Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 23.12.2009
Səhifələr : 1 2 3 4 » #
Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
Prezident İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib. APA-nın məlumatına görə, dövlət başçısı 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayramın hər bir azərbaycanlıda öz Vətəninə məhəbbət, xalqına sədaqət, tarixi və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirdiyini, mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət etdiyini bildirib. Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik və təsirli qüvvəyə çevrilməsini daim diqqətdə saxladığını qeyd edən prezident bu mühüm prosesə hərtərəfli dəstək verdiyini vurğulayıb: "Diaspor quruculuğu sahəsində aparılan işlər artıq öz müsbət nəticələrini verməkdədir. Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasında, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğində, erməni millətçilərinin qərəzli ideoloyi fəaliyyətinin qarşısının alınmasında diaspor təşkilatlarımızın rolu danılmazdır. Biz xaricdəki həmvətənlərimizin dost ölkələrin lobbi və diasporları ilə sıx əməkdaşlığının qurulmasına da ciddi önəm verir, bu sahədə irəli sürülən təşəbbüsləri, atılan addımları həmişə birmənalı şəkildə müdafiə edirik".
Oxumaq
23.12.09  
 
Virtualda reallıq
Əksəriyyət virtual tanışlıqdan istifadə etsə də, inamının az olduğunu deyir

İnternetdən səmərəli - insana lazım olan informasiyanı, maraqlandıran məlumatı toplamaq məqsədi ilə istifadə edənlərlə yanaşı, təkcə tanışlıq niyyəti ilə istifadə edənlər də az deyil. Özünü real həyatda tapa bilməyənlər virtual həyata can atır. Gün ərzində yüzlərlə gənc internet saytlarına özlərinə yeni dost tapmaq, əks cinsin nümayəndəsi ilə tanış olmaq məqsədilə üz tutur. Nədir bunun səbəbi? Niyə gənclər real həyatdan qaçıb virtual aləmə can atır? Düzdür, əslində, internetdən istifadə edən hər kəs normal insandır, bir-biriylə tanış olanlar da real həyatın insanlarıdır. Sağlam düşüncə ilə tanış olur və fikirlərini bölüşüb münasibət yaradırlar, əlbəttə ki, söhbət yalandan uzaq, mədəniyyət qaydalarını bilən, münasibətləri sivil şəkildə davam etdirən insanlardan gedir.
Mövzumuzla bağlı gənclər arasında sorğu keçirməyə qərar verdik. Apardığım sorğuda iştirak edənlərin çoxunun düşüncə tərzləri üst-üstə düşdüyündən, onların arasından ən fərqli fikirlərlə çıxış edənləri sizlərə təqdim edirik.
Oxumaq
23.12.09  
 
Radioların mövcud proqram siyasəti və qanunvericilik
Problemlərin kökü qanunvericiliyə düzgün əməl edilməməsindədir

Demək olar ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə teleradio məkanının problemləri həmişə diqqət mərkəzində olmuşdur. İstər ümumilikdə qlobal miqyasda, istərsə də lokal səviyyələrdə teleradio yayımının müsbət və mənfi təsirlərinin müəyyənləşdirilməsi istiqamətində daim axtarışlar getmişdir. Azərbaycan cəmiyyətində isə xüsusilə son dövrlər bu sahənin problemləri geniş müzakirə predmetinə çevrilmişdir. Belə ki, aparılan müxtəlif elmi tədqiqatlar, həmçinin empirik müşahidələr sübut edir ki, Azərbaycan cəmiyyəti inkişafın yeni mərhələsinə adlamışdır. Daha konkret desək, ölkə inkişafın keçid dövrü adlanan mərhələsini geridə qoymuşdur. Yeni mərhələdə cəmiyyətin müxtəlif institutlarının üzərinə yeni vəzifələr düşür. Yəni həmin institutlar inkişafın yeni mərhələsi ilə nəinki ayaqlaşmağı, hətta onun önündə getməyi bacarmalıdırlar.
Oxumaq
23.12.09  
 
"Xəbərin rəngi" təqdim olundu
Nəsir İmanquliyev üçün ən qiymətli meyar oxucu rəyi idi

Dünən Milli Kitabxanada görkəmli yurnalist, dövlət xadimi, pedaqoq Nəsir İmanquliyevin həyatından, yaradıcı əməyindən, eyni zamanda, onun çağdaş mətbuatımıza örnək ola bilən meyarlarından bəhs edən "Xəbərin rəngi" adlı kitabın təqdimat mərasimi keçirildi. N.İmanquliyevin doğum günü gerçəkləşən mərasimə tələbələri, yaxınları, ziyalılar və KİV nümayəndələri qatıldı.
Qeyd edək ki, publisist Rəhilə Gülgünün qələmə aldığı "Xəbərin rəngi" kitabı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətindən, istedadlı insanların yaratdığı dəyərli irsdən bəhs edən "Silinməz izlər" seriyasından nəşr olunan ikinci kitabdır. Seriyanın "Göylər adamı" adlı ilk kitabı görkəmli yazıçı, pedaqoq Mir Cəlal Paşayevə həsr olunub.
Bədii publisistik üslubda yazılan "Xəbərin rəngi"ində vurğulanır ki, N.İmanquliyev milli yurnalistikamızı idarəetmə və yaradıcılıq istiqamətində zənginləşdirən dövlət xadimi, ustad redaktor olub. O, əla müxbir, siyasi hadisələrdən baş çıxaran, xalqın həyatını, adət və ənənələrini, ədəbiyyatını, mədəniyyətini dərindən bilən redaktor kimi yaddaşlarda yaşayır.
Oxumaq
23.12.09  
 
