|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Putin Ermənistana gələ bilmir
|
Səbəb ermənilərin çətin iqtisadi durumudur
Rusiyanın baş naziri Vladimir Putin Ermənistana səfər etməyi planlaşdırsa da, bu ölkədəki iqtisadi böhran bu plana mane olur. Bunu yurnalistlərə Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib. Tiqran Sarkisyanın sözlərinə görə, Rusiyanın hökumət başçısının Yerevana getmək planları mövcudluğunu qorusa da, səfərin dəqiq müddəti hələ müəyyənləşməyib. "Böhran dövründə hər gün yeni sürprizlər ortaya çıxır. Niyyət isə təbii ki, var". Qeyd edək ki, Ermənistanın baş naziri rusiyalı həmkarını Yerevana bu ilin fevralında dəvət etmişdi. Ekspertlər qeyd edir ki, Kremlin Yerevana çoxsaylı kreditləri və maliyyə yardımları da bu ölkəni fəlakətdən xilas edə bilməyəcək. Artıq müxalifət yarıtmaz iqtisadi siyasətlə bağlı etiraz aksiyaları keçirmək qərarına gəlib.
|
Oxumaq
18.12.09
|
| |
|
|
"Qalatasaray"ın gəncləri uduzdu
|
İstanbul klubu "Şturm"la görüşə ikinci heyətlə çıxdı
Dekabrın 16-da Avropa Liqasının D, E, F, Y, K və L qruplarında mübarizəyə yekun vuruldu. Qrup mərhələsinin son turu ərəfəsində 1/16 finalda çıxışını təmin edən "Sportinq", "Roma", "Qalatasaray", "Şaxtyor", PSV, "Verder" və "Atletik"ə srağagün "Herta, "Fulhem", "Panatinaikos", "Brügge" və "Kopenhagen" də qoşuldu.
|
Oxumaq
18.12.09
|
| |
|
|
Bələdiyyələrin dövlət reyestrini Milli Məclis aparacaq
|
Ölkədəki bütün bələdiyyələr barədə məlumatlar parlamentin rəsmi saytında yerləşdiriləcək
Bələdiyyələrin dövlət reyestrinin aparılması və yerli özünüidarəetmə orqanlarına şəhadətnamənin verilməsi məsələsi həllini tapır. Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında" əsasnamə layihəsi müzakirə olundu. Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, bir ay əvvəl aparılan müzakirələr zamanı əsasnamə layihəsində bir sıra problemlər meydana çıxıb. Qərara alınıb ki, sənəddə bələdiyyələrin dövlət reyestri ilə bağlı sənədlərin təqdimolunma qaydası dəqiqləşdirilsin. Bundan əlavə, məlum olub ki, bələdiyyələrə qeydiyyat şəhadətnamələrinin verilməsi, burada bələdiyyənin kağız və elektron xəritəsinin də yer alması kifayət qədər maliyyə tutumlu məsələdir. Çünki ölkədə 1700-dən artıq bələdiyyə var. Onların hər biri üçün xəritələrin tərtib olunması kifayət qədər pul tələb edir. A.Rəhimzadə dedi ki, digər mübahisəli məsələ bələdiyyələrin dövlət reyestrinin hansı dövlət qurumu tərəfindən aparılması olub. İşçi qrupunun apardığı müzakirələrdən sonra bütün mübahisəli məsələlərə aydınlıq gətirilib.
|
Oxumaq
18.12.09
|
| |
|
|
"Mərhələ-mərhələ bələdiyyələrə əlavə səlahiyyətlər veriləcək"
|
Arif Rəhimzadə: "Növbəti müddətdə bələdiyyələrin inkişafı daha çox olacaq"
Cəmi 6 gün sonra Azərbaycanda bələdiyyələrə növbəti seçkilər keçiriləcək. Artıq namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatmaq üzrədir. İctimaiyyət bu seçkilərdən sonra bələdiyyələrin daha səmərəli fəaliyyət göstərəcəyinə, seçicilərin inamını qazanacağına ümid edir. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də hesab edir ki, üçüncü çığırış bələdiyyələr daha yaxşı işləyəcəklər.
- Arif müəllim, necə hesab edirsiniz, bu seçkilər zaman-zaman fəaliyyətləri ilə bağlı ciddi iradlar və tənqidlər səslənmiş bələdiyyələrin növbəti dövr fəaliyyətlərində müsbətə doğru dönüş mərhələsi olacaqmı?
- Əlbəttə, dönüş olacaq. Bələdiyyələr on ildir fəaliyyət göstərirlər və bu müddət ərzində insanlarda da yerli özünüidarəetmə orqanları haqqında təsəvvürlər yaranıb. Eyni zamanda, bu dövr ərzində bələdiyyələrin özləri də öz imkanları haqqında daha real təsəvvürlərə malik olublar.
