|
|
|
Pakistan vaxtı
|
İslamabadda növbəti hakimiyyət böhranı yetişib
Pakistan müxalifəti ölkə prezidenti Asif Əli Zərdari və hökuməti dərhal istafaya getməyə çağırıb. Müxalifətin belə bir qərara gəlməsinə səbəb Pakistan Ali Məhkəməsinin yüksək rütbəli məmurlara qarşı amnistiya qərarını ləğv etməsi olub. Baxmayaraq ki, bu qərar birbaşa Zərdariyə (onun prezident kimi toxunulmazlıq statusu var-müəl) qarşı təhlükə törətmir, bu, onun bir çox tərəfdarlarının istefasına gətirib çıxara bilər. Hökumətdə dəyişiklik isə onsuz da ölkədəki ağır olan vəziyyəti daha da pisləşdirər. Eks-baş nazir Nəvaz Şərifin rəhbəri olduğu "Pakistan Müsəlman Liqası"nın nümayəndəsi Sadıkul Faruk bildirib ki, Asif Əli Zərdarinin məhkəmənin qərarından sonra istefaya çıxması mənəvi bir məsələdir. Farukun istinad etdiyi Pakistan Ali Məhkəməsinin qərarı ötən gün 17 hakim tərəfindən qəbul edilib. Qərara görə, 2007-ci ildə yüksək rütbəli məmurlara qarşı korrupsiya haqqında qəbul edilən qanun Konstitusiyaya uyğun gəlmədiyindən dəyişilməlidir. Qanunun dəyişilməsinin təşəbbüskarı məhkəmənin sədri İftixar Çoudri olub. Ali Məhkəmənin ləğv etdiyi amnistiya haqqında qanun 2007-ci ilin oktyabrında eks-prezident Pərviz Müşərrəf tərəfindən qəbul edilib.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Azərbaycan ABŞ-a nota verib
|
|
Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını dekabrın 17-də Dövlət Departamentinə təqdim edib. Azərbaycanın Vaşinqtondakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir bununla bağlı Azərbaycan tərəfinin dərin narahatlığını ifadə edib. Y.Əliyev bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. Odur ki, ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti ABŞ-ın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir. Bununla əlaqədar Azərbaycan tərəfi ABŞ hökumətini bu məsələ ilə bağlı açıqlama verməyə çağırıb.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Maraqlı cütlüklər
|
Püşk "Çelsi"ni Mourinyoya rəqib etdi
Avropa Liqasının sentyabrın 17-də start verilən qrup mərhələsinə düz 3 aydan sonra yekun vuruldu. Dekabrın 17-də keçirilən oyunlardan sonra "Anderlext", "Valensiya", "Lill" və "Tvente" də 1/16 finalda mübarizə aparacaq komandaların sırasına qoşuldu.
Qrup mərhələsi, 6-cı tur A qrupu Ayaks (Hollandiya) - Anderlext (Belçika) 1:3 Emanuelson, 78 - Lukaku, 13; 22. Leyar, 43.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Azərbaycan diasporu praktiki işlər mərhələsinə qədəm qoyub
|
Gələn il Bakıda Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcək
"Artıq Azərbaycan diasporu praktiki işlər görmək mərhələsinə qədəm qoyub". Bu barədə dünən Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verdi. O qeyd etdi ki, diaspor fəaliyyəti bir neçə fazadan ibarətdir. Bir neçə il əvvəl Azərbaycan diasporu formalaşma fazasını yaşayıb. İkinci faza tam təşkilatlanmaya həsr olunub. Artıq bu faza da başa çatıb. "Biz artıq praktik işlərin görülməsi mərhələsinə qədəm qoymuşuq. Bu mərhələdə bizi çox çətin və mürəkkəb iş gözləyir" - deyə N.İbrahimov vurğuladı. O qeyd etdi ki, Azərbaycan diasporu indi daha geniş və əhatəli fəaliyyət göstərir: "İndi bizim siyasi və ideoloyi cəhətdən hazırlıqlı insanlara böyük ehtiyacımız var. Artıq diaspor təşkilatlarımıza siyasi cəhətdən yetkin insanlar rəhbərlik edir. Onlar artıq bizim təsirimiz olmadan da siyasi proseslərə Azərbaycanın maraqları baxımından reaksiya verə bilirlər. Azərbaycan diaspor təşkilatları artıq müasir iş üsulları ilə çalışmağa başlayıblar. Bu da Azərbaycanın haqq səsinin daha geniş və əhatəli duyulmasına şərait yaradır. Artıq Azərbaycanın qarşılaşdığı problemlər dünya ictimaiyyətinə daha tez çatdırılır.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Dərslik davası
|
Cavaxetiya erməniləri Ermənistandan gətirilən kitablarla təhsil almaq istəyirlər
Gürcüstanla Ermənistan arasında kilsə qalmaqalı ilə bağlı gərginlik başa çatmamış, daha bir qalmaqal dərsliklərlə bağlı başlayıb. "Azadlıq" radiosunun erməni xidmətinin yaydığı məlumata görə, Gürcüstanda Ninotsminda rayonundakı erməni məktəbləri erməni tarixi fənni üzrə kitab çatışmazlığı ilə üzləşirlər. "20-25 şagirdə cəmi 2-3 kitab düşür. Şagirdlər bununla necə dərs öyrənə bilərlər" - deyə məktəb direktoru və tarix müəllimi Tiqran Paqosyan soruşur. O, Gürcüstanın Təhsil Nazirliyini erməni tarixi kitablarını qadağan etməkdə günahlandırıb: "Erməni məktəblərinin kitabla təchizatında əvvəllər problem olmurdu. Etnik ermənilərin yaşadığı Cavaxetiya bölgəsindəki məktəblər üçün dərsliyi 10 il idi ki, Ermənistan hökuməti göndərirdi. Ancaq tarix fənninin tədrisindən narahat olan Tbilisi 2004-cü ildə Yerevanla yeni razılığa gəlib. Bu razılığa görə, Ermənistan hökuməti tarix və coğrafiya kitablarından başqa Cavaxetiya məktəblərini digər dərsliklərlə təmin etməkdə davam edir. Bu razılaşmadan isə Cavaxetiyadakı müəllimlərin xəbəri olmayıb".