Elnur hamını təəccübləndirəcək
Müğənni musiqi arxivimizi zənginləşdirir

Son aylar gah evlənəcəyini, gah da uzun serialda baş qəhrəmanın obrazını oynayacağını bəyan edən müğənni Elnurdan daha bir xəbər eşitdik. Müğənni muğamlarımızdan birini tamam-dəsgah şəklində oxumağa qərar verib.
Müğənni deyir ki, əslində, muğam oxumaq onun sənətində yenilik hesab edilmir. Lakin bunlar dəsgah şəklində ifa edilmədiyindən böyük mənada səslənməyib. Səs imkanlarına güvənən müğənni musiqi arxivimizi zənginləşdirmək üçün belə bir ideyaya qoşulduğunu bildirdi. Səsinin zilinin və bəminin olduğunu deyən Elnur bu səbəbdən hamını təəccübləndirəcək bir seçim etdiyini bildirdi. Lakin o, hansı muğamı ifa edəcəyini açıqlamır.
Xatırladaq ki, Elnur vaxtilə Əməkdar artist, xanəndə Zabit Nəbizadədən muğam dərsləri alıb.
Oxumaq
23.12.09  
 
Rəfiq Zəka Xəndan yad ediləcək
Dekabrın 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək. Xatırladaq ki, Rəfiq Zəka Xəndan zəngin ədəbi irsə malik olan şair, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biridir. Onun özünəməxsus poeziyası geniş oxucu rəğbəti qazanıb, sözlərinə mahnılar bəstələnib. Şair heca və əruz vəznlərində əsərlər yaradıb. Əsərlərinin əsas mövzuları türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq kimi mövzulardır.
Tədbir zamanı şairin şeirləri səslənəcək, Mahnı Teatrının musiqi kollektivi isə Rəfiq Zəkanın sözlərinə bəstələnən mahnnılar ifa edəcəklər.
Oxumaq
23.12.09  
 
Səməd Səmədov savab qazanmaq istəyir
Müğənni məscid inşa etdirir

Əməkdar artist Səməd Səmədov müqəddəs Məhərrəm ayında savab işlərə imza atmağa hazırlaşır. Öyrəndik ki, müğənni Fatmayı kəndində məscid tikdirir. Xəbəri təsdiqləyən mətbuat əlaqələndiricisi bildirib ki, Səməd müəllim inanclı insanlardandır. Məscid inşa etdirmək isə onun çoxdankı arzularındandır. O, bu niyyətini nəhayət, gerçəkləşdirmək qərarına gəlib. Lakin layihənin ilkin mərhələsi başladığından müğənninin sözçüsü çəkiləcək vəsait barədə indidən açıqlama vermək istəməyib.
Oxumaq
23.12.09  
 
Elmira Səfərovanın xatirə gecəsi keçiriləcək
Dekabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Elmira Səfərovanın xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
Konsertdə Azərbaycanın Əməkdar artistləri, beynəlxalq müsabiqələrin laureatları Murad Hüseynov, Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək.
Orkestrə diriyorluğu beynəlxalq müsabiqələrin laureatı Əyyub Quliyev edəcək. Proqrama Maris Ravel, Ferens List, Edvard Qriqin fortepiano konsertləri və Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması daxildir.
Oxumaq
23.12.09  
 
Aygün və Röyanın mahnı mübahisəsi
Hər iki tərəf özünü uğurlu ifaçı hesab edir

Xalq artisti Aygün Kazımova ilə müğənni Röyanın çoxdandır davam edən soyuq münasibəti ötən günlərdə daha da kəskinləşib. Onların "soyuq müharibəsi" indi də mahnı üzərində davam edir. Musiqisevərlərə yaxşı bəllidir ki, hər iki sənətçi bir müəllifin eyni mahnısını ifa edib. Hətta Aygün Kazımova qısa zaman kəsiyində onun ekran versiyasını da hazırlayıb. Lakin Röya Xalq artistinin mövqeyi ilə razılaşa bilmir. O, iddia edir ki, bu mahnı bəstəkar Faiq Sücəddinov tərəfindən ona verilib. Müğənni bunun studiya həlli ilə məşğul olan ərəfədə Aygünün da eyni bəstəni oxuduğunu öyrənib. Təfərrüatını araşdırarkən, bəlli olub ki, əslində, F.Sücəddinov uzun zaman öncə "Təkcə səni" adlanan mahnısını Aygünə təqdim edibmiş. Lakin Aygün bəstəkarın kiçik əsərini arxivinə ötürərək onu oxumağa tələsməyib.
Oxumaq
23.12.09  
 
Paytaxt sakinini bıçaqlayan şəxs tutulub
Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bıçaqlanma faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, rayon sakini Ceyhun Nəcəfova bıçaqla xəsarət yetirilib. Aparılan araşdırma nəticəsində hadisəni törədən Bakı şəhər sakini Kamran Həsənov saxlanılıb.
Oxumaq
23.12.09  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •