Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 25.12.2009
Səhifələr : 1 2 3 4 5 » #
AŞ müşahidəçiləri ilkin rəylərini açıqladılar
Yean-Klod Frekon: "Bələdiyyə seçkiləri yaxşı təşkil olunub"

"Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri yaxşı təşkil olunub". Bu barədə dünən seçkiləri müşahidə edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Müşahidə Missiyasının keçirdiyi mətbuat konfransında Azərbaycan üzrə məruzəçi fransalı Yean-Klod Frekon məlumat verdi. O qeyd etdi ki, seçkilər praktiki nöqteyi-nəzərdən sakit amosferdə keçib. Seçki məntəqələri əvvəlki seçkilərlə müqayisədə daha yaxşı təchiz olunub, müşahidələrin aparılması üçün şərait yaradılıb. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə 1 nəfərin bütün ailə üzvlərinin yerinə səs verməsi, seçki kabinəsinə eyni vaxtda 2 nəfərin daxil olması halları xeyli azalıb. Burada problem yaradan əsas məqam yaşlı nəslin nümayəndələrinin latın əlifbasını bilməmələridir. Belə olduqda komissiya üzvləri və ya yaxınları onlara yardım etməli olurlar.
Müşahidəçi dedi ki, budəfəki seçkilərdə məntəqə seçki komissiyalarının sədrlərinin işə daha peşəkar yanaşmasının da şahidi olublar. Müşahidəçilər əvvəlcədən təyin olunan məntəqələrə deyil, özlərinin seçdiyi məntəqələrə baş çəkiblər. "Baş çəkdiyimiz məntəqələrin üzvləri bizi görəndə təəccüblənirdilər" - deyə Y.K.Frekon vurğuladı.
Oxumaq
25.12.09  
 
"Sülhməramlıların Dağlıq Qarabağ ətrafına yerləşdirilməsi nəzarət imkanlarımızı zəi
Gültəkin Hacıbəyli: "Ermənilər Naxçıvanla bağlı iddialarından vaz keçmək niyyətində deyillər"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi başlayandan sonra əsas müzakirə edilən məsələlərdən biri də bölgəyə sülhməramlıların yerləşdirilməsidir. Bu məsələ ilə bağlı uzun illərdir müzakirələr gedir. Məsələ mütəmadi olaraq gündəmə gəlir. Bəziləri hesab edirlər ki, Azərbaycan heç bir halda buna getməməlidir. Ölkə rəsmiləri isə dəfələrlə bildiriblər ki, hələ danışıqların ilk illərində belə bir razılıq əldə edilib ki, həmsədr ölkələrin - Rusiya, ABŞ və Fransanın hərbçiləri bölgəyə yerləşdiriləcək sülhməramlıların tərkibində yer almayacaq. Amma istənilən halda Rusiyanın bu məsələdən öz maraqları üçün istifadə etməyəcəyinə heç kim təminat verə bilməz. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli ilə söhbətimizi də bu məsələ üzərində qurduq.
Oxumaq
25.12.09  
 
Azərbaycanın 5 şəhərində radon qazının paylanması öyrəniləcək
Məqsəd törənə biləcək problemləri minimuma endirməkdir

İlk dəfə olaraq respublikamızın beş böyük şəhərində - Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevirdə həm ətraf mühitdə, həm də inzibati binalarda radon qazının paylanması öyrəniləcək. Tədqiqatları Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti, Sloveniyanın Yosef Stefan İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri aparacaq. Bu barədə "Kaspi"yə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, İsveçrənin Milli Elm Fondunun maliyyələşdirdiyi layihə 18 aylıqdır: "Hazırda xarici ədəbiyyatlarda araşdırmalar aparılır. 2000-dən çox ölçü işləri nəzərdə tutulur". Layihənin məqsədi Azərbaycan və Sloveniyada radon qazının kadastrını tərtib etmək, bu qazın törədə biləcəyi problemləri İsveçrənin təcrübəsi əsasında müəyyənləşdirmək və minimuma endirməkdir.
Oxumaq
25.12.09  
 
AVCİYA seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan etdi
Assosiasiya yekun hesabatı yanvarda açıqlayacaq

Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkilərində keçirdiyi "exit-poll"la bağlı mətbuat konfransı keçirdi. Assosiasiyanın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirdi ki, qurum 2004-cü ildən bəri ölkədə keçirilən seçkiləri müşahidə edir: "İlk vaxtlarda ölkəmizdə "exit-poll"lar beynəlxalq müşahidəçilər tərəfindən keçirilirdisə, indi artıq assosiasiya müstəqil şəkildə bu prosesi həyata keçirir". Onun sözlərinə görə, assosiasiya bu dəfə keçirilən bələdiyyə seçkilərinin hazırlıq prosesinə may ayında başlayıb. Hər dəfə olduğu kimi bu dəfə də AVCİYA "exit-poll"u "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirib.
Oxumaq
25.12.09  
 
Medianın ilk mənbədən informasiya alması layihəsi yekunlaşdırılıb
Dünən Zərdabi Mətbuat Mərkəzi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək" layihəsi çərçivəsində yekun Dəyirmi masa keçirib. Tədbirdə çıxış edən mərkəzin sədri Rəhim Hüseynzadə layihənin məqsəd və məramı haqqında söhbət açıb. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda ilk mənbədən informasiya almaq sahəsindəki vəziyyətin monitorinqini aparmaqla bu istiqamətdəki tendensiyaları izləmək, nəticələrlə mütəmadi olaraq müvafiq yerli və beynəlxalq qurumları, ictimaiyyət nümayəndələrini və KİV-i tanış etmək, yurnalistlərin ilk mənbədən informasiya almalarını stimullaşdırmaq, onların bununla bağlı biliklərinin dərinləşməsinə nail olmaq olub.
Oxumaq
25.12.09  
 
Sumqayıt sakini dəm qazından zəhərlənib
Sumqayıt sakini dəm qazından zəhərlənib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt şəhərindəki 49-cu məhəllədə yaşayan Soltan Tairov evində dəm qazından zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Oxumaq
25.12.09  
 
Sürücü sükan arxasında dünyasını dəyişib
Göygöl polisi isə avtoqəzada ölənin şəxsiyyətini müəyyənləşdirib

Biləsuvar rayonu ərazisində sürücü sükan arxasında dünyasını dəyişib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, "KamAZ" markalı avtomaşının sürücüsü, Lənkəran şəhər sakini Samid Ələkbərov sükan arxasında infarct keçirib. Sürücü elə avtomobilində də dünyasını dəyişib.
Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə bir gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti müəyyənləşdirilib. Dünyasını dəyişən Göygöl rayon sakini Ceyhun Abbasov olub. Hər iki faktla bağlı araşdırma aparılır.
Oxumaq
25.12.09  
 
"Jiquli" motosikletlə toqquşub
Bir nəfər dünyasını dəyişib

Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Şəmkir rayonunun Çinarlı qəsəbəsində rayon sakinləri Seymur Nəbiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Əziz Həsənovun idarə etdiyi "M-250" markalı motosiklet toqquşub. Nəticədə Ə.Həsənov hadisə yerində dünyasını dəyişib.
Şəki şəhəri ərazisində Mehdi Mehdiyevin idarə etdiyi "KiA" markalı və şəki şəhər sakini Sərxan şirinovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan M.Mehdiyev xəstəxanaya yerləşdirilib.
Xaçmaz rayonunun Ağayazı kəndində Quba rayon sakini Telman Əbilxanovun idarə etdiyi "Qazel" markalı və Xaçmaz şəhər sakini Eldar şıxəliyevin idarə etdiyi "VAZ-2101" markalı avtomaşınlar toqquşub. Nəticədə T.Əbilxanovun xəsarət almış sərnişinləri, Xaçmaz rayon sakini Rüstəm Bədəlov, Quba rayon sakinləri Əliheydər Bayramov və Rəfiqə Əlməmmədova xəstəxanaya yerləşdirilib.
Oxumaq
25.12.09  
 
Coratda məktəbli güllələnib
Hadisə ehtiyatsızlıqdan baş verib

Sumqayıtda məktəbli güllələnib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Köhnə Corat qəsəbə sakini Malik Xəlilov ov tüfəngi ilə ehtiyatsız davrandığından atəş açılıb. Nəticədə onun həmyerlisi Əbülfəz Gülağayev xəsarət alıb. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Xəlilov saxlanılıb. Ondan 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Oxumaq
25.12.09  
 
Paytaxtdakı bir sıra ticarət obyektlərinə baxış keçirilib
17520 ədəd partlayıcı oyuncaq götürülüb

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik idarəsi əməkdaşları tərəfindən paytaxtdakı bir sıra ticarət şəbəkələrindən partlayıcı oyuncaqlar götürülüb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Qaradağ, Yasamal və Binəqədi rayonları ərazilərindəki ticarət obyektlərinə baxış keçirilib. Nəticədə yüksək səsyayıcı qabiliyyətə malik olan 17520 ədəd partlayıcı oyuncaq götürülüb.
Oxumaq
25.12.09  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •