Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Dek.2009»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 2.12.2009
Səhifələr : 1 2 3 4 5 » #
Diniyev 6 futbolçu ilə vidalaşdı
"Terek" mövsüm bitən kimi islahatlara başladı

Şahin Diniyevin baş məşqçisi olduğu Qroznı "Terek"i mövsüm bitən kimi islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasında mövsümü 12-ci yerdə bitən komanda 6 futbolçu ilə yollarını ayırıb. Özü də bunların hamısı legionerlərdir.
"Terek" 29 yaşlı alban qapıçı İlion Lika, onun həmyaşıdı, milli komandanın da üzvü olan slovakiyalı müdafiəçi Radoslav Zabavnik, 35 yaşlı braziliyalı müdafiəçi Kleber, rumınlar - 29 yaşlı yarımmüdafiəçi Andrey Marqaritesku, 33 yaşlı yarımmüdafiəçi Florentin Petre və 32 yaşlı hücumçu Daniel Panku ilə vidalaşmağa qərar verib. Sözsüz ki, qroznılıların islahatlarının qurbanı olan futbolçular arasında ən tanınmışı Pankudur. Türkiyə Superliqasında "Beşiktaş" klubunda çıxışı ilə tanınan Daniel "Fənərbaxça" ilə derbi oyunda qapıçı bacarığını da göstərib.
"Terek"in vitse-prezidenti Haydar Alxanov apardıqları islahatlara belə izah verib: "Müqavilələri bitən Lika və Zabavniklə anlaşmanın müddətini artırmamağı qərara aldıq. Kleberi zədələr bezdirib. Braziliyalı özü də getməsinin daha yaxşı olduğunu etiraf etdi. Onunla müqavilə qarşılıqlı razılıqla pozuldu.
Oxumaq
02.12.09  
 
Yunanıstan məsuliyyəti boynuna götürmədi
Yorqo Papandreu ümid edir ki, gələn il ATƏT-ə sədrlik edəcək Qazaxıstan Qarabağ probleminin həllinə öz töhfəsini verəcək
Yunanıstanın paytaxtı Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik toplantısı öz işinə başlayıb. "Armenia today"ın məlumatına görə, toplantıya ev sahibliyi edən Yunanıstan prezidenti Karolos Popoulyas yığıncağın açılışında bildirib ki, üzv ölkələr arasında sülhü artırılmalı və bu sahədə konkret addımlar atılmalıdır. K.Popoulyas Berlin divarlarının uçurulmasının ildönümünün qeyd olunmasını xatırladaraq, Avropada təhlükəsizlik baxımından əldə edilən nəticənin keçmişlə müqayisədə sevindirici olduğunu ifadə edib.
Onun ardınca çıxış edən Yunanıstanın baş naziri və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Yorqo Papandreu isə öz növbəsində çıxışında Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səyləri yüksək qiymətləndirib. Y.Papandreu həlli gecikən münaqişələrin həllinin vacibliyini vurğulayaraq Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səylərinə diqqəti cəlb edib: "Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərini mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün yorulmadan dəstəkləyir. Burada, Afinada biz bu prosesə bütün ATƏT üzvlərinin dəstək verdiyinə əmin olmaqdayıq. Buna baxmayaraq, münaqişənin həlli yolunda həm ATƏT-ə sədrlik edən tərəf, həm də bütün üzv ölkələr daha çox səy göstərməlidir". Y.Papandreu ümidvardır ki, gələn il təşkilata sədrlik edəcək Qazaxıstan münaqişənin həllinə öz töhfəsini verəcək.
Oxumaq
02.12.09  
 
Prezident Toni Bleyeri qəbul edib
Dünən prezident İlham Əliyev Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyeri qəbul edib. Keçmiş baş nazir Toni Bleyer Azərbaycan prezidenti İlham Əliyevin ölkəsinə səfərlərini xatırladı. Böyük Britaniyanın ölkəmizdə nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq Azərbaycan iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğuladı.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini, energetika ilə başlanan əməkdaşlığımızın hazırda müxtəlif sahələri əhatə etdiyini bildirdi. Böyük Britaniyaya son səfərini xatırlayan prezident İlham Əliyev səfərin məhsuldar olduğunu və yaxşı nəticələr verdiyini dedi. Ölkəmizdə Böyük Britaniyanın çoxlu sayda şirkətlərinin fəaliyyət göstərdiyini deyən dövlət başçısı bunların böyük sərmayədarlar olduqlarını qeyd etdi.
Sonra prezident İlham Əliyevin adından Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin şərəfinə işçi nahar verildi. /AzərTAc/
Oxumaq
02.12.09  
 
İsveçrə minarələri uçurtdu
İsveçrəlilərin 57 faizi məscidləri minarəsiz görmək istəyirlər

İsveçrədə xeyli müddətdir gündəmdə olan minarə mübahisəsi ilə bağlı referendum sensasion nəticələr ortaya qoyub. Referendumda iştirak edənlərin 59 faizi minarələrin tikintisinə qarşı çıxıb. Referendum təşəbbüsü İsveçrə Xalq Partiyası (SVP) və Federal Demokratik Birliyi (EDU) tərəfindən irəli sürülüb. Onların əsas arqumenti "məscidlərin islamın güc nümayişi olduğu" və "islamın gizlicə ölkəyə yayılmasının qarşısını almaq zərurəti" idi. Əhalisi 7,5 milyon olan İsveçrədə müsəlmanlar 6 faiz təşkil edir. Müsəlman əhalinin əksəriyyəti müharibə vaxtı keçmiş Yuqoslaviya torpaqlarından qaçan bosniyalı və kosovalı müsəlmanlar və türklərdir.
Avropa Şurasının baş katibi Torbörn Yaqland bəyan edib ki, yeni minarələrin tikintisinə qoyulan qadağa Avropa İnsan Haqları Konvensiyasının qarant durduğu söz azadlığı, din azadlığı və hər növ diskriminasiyanın qadağan olunmasına zərbədir:
Oxumaq
02.12.09  
 
Heç-heçə "xəstəliyi"
"Mançester Siti" dalbadal 7-ci bərabərlikdən sonra liderlər qrupundan aralı düşüb

"Mançester Siti" İngiltərə çempionatında son 7 oyununun hamısını heç-heçə başa vurmaqla liderlər qrupundan əhəmiyyətli dərəcədə aralı düşüb. "Şəhərlilər" hazırda lider "Çelsi"dən 14, 2-ci sıradakı "M.Y."-dən isə 9 xal geri qalır. Buna rəğmən, baş məşqçi Mark Hyuz heç-heçələrin sıralanmasını heç də faciə kimi dəyərləndirmir. Preymer Liqanın "Hall Siti" ilə son ev oyununda 1:1 hesablı "sülh"ə razılaşan komanda bu gedişlə çempionluq yarışına çətin ki, qoşulsun. Hyuzun son mətbuat konfransında səsləndirdiyi fikirlərə görə, uelsli məşqçinin nikbinliyini itirmədiyini zənn etmək çətin deyil: "Komandamızda heç bir ciddi problem yoxdur. Əlbəttə, üzərimizdəki təzyiqlər bir qədər də artıb.
Oxumaq
02.12.09  
 
Onun lisenziyası da var
"Spartak"ı gələn il də Karpin çalışdıracaq

Valeri Karpin ötən mövsümün çox hissəsində "Spartak"a çalışdırsa da, A kateqoriyalı məşqçi lisenziyasına malik deyildi. Ötənlərin məşhur futbolçusu bu boşluğu yalnız bazar ertəsi aradan qaldırıb.
Əslində "Spartak"ın baş direktoru vəzifəsini icra edən Karpin bu həftənin əvvəlində Ali Məşqçilər Məktəbini bitirib. O, növbəti mövsümdən rəsmən "ağ-qırmızılar"ın çalışdırıcısı sayılacaq: "Artıq son imtahanları da vermişəm. Həticələri bilməsəm də, A kateqoriyalı lisenziyaya layiq görüldüyümü öyrənmişəm. Deməli, yeni mövsümdən rəsmən komandanın baş məşqçisi sayılacam. Onu da deyim ki, rəhbərlik artıq mənim komandanı çalışdıracağıma qərar verib. Bu məsələdə yalnız rəsmi bəyanatın verilməsi qalıb".
Oxumaq
02.12.09  
 
Topmöllerdən xəbər var
Təcrübəli çalışdırıcı yaxın gələcəkdə fəal məşqçilik karyerasını bərpa edəcək

Heçə vaxtdır Klaus topmöllerdən necə deyərlər, cəlbedici xəbərlər eşidilmir. Amma bu günlərdə məlum olub ki, təcrübəli çalışdırıcı yaxın gələcəkdə fəal məşqçilik karyerasını bərpa edəcək. 58 yaşlı topmöller Almaniya bundesliqasının rəsmi internet səhifəsinə müsahibəsində tezliklə yığma komandalardan birinin "sükanı arxasına" keçəcəyini bildirib. Özünün dediyinə görə, həmin komanda dünyanın iddialı milliləri sırasındadır. 2006-08-ci illərdə Gürcüstan yığmasını çalışdıran topmölleri dinləyək: "Etiraf edim ki, Polşa millisinin başına keçmək imkanım vardı. Amma son anda razılaşma baş tutmadı. Ola bilsin ki, Polşanın futbol məmurları mənim istirahətdə olmağım üzündən rəsmi təklif irəli sürə bilməyib. Eybi yoxdur, tezliklə başqa yığmanı qəbul etmək imkanlarım yüksəkdir. Onu da deyim ki, Çexiya və Bolqarıstana da üz tuta bilərdim. Bu ölkələrin futbol qurumları xidmətimdə maraqlı olub. Amma bu variantlar məni qane etməyib. Məşqçi kimi hələ də özümü göstərmək niyyətindəyəm. Tezliklə hansısa komandanın rəhbərliyim altında dünyaya səs sala biləcəyimə ümidimi itirmirəm".
Oxumaq
02.12.09  
 
Markes qaldı
Ture isə gedir

Rafael Markeslə bağlı söz-söhbətə birdəfəlik son qoyulub. Təcrübəli futbolçu "Barselona"yla müqaviləsini təzələyib.
Kataloniya klubuna 2003-cü ildə "Monako"dan gələn Rafael yeni müqavilə məsələsini hansısa səbəblərdən uzadırdı. Bəzi mənbələr onun rəhbərlikdən məvacibinin artırılmasını tələb etdiyini, klub bosslarının isə bu tələbi yerinə yetirmək istəmədiyini vurğulayırdı. Məsələnin uzanması Rafaelin ya mövsümün gedişində, ya da sonunda başqa komandaya üz tutmaq perspektivini artırmışdı. Amma Markes çoxsaylı müsahibələrində yalnız "Barselona"nın formasını daşımaq istəyini dilə gətirirdi. Çox çək-çevirdən sonra futbolçu ilə klub arasmındakı bütün fikir ayrılıqlarına son qoyulub.
Oxumaq
02.12.09  
 
Di Hatale Kvalyarellasız da güclüdür
"Udineze" rəhbərliyi yayda aparıcı hücumçulardan Fabio Kvalyarellanı "Hapoli"yə satarkən komandanın məşqçiləri və azarkeşləri ümidini əsasən Antonio Di Hataleyə yönəltmişdi. Məlumunuz olsun ki, bu futbolçular son illər hücum xəttində çox güclü cütlük formalaşdıra bilmişdi.
Artıq yeni mövsümün startı arxada qalıb. A seriyasında baş tutan ilk 14 turdan sonra bombardirlər yarışının ön pillələrində bu futbolçulardan birini görürük. Söhbət Di Hataledən gedir. Yaşı 30-u ötsə də, hələ də qolçuluq bacarığını yüksək səviyyədə nümayiş etdirən Antonio şənbə günü "Livorno" ilə oyunda növbəti dəfə fərqlənib. Bu mövsüm A seriyasında vurduğu qolların sayını 10-a çatdıran milli futbolçu matçdan sonra yurnalistlərdə görüşündə özündən çox razılıq edib: "Qarşılaşma çox çətin keçdi. Bununla belə, qələbə qazana bildik. Öz oyunumuzu sərgilədiyimizə görə çox sevinirəm. Vurduğum qolu da çox xoşladım. Mən məşqlərdə cərimə zərbələrinə də çox diqqət yetirirəm. "Livorno" ilə matçda məhz bu planda fərqləndim. İndiki vəziyyətimdən çox razıyam".
Əlavə edək ki, Di Hatale yığmaya müntəzəm dəvət alır. Amma son vaxtlar İtaliya millisinin formasında heç cür qol vura bilmir. Bununla belə, baş məşqçi Marçello Lippi onun hücum qurmaq keyfiyyətinə bel bağlayır.
Oxumaq
02.12.09  
 
"Qızıl top" Messinin oldu
İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının üzvü Lionel Messi "Qızıl top" mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı ulduz hücumçu Fransanın "France Football" nəşrinin hər il keçirdiyi sorğuda hamıdan çox səs toplayaraq, 2009-cu ildə Avropanın ən yaxşı futbolçusu seçilib.
Oxumaq
02.12.09  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •