|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Milli Teatr mədəniyyətinin güzgüsü
|
Teatr Muzeyinin 75 illiyi qeyd olundu
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Şərqdə və Zaqafqaziyada öz profilinə görə yeganə olan bu muzeyin yaradılmasında Bakı Teatr Texnikumunun direktor müavini, Bakı Türk İşçi Teatrının əməkdaşı, teatr xadimi Ağakərim Şərifovun böyük xidmətləri olub. O, 1920-ci ildən başlayaraq teatr tarixinə dair materialları toplamağa başlayıb. 1926-cı ildə Teatr Texnikumunun məzunları ilə Moskvada olarkən oradakı Teatr Muzeyinin direktoru A.A.Baxruşinlə görüşüb, ondan bu sahədə bir sıra məsləhətlər alıb. Bakıda Teatr Muzeyi yaratmaqla bağlı göstərdiyi təşəbbüsdə Azərbaycanın görkəmli ziyalıları və teatr korifeyləri ona böyük dəstək olublar. Əziz Şərif, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Sidqi Ruhulla və başqaları bu işdə xüsusi fədakarlıq göstəriblər.
|
Oxumaq
17.12.09
|
| |
|
|
"Freedom House" separatçılığa dəstək verir
|
Təşkilat "Azadlıq xəritəsi" ilə demokratiya ideyalarına hörmətsizlik nümayiş etdirib
Birləşmiş Ştatların dövlət strukturları tərəfindən maliyyələşən və daima qərəzli bəyanatları və hesabatları ilə ad çıxarmış "Freedom House" təşkilatı ölkəmizlə bağlı növbəti hədyanlara yol verib. Özünü hüquq-müdafiə təşkilatı elan etsə də, dəfələrlə ölkəmizlə bağlı qərəzli, heç bir məntiqə söykənməyən fikirlər yayan qurum bu dəfə daha irəli gedib. Belə ki, əsassız, dəyərli faktlara söykənməyən və qərəzli hesabatları ilə özünü ifşa edən təşkilat bu dəfə ermənipərəst mövqeyini ortaya qoyub. Təşkilatın "Azadlıq" xəritəsi"ndə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim edilib. Üstəlik, təşkilat Azərbaycanı "qeyri-azad" ölkələr sırasında göstərməklə yanaşı, Ermənistanı və Dağlıq Qarabağı "qismən azad" ölkələrlə birlikdə təqdim edir. Əcəba, insan haqlarının qorunmasını əlində dəstəvuz edən təşkilat işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı beynəlxalq təşkilatların məlum qətnamələrini niyə yada salmır?
|
Oxumaq
16.12.09
|
| |
|
|
Arxayınçılığa əsas yoxdur
|
"Bakı" heyətini daha da gücləndirməyə çalışır
"Uğurlu çıxışımız hələ "Xəzər-Lənkəran"la görüşdən başlayıb. Bu komanda ilə səfər oyununda çox yaxşı təsir bağışladıq və qalib gəlməli idik. Ancaq təəssüf ki, yalnız bir xalla kifayətləndik. Lənkəranlılara evdə böyük hesablı məğlubiyyət də bizi sarsıtmadı". Bu fikirləri apasport.az saytına açıqlamasında "Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. "Xəzər-Lənkəran"a öz meydanında 0:3 hesablı məğlubiyyətdən sonra ardıcıl üç oyundur qələbə seriyasını davam etdirən son ölkə çempionunun axır iki nəticəsi xüsusilə əhəmiyyətlidir. Axı "İnter"lə (2:0) "Simurq" (2:1) "Bakı"nın "altılıq" uğrunda mübarizədə əsas rəqiblərindəndir. "Zolaqlılar" Zaqataladakı qələbədən sonra turnir cədvəlində daha iki pillə irəliləyərək, 4-cü yerə yüksəlsə də, Z.Məmmədov arxayınlaşmağa əsas görmür: "Düzdür, indi bir qədər rahat nəfəs ala bilərik. Ancaq qarşıda vacib oyunlarımız var. Bu il hələ "Qarabağ"la səfər görüşünə də çıxacağıq.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Rəsmi Vaşinqton ədalətli dövlət mövqeyini itirəcək
|
Parlament ABŞ prezidentinə və Konqresinə etiraz müraciəti qəbul etdi
