|
|
|
Obama Nobel sülh mükafatçısıdır, ölkəsi separatçı qruplaşmalara yardım edir
|
MHP-çi deputat Murad Özkan: "Sarkisyan kimdir ki, Türkiyəyə təzyiq göstərsin?"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərindən sonra Ankara ilə Yerevan arasında imzalanan protokolların məsələsi geniş müzakirə olunmağa başlayıb. Türkiyə Böyük Millət Məclisində (TBMM) Milliyyətçi Hərəkat Partiyasını təmsil edən deputat fraksiyasının üzvü Murad Özkan hesab edir ki, protokolların ratifikasiyası məsələsində heç bir irəliləyiş yoxdur. Onun sözlərinə görə, işğal altında olan Azərbaycan torpaqları azad olunmayana kimi bu məsələnin müzakirəsi mümkün deyil. "Birincisi, Azərbaycanın sərhədlərinin zorakı yolla dəyişdirilməsi beynəlxalq qanun və prinsiplərə ziddir. İkincisi isə Türkiyə Azərbaycanın problemlərini özünün problemi kimi görür və belə vəziyyətdə Ermənistanla sərhədlərinin açılmasına razılıq verməyəcək" - deyə TBMM üzvü vurğulayıb. M.Özkan Ermənistan prezidenti Sery Sarkisyanın bu günlərdə verdiyi bəyanatdan da hiddətləndiklərini qeyd edib. Ermənistan prezidentinin "Türkiyə protokollarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir" bəyanatınını pisləyən deputat onun ünvanına kəskin fikirlər söyləyib: "Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında iştirak etmiş bir şəxs Türkiyə ilə ultimativ dildə danışa bilməz. Əgər Birləşmiş Ştatlar Ermənistanla bu məsələdə birgə mövqedən çıxış edərsə belə bundan müsbət heç nə alınmayacaq".
|
Oxumaq
22.12.09
|
| |
|
|
Qum qana boyandı
|
İran müxalifəti ideoloyi liderini itirdi, polislə toqquşmalar baş verdi
İranda 1979-cu il İslam İnqilabının liderlərindən olan Böyük Ayətullah Əli Müntəziri vəfat edib. Türkiyənin "Vətən" qəzetinin yaydığı məlumata görə, 87 yaşlı dini liderin bazar günü ölümünün açıqlanmasından sonra minlərlə insan şiələr üçün müqəddəs sayılan Qum şəhərinə axın etməyə başlayıb. Əli Müntəziri Ayətullah Xomeyninin varisi sayılıb. Ancaq 1997-ci ildə Xomeynini tənqid etdiyi üçün 6 il ev dustağı olub. O, son prezident seçkilərində Mahmud Əhmədineyadın əleyhinə fətva verib. Hökumətin davamlı tənqidçisi olan Ayətullah bu il prezident Əhmədineyadı hakimiyyətdə saxlamış seçkiləri saxtakar adlandırmışdı. O, İranın diktaturaya yuvarlanması barədə də xəbərdarlıq etmişdi. İslahatpərəst ruhani İslam Respublikasının rəhbərliyini İslam adı altında ölkəni diktator kimi idarə etməkdə ittiham edirdi.
|
Oxumaq
22.12.09
|
| |
|
|
İkinci Dünya müharibəsinin müasir qurbanları
|
Gürcüstanda abidənin dağıdılması 8 yaşlı qız və anasının həyatını əlindən alıb
Gürcüstanda bir qadın və onun 8 yaşlı qızı İkinci Dünya müharibəsinin şərəfinə qoyulan abidənin dağıdılması nəticəsində həlak olub. Verilən məlumata görə, abidə yeni parlament binasının tikilməsi üçün özəl şirkət tərəfindən partladılıb. Təhlükəsizlik tədbirlərinə riayət olunmaması abidə yaxınlığında duran iki nəfərin ölümünə və iki nəfərin yaralanmasına səbəb olub. Gürcüstanın baş prokuroru Murtaz Zodelava bildirib ki, Kutaisidə baş verən bu hadisə təhlükəsizlik qaydalarına əməl olunmamasından irəli gəlib. Bədbəxt hadisə ölkədə müəyyən fikir ayrılıqlarının yaranmasına səbəb olub və müxalifət tərəfindən kəskin etirazla qarşılanıb. Rusiya tərəfi bəyan edib ki, abidənin dağıdılması İkinci Dünya müharibəsində iştirak etmiş gürcüstanlılılara hörmətsizlikdir. Hadisə ilə əlaqədar cinayət işi açılıb. Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar Gürcüstan prezidenti Mixail Saakaşvili Danimarkaya olan səfərini təxirə salaraq təcili Tbilisiyə dönüb. Dünən abidənin partladılması nəticəsində bir qadın və onun azyaşlı qızının ölümü ilə bağlı kütləvi etiraz aksiyası keçirilib. Bu barədə "Gürcüstan yolu" Patrtiyasından məlumat verilib.
|
Oxumaq
22.12.09
|
| |
|
|
Prezident Rusiyanın "Vesti" kanalına müsahibə verib
|
|
Dünən prezident İlham Əliyev Rusiyanın "Vesti" televiziya kanalına müsahibə verib. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər, ölkəmizin 2009-cu ildə əldə etdiyi iqtisadi uğurlar, Azərbaycanın energetika sahəsində gördüyü işlər və perspektivlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallara cavab verib. /AzərTAc/
|
Oxumaq
22.12.09
|
| |
|
|
Kamran və Vaqif
|
AFFA yığmanın ən yaxşılarını müəyyənləşdirdi
Dünən 2009-cu ildə Azərbaycanın qadın, futzal, çimərlik futbolu və əsas milli komandasnın ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkil etdiyi sorğunun mükafatlandırma mərasimi "Landmark" biznes mərkəzinin "Rotunda" zalında keçirilib. Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, klub rəsmiləri, baş məşqçilər, idman ictimaiyyətinin üzvləri iştirak ediblər. Baş məşqçi Berti Foqts isə mərasimə qatıla bilməyib. Buna səbəb Almaniyada güclü qar yağması üzündən təyyarə reyslərinin təxirə salınmasıdır.
|
Oxumaq
22.12.09
|
| |
|
|
Hesablama Palatasının yeni binası istifadəyə verilib
|
Prezident İlham Əliyev mərasimdə iştirak edib
Dünən Bakıda Hesablama Palatasının yeni inzibati binası istifadəyə verilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Ölkə başçısına məlumat verildi ki, layihəsi klassik üslubda hazırlanmış və inşa olunmuş bina beşmərtəbəlidir və bir il altı aya tikilib. Binanın Bakı şəhərinin mərkəzində yerləşməsi, memarlıq abidələri ilə əhatə olunması onun layihəsi hazırlanarkən nəzərə alınmaqla, həm müasirliyə riayət olunmuş, həm də paytaxtın tarixi-memarlıq ənənələri qorunub saxlanıb. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, bina ilə tanış oldu. Dövlət başçısı birinci mərtəbədə əvvəllər burada mövcud olmuş binanın görünüşünü və tikinti işlərinin gedişini əks etdirən fotoşəkillərə baxdı.
|
Oxumaq
22.12.09
|
| |
|
|
İlham Əliyev Saakaşvilini təbrik edib
|
|
Prezidenti mətbuat xidmətindən AzərTac-a verilən məlumata görə, prezident İlham Əliyev dünən Gürcüstan prezidenti Mixail Saakaşviliyə zəng edib. Prezident İlham Əliyev Mixail Saakaşvilini doğum günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Mixail Saakaşvili göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.