|
Oxumaq
18.12.09
|
| |
|
|
Quantanamo ABŞ-a köçür
|
Terrorda şübhəli bilinən məhbuslar 128 milyon dollara tikilmiş həbsxanaya yerləşdiriləcəklər
Birləşmiş Ştatların tarixinə "qara ləkə" kimi düşən Quantanamo həbs düşərgəsinin bağlanması reallaşır. Ölkə prezidenti Barak Obama Kuba yaxınlığında yerləşən düşərgənin İllinoys ştatındakı Tomson həbsxanasına köçürülməsi barədə qərar qəbul edib. Bu, Ağ ev rəhbərini nəhayət ki, prezident seçilməmişdən öncə verdiyi vədini yerinə yetirməyə yaxınlaşdırmış olub. Qeyd edək ki, federal hökumət məhbusları köçürməzdən əvvəl ölkə ərazisindəki təcridxanaları çox diqqətlə nəzərdən keçirib. Nəticədə Tomson həbsxanasının üzərində dayanılıb. 2001-ci ildə bu həbsxananın tikintisi yerli hakimiyyət orqanlarına 128 mln. dollara başa gəlmişdi. Lakin necə deyərlər, ştat rəhbərliyinin mayası batmış oldu. Belə ki, ştat rəhbərliyi bununla işsizliyi aradan qaldırmağı planlaşdırırdı. Yəni 1600 yerlik həbsxanada hazırda 140 nəfər saxlanılır. Dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Geytsin ştatın qubernatoru Pet Kuinnə ünvanladıqları məktubda göstərilir ki, Pentaqon yaxın altı ay ərzində həbsxananın modernləşməsini həyata keçirəcək. Halbuki həbsxana çox ciddi şəkildə təhlükəsizlik tədbirlərinə əməl edir.
|
Oxumaq
18.12.09
|
| |
|
|
"Euronews" ənənəvi standartlarından kənara çıxıb
|
Azərbaycan ictimaiyyəti telekanalın erməni lobbisinin təsiri altına düşdüyünü hesab edir
Azərbaycan ictimaiyyətinin "Euronews" televiziya kanalına etirazları davam edir. Müxtəlif qeyri-hökumət təşkilatları, media qurumları telekanalın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair qeyri-obyektiv reportayına etiraz edirlər. Dünən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi telekanala etiraz bəyanatı ünvanlayıb. Təşkilatın 60 min üzvü adından sədr Mehdi Mehdiyevin imzaladığı bəyanatda bildirilir ki, "Euronews" televiziya kanalı Avropa daxil olmaqla dünyanın 100-dən artıq ölkəsində milyonlarla tamaşaçı auditoriyasına malikdir. Müharibə veteranları və şəhid ailələri "Euronews" televiziya kanalının obyektivliyinə və professionallığına inanaraq bu telekanalı Azərbaycanda da maraqla izləyirlər.
|
Oxumaq
18.12.09
|
| |
|
|
Demyanenko Azərbaycanı xatırlayıb
|
"Mən indi də Azərbaycanda məşqçi kimi işləyə bilərdim. Ancaq orada futbolətrafı çoxlu səs-küy var idi". Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının "Neftçi" klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib. Ötən ilin yanvarından sentyabrına kimi "ağ-qaralar"ın sükanı arxasında olan 50 yaşlı mütəxəssis futbolumuzda maddi durumun yüksək olduğunu bildirib: "Azərbaycanda pul baxımından problem yoxdur. Bunun nəticəsidir ki, orada kifayət qədər çoxlu legioner, o cümlədən Ukraynadan çıxış edən də var".
|
Oxumaq
18.12.09
|
| |
|
|
İordaniya Azərbaycanla görüşmək istəyir
|
Azərbaycan milli komandası 2010-cu ildə ilk görüşünü İordaniyaya qarşı keçirə bilər. Apasport.az saytının məlumatına görə, yoldaşlıq oyunları üçün FİFA-nın martın 3-ə təyin etdiyi pəncərə üçün hələ rəqib tapmayan AFFA asiyalılardan təklif alıb. Lakin iordaniyalılar yoxlama görüşünün həmin vaxtdan tez, fevralın 26-da keçirilməsini istəyir. Asiya çempionatının final mərhələsinə hazırlaşan ərəblər məhz həmin tarix üçün rəqib axtarır. Azərbaycan və Estoniya yığmalarından biri ilə qarşılaşmaq niyyətində olan iordaniyalılar hələ seçimini etməyib. Qeyd edək ki, Azərbaycan və İordaniya yığmaları indiyədək bir dəfə qarşılaşıb. 2004-cü il avqustun 18-də baş tutan matçda rəqiblər heç-heçə ilə ayrılıb - 1:1. Həmin görüşdə komandamızın heyətində Anatoli Ponomaryov fərqlənib.
|
Oxumaq
18.12.09
|
| |
|
|
Yoahim Löv daha 2 il Bundestimdə
|
|
Yoahim Löv 2012-ci ilədək Almaniya milli komandasının baş məşqçisi olacaq. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqı 48 yaşlı mütəxəssislə müqaviləni daha iki il müddətinə artırıb. 2006-cı ildə keçirilən dünya çempionatının final mərhələsindən sonra Bundestimin baş məşqçisi postunda Yurgen Klinsmannı əvəzləyən Y.Löv bu müddətdə Avro-2008-in gümüş mükafatını qazanmAqla yanaşı, DÇ-2010-da oynamaq hüququna sahib çıxıb.
|
Oxumaq
18.12.09
|
| |
|
|
"Simurq" daha bir futbolçuya qapını göstərdi
|
Zaqatalanın "Simurq" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, son mövsümün bürünc mükafatçısı yayda Belarusun "Torpedo" (Yodino) klubundan aldığı Andrey Şeryakovu transferə çıxarıb. 27 yaşlı belaruslu hücumçunun cari mövsümdə oynadığı 9 matçın heç birində qol vura bilməməsi nə rəhbərliyi, nə də məşqçilər korpusunu razı salıb. Klub rəsmiləri A.Şeryakovun transfer hüquqlarına yiyələnmək üçün ilk növbədə onlara müraciət ünvanlamağın vacibliyini bəyan ediblər. Qeyd edək ki, "Simurq" cari mövsümün gedişində qapıçılar Rauf Mehdiyevlə ukraynalı Taras Çopik, həmçinin milli komandamızın da şərəfini qoruyan hücumçu Daniel Axtyamovla vidalaşıb.
|
Oxumaq
18.12.09
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|