası ayaq altında qaldı
|
XVI Benediktə psixi cəhətdən əziyyət çəkən qadın hücum edib
Vatikanda Milad bayramı ibadətindən əvvəl Roma papası XVI Benediktə hücum olub. Nəticədə Roma papası yıxılıb. Bu barədə xəbəri ibadəti canlı yayınlayan İtaliyanın RAİ telekanalı yayıb. Baş vermiş insidentə baxmayaraq, Roma Papası XVI Benedikt sakit görünüb və messa planlaşdırıldığı kimi yerli vaxtla başlayıb. İlkin məlumatlara görə, hadisə XVI Benedikt Roma katolik kilsəsinin baş məbədinə daxil olarkən baş verib. Naməlum şəxs çəpəri aşaraq, Roma papasının üstünə atılmaq istəyib.
|
Oxumaq
26.12.09
|
| |
|
|
"Qafqazda sülhün çox yaxın olduğu qənaətindəyik"
|
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşüb
Türkiyədə səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov dünən Ankarada Heydər Əliyev Parkını ziyarət edib. "Hürriyət" qəzeti yazır ki, E.Məmmədyarovu Heydər Əliyev Parkının girişində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qarşılayıb. Hər iki nazir daha sonra birlikdə mərhum prezident Heydər Əliyevin abidəsinin yerləşdiyi yerə gedib. Daha sonra iki nazir Davudoğlunun xidməti avtomobilinə minərək, Türkiyə Xarici İşlər Nazirliyinə yollanıblar. Nazirlikdə baş tutacaq görüşdən əvvəl Davudoğlu və Məmmədyarov mətbuata şəkil çəkməyə icazə veriblər.
|
Oxumaq
26.12.09
|
| |
|
|
Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışı olub
|
Prezident İlham Əliyev mərasimdə iştirak edib
Dünən Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi, ölkəmizdə sayca 24-cü olan Olimpiya-İdman Kompleksi ilə tanış oldu. Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, kompleks "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"na əsasən inşa olunub. Tikintisinə 2007-ci ilin noyabrında başlanmış kompleksin ümumi sahəsi 3,25 hektardır. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində ümummilli liderimiz Heydər Əliyevin və prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılmışdır. Burada universal idman, güləş və trenayor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.
|
Oxumaq
26.12.09
|
| |
|
|
|
|
|