|
Oxumaq
22.12.09
|
| |
|
|
"Korrupsionersiz hökumət"ə rüşvətxor düşüb
|
Kərzayinin yeni kabineti parlamentdə narazılıq doğurub
Əfqanıstan prezidenti Həmid Kərzayi hökumətin yeni tərkibini parlamentə təqdim edib. Ölkə başçısı əvvəlcədən verdiyi bəyanatda yeni tərkibdə korrupsionerin olmadığını desə də, deputatlar onunla razı deyillər. Onlar iddia ediblər ki, təqdim olunan siyahıda adları korrupsiyada hallanan çoxsaylı məmurlara rast gəlmək olar. Deputatları ən çox özündən çıxaran seçkiləri saxtalaşdırmaqda adları hallanan şəxslərin hökumətdə təmsil olunmalarıdır. Onlar bildiriblər ki, yarıhərbi birləşmələrin kabinetə təqdim olunmaları islahatlar aparmağa və taliblər üzərində qələbə qazanmağa mane olur. Qeyd edək ki, hökumətin yeni tərkibi haqqında siyahı Kərzayinin "korrupsionersiz hökumət" barədə verdiyi vədinə əməl edib-etmədiyini göstərməli idi. Bir sıra deputatların qənaətincə, belə bir siyahı olmadan "Taliban" üzərində qələbə qazanmaq mümkün deyil. Lakin əvəzində əvvəlki hökumətdə çalışanların yarısı yenidən hökumətin tərkibinə daxil edilib.
|
Oxumaq
22.12.09
|
| |
|
|
Rəsmi Vaşinqtonun gecəsi-gündüzü yoxdur
|
ABŞ Kambocanın 20 çinli qaçqını geri qaytarmasından bərk qəzəblənib
ABŞ Kamboca hökuməti tərəfindən Çinə geri göndərilən 20 uyğur qaçqının vəziyyətilə bağlı dərin narahatlıq keçirdiyini bəyan edib. Bu barədə ABŞ dövlət katibinin mərbuat katibi səlahiyyətlərinin icraçısı Qordon Düqüdun bazar günü yayılan bəyanatında bildirilir. "ABŞ Kamboca hökumətinin bu qaçqınların fikirlərini dinlənilmədən onların geriyə qaytarılması barədə qərarını rədd edir" - deyə ABŞ diplomatik idarəsinin nümayəndəsi bildirib. "Dekabrın 19-da Çinin xahişi ilə Kamboca kral hökuməti siyasi sığınacaq istəyən 20 uyğuru zorla Çinə göndərib. Bununla da Kamboca beynəlxalq öhdəlikləri pozub" - deyə bəyanatda bildirlir. Bununla əlaqədar ABŞ beynəlxalq hüquq əsasında müdafiə olunmalarını istəyən bu şəxslərin vəziyyətilə bağlı dərin narahatlıq keçirir.
|
Oxumaq
22.12.09
|
| |
|
|
Sözü 15 illik həbs gözləyir
|
Çinin məşhur hüquq müdafiəçisi yenidən həbs olunub
"Xartiya-2008" insan haqları bəyannaməsinin müəllifi və Çində bu sənədə 303 nəfərə imza atdıra bilmiş Lyu Syaobo Çin hakimiyyətinin qəzəbinə tuş gəlib. Şayiələr yaymaqda, dövlətin əsaslarını sarsıdaraq sosializm sistemini devirməyə cəhddə ittiham olunan Lyu Syaobonun məhkəməsinə hazırlıq başlayıb. "Nyu-York Tayms" qəzetində bu mövzuda məqalə ilə çıxış edən Conatan Mirski ABŞ-ı bu cəsur dissidentə dəstək verməyə çağırıb. Lyu Syaobo hələ 1989-cu ildə Tiananmen meydanı hərəkatında demokratiyanı tələbə hərəkatının əsas şüarına çevirməyə cəhd edib. O vaxt Syaobo tələbələrlə söhbətdə tələb edirdi ki, etiraz nümayişinin əsas şüarı kommunist liderlərin devrilməsi, korrupsiyaya qarşı mübarizə yox, məhz demokratik dəyişikliklər olsun. 33 yaşlı Syaobo ABŞ-ın Kolumbiya Universitetində təcrübə keçən ədəbiyyat müəllimi idi. Tiananmen hadisələri başlayanda, ABŞ-dakı təcrübəsini yarımçıq qoyan Syaobo Çinə tələsmişdi ki, hərəkatda iştirak etsin. Onun meydanda etdiyi çıxışları tələbələr böyük maraq və diqqətlə qarşılamışdılar.
|
Oxumaq
22.12.09
|
| |
|
|
|
|
|