|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
İlin son reytinqi
|
2009-cu ili İspaniya lider kimi başa vurdu
Dünən FİFA növbəti aylıq reytinq cədvəlini, başqa sözlə, 2009-cu ilin son reytinq cədvəlini açıqlayıb. Siyahıda cəmi 30 oyunun nəticəsi keçərli olub ki, bu üzdən də yerdəyişmələr çox azdır. Konkret ilk "10-luq"da heç bir dəyişiklik yoxdur. İlk "20-lik"də isə Rusiya, Çili və Serbiyanın müəyyən yüksəlişini qeyd edə bilərik. Ümumiyyətlə, 2008-ci ilin yekununda olduğu kimi, bu dəfə də ili İspaniya lider kimi qapayıb. Bu il ərzində 16 görüş keçirən pireneylilər yalnız Konfederasiyalar Kubokunda ABŞ-a uduzmaqla üzülüb. Söz düşmüşkən, məhz buna görə də hakimiyyət müvəqqəti Braziliyanın əlinə keçmişdi. Bu il iki yığmanın xal ehtiyatı baxımından xeyli artırmasıyla da əlamətdar olub. 2009-cu ildə aktivinə 322 reytinq xalı yazan "sambaçılar" ötən ildən fərqli olaraq ili 5-ci yox, 2-ci kimi qapadıb. Elə Əlcəzair yığması da 322 reytinq xalı qazanaraq ilin ən çox "artıran" komandaları sırasındadır. 12 aylıq müddətdə şimali afrikalılar 38 pillə irəliləyərək hazırda 26-cı pilləyə yüksəlib. Yeri gəlmişkən, bu, əlcəzairlilərin FİFA reytinqi yaranandan bəri ən yüksək göstəricisidir.
|
Oxumaq
17.12.09
|
| |
|
|
"İlin QHT layihəsi" açıqlandı
|
Mükafatlandırma ənənəvi xarakter alacaq
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "İlin QHT layihəsi" və "2009-cu ildə QHT-lərin fəaliyyətini ən yaxşı işıqlandıran KİV" müsabiqələrinin qaliblərini elan etdi. "Park İnn" otelində baş tutan tədbirdə qonaqları salamlayan aparıcı Aynur Məmmədova: "QHT-lərə Dövlət Dəstəyi Şurası əmindir ki, bu törən bir bayrama çevriləcək və bundan sonra hər il ənənəvi olaraq keçiriləcək mükafatlandırma mərasimində QHT sektorunun, eləcə də media nümayəndələrinin ən layiqli nümayəndələri bu bayramda təmsil olunacaq"-deyərək çıxış üçün sözü Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyevə verdi. A.Quliyev bildirdi ki, artıq iki ildir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərə maliyyə ayırır, onların layihələrini dəstəkləyir. Təkcə bu il ərzində 247 təşkilat Şura tərəfindən maliyyələşiib. "Bu təşkilatlar arasında birinci yerə layiq təşkilatlarımız, layihələrimiz var idi. Biz onların arasından çox çətinliklə 3-nü seçə bildik.
|
Oxumaq
17.12.09
|
| |
|
|
İngiltərə "yağmasa da, guruldayır"
|
London məhkəməsi İsrailin eks-XİN rəhbərinin həbsi barədə qərar çıxarıb
Londonda yerləşən Vestminister məhkəməsi İsrailin keçmiş xarici işlər naziri Tsipi Livni barəsində müharibə cinayətləri ilə bağlı həbs qərarı verib. "Nezavisimya qazeta" yazır ki, iki ölkə arasındakı münasibətlərin normal olması səbəbindən ilk baxışdan təəccüblü görünsə də, məhkəmənin qərarı boş yerdən götürülməyib. İsrailin ötən il Fələstinin Qəzza bölgəsini bombardmanı nəticəsində xeyli mülki vətəndaş həlak olmuşdu. Bundan çıxış edən Böyük Britaniyanın bir qrup qeyri-hökumət təşkilatı da İsrailin o zamankı xarici işlər nazirinə qarşı cinayət işinin açılması tələbiylə məhkəməyə müraciət etmişdi. Tsipi Livni məhkəmə qərarını İsraildə bir konfransda çıxış edərkən alıb və bunun nəticəsində çıxışını bir qədər korrektə etməli olub: "Qəzza bölgəsində hərbi əməliyyat keçirməyə məcbir idik. İsrail bu əməliyyatla məqsədinə çatdı. Məni İsrailin təhlükəsizliyi düşündürürdü. Ona görə də hər hansı başqa ölkənin məhkəmə qərarı mənim üçün heç bir əhəmiyyət kəsb etmir".