|
Oxumaq
19.12.09
|
| |
|
|
"Biz sizə Qarabağ problemi barədə dolğun məlumat verməyə hazırıq"
|
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi "Euronews" rəhbərliyinə müraciət edib
Azərbaycan ictimaiyyətinin "Euronews" televiziya kanalına etirazları davam edir. Müxtəlif qeyri-hökumət təşkilatları, media qurumları telekanalın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair qeyri-obyektiv reportayına etiraz edirlər. Dünən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi telekanalın rəhbərliyinə müraciət edib. Təşkilatın rəhbəri Şamil Sabiroğlunun (Ələkbərli) imzaladığı müraciətdə bildirilib ki, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin üzvləri, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağdakı doğma yurd-yuvalarını itirmiş qaçqın və məcburi köçkünlər "Euronews" kimi nüfuzlu bir kanalın hazırladığı reportayı narahatlıqla izləyib:
|
Oxumaq
19.12.09
|
| |
|
|
Konqresin separatçı reyimə maliyyə yardımı göstərməsi başadüşülən deyil
|
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi müraciət qəbul edib
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ABŞ prezidenti Barak Obamaya, ABŞ Senatına, ABŞ Konqresinin Nümayəndələr Palatasına, Dövlət Departamentinə, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət qəbul edib. Müraciətdə bildirilir ki, Qarabağ müharibəsi veteranları ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı reyimə 8 milyon dollar məbləğində maliyyə yardımı ayırmasına etiraz edir. Konqresin bu addımı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövlətinin rəsmi mövqeyi ilə bir araya sığmır. Müraciətdə qeyd edilib ki, Azərbaycan 20 ilə yaxındır ki, erməni terroru və təcavüzündən əziyyət çəkir. Ermənistanın deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyona yaxın azərbaycanlı doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Nabranda 110 mln. dollarlıq yeni kurort mərkəzi inşa olunacaq
|
Xaçmaz rayonunun Nabran qəsəbəsində yeni turizm, idman və kurort mərkəzi inşa olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, turizm və kurort mərkəzinin tikintisi layihəsinin məqsədi Xaçmazda müvafiq turizm xidmətlərinin göstərilməsidir. Belə ki, burada yaşıl meşələr, dağlar, bulaqlar və s. var: "Xəzər dənizinin Xaçmazda yerləşən hissəsinin çimərlik turizmin inkişaf etdirilməsi baxımından böyük potensialı var". Layihə 15 ilə icra olunacaq. Ümumi dəyəri 110 mln. ABŞ dolları olan layihənin 109 mln. dolları kredit şəklində cəlb olunacaq, digər 1 mln. dolları isə layihənin icraçısı olan "Xudat-Balıq-I" ASC tərəfindən ayrılacaq. Qeyd edək ki, layihə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hazırlanıb və hazırda potensial investorların müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Dünya Bankı Azərbaycana kredit ayırıb
|
Dünən Bakıda Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında dəmir yolunun inkişaf etdirilməsi məqsədi ilə 450 mln. ABŞ dollarlıq kredit sazişi və layihənin icrasına dair sənəd imzalanıb. DB-nın Azərbaycandakı nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, sənədləri DB tərəfindən Bankın Azərbaycan üzrə meneceri Qreqori Yedyeyçak, Azərbaycandan isə müvafiq olaraq maliyyə naziri Samir Şərifov və nəqliyyat naziri Ziya Məmmədov imzalayıblar.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Jurnalistlər parlamentin işini necə işıqlandırır?
|
Millət vəkilləri o qədər də razı deyillər
Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi və "Tərəfsiz (Parlament) Yurnalistlər Birliyinin (PYB) təşəbbüsü ilə Atatürk Mərkəzində "Parlamentin işinin cəmiyyətə çatdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi" mövzusunda Dəyirmi masa keçirilib. Müzakirələrdə deputatlar və parlament yurnalistləri iştirak edib. Dəyirmi masanı açan PYB sədri Elşad Eyvazlı qeyd edib ki, parlamentin işinin cəmiyyətə çatdırılmasında əsas yük yurnalistlərin üzərinə düşür: "Ancaq burada deputatlardan da çox məsələ asılıdır. Ölkə vətəndaşları da burada mühüm rol oynayır. Gerçək durum ondan ibarətdir ki, ölkə vətəndaşları parlamentin işindən o qədər də məlumatlı deyil. Ona görə onlar əksər vaxtlarda hüquqlarının pozulması halları ilə qarşılaşırlar.
|
Oxumaq
19.12.09
|
| |
|
|
|
|
|