Milli Məclisin dünən keçirilən iclasında ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasına 8 milyon dollar yardım ayırmaq barədə qərarı müzakirə edildi. Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Musa Quliyev bildirdi ki, ABŞ Konqresinin bu qərarı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Çünki ABŞ parlamenti bu qərarı qəbul etməklə beynəlxalq hüququn bütün normalarını pozub. Millət vəkili Nümayəndələr Palatasının qəbul etdiyi qərarın ABŞ hökumətinin mövqeyinə də zidd olduğunu bildirdi. Onun sözlərinə görə, bu cür qərarlar münaqişənin nizamlanması ilə bağlı yaradılmış Minsk qrupuna həmsədr olan ABŞ-a etibarı və inamı azaldır. Millət vəkili onu da dedi ki, ABŞ etibarlı vasitəçi olmaq üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına eyni münasibəti göstərməlidir. Onun sözlərinə görə, Nümayəndələr Palatasının qərarına Milli Məclisdə münasibət bildirilməli və müvafiq etiraz ünvanlanmalıdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov ölkədəki bütün siyasi partiyaların, ictimai təşkilatların, medianın ABŞ Konqresinin məlum qərarına etiraz etdiklərini bildirdi.
|
Oxumaq
16.12.09
|
| |
|
|
2010-cu il Xocalı ili elan oluna bilər
|
Qənirə Paşayeva: "Ağlamaqla problemlər həllini tapmayacaq"
"2010-cu il Xocalı ili elan oluna bilər". Bu barədə Türkiyənin Bursa şəhərində keçirilən "Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri" ilə bağlı simpoziumda millət vəkili Qənirə Paşayeva məsələ qaldırıb. Bu məsələ 50-dən artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirin yekun Bəyannaməsində də əksini tapıb. Q.Paşayevanın sözlərinə görə, Bəyannamədə tədbir iştirakçılarının irəli sürdükləri bütün məsələlər nəzərə alınıb: "Bizim təkliflərimiz də yekun sənəddə əksini tapdı. Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistandan deportasiya olunmuş 300 minə yaxın soydaşımızın pozulmuş hüquqları, tarixin müxtəlif dönəmlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıları və sair məsələləri qaldırdıq. 2010-cu ilin Qarabağ, Xocalı ili elan edilməsi, bununla bağlı türk və müsəlmanların yaşadıqları ölkələrdə aksiyaların, yürüşlərin keçirilməsi də təkliflərimiz sırasında idi. Bəyannamədə bu məsələlərin hamısı əks olundu".
|
Oxumaq
16.12.09
|
| |
|
|
Administrativ reket
|
Obama Amerika banklarına müharibə elan etdi
ABŞ prezidenti Barak Obama Amerika banklarına sərt xəbərdarlıq edərək onları kiçik və orta biznesə kreditləri artırmağa çağırıb. Barak Obama vurğulayıb ki, bu banklar Amerika vergiödəyənlərindən əlahiddə yardım alıblar və indi milli iqtisadiyyatın bərpasına kömək etmək üçün bu banklardan əlahiddə öhdəliklər tələb olunur: "Əgər banklar əhalinin maraqlarının qorunmasına qarşı mübarizə aparmaq istəyirlərsə, mən bu mübarizəyə qarşı vuruşmağa hazıram". Həftəsonu Barak Obama demişdi ki, prezidentliyə piyli bankirlərə kömək etmək üçün can atmırdı. Ötən gün isə prezident Obama ən nüfuzlu bank müdirlərinə xatırlatdı ki, Amerika vergiödəyənləri qlobal maliyyə böhranı şəraitində bankları iflasdan qurtarmaq üçün onlara böyük yardım ediblər. Prezidentin sözlərinə görə, indi artıq həmin bu bankların Amerika iqtisadiyyatına kömək etmək vaxtı gəlib çatıb. Barak Obama bildirib ki, onun adına daxil olan çoxlu sayda məktublarda işgüzar adamlar və qurumlar kifayət qədər kredit almaq üçün hər hansı bir bank tapa bilmədiklərindən şikayətlənirlər.
|
Oxumaq
16.12.09
|
| |
|
|
ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımına dünya azərbaycanlıları etiraz etməlidirlər
|
Konqresin qərarı ABŞ-ın demokratik imicinə zərbə vurur
Azərbaycanda ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasına 8 milyon dollar məbləğində yardım ayırmasına etirazlar davam edir. Dağlıq Qarabağın azərbaycanlı icması, siyasi partiyalar, QHT-lər, media ABŞ-ın bu qərarını böyük haqsızlıq kimi qiymətləndirir. Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyalar ABŞ Nümayəndələr Palatasının 2010-cu ildə Dağlıq Qarabağa 8 milyon dollar məbləğində yardım göstərilməsi haqda qərarı ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət qəbul edib. Bu barədə məlumat verən Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, müraciəti parlamentdə təmsil olunan 12 partiya - Yeni Azərbaycan, Sosial Rifah, Ana Vətən, Müsavat, Ədalət, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Ümid, Xalq, Demokratik İslahatlar və Vətəndaş Birliyi partiyaları imzalayıblar.
|
Oxumaq
16.12.09
|
| |
|
|
"Azərbaycanın inkişafı İran xalqını sevindirir"
|
Əhmədineyad Azərbaycanı dost və qardaş ölkə adlandırıb
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İrana bir günlük səfəri başa çatıb. Səfər İranın xarici işlər naziri Mənuçöhr Mottəkinin dəvəti ilə həyata keçirilib. Prezident Mahmud Əhmədineyad, İran İslam Şurası Məclisinin sədri Əli Laricani, xarici işlər naziri Mənuçehr Möttəki və İranın Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Səid Cəlili ilə keçirilən görüşlərdə Azərbaycanla İran arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə dair məsələlər müzakirə edilib. İran prezidenti Mahmud Əhmədineyad nazirlə görüşdə dost və qardaş adlandırdığı Azərbaycanla hər sahədə əlaqələrin getdikcə gücləndiyini bəyan edib.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Bakcell Art Grupla əməkdaşlığa başlayır
|
"Bakcell" özünün yeni reklam partnyoru - Art Grup agentliyi ilə müqavilə bağlayıb. Hyatt Hotel-də təşkil edilmiş imzalanma mərasimində Bakcell-in baş direktoru xanım İneke Botter bildirib: "Bakcell ölkədə ən çox tanınan brenddir və beynəlxalq telekommunikasiya sahəsində kifayət qədər təcrübəyə malik Art Grup kimi dinamik bir agentliklə çalışmaq gələcəkdə də bu brendinin tanınması prosesini və şirkətin bazarda mövqeyini gücləndirəcək". Art Grup-un direktoru Fehmi Özkan isə bildirib: "Biz Bakcell kimi sürətlə inkişaf edən bir şirkətlə çalışacağımıza doğrudan da çox şadıq. Bakcell-in dəyərləri və brendi doğrudan da bu ölkədəki müştərilərin tələblərinə cavab verir".
|
Oxumaq
16.12.09
|
| |
|
|
"TeliaSonera" dünyada ilk dəfə 4G-ni təqdim edib
|
"TeliaSonera" şirkəti daha bir inqilabi yeniliyə imza atıb. Şirkət dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. İlk olaraq Stokholm və Oslodakı abonentlər bu xidmətdən yararlana biləcəklər. "Biz abonentlərinə 4G xidmətləri göstərən ilk operator olduğumuza görə fəxr edirik. Geniş zolaqlı mobil qoşulmadan istifadə bu ölkələrdə sürətlə inkişaf edir və abonentlər getdikcə daha yüksək sürət və ötürmə imkanına ehtiyac duyurlar. Elə məhz buna görə də biz 4G xidmətlərini həm Stokholm həm də Osloda təqdim edirik" - deyə, "TeliaSonera"nın mobil xidmətlər bölməsinin rəhbəri Kennet Karlberq bildirib. O əlavə edib ki, 4G-ni ilk olaraq təqdim etməklə şirkət digər bazarlarda da bu texnologiyanı tətbiq etməyə unikal təcrübə qazandırır. Qeyd edək ki, 4G ən sürətli mobil rabitə texnologiyası olmaqla hazırda sürətli hesab olunan 3G texnologiyasından on dəfəyə qədər sürətlidir.
|
Oxumaq
16.12.09
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|