|
Oxumaq
17.12.09
|
| |
|
|
Yeni doğulanlarla bağlı meyarlar dəyişəcək
|
Ana və uşaq ölümü hallarını 1-2 ilə istənilən həddə salmaq çətindir
Dünən Azərbaycan Media Mərkəzində "Ana, yenidoğulmuşlar və uşaq sağlamlığı" mövzusunda KİV nümayəndələri üçün seminar keçirilib. Seminar USAID tərəfindən maliyyələşdirilən İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi (İSXG) və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (ASKA) tərəfindən təşkil edilib. Tədbirin məqsədindən danışan ASKA-nın prezidenti Nurlan Əliyevin sözlərinə görə, ana və uşaq sağlamlığı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ən aktual məsələlərdəndir: "Seminarın təşkilində məqsəd səhiyyə sahəsində gərəkli olan mesayların əhaliyə düzgün çatdırılmasıdır. Hər bir ölkənin gələcəyi bu problemin həllindən asılıdır".
Ana üçün təhlükəli əlamətlər
İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin ana, yenidoğulmuşlar və uşaq sağlamlığı üzrə məsləhətçisi, reproduktiv sağlamlıq və ailə planlaşdırması üzrə milli koordinator köməkçisi Arunas Liubşis ana və uşaq sağlamlığının cəmiyyət üçün vacibliyindən söz açıb. Onun sözlərinə görə, qadınların 90 faizi hamiləliklə bağlı baş verən proseslərdən məlumatsızdır: "Hamiləliyin normal gedişatında müəyyən dövrlər olur.
|
Oxumaq
17.12.09
|
| |
|
|
Əli Həsənov: "Azərbaycanda antiamerika təbliğatı getmir"
|
"Təəssüf ki, bəzi mətbuat orqanları Azərbaycan xalqının, parlamentinin, Dağlıq Qarabağın azərbaycanlı icmasının ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına qarşı çıxışlarını antiamerika kampaniyası kimi qiymətləndirir. Halbuki Azərbaycanda antiamerika təbliğatı getmir". APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri Azərbaycanla ABŞ-ın strateyi müttəfiq olduğunu deyib, rəsmi Bakının bu müttəfiqlik əlaqələrinə sadiq qaldığını, bundan sonra da bu siyasəti davam etdirmək əzmini ifadə edib. Ə.Həsənov artıq neçə ildir ABŞ Konqresinin xüsusi olaraq Dağlıq Qarabağ ermənilərinə maliyyə yardımı ayırdığını xatırladıb: "Əlbəttə, biz Dağlıq Qarabağda əziyyət çəkən, yardıma ehtiyac olanlara yardım edilməsinin əleyhinə deyilik. Amma Dağlıq Qarabağda belə yardıma ehtiyacı olan insanlar varsa, bu da azərbaycanlı icmasıdır. Onlar öz yurd-yuvalarından didərgin salınıb, neçə illər çadırlarda yaşamağa məcbur ediliblər.
|
Oxumaq
17.12.09
|
| |
|
|
Şamil Lahiyalovun yığmamızda oynamaq fikri olub...
|
Amma Şahin Diniyev onun iki cəbhədə mübarizə apara bilməyəcəyinə deyir
"Rusiya Premyer Liqasında legionerlərlə bağlı yeni qərarın futbolçularımızın orada oynamaq perspektivinə ciddi təsir etməməlidir. Çünki indiki reallığı nəzərə alsaq, futbolumuz elə yüksək səviyyədə deyil ki, həmin qərar bizə maneçilik törətsin, yaxud kömək olsun". Bu fikirləri apasport.az saytına açıqlamasında Qroznının "Terek" klubunun məşqçisi Şahin Diniyev deyib. Rusiya Premyer Liqasında gələn ildən bu ölkənin pasportuna malik əcnəbilər legioner sayılmamaq üçün yazılı şəkildə öz milli komandalarında oynamaqdan imtina etməlidir.
|
Oxumaq
17.12.09
|
| |
|
|
Yunis Hüseynov Kiyevə təyyarə ilə gedəcək
|
Uçmaqdan qorxmasına baxmayaraq
"Karvan" klubunun baş məşqçisi Yunis Hüseynov yenidən Ukraynaya gedir. Bu haqda apasport.az saytına məlumat verən Y.Hüseynov bildirib ki, Kiyevə səfəri məşqçilikdə ən yüksək kateqoriya olan "Pro"nu almaqla bağlıdır. O, Unibank Premyer Liqasının qarşıdakı turunda dekabrın 18-də Salyanın "Muğan" klubu ilə keçiriləcək ev oyunundan sonra səfərə çıxacaq: "Artıq kurslarda son mərhələdir. Ancaq diplomu almaq qalıb ki, bunun üçün hamı kimi imtahan verməliyəm. Bundan sonra "Pro" dərəcəsini daşımağımı təsdiqləyən diploma sahib çıxacağam. İnanıram ki, bunun öhdəsindən uğurla gələcəyəm".
|
Oxumaq
17.12.09
|
| |
|
|
"Bakı" "Rubin"lə qarşılaşa bilər
|
|
"Bakı" klubunun "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" turnirində daha bir rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, Rusiyanı gələn ilin yanvarın 15-dən 25-dək Moskvada keçiriləcək yarışda son çempion "Rubin" təmsil edəcək. Kazan klubuna son iki mövsümdə qızıl medallar qazandıran Qurban Berdıyev "Birlik kuboku"na qatılacaqlarını təsdiqləyib. Ancaq fərq ondadır ki, Berdıyev ora əsas komandanı göndərməyəcək: "Bəli, "Rubin" "Birlik kuboku"nda iştirak edəcək. Biz artıq turnirə sifariş olunmuşuq. Moskvaya gənclərdən ibarət komandamız yollanacaq. Əks təqdirdə, bütün hazırlığımız boşuna gedəcək".
|
Oxumaq
17.12.09
|
| |
|
|
"Neftçi" Respublika stadionuna buraxılmadı
|
|
Unibank Premyer Liqasının XVI turunun oyunlarının başlanma vaxtı və yeri dəqiqləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, həftəsonu keçiriləcək qarşılaşmalardan 3-nün vaxtı dəyişdirilib. Dekabrın 19-da baş tutacaq hər iki görüş 2 saat gec, yəni 16:00-da start götürəcək. Ertəsi gün keçirilməsi planlaşdırılan "Qarabağ" - "Simurq" matçı isə digər oyunlardan 15 dəqiqə sonra başlanacaq. Rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edən "Bakı" və "Neftçi" komandalarının hər ikisi qarşıdakı turda meydan sahibi qismində oynayacaq. Bu oyunlar eyni günə düşdüyündən, flaqman ölkəmizin mərkəzi stadionuna buraxılmayıb. "Neftçi" öz matçını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcək.
|
Oxumaq
17.12.09
|
| |
|
|
BATE-nin futbolçusu "Bakı"da!
|
Azərbaycan çempionu "Bakı" baxışa daha bir futbolçu çağırıb. Apasport.az saytının xəbərinə görə, son ölkə çempionu belaruslu futbolçu Dmitri Klimoviçi sınaqdan keçirəcək. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir, 1,78 m boya, 73 kq çəkiyə malikdir. 1984-cü il təvəllüdlü D.Klimoviç ölkəsinin perspektivli futbolçularından sayılır. Peşəkar karyerasına 2002-ci ildə Minskin "Smena" klubunda başlayıb. Növbəti il BATE-yə keçib və 10 oyunda forma geyinib. 2004-cü ildə Yodino "Torpedo"suna transfer olunan Dmitri burada cəmi 3 oyun keçirib və 2 qol vurub. 2005 və 2006-cı illərdə yenidən BATE-yə qayıdıb, 25 matçda iştirak edib. Son 3 mövsümdə "Torpedo"da top qovan D.Klimoviç 76 görüşdə meydana çıxıb və 6 qol vurub. 2006-cı ildə BATE-nin heyətində UEFA kubokunda oynayıb. Belarus milli komandasına namizəd sayılır. Bu ilin əvvəlində yığmasının seçmə mərhələ oyunlarına cəlb olunub.
|
Oxumaq
17.12.09
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|